Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3547/2021 21.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yadında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi) iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin ölçülməsi, hüquqdan sui-istifadə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Cavabdeh və onun vəkili X10 oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2( 104)-1207/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 21 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə Şəmkir rayonu Dəllər-Cəyir kənd ərazisində İddiaçı (bundan sonra – iddiaçı), X1, X5, X2 və X3 mülkiyyətinə 0,07 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin qərar əsasında sonradan torpağın mülkiyyətə verilməsinə dair JN-336A nömrəli şəhadətnamə tərtib olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-893/2011 nömrəli iş üzrə 26 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə Şəmkir rayonunun Dəllər-Cırdaxan kəndində yerləşən JN-336A nöm rəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı və onun ailə üzvlərinə məxsus 0,07 ha həyətyanı torpaq sahəsinin Cavabdeh alınaraq İddiaçı qaytarılması barədə iddiası təmin olunmamışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 19 sentyabr 2018-ci il tarixli məktubuna əsasən, iddiaçıya məxsus Şəmkir rayonu Dəllər-Cəyir kəndində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı mütəxəssis tərəfindən ölçü işlərinin aparılmasına digər vətəndaş Cavabdeh Məmmədəli oğlu (bundan sonra – cavabdeh) tərəfindən icazə verilmədiyi üçün ərizənin icrası mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cava bdehə qarşı (üçüncü şəxs qismində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi cəlb edilməklə (bundan sonra – üçüncü şəxs və ya DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsi)) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq sahəsinin qeydiyyata alınmasına dair maneənin aradan qaldırılması və yeni ölçmə işlərinin aparılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə həmkəndlidirlər, əvvəllər aralarında hər hansı düşmənçilikləri və ədavətləri olmamışdır. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Şəmkir rayonunun DəllərCəyir kəndi ndə yerləşir və cavabdehə məxsus torpaq sahəsi də onların torpaqları ilə həmsərhəddir. Ailələrinin mülkiyyətinə verilmiş həmin həyətyanı torpaq sahəsini dövlət qeydiyyatına aldıraraq mülkiyyət hüquqlarına dair çıxarış almaq üçün DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Lakin idarənin əməkdaşları onunla birlikdə həyətyanı torpaq sahəsinə getmiş və torpağın koordinatları üzrə yeni ölçmə işlərini aparmaq istəmişlər. Cavabdeh isə səs-küy salıb onları ərazidən qovaraq heç bir halda ölçmə işlərinin aparılmasına imkan verməyəcəyini bildirmişdir. Ona görə də DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinin rəisi ona ünvanladığı məktubda cavabdeh tərəfindən maneənin olmasını bildirmişdir. Qeyd edilənlərə əsasən həyətyanı torpaq sahəsinin dövlət qeydiyyatına alınmasına maneənin aradan qa ldırılaraq torpaqda yeni ölçmə işlərinin aparılmasının təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(076)4008/2018 nömrəli iş üzrə 28 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.Mustafayev) iddia təmin edilərək cavabdeh tərəfindən Şəmkir rayonu Dəllər-Cəyir kəndi ərazisində yerləşən iddiaçıya məxsus torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan ölçmə işlərinin aparılmasına DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarına qoyulan maneənin aradan qaldırılması, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı, ona və ailə üzvlərinə məxsus 0,07 ha torpaq sahəsi üzə rində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması üçün DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin mütəxəssis tərəfindən ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən icazə verilmədiyi üçün ərizənin icrası mümkün olmamışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin hərəkətləri iddiaçının hüquqlarının həyata keçirilməsinə maneə yaratdığından iddia təmin edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 67.3-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 4.1, 16.1, 68-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 82.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apell yasiya instansiyası məhkəməsindəki birinci icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-2232/2019 nömrəli iş üzrə 03 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – R.Muradov (sədrlik edən və məruzəçi), Ş.Əliyeva və Ə.Məmmədov) apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-893/2011 nömrəli iş üzrə 26 oktyabr 2011-ci il tarixli qətnaməsinə istinadla qeyd etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi ilə cavabdehə məxsus torpaq sahələri üst-üstə düşmür. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir, özünə və ailə üzvlərinə məxsus torpaq sahəsindən istifa də edir. Odur ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsində yenidən ölçü işlərinin aparılmasına heç bir zərurət yoxdur və onun buna maneçilik törətməsinə qoyulan məhdudiyyət mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməlidir. İddiaçının özünə məxsus torpaq sahəsində ölçmə işlərinin aparılmasına isə məhz cavabdeh tərəfindən hər hansı maneçilik törədilməsi barədə mötəbər sübut yoxdur. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 157.4, 238.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-7097/2019 nömrəli iş üzrə 20 n oyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər – İ.Xələfov (sədrlik edən və məruzəçi), Q.Allahverdiyev və Ə.Şadiyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 03 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, üçüncü şəxs qismində işə cəlb olunmuş DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamış, onun iddiaya münasibəti aydınlaşdırılmamışdır. Məhkəmə qeyd etmişdir ki, torpaq sahəsinə hər hansı başqa məqsədlə baxış keçirilməsi iş materiallarından görünmür. Bu baxımdan, torpaq sahəsinə dövlət qeydiyyatı ilə əlaqədar baxış keçirilməsi və müvafiq ölçü işlərinin aparılması həmin məqsədin təmin edilməsi üçün zəruridirsə, DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinin hərəkətinin qanuni olub-olmamasına müvafiq hüquqi qiymət verilməsi üçün üçüncü şəxsin nümayəndəsinin fikri dinlənilməli idi. Lakin apellyasiya məhkəməsi bu istiqamətdə araşdırma aparmamışdır. Başqa məhkəmə qətnaməsinə istinadən ölçü işlərinin aparılmasına zərurətin olmaması barədə məhkəmənin dəlilləri isə əsaslı sayıla bilməz. Bundan başqa, cavabdehin mülkiyyət hüququnun pozulması ilə əlaqədar məhkəmənin gəldiyi nəticə də qanunun tələblərinə uyğun əsaslandırılmamışdır. Məhkəmə mövqeyini Mülki Məcəllənin 139-cu maddəsinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Məhkəmə kollegiyasının iclasında kassasiya instansiya məhkəməsinin göstərişinə əsasən iştirakı təmin edilmiş üçü ncü şəxs DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi X6 izahatında iddiaçıya məxsus Şəmkir rayonu Dəllər-Cəyir kəndində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı mütəxəssis tərəfindən ölçü işlərinin aparılmasına cavabdeh tərəfindən icazə verilmədiyi üçün ərizənin icrasının mümkün olmadığını bildirmiş və ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin 2(104)-1207/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Mehtiyev (sədrlik edən və məruzəçi), A.Bayramov və R.Mamedov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəl mişdir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. İddiaçı məhkəməyə müraciət edərək mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin dövlət qeydiyyatına alınmasına maneənin aradan qaldırılaraq torpaqda yeni ölçmə işlərinin aparılmasının təmin edilməsini xahiş etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi də əsaslı olaraq iddianı təmin etmişdir. Məhkəmə, həmçinin Ali Məhkəmənin hüquqi mövqeyindən çıxış edərək qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçıya məxsus Şəmkir rayonu Dəllər-Cəyir kəndində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı mütəxəssis tərəfindən ölçü işlərinin aparılmasına məhz cavabdehin icazə vermə məsi öz təsdiqini tapmışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 16.1, 68, 152.1, 238.1-ci, Torpaq Məcəlləsinin 67.3-cü, MPM-in 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti və əlavə şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuşdur. Kassator qeyd etmişdir ki, iddiaçı ilə 2011-ci ildə sözüged ən torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsi olmuşdur. Həmin torpaq sahəsi 1989-cu ildən qanuni əsaslarla ona ayrılmış və elə həmin vaxtdan onun istifadəsindədir. Artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə sübut olunmuşdur ki, iddiaçının iddia etdiyi torpaq sahəsi iddiaçıya məxsus deyil və o, iddiaçıya məxsus torpaq sahəsini tutmamışdır. İddiaçının adına tərtib olunmuş şəhadətnamədəki torpaq sahəsi əslində kəndin başqa hissəsində, mübahisə predmeti olan torpaq sahəsi isə digər ərazidə yerləşir. İş üzrə müvafiq ekspertiza təyin olunsa, iddiaçıya məxsus torpaq sahəsi ilə onun istifadəsində olan torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən olunar. Kassasiya şikayətinin əsası kimi, MPM-in 82.3, 88, 217-ci maddələrinin tələblərinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etir azın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. e) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və üçüncü şəxsin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hal ların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki ha llarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə ed ilməsinə yol verilmir. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanına və qorunan hüququdur. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq Məcəlləsi Maddə 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. MPM Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, hazırkı mülki iş iddiaçı və cavabdeh arasında torpaq mübahisəsi ilə əlaqədar deyildir. İddaçı rəsmi dövlət orqanı tərəfindən verilmiş hüquq müəyyənedici sənədlər əsasında həmin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını səlahiyyətli orqandan xahiş edir. Mülki və torpaq qanunvericiliyinin yuxarıda sadalanan müdəalarına əsasən bunun üçün səlahiyyətli dövlət orqanları tərəfindən yerində ölçmə işlərinin aparılması zəruridir. Bu ölçmə işləri özüözlüyündə hər hansı hüquqi nəticə doğurmadığı üçün cavabdehin mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilə bilməz. Əksinə apelyasiya instansiyası məhkəməsinin də müəyyən etdiyi kimi cavabdehin səlahiyyətli dövlət orqanının əməkdaşının qanundan irəli gələn vəzifələrini yerinə yetirməyə hər hansı hüquqi əsas olmadan mane olması Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən hüquqdan sui-istifadəni ifadə edir və bu cür hərəkətlər qanunla qorunmur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1207/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən