Məhkəmə qərarları › İş №2(102)-355/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-355/2019

23.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-355/2019 23.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 23 yanvar 2019-cu il İş 2(102)-355/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, ilkin iddia üzrə iddiaçı ləğvetmə prosesində olan İddiaçının vəkili Məmmədov Azər Məhəbbət oğlunun, ilkin iddia üzrə cavabdeh X2 vəkili Həsənov Elyar Eldar oğlunun iştirakları ilə, ilkin iddia üzrə cavabdeh X2 və vəkili Həsənov Elyar Eldar oğlunun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiy a şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin15 mart 2018-ci il tarixli qətnaməsiilə (M.C.Qarayeva, iş2(008)-233/18) ilkin iddia ərizəsinin təmin edilməsi, İddiaçı ASC ilə X5 arasında baglanmış 31 mart 2015-ci il tarixli, 1887/15 saylı kredit müqaviləsi üzrə X1 70824.93 ABŞ dolları əsas borcu, 7148.67 ABŞ dolları faiz borcu və 651 ABŞ dolları cərimə olmaqla, cəmi 78625.24 ABŞ dollarının (ödəniş gününə uyğun olaraq Azərbaycan Respublikası manatına məzənnə ilə manatla), 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, ekspertiza xərci 50 manat məbləğində pulun X1 tutularaq dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 sentyabr 2018-ci il tarixli q ətnaməsi ilə (E.C.Kazımov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov, iş2(103)-8108/2018) Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 15 mart 2018-ci il tarixli, 2(008)-233/2018 nömrəli qətnaməsi ilkin iddia üzrə cavabdeh X4 münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İlkin iddia üzrə cavabdeh X5 və vəkili Həsənov Elyar Eldar oğlu kassasiyaşikayətiveribqətnaməninləğvedilməsi vəişinyeniapellyasiyabaxışınagöndərilməsinixahişetmişlər. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh X2 vəkili Həsənov Elyar Eldar oğlu kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı ləğvetmə prosesində olan İddiaçı vəkili Məmmədov Azər Məhə bbət oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edib şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəməiclasınınvaxtıvəyeribarədətərəflərəlazımiqaydadaxəbərverilmiş, ilkin iddia üzrə cavabdeh X5 üzürsüzsəbəbdənməhkəməiclasınagəlmədiyindən kassasiyakollegiyasıişəonuniştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. İŞİN HALLARİ: İddiaçı ləğvetmə prosesində olan İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən kredit müqaviləsi üzrə 70824.93 ABŞ dolları əsas borcu, 7148.67 ABŞ dolları faiz borcu və 651 ABŞ dolları cərimə olmaqla, cəmi 78625.24 ABŞ dollarının (ödəniş gününə uyğun olaraq Azərbaycan Respublikası manatına məzənnə ilə manatla), 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh X1 İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X5 ləğvetmə prosesində olan İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə X6 arasında bağlanmış 31.03.2015-ci il tarixli “təminatlı kredit müqaviləsi”nin 6.3-cü, 7.3-cü və 7.4-cü bəndlərinin, habelə müqaviləyə eyni tarixli əlavə olan ödəniş cədvəlinin Mülki Məcəllənin 337-ci maddəsinə əsasən Məcəllədə müəyyənləşdirilmiş şərtlərini pozduğuna görə etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşüzrəyuxarıdagöstərilənməhkəməaktlarıqəbuledilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İlkin iddia üzrə cavabdeh X5 və vəkili Həsənov Elyar Eldar oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı ApellyasiyaMəhkəməsitərəfindənişəbaxılan zaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, ilkin iddia üzrə iddiaçı ləğvetmə prosesində olan İddiaçı vəkili Məmmədov Azər Məhəbbət oğlunu, ilkin iddia üzrə cavabdeh X2 vəkili Həsənov Elyar Eldar oğlunu dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamədəyişdirilmədənsaxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İşdə olan 31 mart 2015-ci il tarixli, 1887/15 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC ilə cavabdeh X5 arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə, illik 12 % ödəmək şərti ilə 73457 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 23 dekabr 20 16-cı il tarixli maliyyə arayışından görünür ki, X3 İddiaçı ASC-yə 31 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə 70824.93 ABŞ dolları əsas borcu, 7148.67 ABŞ dolları faiz borcu və 651 ABŞ dolları cərimə olmaqla, cəmi 78625.24 ABŞ dolları borcu vardır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə X5 arasında 31 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 120 ay müddətinə, illik 12 % ödəmək şərti ilə 73457 ABŞ dolları istehlak krediti verilməsi üçün kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank həmin məbləğdə pulu cavabdehə verməyi, cavabdeh üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmağı götürmüşdür. Cavabdeh kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, banka olan kreditin ödənilmə sini təmin etməmiş, bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Məhkəmə qərardadına əsasən alınmış 19 fevral 2018-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən X2 21 dekabr 2016-cı il tarixinə İddiaçı ASC-yə 31 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə 70824.93 ABŞ dolları əsas borcu, 7148.67 ABŞ dolları faiz borcu vardır. Ekspert rəyi iddiaçının təqdim etdiyi sübutlara uygun olmaqla mötəbər sübut kimi qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilkin iddia tələbi əsas, faiz borcu və cərimə hissəsində əsaslı oldugundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula v ə ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından məlum olur ki, cavabdeh iddiaçı ilə qeyd olunan kredit müqaviləsini könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Qeyd edilmişdir ki, müqavilənin predmetini xarici valyuta, yəni ABŞ dolları təşkil etdiyindən cavabdeh həmin val yutanın məzənnəsinin dəyişə biləcəyi riskini bilməli idi. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə,... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqaviləl ər üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır... Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin, qarşılıqlı iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki,Bakı ApellyasiyaMəhkəməsiningəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 07 sentyabr 2018-ci il tarixli, 2(103)-8108/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqü

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar