Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3554/2021 30.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı xxx cavabdehlər Cavabdeh2 və "xxxx"Sığorta ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3554/21 (Açar sözlər: kassasiya şikayətinin məhkəmə baxışından çıxarılması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin digər tərəfin kassasiya şikayəti əsasında tam yoxlanması) Bakı şəhəri, 30 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-146/2019 nömrəli, 07 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, “BMW-X6 AH” markalı avtomaşına vurulmuş 28.022,4 manat, əlavə 550 manat, işçilik üçün tələb olunan 9465 manat, ümumilikdə 38.037,4 manatın cavabdehlərdən müştərək qaydada tutulması, avtomaşının istifadə edilməməsinə görə 3 avqust 2012-ci il tarixdən avtomaşının istismara yararlı hala gətirələcək günədək olan müddət üçün hər gün 100 manat hesabı ilə ziyan məbləğinin, 30 manat dövlət rüsumunun Cavabdeh2 onun xeyrinə barədə qətnamə çıxarılmasını xahi ş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-702 saylı, 19 iyun 2015-ci il tarixli qərardadı ilə iddia tələbinin "xxxx" ASC-yə qarşı hissəsində iş üzrə icraata xitam verilmiş, mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Masallı rayon Məhkəməsinə göndərilmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-1864/2015 saylı, 14 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Cavabdeh2 qarşı iddia tələbi, iddiaçının subyektiv hüququnun olmaması əsası ilə təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-496/2016 nömrəli, 13 aprel 2016-cı il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 2(050)-1864/2015 saylı, 14 oktyabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddiaçının kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)814/2017 saylı, 10 mart 2017-ci il tarixli qətnaməsi təmin edilməmişdir. İddiaçı şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli 2(102)-814/2017 saylı qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə həmin Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 aprel 2018- ci il tarixli 13(102)-3(k)2018 saylı qərarı ilə İddiaçı Cavabdeh2 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarı və onunla əlaqədar Şirvan Apelasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 aprel 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-146/2019 nömrəli, 07 may 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Masallı rayon məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın qismən təmin edilməsi, 2010-cu il buraxılışlı, “BMVX6 AH” markalı 10PX 881 dövlət q eydiyyat nişanlı avtomobilin zədələnmiş ehtiyat hissələrinə görə 11082,00 manatın, zədələnmiş hissələrin bərpa edilməsi (dəyişdirilməsi) ilə bağlı xərclərin (zəhmət haqqı) dəyəri 5450,00 manatın, cəmi 16532 (on altı beş min beş yüz otuz iki) manatın Cavabdeh2 alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri kimi 240 (iki yüz qırx) manatın Cavabdeh2 və İddiaçı müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. (hakimlər Zeynal Zeynalov (sədrlik edən və məruzəçi), X1 Həsənov) Cavabdeh2 apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5876/2019 nömrəli, 12 sentyabr 2019-cu il tarixli qərarı ilə kassasiy a şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 may 2019-cu il tarixli, 2(106)146/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı (Vəkil oğlu) kassasiya şikayəti verib, şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.07.2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilərək məhkəmə baxışına təyin edilmişdir. Kassasiya şikayətində baxarkən müəyyən edildi ki, İddiaçı kassasiya şikayəti MPMnin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. Belə ki, barəsində iddiaçının kassasiya şikayəti verdiyi Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-146/2019 nömrəli, 07 may 2019-cu il tarixli qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılmış və həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5876/2019 nömrəli, 12 sentyabr 2019-cu il tarixli qərarı ilə bütövlükdə dəyişdirilmədən saxlanmışdır. Başqa sözlə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-146/2019 nömrəli, 07 may 2019-cu il tarixli qətnaməsi artıq tam şəkildə qanunu qüvvəsini almışdır. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün əraz isində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 №-li Qərardadın 41-ci bəndində də qeyd edilib ki, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi işə baxar kən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 403.1, 417.1.7-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-146/2019 nömrəli iş üzrə 07 may 2019-cu il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 14.07.2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı İddi açı kassasiya şikayəti kassasiya baxışından çıxarılsın. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-3554/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3554/2021
30.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver