Məhkəmə qərarları › İş №2(102)-3555/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3555/2021

01.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3555/2021 01.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X1, Cavabdeh2 və 3-cü şəxs Cavabdeh3nə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3555/21 (Açar sözlər: maddi və mənəvi zərər) Bakı şəhəri, 01 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı2 və vəkili Rnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1060/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsindən iddia çılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə işə 01 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 üçüncü şəxs qismində Cavabdeh3 İB cəlb olunmaqla cavabdehlər X2 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kirayədə yaşadıqları E nömrəli fərdi yaşayış evində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təqsiri üzündən baş vermiş partlayış nəticəsində onların əmlakına dəymiş 11663 manat məbləğində zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Daha sonra iddiaçılar məhkəməyə iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə ilə müraciət edərək, dəymiş maddi zərə rə görə 3637 manat və mənəvi zərərlə bağlı 5000 manat, ümumilikdə 8637 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq onlara ödənilməsini, cavabdehlər barəsində xüsusi qərardad çıxarılmasını, məhkəmə xərclərinin cavabdehlərdən tutulmasını xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışlar ki, 10 dekabr 2015-ci il tarixdə onlar şifahi razılaşma əsasında Cavabdeh1 ilə onun bacısı Cavabdeh2 məxsus E nömrəli fərdi yaşayış evində kirayə pulu ödəməklə yaşamağa başlamışlar. 27 yanvar 2016-cı il tarixdə səhər saat 09:30 radələrində evdən çıxmış və saat 18:00 radələrində evə qayıtdıqda qonşuların qapıya toplaşdığını, evdə partlayış hadisəsinin baş verdiyini, nəticədə evin dam örtüyünün bir hissəsinin dağıdıb yerə töküldüyünü, partlayış zamanı yaranan alovun təsirindən evdə olan əşyaların yararsız hala düşdüyünü görüblər. Evdə yaşadıqları ilk gündən mətbəx otaginda yerləşən dörd gözlü qaz sobası, paltaryuyan maşının üstündə yerləşdiyindən hər dəfə paltaryuyan maşın isə düşdükdə sobanın arxa hissəsində birləşən qaz borusu nasaz vəziyyətdə düşürdü və qaz sızması əmələ gəlirdi. Bu barədə, o, dəfələrlə Cavabdeh1 məlumat verməsinə baxmayaraq, o, hər dəfə qaz sobasını düzəltməyə söz verirdi, lakin sözünə əməl etmirdi. Partlayış nəticəsində onlara 11663 manat məbləğində ziyan vurulmuşdur ki, bu da cavabdehlərin təqsiri üzündən baş vermişdir. Cavabdeh1 partlayış barədə hec bir yerə məlumat verməməyi xahiş edərək, onlara dəymiş ziyanı tam ödədiyini bil dirmişdir. Lakin dörd gün keçdikdən sora yəni 02.02.2016-cı il tarixdə, o, evdə partlayışın baş verməsi barədə ərizə ilə FHN-nin Səbail rayon şöbəsinə müraciət etmişdir. Onlar hazırki ərizəyə əlavə edilmiş AR Ali Məhkəməsinin qərarının surətini əlavə etməklə iş üçün preyudisial əhəmiyyət kəsb edən məkəmə aktlarının mövcud olmalarını məhkəmənin nəzərinə çatdırmaq istəyirlər. Belə ki, AR Ali Məhkəməsinin MK-nın 13.12.2019-cu il tarixli, 2(102)7753/2019 saylı qərarında hazırda cavabdehlər lakin o zaman iddiaçılar olmuş Cavabdeh1 və Cavabdeh2 onlara qarşı qaldırdıqları əsassız iddia tələbləri ilə bağlı aşağıdakı məhkəmə aktlarının qəbul edilməsi sadalanmışdır:

1. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 28 mart 2017-ci il tarixli, 2(009)-111/2017 saylı qətnaməsi.

2. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 yanvar 2018-ci il tarixli, 2(103)-1858/2018 saylı qətnaməsi.

3. AR Ali Məhkəməsinin MK-nın 20 iyun 2018-cxi il tarixli, 2(102)-4379/2018 saylı qəran. 4.Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 noyabr 2018-ci il, 2(103)9533/2018 saylı qətnaməsi.

5. AR Ali Məhkəməsinin MK-nın 04 aprel 2019-cu il tarixli, 2(102)-2321/2019 saylı qərarı.

6. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 iyul 2019-cu il tarixli,2103)-8413/2019 saylı qətnaməsi.

7. AR Ali Məhkəməsinin MK-nın 13.12.2019-cu il tarixli, 2(102)-7753/2019 saylı qanuni qüvvəsini almış qərarı. İlkin iddia ərizəsində dəymiş maddi zərərə cavabdehlərdən 11.663 manat pul araq iddiaçılara verilməsi tələbi qoyulsa da, həmin zərərin dəyməsinin hansı mütəxəssis hesabatı və ya ekspert rəyi ilə təsdiq edilmələri barədə sübutları ərizəyə əlavə ed ə bilmədiklərindən, hazırda AR FHN-nin İstintaq Şöbəsi tərəfindən qəbul edilmiş 21 iyun 2016-cı il tarixli qərarında müəyyən edilmiş ekspert rəyinə istinad edərək iddia tələbinin maddi zərərlə bağlı hissəsini azaltmaq məcburiyyətindədirlər. Belə ki, sözügüdən qərarda qeyd edilmişdir ki, AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 24 may 2016-cı il tarixli, 7886 nömrəli əmtəəşünaslıq ekspertizası rəyinə əsasən, 27 yanvar 2016-cı il tarixdə, vətəndaş Cavabdeh2 məxsus E nömrəli fərdi yaşayış evində partlayışla nəticələnən yanğın hadisəsi nəticəsində əmtəə üzrə pərakəndə satışda mövcud olan analoji mallar üzrə təqdim edilmiş məlumatlara əsasən İddiaçı1 37 adda malların nəzəri hesablama yolu ilə orta bazar qiyməti təxminən 3.637 manat müəyyən edilir, 6 adda malın isə əmtəə keyfiyyət g östəriciləri və sairə məlum olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. AR FHN-nin Əməliyyat-İstintaq İdarəsində X3 izahat verərkən “Fərdi yaşayış evinin qaz cihazlarına və qaz dərinə qaz idarəsinin nəzarətçisi tərəfindən həmişə baxış keçirilmiş, həmin hadisədən təxminən 3-4 il bundan əvvəl qazın nəzarətçisi evə texniki baxış keçirərkən, hamam otağında qənaətli su qızdırıcısının nəfəslik borusunun və hamamın qapısında dəlik olmadığını bildirmiş, barədə akt tərtib etdiyini və həmin günü nöqsanların aradan qaİdırdığını bildirmişdir” qeyd etsə də, nöqsanların aradan qaldırılması barədə o nəinki ibtidai araşdırma aparan orqana, habelə sonradan məhkəməyə heç bir sübutlar təqdim etməmişdir. Belə ki, AR FHN-nin Əməliyyat-İstintaq İdarəsinin qəbul etdiyi 21 iyun 2016-cı il tarixi qərarın ın “Müəyyən etdim” hissəsinin 3-cü səhifəsinin 7- abzasına nəzər yetirilsə “Beləliklə, araşdırma zamanı müəyyən ediİmişdir ki, yanğın hadisəsi evin yaxınlığından hər hansı yeraltı xətlərin keçmədiyini, eləcə də, evdə maye qaz balonundan istifadə edilmədiyini nəzərə aldıqda partlayış, mətbəx sahəsinə çöldən çəkilərək gətirilmiş, 15 mm-lik polad materialdan olan qaz borusunun qaz sobasına birləşən hissəsindən sızan təbii qazın fərdi yaşayış evinin mətbəx otağına dolması nəticəsində partlayış konsentrasiyalı qaz-hava işığının yaranması və həmin qarışığın hər hansı alışdırıcı mənbənin təsirindən alışması nəticəsində baş verməsi üçün xarakterikdir” şahidi olarıq. Amma ən əsası odur ki, iddiaçılar onlara kirayə verdikləri evin özbaşına tikili olması və heç bir müvafiq icra hakimiyyəti orqanı tər əfindən istismara qəbu edilməsi haqqında sərəncam olmamasını əvvəldən bilməklə yanaşı, həmin evə dair heç bir dövlət reyestrindən onun qeydiyyata alınması barədə mülkiyyət hüququnu təssdiq edən sənəd olmadan onlara kirayə vermələri onların əməllərində cinayətin əlamətlərinin olmasına da dəlalət edir. Belə ki, AR Ali Məhkəməsinin MK-nın qanuni qüvvəsini almış 12.2019-cu il tarixli qərarının hüquqi məsələlər hissəsində qeyd edilmişdir ki, AR ƏMDK-sı yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 23.10.2018-ci il tarixli məktuba əsasən Bakı şəhəri, Səbail rayon, 2-ci Səlyan döngəsi 17 nömrəli fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Habelə hazırda cavabdehlər qismində işə cəlb edilmiş, lakin əvvəllər iddiaçılar olmuş şəxslərin iddia tələbləri ilə bağlı məhkəmələrdə müəyyən edilmiş faktlarla bağlı hallar müəyyən edildiyindən hazırkı mülki işlə əlaqədar onlar AR MPM-nin 82.3-cü maddəsinə əsasən mübahisələndirilə bilməz və onların yenidən sübut edilməsi mümkünsüzdür. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 22 sentyabr 2020-ci il tarixli 2(009)-71/2020 nömrəli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçılar 10 dekabr 2015-ci il tarixdə şifahi razılaşma əsasında cavabdehlərə məxsus E nömrəli fərdi yaşayış evində kirayə pulu ödəməklə yaşamağa başlamışlar. 27 yanvar 2016-cı il tarixdə e vdə qaz sızması nəticəsində partlayış baş vermişdir. Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsinin təhqiqatçısı Rəvan Dəmirovun cinayət işinin başlanmasının rədd edilməsi haqıında 21 iyun 2016-cı il tarixli qərardan görünür ki, yanğın hadisəsi evin yaxınlığından hər hansı yeraltı qaz xətlərinin keçmədiyini, eləcə də, maye qaz balonundan istifadə edilmədiyini nəzərə aldıqda partlayış, mətbəx sahəsinəçöldən çəkilərək gətirilmiş, 15 mm-lik polad metaldan olan qaz borusunun qaz sobasına birləşən hissəsindən sızan təbii qazın fərdi yaşayış evinin mətbəx otağına dolması nəticəsində partlayış konsentrasiyalı qazhava qarışığının yaranması və həmin qarışığın hər hansı alışdırıcı mənbənin təsirindən alışması nəticəsində baş verməsi üçün xarakterikdir. Hadisə zamanı heç kəs xəsarət almamı ş, hadisə ağır nəticələrə səbəb olmamışdır. Hadisə yeri, partlayış hadisəsindən sonra təmizləndiyi üçün baxış zamanı həmin hissədən qaz sobası, eləcə də, qaz borusu ilə qaz sobasını əlaqələndirən boru aşkar edilmədiyindən baş vermiş partlayışla nəticələnən yanğın hadisəsi zamanı qüvvədə olan hansı normativ aktların tələbləri kimlər tərəfindən pozulması barədə tədqiqatın aparılması mümkün olmamışdır. İddiaçılar həmin partlayışın cavabdehlərin təqsiri üzündən baş verdiyini iddia edərək onlara dəymiş 3637 manat maddi zərərin və mənəvi zərərin əvəzi olaraq 5.000 manat məbləğin, ümumilikdə 8.637 manat pulun tutulması barədə tələb irəli sürmüşlər. Bununla yanaşı, iddiaçılar tərəfindən cavabdehlərin delikt üzrə təqsirli hərəkətlərinə və ya tərəflər arasında müqavilə öhdəliklərinin olmasına dair h ər hansı sübutları məhkəməyə təqdim etməmişlər. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçıların cavabdehlərə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, iddia tələbinin cavabdehləri hərəkətlərində cinayətin əlamətləri mövcud olduğundan bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi hissəsinin tələbin “maddi və mənəvi zərərin ödənilməsi” hissəsi ilə birbaşa bağlı olduğunu, tələbin sözügedən hissəsinin isə təmin olunmadığını nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehlərin hərəkətlərində cinayətin əlamətləri mövcud olduğundan bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi hissəsində də rədd edilməlidir. Birinci instansiya məhkəməsi qə naətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələri və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli, 03.11.2008ci il tarixli qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçılar birgə apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını və cavabdehlərin barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Akif İsgəndərov- sədrlik edən və məruzəçi, İlham Kərimli, Elşən Kazımov) 2(103)-1060/ 2021 saylı, 27 yanvar 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, iddiaçılar tərəfindən iddianın əsaslılığını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən tam, hərtərəfli və obyektiv araşdırılmasının apa rılması təmin olunmuş, tərəflərə prosessual hüquqlarının həyata keçirilməsində mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş müvafiq köməkliklər göstərilmiş, sübutların təqdim olunması üçün real imkanlar yaradılmış, lakin iddiaçılar iddia tələbinin əsası kimi istinad etdikləri halları təsdiq edən mötəbər sübutlar təqdim edə bilməmişlər. Nəticə etibarilə, məhkəmə haqlı olaraq iddia tələbinin əsası kimi istinad edilən halların sübuta yetirilməməsini əsas gətirərək iddianı rədd etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Akif İsgəndərov- sədrlik edən və məruzəçi, İlham Kərimli, Elşən Kazımov) 2(103)-1060/2021 saylı, 10 mart 2021-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X2 və Cavabdeh2 qarşı “zərərin ödənilməsi” tələbinə dair 2(103)- 1060/2021 saylı mülki iş üzrə əlavə qətnamənin çıxarılmasından imtina edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı2 (vəkilləri Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Mədinə Bağırova və Bakı Apellyasiya Məhkəməsinin hakimi Akif İsgəndərov barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişlər. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamənin "Müəyyən etdi” hissəsinin 7 və 8-ci abzaslarında, iş materiallarında belə bir qərarın m övcud olmasını və yanğının hansı səbəblərdən baş verməsim (Qərara istinadən) qeyd etsə də, nədənsə qətnamənin “Hüquqi məsələlər" hissəsində, birinci instansiya məhkəməsinin bununla bağlı mövqeyini əsaslı sayaraq, AR MPM-nin 14.2, 77.1 və 78.1-ci maddələrinə istinad etməklə və həmin normaları rəhbər tutmaqla iddiaçılar tərəfindən guya iddianın əsası kimi hər hansı sübutun iddia ərizəsinə əlavə edilməməsi qənaətinə gəlməkdə israrlı olmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnaməsinin “Hüquqi məsələlər” hissəsinin 15-17-ci abzaslarında qeyd etdiyi mülahizələri isə heç bir qanun normalarına uyğun olmadığından absurd və cəfəngiyat xarakterli mülahizələrdir. Əgər apelyasiya instansiyası məhkəməsi, AR FHN-nin qərarında qeyd olunmuş ekspert rəyi ilə razılaşmırdısa və onu iddia tələbinin əsasının sübut növü kimi qəbul etmirdisə, belə olan halda, qəbul etdiyi qətnamədə AR MPM-nin 103.1-ci maddəsini rəhbər tutmalı və ona istinad etməklə qətnamənin əsaslandırıcı hissəsində onu qeyd etməkdə borclu idi. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi cavabdehlərlə əlaqəyə girərək ekspert rəyinə münasibət bildirmədən birinci instansiya məhkəməsinin qətnaməsinə istinad edərək iddiaçılar tərəfindən iddia tələbinin əsası kimi iddia ərizəsinə heç bir sübutun əlavə edilməməsini qəbul etdiyi qətnamədə bir neçə dəfə təkrar etməsi bəs deyilmiş kimi, AR MPM-nin 14.2, 77.1 və 78.2-ci maddələrini onlara qarşı mənfi istiqamətdə tətbiq etməkdən belə çəkinməmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamənin “Müəyyən etdi'' hissəsinin 13-cü abzasında tərəfl ərindən verilmiş apelyasiya şikayətinə əlavəni bilərəkdən tam açıqlamamış, beləliklə də şifahi qaydada bağlanmış kirayə müqaviləsi ilə bağlı, cavabdehlərin hansı məsuliyyət daşımalarına hüquqi qiymət verməkdən belə yayınmağa üstünlük verməkdə israrlı olmuşdur. İddia ərizəsinə əlavə edilmiş qanuni qüvvəsini almış məhkəmə aktlarında müəyyən edilmişdir ki, tərəflər arasında şifahi razılaşma əsasında əmlak kirayəsi müqaviləsi mövcud olmuşdur. Həmçinin məhkəmələrin qəbul etdiyi qanuni qüvvəsini almış məhkəmə aktlarında müəyyən edilmişdir ki,AR ƏMDK-sı yanında DƏDRX-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi tərəfindən, məhkəmənin sorğusuna verilmiş 23.10.2018-ci il tarixli cavab məktubuna əsasən, Bakı şəhəri, Səbail rayonu, 2-ci Salyan döngəsi 17 nömrəli yaşayış evinin dövlət reyestrində qeydiyyatda n keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Cavabdehlər AR MM-nin 1096 və 1097-ci maddələrində nəzərdə tutulmuş delikti törətmələrinə baxmayaraq apelyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin səhvlərini düzəltmək əvəzinə həmin məhkəmənin qətnaməsini qüvvədə saxlamaqda özünü haqlı hesab etmişdir. Nəhayət Məhkəmə Kollegiyasının nəzərinə çatdırmaq istərdik İddiaçı2 səhhətində yaranmış problemlərlə bağlı müalicə müəssisəsində stasionar müalicədə olduğundan və sonradan ambulator qaydada müalicə aldığından məhkəmənin təyin etdiyi 27 yanvar 2021-ci il tarixli məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyinə görə 25 yanvar 2021-ci il tarixdə poçt vasitəsi ilə rəsmi qaydada məhkəməyə teleqram göndərmiş və həmin teleqram məhkəməyə 25 yanvar 2021-ci tarixdə çatdırıl mışdır. Lakin məhkəmə artıq cavabdehlərlə əlaqədə olduğundan və işi qabaqcadan həll etdiyindən qəbul etdiyi qətnamənin “Müəyyən etdi" hissəsinin 15-ci abzasında nəinki, işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçıların məhkəmə iclasına gəlməmələrini qeyd etmiş, hətta istinad etdiyi AR MPM-nin 376.2-ci maddəsini tam şəkildə təfsir etmədən işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı1, onun və digər İddiaçı2 vəkili Vəkil2, cavabdehlər X2, Cavabdeh2 və 3- cü şəxs Cavabdeh3 İB-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 və vəkili R kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şə xsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəm ənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallar ında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddiaçılar kasasiya şikayətində iddia tələbinin məzmununa istinad edərək onlara ziyan dəyməsini, işə baxmış apelyasiya kollegiyasının iş üzrə ekspertiza təyin edib ziyan məbləğini müəyyən etməli olduğu halda bunu etmədiyini dəlil olaraq göstərsələr də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, apelyasiya kollegiyasının qeyd etdiyi kimi iddiaçılar məhkəməyə cavabdehlərin təqsirli hərəkətləri nəticəsində onlara ziyan dəyməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər. İddiaçılar cavabdehlərin təqsirliliyi barədə məhkəməyə sübut təqdim etmədiyi halda məhkəmənin ekspertiza təyin etməklə iddiaçılar dəymiş ziyanın məbləğini müəyyən etməsi əhəmiyyətsiz hal daşımış olacaqdı ki, apelyasiya kollegiyası iş üzrə ekspertiza təyin etməməkdə, ümumiyyətlə iddianı təmin etməməkdə düzgün hüquqi mövqedə olmuş, hər hansı maddi və ya prosessual hüquq pozuntusuna yol verməmişdir. Kasasiya şikayətinin digər dəlili olan İddiaçı2 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etdiyi halda, məhkəmənin bunu etməyib işə mahiyyəti üzrə baxaraq yekun məhkəmə aktı qəbul etməsi barədə dəlili üzrə isə qeyd edilməlidir ki, yoxlama nəticəsində müəyyən edilmişdir ki, kasasiya şikayətində qeyd edildiyi kimi, iddiaçı məhkəməyə səhhəti ilə əlaqədar teleqram ün vanlasa da, səhhətində olan problemlə əlaqəli hər hansı sənədi məhkəməyə ünvanlamamışdır ki, belə olan halda da apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxılmasını davam etdirib yekun məhkəmə aktı çıxarmaq hər hansı prosessual pozuntuya yol verməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilməs in. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1060/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar