Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3550/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Edrees Ali X10 cavabdehlər Bakı şəhəri 9 saylı Notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsızlığı, əqdə əsaslanan iddia, iş üzrə icraata xitam verilməsi, iddianın yolverilməzliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X5 ibarət tərkibdə, iddiaçı Edrees Ali X10 cavabdehlər Bakı şəhəri 9 saylı Notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülk i kollegiyasının 2(103)-1164/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 29.10.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X8 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində, ümumi sahəsi 0.09 ha olan torpaq sahəsində yerləşən 94 saylı bağ sahəsini 32.000 manata Cavabdeh2 satmış, sonuncunun mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2. 28 sentyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yer ləşən, sahəsi 179.6 kv.m olan 94 saylı bağ evini 120.000 manata X12 Ahmed Alameriyə (bundan sonra – iddiaçı) satmışdır.
3. Bakı şəhəri 9 saylı Notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş 28 sentyabr 2018-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0.09 ha olan torpaq sahəsini 28 sentyabr 2023-cü il tarixədək, 5 il müddətinə iddiaçıya icarəyə vermişdir.
4. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən, sahəsi 179.6 kv.m olan 94 saylı bağ evi üzərində iddiaçının, bağ evinin yerləşdiyi 0.09 ha torpaq sahəsi üzərində isə Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(008) 5503/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, Cavabdeh2 ilə X13 Ahmed Alameri arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, icarə müqavilə üzrə ödənilməmiş 6.600 manat icarə haqqının X13 Ahmed Alameridən iddiaçı Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 9 saylı notariat ofisində bağlanılan 28 sentyabr 2018-ci il tarixli, 3M-1168 reyestr nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya geri ödənilməsi barədə qətnamə çıxarılmasını və cavabdehl ər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X2 əməllərində cinayət tərkibinin əlamətləri olduğu üçün onların əməllərinə hüquqi qiymət verilməsi üçün göstərilən şəxslər barəsində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ilin sentyabr ayında Cavabdeh2 ona ünvan 1 ünvanında yerləşən 0.09 ha ölçüdə guya ucuz qiymətə torpaq sahəsinin satıldığı və həmin torpaq sahəsinin onun tərəfindən alınaraq orada özü üçün yaxşı bir villa tikməsi və gələcəkdə Azərbaycana gələrkən otellərdə deyil, məhz öz şəxsi bağ evində qalması barədə təklif irəli sürmüş, o, Cavabdeh2 bu təklifi ilə bu şərtlə razı olmuşdur ki, həmin torpaq sahəsi tam şəkildə onun Azərbaycan Respublikasında yaradac ağı şirkətin adına rəsmiləşdirilsin. Çünki o, əcnəbi şəxs olduğundan torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinin mümkünsüz olmasından (qanunla buna yol verilmədiyindən) məlumatlı idi və buna görə də yalnız öz adına şirkət təsis etdikdən sonra həmin torpaq sahəsinin yeni yaradılan şirkətin adına alqı-satqı edilməsi bərədə öz aralarında şifahi razılığa gəlmişlər. Daha sonra Cavabdeh2 bununla razılaşmış və torpaq sahəsinin alınması üçün göndərilməli pulun onun öz adına deyil, məhz atası və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Cavabdeh3 adına göndərilməsini ondan xahiş etmişdir. Lazım olan məbləği cavabdehlərə göndərmiş, Cavabdeh2 inanmış və Azərbaycan dilini bilmədiyindən (Bakı şəhəri 9 saylı notariat ofisində müqavilə rəsmiləşdirilərkən tərcüməçi ilə təmin edilmədiyindən) mübahisələ ndirilən icarə müqaviləsi ilə həmin torpaq sahəsinin onun şirkətinin adına rəsmiləşdirildiyi qənaətinə gəlmişdir. Torpaq sahəsinin şirkətin adına alqı-satqı edilmədiyi (rəsmiləşmədiyi) ona 11 iyun 2021-ci il tarixdə keçmiş tanışı X1 nikahdan olan qızı ilə birlikdə qanunsuz olaraq onun evinə hər hansı razılığı və ya icazəsi olmadan ondan xəbərsiz qanunsuz şəkildə daxil olmasından və həmin bağ evində ona məxsus əmlakları talamasından sonra məlum olmuşdur.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-1772/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia təmin edilməmişdir.
9. Məhkəmə mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən etməmiş, həmçinin qeyd etmişdir ki, iddiaçı i carə müqaviləsinin etibarsız olması ilə bağlı tələbini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337, 339.3, 339.6, 347, 354-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2-ci, 77.1-ci, 88-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şikayət iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1164/2023 nömrəli iş üzrə 31 mart 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – F uad Abdıyev (sədrlik edən və məruzəçi), Fərid Əyyubov və Aida Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə birinci instansiya məhkəməsini mövqeyi ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, hazırkı mübahisədən əvvəl iddiaçı ilə cavabdehlər arasında iki məhkəmə mübahisəsi olmuşdur. Belə ki, ilk öncə Cavabdeh2 iddiaçıya qarşı aralarında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının tutulması tələbini irəli sürmüşdür. Həmin icraat çərçivəsində cavabdeh icarə müqaviləsi ilə bağlı hazırda ifadə etdiyi (icarə müqaviləsi bağlanan zaman tərcüməçi ilə təmin edilməmiş, həmin vaxt icarə deyil, alqı-satqı müqaviləsi imzaladığını düşünmüş, bu səbəbdən icarə haqqı ödəməmiş, həmi n torpağın sonradan onun tərəfindən yaradılmış şirkətin adına rəsmiləşdirilməsinə dair aralarında razılıq olmuş, lakin nəticədə iddiaçı və onun atası tərəfindən aldadılmışdır) eyni dəlillərlə iddiaya etiraz etmişdir. İş üzrə qəbul edilmiş və artıq qanuni qüvvəyə minmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5503/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə məhkəmə həmin müqaviləni hüquqi nəticə etibarı ilə etibarlı müqavilə kimi qiymətləndirilmiş və həmin iş üzrə cavabdeh olan hazırkı iddiaçının mövqeyini əsassız hesab etmişdir.
14. Bundan sonra isə iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı qeyd edilən torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınması, həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ya bu torpa q sahəsinə görə ödədiyi 233.971,12 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulması tələbini irəli sürmüş və həmin icraat çərçivəsində də konkret olaraq, hazırkı mövqedən çıxış etmiş və hazırda icarə müqaviləsinin etibarsızlığının əsası kimi göstərdiyi halları eyniliklə həmin icraatda da göstərmişdir. Onun bu iddiası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir.
15. Məhkəmə hesab etmişdir ki, qanuni qüvvəsini almış həmin qətnamələr hazırkı iş üzrə preyudisial xarakter daşıyır.
16. Məhkəmə cavabdehlərin əməllərində cinayət tərkibinin olması səbəbindən xüsusi qərardad çıxarmaqla, bu barədə aidiyyəti üzrə prokurora məlumat verilməsi ilə bağlı hissədə belə qənaətə gəlmişdir ki, qeyd edilən hallar mülki xarakter daşıdığından, xüsusi qərardadın çıxarılması üçün hər hansı əsas yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı (Vəkil X7) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti, iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq Mülki Məcəllə
20. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Eti barsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
21. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.
22. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; Mülki Prosessual Məcəllə
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir:...153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnam əsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa...
26. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:..261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa...
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
30. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən:...417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
31. Maddə 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir:...418.4.10. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarı
32. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həm in əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
33. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan eti barən öz təsir və nəticələrini göstərir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadı
34. Bənd
27. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyə t etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir.
35. Bənd
36. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir.” məzmunundakı hüquqi mövqedən də görünür ki, əqdin etibarlılığının yoxlanılmasının zəruri şərti etibarsızlıq barədə tələbin irəli sürülməsi deyil, sadəcə tələbin əqdə söykənməsidir. Odur ki, məhkəmə “əqdin etibarsız sayılması, əqdən doğan öhdəliyin icrası üzrə və s.” tələbləri, yaxud bu iddialara etiraz əsasında tərəflərin faktiki münasibətlərində baş vermiş halları, varsa əqdi mübahisələndirmə (iradənin qarşı tərəfə çatdırılması) faktını araşdırır, əqdin etibarlı olub-olmamasına görə mübahisəni həll edir.
36. Bənd
37. Bu baxımdan, əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericilik baxımından yolverilməzdir.
37. Bənd
53. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməl idir.
46. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Baxılan iş üzrə iddiaçı Cavabdeh2lə aralarında bağlanmış icarə müqaviləsinin etibarsızlığını tələb edir. Cavabdeh2 daha əvvəl başqa iş üzrə iddiaçı ilə aralarında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, ödənilməmiş icarə haqqının və zərərin ödənilməsi barədə iddia qaldırmışdır. Həmin iddia onunla əsaslandırılmışdır ki, xx.xx.2018ci il tarixli icarə müqaviləsi əsasında Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən, sahəsi 179.6 kv.m olan 94 saylı bağ evinin yerləşdiyi torpaq sahəsini cavabdehə (hazırkı iş üzrə iddiaçıya) icarəyə vermiş, lakin sonuncu müqavilə öhdəliklərini pozaraq icarə haqqını ödəməmişdir.
39. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5503/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin iddia qismən təmin edilmiş, Cavabdeh2 ilə X13 Ahmed Alameri arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsi ləğv edilmiş, icarə müqavilə üzrə ödənilməmiş 6.600 manat icarə haqqının X13 Ahmed Alameridən iddiaçı Cavabdeh2 xeyrinə tutulması qət edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir.
40. Göründüyü kimi həmin mülki iş üzrə iddia məhz hazırkı iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən əqdə - xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə mövqeyini, həmçinin onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçının cavabdeh olduğu başqa mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(008)-5503/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə məhkəmə həmin müqaviləni hüquqi nəticə etibarı ilə etibarlı müqavilə kimi qiymətləndirilmiş və həmin iş üzrə cavabdeh olan hazırkı iddiaçının mövqeyini əsassız hesab etmişdir. Həmin icraat çərçivəsində cavabdeh (hazırkı iş üzrə iddiaçı) iddiaya etirazını hazırkı iddia ərizəsində istinad etdiyi dəlillərlə (icarə müqaviləsi bağlanan zaman tərcüməçi ilə təmin edilməmiş, həmin vaxt icarə deyil, alqı-satqı müqaviləsi imzaladığını düşünmüş, bu səbəbdən icarə haqqı ödəməmiş, həmin torpağın sonradan onun tərəfindən yaradılmış şirkətin adına rəsmiləşdirilməsinə dair aralarında razılıq olmuş, lakin nəticədə iddiaçı və onun atası tərəfindən aldadılmışdır) əsaslandırmışdır. Məhkəmə hesab etmişdir ki, qanuni qüvvəsini almış həmin qətnamələr baxılan iş üzrə preyudisial xarakter daşıyır.
47. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edi lməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. 48. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadında yuxarıda ifadə edilmiş hüquqi mövqelərdən irəli gələrək qeyd edilmişdir ki, əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin baxımından yolverilməzdir (bənd 37).
49. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə MPMin 261.0.2-ci maddəsin ə əsasən iş üzrə icraata xitam verilməlidir (bənd 53).
50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və MPM-in 261.0.2-ci, 417.1.5 və 418.4.10-cu maddələrini rəhbər tutaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki işin icraatına eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə xitam verilməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.5, 418.4.10 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Edrees Ali X10 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1164/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qətnaməsi ləğv edil sin. İddiaçı Edrees Ali X10 cavabdehlər Bakı şəhəri 9 saylı Notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.