Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3549/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu - (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X2 ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, cavabdeh Nağıyev Rafik İsabala oğlu tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-128/2020 nömrəli iş üzrə 04 fevral 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Cavabdeh Nağıyev Rafik İsabala oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-128/2020 nömrəli iş ü zrə 04 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Kassasiya şikayəti 11 iyun 2020-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. 19 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsindən məktub daxil olaraq hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-128/2020 nömrəli iş üzrə 04 fevral 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün iddiaçı X1 tərəfindən müddətin bərpasına dair ərizə verildiyi, həmin ərizəyə baxılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, Bakı Apellyasiya Məhkəməsinin məktubunu nəzərə alaraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1 03)-128/2020 nömrəli iş üzrə 04 fevral 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün iddiaçı C.A.Zəkaryayeva tərəfindən verilmiş müddətin bərpasına dair ərizəyə baxılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməli, bu səbəbdən də kassasiya baxışından çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (maddə 417.1.7). Qeyd olunanlara əsasən və Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-128/2020 nömrəli iş üzrə 04 fevral 2020-ci il tarixli qətnaməsindən cavabdeh Nağıyev Rafik İsabala oğlu tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki kollegiyasının 11 iyun 2020-ci il tarixli qərardadı ləğv edilsin. 2(102)-3549/2020 saylı mülki iş kassasiya baxışından çıxarılsın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-128/2020 nömrəli iş üzrə 04 fevral 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün iddiaçı X1 tərəfindən verilmiş müddətin bərpasına dair ərizəyə baxılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərils
Məhkəmə qərarları › İş №2(102)-3549/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-3549/2020
24.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver