Məhkəmə qərarları › İş №2(102)-3550/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3550/2019

27.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3550/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin vəkili ***nun, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.12.2017-ci il tarixli, 2(103)12172/2017 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhə ri Xətai Rayon Məhkəməsinin (hakim N.Ə.Misirzadə) 11 sentyabr 2017-ci il tarixli, 2(011)-1095/2017 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər N.Cəfərov, V.Baxışova və V.Həsənov) 20.12.2017-ci il tarixli, 2(103)-12172/2017 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təminolunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ləğv prosesində olan “xxxx” ASC və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.12.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10/13 nömrəli, 11.01.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 1.498.000 manat, faiz borcu üzrə 710.303,93 manat, cərimə borcu üzrə 367.635,18 manat, cəmi 2.575.939,11 manat, 154/13 nömrəli, 10.07.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 247.800 manat, faiz borcu üzrə 119.556,61 manat, cərimə borcu üzrə 79.399,25 manat, cəmi 446.755,86 manat, 70/13 nömrəli, 25.04.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 1.710.600 manat, faiz borcu üzrə 847.070,49 manat, cərimə borcu üzrə 601.561 manat, cəmi 3.159.231,49 manat və dövlət büdcəsinə ödənilmiş 31 manat dövlət rüsumunun tutulmasına tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin Müştərilərə Xidmət Departamenti ilə Cavabdeh arasında bağlanmı ş 10/13 nömrəli, 11.01.2013-cü il tarixli kredit müqaviləsinə əsasən illik 15%-lə, 24 ay müddətinə ******* manat, 154/13 nömrəli, 10.07.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 15%-lə, 12 ay müddətinə 247800 manat, 70/13 nömrəli, 25.04.2013-cü il tarixli kredit müqaviləsinə əsasən illik 15 %-lə, 12 ay müddətinə ******* manat məbləğində kredit verilmişdir. Borcalan tərəfindən kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən müştəriyə təqdim edilmiş ödəniş cədvəli üzrə aparılmalıdır. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh müqavilənin bu şərtini pozaraq ödəməli olduğu kredit və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. “xxxx” ASC-nin Müştərilərə Xidmət Departamenti ilə Cavabdeh arasında bağlanmış 10/13 nömrəli, 11.01.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 30.09.2016-cı il tarixə Cavabdeh ləğv prosesində olan “xxxx” ASC əsas borc üzrə 1.498.000 manat, faiz borcu üzrə 710.303,93 manat, cərimə borcu üzrə 367.635,18 manat, cəmi 2.575.939,11 manat, 154/13 nömrəli, 10.07.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 247,800 manat, faiz borcu üzrə 119556,61 manat, cərimə borcu üzrə 79.399,25 manat, cəmi 446.755,86 manat, 70/13 nömrəli, 25.04.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 1.710.600 manat, faiz borcu üzrə 847.070,49 manat, cərimə borcu üzrə 601.561,00 manat, cəmi 3.159.231,49 manat borcu yaranmışdır. İş üzrə yuxarıda göstərilə n məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı ləğv prosesində olan “xxxx” ASC və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.12.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə 02 avqust 2017-ci il tarixli ekspert rəyinə əsaslanaraq digər sübutlara qiymət verməmişdir. Belə ki, məhkəməyə tərəflərindən təqdim edilmiş maliyyə arayışlarından görünür ki, kredit vəsaitləri bankdan alındıqdan sonra kreditlər üzrə banka ödəniş olmuşdur. Həmin ödənişlərin kim tərəfindən ödənildiyi məsələsinə məhkəmə qiymət verməmişdir. PROSESSUAL MƏSƏ LƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 20.12.2017-ci il tarixli qətnaməsi ilə iddiaçının apel lyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 sentyabr 2017-ci il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, “xxxx” ASC ilə Cavabdeh arasında 11.01.2013-cü il tarixdə 10/13 saylı təminatsız bərpa olunmayan kredit xətti müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən cavabdehə istehlak xərclərinin ödənilməsi məqsədi ilə illik 15 faiz ödəmək şərti ilə 12 ay müddətinə 1.498.000 manat məbləğində kredit xətti açılmışdır. “xxxx” ASC ilə Cavabdeh arasında 10.07.2013-cü il tarixdə 154/13 saylı təminatsız bərpaolunmayan kredit xətti müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən cavabdehə illik 15 faiz ödəmək şərti ilə 12 ay müddətinə 247800 manat məbləğində kredit xətti açılmışdır. “xxxx” ASC ilə Cavabdeh arasında 25.04.2013-cü il tarixdə 70/13 saylı təminatsız bərpaolunan kredit xətti müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən cavabdehə illik 15 faiz ödəmək şərti ilə 12 ay müddətinə ******* manat məbləğində kredit xətti açılmışdır. 2581 saylı, 18.10.2016-cı il tarixli maliyyə arayışına əsasən, cavabdehin 70/13 saylı kredit müqaviləsi üzrə ******* manat məbləğində əsas borcu, 847070,49 manat məbləğində faiz borcu və 601561 manat məbləğində cərimə borcu, cəmi 3159231,49 manat kredit borcu vardır. 2582 saylı, 18.10.2016-cı il tarixli maliyyə arayışına əsasən, cavabdehin 10/13 saylı kredit müqav iləsi üzrə ******* manat məbləğində əsas borcu, 710303,93 manat məbləğində faiz borcu və 367635,18 manat məbləğində cərimə borcu, cəmi 2575939,11 manat kredit borcu vardır. 2583 saylı, 18.10.2016-cı il tarixli maliyyə arayışına əsasən, cavabdehin 154/13 saylı kredit müqaviləsi üzrə 247800 manat məbləğində əsas borcu, 119556,61 manat məbləğində faiz borcu və 79399,25 manat məbləğində cərimə borcu, cəmi 446755,86 manat kredit borcu vardır. İddiaçı cavabdehə kredit borcunun ödənilməsinə dair 22.09.2016-cı il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05.12.2016-cı il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 28820 saylı, 26.04.2017-ci il tarixli rəyinə əsasən, Cavabdeh 11.01.2013-cü il tarixli 10/13 saylı kredit müqaviləs i üzrə 11.01.2014-cü il tarixə əsas borc üzrə ******* manat, faiz borcu üzrə 101115 manat, 10.07.2013-cü il tarixli 154/13 saylı kredit müqaviləsi üzrə 10.07.2014-cü il tarixə əsas borc üzrə 247800 manat, faiz borcu üzrə 36956,61 manat,25.04.2013-cü il tarixli 70/13 saylı kredit müqaviləsi üzrə 25.04.2014-cü il tarixə əsas borc üzrə 1778000,62 manat, faiz borcu üzrə 161647,65 manat kredit borcu müəyyən edilir.Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş üzrə təyin edilmiş sənədlərin texniki ekspertizasının 17477 saylı, 02.08.2017-ci il tarixli rəyinə əsasən, tədqiqata təqdim edilmiş 2(011)-1095/2017 saylı mülki işinin materiallarında olan 11.01.2013-cü il tarixli 10/13 nömrəli, 10.07.2013-cü il tarixli 154/13 nömrəli, 25.04.2013-cü il tarixli 70/13 nömrəli təminatsız bərpaolunan kredit xətti müqavilələrində ol “Borc alan” və “Fiziki şəxs Cavabdeh İmza” qrafalardakı imzalar, 10.07.2013-cü tarixli, 11.01.2013-cü il tarixli kassa məxaric orderlərində olan “Təhvil aldım/Received” qrafasındakı imzalar faksimile klişe vasitəsilə icra edilmişdir. Tədqiqata təqdim edilmiş 2(011)-1095/2017 saylı mülki işinin materiallarında olan 25.04.2013-cü il tarixli kassa məxaric orderində olan “Təhvil aldım/Received” qrafasındakı imza hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa icra edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 73 manat təşkil edir. İş üzrə təyin edilmiş məhkəmə xəttşünaslıq-ekspertizasının 17478 saylı, 14.08.2017ci il tarixli rəyinə əsasən, ekspertizaya təqdim olunmuş, mülki işin 61-ci vərəqəsində 25.04.2013-cü il tarixli 1***-******* Ekran-Unikal kodlu, 1-34804- 1 nömrəli hesabdan Cavabdeh ******* manat məbləğində pulun verilməsinə dair kassa məxaric orderində “Təhvil aldım/Received” qrafasındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci ma ddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır; 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Göründüyü kimi, bir qayda olaraq müqavilədən əmələ gələn öhdəliklər müqavi lə bağlandığı andan yaranır. Müqavilənin yazılı bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalamasıdır. Qeyd edilən kredit müqavilələri cavabdeh tərəfindən imzalanmadığından, bununla da tərəflər arasında müqavilə bağlanması öz təsdiqini tapmadığından, cavabdehin iddiaçı qarşısında göstərilən müqavilədən irəli gələn hər hansı bir öhdəliyi də yaranmamışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, kredit müqaviləsi üzrə müəyyən ödənişlərin hər hansı şəxs tərəfindən edilməsi, cavabdehin almadığı məbləğə görə və bağlamadığı müqaviləyə görə öhdəliklərinin yaranması üçün əsas təşkil edə bilməz. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.12.2017 -ci il tarixli, 2(103)-12172/2017 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar