Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3554/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı1 qarşı qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsızlığı, hərracın etibarsızlığı, notariusun icra qeydi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X5 ibarət tərkibdə, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı müqavilələrin və hərracın etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi barədə ilkin; Cavabdeh İddiaçı1 qarşı kredit borcu və çəkilmiş xərcin ödənilməsi barədə qarşılıqlı iddia tələblə rinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-466/2023 nömrəli, 08 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X2 ilə X3 arasında 22 aprel 1997-ci ildə nikah qeydə alınmış, nikah bağlandıqdan sonra qadına Rüstəmova soyadı verilmişdir.
2. Cavabdeh ilə İddiaçı1 arasında bağlanmış 31 yanvar 2017-ci il tarixli kredit müqaviləsində (bundan sonra – Kredit müqaviləsi) Cavabdeh İddiaçı1 xx.xx.2019-cu il tarixədək qaytarmaq şərtilə 60000 manat məbləğində borc verdiyi qeyd olunmuşdur.
3. İpoteka saxlayan qismində Cavabdehla, ipoteka qoyan qismində X2 (nümayəndəsi X 4 tərəfindən imzalanmışdır) və borc alan İddiaçı1 arasında 31 yanvar 2017-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka qoyan özünə məxsus Mingəçevir şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 78 №-li evin 30 №-li mənzilini (bundan sonra – ipoteka predmeti) yuxarıdakı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində kreditor qarşısında ipoteka ilə yüklü etmiş, müqavilədə ipoteka predmetinin dəyəri 60000 manat müəyyən edilmişdir.
4. X2 18 sentyabr 2020-ci ildə ölmüşdür.
5. Cavabdeh 30 dekabr 2020-ci il tarixdə ərizə ilə notariat ofisinə müraciət edərək, kredit borcu ödənilmədiyinə görə X1 məxsus ipoteka predmetinə tutma yönəldilməsi haqqında icra qeydi aparılmasını xahiş etmişdir və eyni tarixdə notarius tərəfindən tələb olunan məzmunda icra qeydi verilmişdir. 6. "xxxx" MMC-nin xx. xx.2021-ci il tarixli rəyi ilə ipoteka predmeti 55.000 manat qiymətləndirilmişdir.
7. Mingəçevir şəhəri İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə ipoteka predmetinin ixtisaslaşdırılmış açıq hərracda satılması "xxxx" MMC-yə sifariş verilmiş, mənzilin ilkin qiyməti 55000 manat müəyyən edilmişdir. 8. "xxxx" MMC-nin hərracın yekunları barədə 22 noyabr 2021-ci il tarixli 073 №-li protokoluna əsasən ipoteka predmeti açıq hərracdan 55550 manata Cavabdeh satılmış, həmin tarixdə sonuncu tərəfindən hərrac mərkəzinə 2750 manat xidmət haqqı ödənilmişdir.
9. İpoteka predmeti xx.xx.2021-ci ildə tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kredit müqaviləsinin əhəmiyyətsizliyinin tanınması, Mingəçevir “Asan xidmət” mərkəzində notariat ofisində bağlanmış 3M-23 №-li, 31 yanvar 2017-ci il tarixli ipoteka müqaviləsinin etibarsız sayılması, 02 fevral 2017-ci il tarixli ipotekanın qeydiyyatının ləğv edilməsi, Mingəçevir regional “Asan xidmət” mərkəzində notariat ofisinin 30 dekabr 2020-ci il tarixli, reyestrdə 811645 №-li qeydə alınmış icra qeydinin ləğv edilməsi, ipoteka predmetinin hərracda satılmasına dair "xxxx" MMC tərəfindən 22 noyabr 2021-ci il tarixdə keçirilmiş hərracın və hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin etibarsız sayılması, əmlakın xx.xx.2021-ci il tarixli qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasın ı xahiş etmişdir.
11. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdir ki, kredit və ipoteka müqavilələri başqa əqdi pərdələmək üçün bağlanmış, icra qeydi və hərrac keçirilməsi zamanı qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuş, bu proseslər barədə onlara məlumat verilməmişdir.
12. Cavabdeh İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncudan Kredit müqaviləsi üzrə borcundan ödənilməmiş 4450 manatın, 2750 manat xidmət haqqının və 92,50 manat xərcin alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, müqavilələr real olmuş və borcalanın Kredit müqaviləsi üzrə ödənilməmiş borcu qalmışdır. Cavabdeh hərrac prosesində əlavə xərclərə məruz qalmışdır. İddiaçılar tərəfindən həmin müqavilələri mübahisələndirmək üçün mülki qanunvericilikdə müəyyən edilmiş müddətlər keçmişdir.
14. İşə baxılarkən X4 iddiaçıların tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Sonuncu məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, X2 onun qardaşı olub. Qardaşı ailəsi ilə birlikdə Rusiyada yaşayıb. Qardaşı Rusiyada “İlyas” adlı adamdan aldığı borca görə mülkiyyətində olan evi ipoteka qoyub. Həmin borca görə İlyasın qardaşı oğlu Cavabdehla qardaşının qaynı İddiaçı1 arasında kredit müqaviləsi bağlanıb. Qardaşı aldığı borcun bir hissəsini ödəyib və sonra vəfat edib. Mənzilin hərracda satılması nəticəsində qardaşının ailəsi evsiz qalıb.
15. İşə baxılarkən, həmçinin Mingəçevir şəhər icra və probasiya şöbəsi cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
16. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(051)-808/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Kərimova), ilk iddianın qismən təmin olunması, ipoteka predmetinə dair "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş hərrac, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız sayılması, ilk iddianın qalan hissədə təmin olunmaması, qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir.
17. Məhkəmə müəyyən etmişdir ki, kredit müqaviləsi tərəflər arasında razılaşma ilə könüllü, qarşılıqlı iradə ifadəsinin nəticəsi olaraq bağlanmış və notariat ofisində təsdiq edilmişdir. İpoteka müqaviləsi də notariat qaydada təsdiqlənmiş, müqavilə bağlanan zaman mülki yyətçi ilə nikahda olan, hazırkı iş üzrə İddiaçı2 razılıq ərizəsi alınmışdır. Notarius tərəfindən icra qeydinin verilməsi zamanı qanunun tələbləri pozulmamışdır. Ona görə də Kredit müqaviləsinin əhəmiyyətsizliyinin tanınması, ipoteka müqaviləsinin etibarsız sayılması, ipoteka qeydinin ləğv edilməsi hissələrində iddia təmin olunmamalıdır.
18. Eyni zamanda icra qeydi Mingəçevir icra və probasiya şöbəsinə göndərildikdən sonra tələbin könüllü icrası barədə borclular İddiaçı1 və X1 bildiriş yazılmış, lakin bildirişdə borcluların poçt ünvanları qeyd edilməmiş və bildirişin ipoteka qoyan Zeynal Rüstəmova göndərilməsini təsdiq edən poçt sənədi işə əlavə edilməmişdir. Ona görə də tələbin könüllü icrası barədə bildirişin borclulara göndərilməsi inandırıcı deyil.
19. Məhkəmə qeyd etmişdir ki, ipoteka müqaviləsində tərəflərin razılığı ilə ipoteka qiyməti qeyd edilmiş olsa da, tərəflərin razılığı olmadan icra və probasiya şöbəsinin sifariş məktubuna əsasən qiymətləndirici "xxxx" MMC tərəfindən ipoteka predmeti yenidən 55000 manat qiymətləndirilmişdir. Hərracın keçirilməsinə dair bildirişin boclu ipoteka qoyana göndərilməsini təsdiq edən poçt sənədi hərrac sənədlərinə əlavə olunmamışdır. Həmçinin, “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsində göstərilmiş müddətlər (5 təqvim günü və 3 təqvim günü) ölkə daxilində göndərilmiş bildirişlər üçün nəzərdə tutulmuşdur. İpoteka qoyan-borclu Zeynal Rüstəmov isə ölkə daxilində yaşamamış və qeydiyyatda olmamışdır.
20. Məhkəmə qeyd olunanlara əsasən keçirilmiş hərracın və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müq avilənin etibarsız sayılması barədə nəticəyə gəlmişdir.
21. Məhkəmə, həmçinin hesab etmişdir ki, hərrac etibarsız hesab edildiyi üçün hərracın keçirilməsi ilə əlaqədar ödənilmiş 2750 manat, kredit müqaviləsi üzrə ödənilməmiş 4450 manat və dövlət rüsumu kimi ödənilmiş 92,50 manat pul tələbinə dair qarşılıqlı iddia da təmin olunmamalıdır.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 329.2, 331.1, 354.1, 389.1, 390.1, 405.1, 406.1, 416.1, 416.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.2, 36.1, 37.1, 38.2, 43.3, 47-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.1, 9.3, 14.2, 77.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun un “Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat
23. İddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianı təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.
24. Həmçinin cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya i nstansiya məhkəməsi) 2(107)-466/2023 nömrəli, 08 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədlidən ibarət tərkibdə) apellyasiya şikayətləri qismən təmin edilmiş, qətnamə qismən ləğv edilmiş, həmin hissələr üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı2 və İddiaçı1 ilk iddiaları icra qeydinin ləğv edilməsi, hərrac protokolunun etibarsız hesab edilməsi, 13 dekabr 2021-ci il tarixli qeydiyyatın və çıxarışın ləğv edilməsi hissələrində təmin edilmiş, ipoteka predmetinə tutma yönəldilməsi barədə Mingəçevir regional ASAN xidmət mərkəzində notariat ofisinin 30 dekabr 2020-ci il tarixli, reyestrdə 81-16451 nömrə ilə qeydə alınmış icra qeydi ləğv edilmiş, ipoteka predmetinin hərracda satılmasına dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın 22 noyabr 2021-ci il tarixli 073 №-li protokolu etibarsız hesab edilmiş, əmlakın alqı-satqısına dair 13 dekabr 2021-ci il tarixli qeydiyyat və Cavabdeh adına verilmiş çıxarış ləğv edilmiş; Cavabdeh qarşılıqlı iddiası kredit müqaviləsi üzrə kredit borcundan ödənilməmiş pulun tutulması hissəsində təmin edilmiş, İddiaçı1 31 yanvar 2017-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcundan ödənilməmiş 4450 manat pulun tutularaq Cavabdeh verilməsi qət edilmiş, qətnamə apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
26. Məhkəmə birinci instansiya məhkəməsinin notariusun icra qeydinin verilməsi zamanı qanunun tələblərinin pozulmamasına dair mövqeyi ilə razılaşmamış və qeyd etmişdir ki, tərəflər arasında icra qeydinin ləğvi, hərrac protokolun un etibarsızlığı və çıxarışın ləğvi ilə bağlı yaranmış hüquq münasibətləri kredit borcunun ödənilməsi məqsədi ilə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mübahisədir.
27. Mübahisə üzrə vəfat etmiş şəxsin hüquqi varisləri müəyyən edilərək, icra qeydinin aparılacağı barədə bildiriş onun varislərinə göndərilməməklə yanaşı, ”İpoteka haqqında” Qanunun, “Notariat haqqında” Qanunun və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın tələbləri pozularaq, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ilkin prosedurlara riayət edilmədən birbaşa bu barədə icra qeydinin verilməsinə dair notariat orqanına müraciət edilmiş, notariat orqanı da icra qeydinin verilməsinədək qanunvericilikdə riayət edilməsinin məcburiliyi müəyyən edilmiş tələbləri diqqətə almadan 30 dek abr 2020-ci il tarixli icra qeydini vermişdir.
28. İş materiallarına 30 dekabr 2020-ci il tarixli icra qeydi, onun verilməsi üçün əsas olmuş sənədlər əlavə edilsə də, həmin sənədlər arasında ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş, həmin bildirişin qeydə alınmasına dair ərizə mövcud deyildir və ipoteka saxlayan tərəfindən də bu sənədlər məhkəməyə təqdim edilməmişdir. İpoteka saxlayanın nümayəndəsi (vəkili) tərəfindən elektron qaydada məhkəməyə göndərilmiş, notariat orqanının onun sorğusuna cavab olaraq yazdığı 03 may 2023-cü il tarixli, 915 nömrəli məktubundan və ona əlavə edilmiş sənədlərdən də icra qeydinin verilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş, həmin bildirişin qeydə alınmasına dair ərizənin notariat orqanına təqdim edilmədiyi, bir sözl ə ipoteka saxlayan tərəfindən icra qeydinin verilməsinə dair ərizə ilə notariat orqanına müraciət etməsindən əvvəl qanunvericilikdə riayət edilməsi imperativ olan ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ilkin tələblərə riayət edilməməsi müəyyən edilmişdir.
29. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi icra qeydinin verilməsində qanunvericilikdə nəzərdə tutulan tələblərin pozulmaması nəticəsinə gələrkən “İpoteka haqqında” Qanunun 36-38-ci maddələrinin, “Notariat haqqında” Qanunun 76-cı maddəsinin və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 162-ci maddəsinin tələblərini nəzərə almamışdır.
30. Bununla yanaşı, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair icra qeydi verilərkən artıq həyatda olmayan ipoteka qoyanın hüquqi varisləri işə cəlb edilm əmiş, beləliklə də onlar hərracın keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmamış, onların ipoteka predmetinə olan gözlənilən mülkiyyət hüquqları pozulmuşdur.
31. Məhkəmə qeyd etmişdir ki, ipoteka müqaviləsində ipoteka predmetinin qiyməti ipoteka qoyan və ipoteka saxlayanın razılığına əsasən 60000 manat müəyyən edilməsinə baxmayaraq, həmin qiymətin mübahisələndirilməsi halı müəyyən edilməmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsinə dair ilkin prosedurlara riayət edilmədən keçirilmiş hərrac və onun nəticələri etibarlı hesab edilmədiyi halda apellyasiya şikayətinin digər dəlilləri hərracın etibarlı olması əsası kimi qəbul edilə bilməz.
32. Məhkəmə belə nəticəyə gəlmişdir ki, hərracın keçirilməsində “İpoteka haqqında”, “Notariat haqqında”, “İcra haqqında” qanunların tələblərini n pozulması müəyyən edildiyindən hərracın nəticələrinə dair protokolun da etibarlı sənəd kimi qəbul edilməsi mümkünsüzdür və iddiaçılar hərrac protokolunun etibarsızlığını tələb etməkdə haqlı olmuşdur. Hazırkı mübahisə üzrə əldə edənin vicdanlı alıcı kimi qəbul edilməsi mümkünsüzdür. Bu əsaslarla iddiaçıların Cavabdeh adına aparılmış 13 dekabr 2021-ci il tarixli qeydiyyat və çıxarışın ləğv edilməsi tələbləri də əsaslıdır.
33. Məhkəmə cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsində işə 7 ay 4 günə işə baxılması, 12 dəfə məhkəmə iclası keçirilməsi, qarşılıqlı iddia ərizəsi verildikdən sonra məhkəmə iclasının 10 dəfə təxirə salınması, bununla da, işə baxılarkən prosessual hüquq normalarının tələblərinin pozulmasına dair dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırkı iş üzrə ilk və qarşılıqlı iddia tələblərinin mövcudluğu, məhkəmə tərəfindən sorğuların verilməsi, proses tərəflərinin ayrı-ayrı vaxtlarda əlavə sübutların, sənədlərin təqdim edilməsi məqsədi ilə məhkəmə iclaslarının təxirə salınmasına dair xahişləri, əsassız təxirə salınma hallarının müəyyən edilməməsi, İnsan Hüquqları Üzrə Avropa Konvensiyasının 6-cı maddəsinin tələbləri də diqqətə alınaraq məhkəmə tərəfindən işə baxılma müddətinin ötürülməsinin prosessual pozuntu kimi şərh edilməsinə əsas ola bilməz.
34. Məhkəmə Cavabdeh 2750 manat xidmət haqqı və 92,50 manat xərclər tələbinə dair dəlilini də əsaslı hesab etməmiş, qeyd etmişdir ki, ipoteka predmeti ilə bağlı hərrac “İpoteka haqqında” Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirildiyindən, hərrac etibarsız hesab edildiyindən birinci ins tansiya məhkəməsi həmin hissədə qarşılıqlı iddia tələbini rədd etməkdə doğru nəticəyə gəlmişdir. Bununla yanaşı, Kredit müqaviləsi üzrə borc alan İddiaçı1 borc verən Cavabdeh aldığı 60000 manat borcu 31 yanvar 2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürdüyü üçün kredit borcu üzrə 4450 manat pul tələbi təmin olunmalıdır.
35. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 14.2.1, 337.1, 385.1, 386.1, 389, 390.1, 405.1, 414.1, 415.5, 442, 739.1-ci, həmçinin “İpoteka haqqında” və “İcra haqqında” Qanunlara, “Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona etirazların dəlilləri
36. İddiaçı1 kassasiya şikayəti verərək, apelyasiya ins tansiyası məhkəməsinin qətnaməsinin ilk iddianın təmin olunmayan hissəsində və qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv olunmasını, işin təkrar apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
37. Kassasiya şikayəti ilkin iddianın və iddiaçıların apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır.
38. Həmçinin Cavabdeh kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilk iddianın təmin olunan hissədə ləğv edilməsi və ilk iddianın tam rədd edilməsi, qarşılıqlı iddianın təmin olunmayan hissədə ləğv edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
39. Kassasiya şikayəti qarşılıqlı iddianın və Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazı n dəlilləri
40. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq İddiaçı1 kassasiya şikayətinin təmin, Cavabdeh kassasiya şikayətinin rədd olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
41. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
42. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
43. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olm ayaraq özlüyündə etibarsız olan əqddir.
44. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
45. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
46. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Qanun
47. Maddə
3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafi q qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.
48. Maddə
4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur.
49. Maddə 10.1. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur.
50. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qey d olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
51. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.
52. Maddə 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər.
53. Maddə 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.
54. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
55. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
56. Maddə 41.5. Hərrac açıq auksion formasında keçirilir.
57. Maddə 42.1. Hərracın tə şkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
58. Maddə 42.5. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır.
59. Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
60. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur.
61. Maddə
44. Bu Qanunla müəy yən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Qanun
62. Maddə 57.3. İpoteka predmetinin üzərinə tələb yönəldilməsinin xüsusiyyətləri “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Notariat haqqında” Qanun
63. Maddə
76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu t ərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Mülki Prosessual Məcəlləsi
64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
66. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
67. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
70. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikay əti təmin etmədən saxlaya bilər. Kasasiya baxışının hədləri
71. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə Q kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
72. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı İddiaçı1 və Cavabdeh ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri əsasında tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
73. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
74. Kassasiya şikayətlərinin dəlilləri əsasən apellyasiya şikayətlərinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə əsaslandırıl mış qiymət verilmişdir.
75. Kassasiya şikayətlərinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
76. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
77. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-466/2023 nömrəli, 08 may 2023-cü il tarixli qətnaməsi dəyiş dirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.