Məhkəmə qərarları › İş №2(102)-3557/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3557/2019

17.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3557/2019 17.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı X cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsitələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 yanvar 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1, X və maraqlı şəxs X tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, 119 saylı evin, 4-otaqlı, ümumi sahəsi 155,8 kv.metr, yaşayış sahəsi 94,1 kv.metr olan mənzilə dair Cavabdeh1la Cavabdeh2 arasında notarial qaydada bağlanmış 18 sentyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinin, eyni zamanda həmin mənzilə dair Cavabdeh2 ilə Cavabdeh3 arasında notarial qaydada bağlanmış 20 oktyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilin iddiaçı təşkilatın ipoteka hüququ ilə yüklül üyünə qaytarılmasının Reyestr Xidmətinə həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 may 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Qurbanov, hakimlər E.Nəbiyev və A.İmanov) Yasamal rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, X cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 02 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən Ə.Əhmədov, hakimlər A.İskəndərov və İ.Dəmirov) Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 yanvar 2019-cu il tarixl i qətnaməsi ilə (sədrlik edən V.Həsənov, hakimlər Ş.Məmmədova və N.Cəfərov) Yasamal rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Maraqlı şəxs X kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MKya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 yanvar 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbukl edilməsini xahiş etmişdir. Cavabdeh DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 yanvar 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbukl edilməsini xahiş etmişdir. Cavabdeh1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti ü zrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 yanvar 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbukl edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı X cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, X ilə Cavabdeh1 arasında bağlanmış 17 mart 2008-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 15.5 faiz olmaqla 240 ay müddətinə180.000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, S.Tağıyev küçəsi, 119-saylı 3 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, 4 otaqlı, ümumi sahəsi 155,8 kv.metr olan yaşayış evini ipoteka ikə yüklü etmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə X Cavabdeh1 qarşı borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia vermişdir. Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 03 noyabr 2010-cu il tarixli qətnaməsi ilə iddiaç ının Cavabdeh1 qarşı “borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, Cavabdeh1 əsas borca görə 178.425,78 ABŞ dolları, faiz borcuna görə 36.146,92 ABŞ dolları, hesablanmış cəriməyə görə 10.500 ABŞ dolları məbləğində pulun tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan və tərəflərin razılığı ilə 323.800 ABŞ dolları məbləğində qiymətləndirilmiş Bakı şəhəri, Yasamal rayonu, S.Tağıyev küçəsi, 119-saylı 3 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, 4 otaqlı, ümumi sahəsi 155,8 kv.metr, yaşayış sahəsi 94,1 kv.metr olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə olunmuş məbləğ iddiaçı təşkilatın tələblərindən artıq olduqda, həmin məbləğin Cavabdeh1 qaytarılması, ipoteka qoyulmuş ev satıldıqdan sonra cavabdehlərin bir ay ərzində mənzili tərk etmələri, həmin müddətdə mənzili tərk etmədikdə onların mənzildən məcburi qaydada çıxarılmaları qət edilmişdir. Bundan sonra Cavabdeh1 məhkəməyə müraciət edərək hərracın yekunları üzrə alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka yüklülüyünə xitam verilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin, həmin qeydlər əsasında verilmiş çıxarışların ləğv edilməsi, eləcə də sözügedən mənzilin üzərində özünün mülkiyyət hüququnun bərpa olunması və müvafiq qeydin aparılmasının Reyestr Xidmətinə həvalə edilməsini xahiş etmişdir. Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 15 iyul 2015-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 15 iyul 2015-ci il tarixli qiyabi qətnaməsinin icrası ilə əlaqədar olaraq sözügedən mənzilə dair Cavabdeh1 hüquqları bərpa olunduqdan sonra, Cavabdeh1 18.09.2015-ci il tarixli alqısatqı mqüaviləsi əsasında mənzili Cavabdeh2, o isə 20.10.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satmışdır. Bundan sonra iddiaçının ərizəsinə əsasən Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 10 noyabr 2015-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilərək, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 22 avqust 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 iddiası qismən təmin edilərək, yalnız hərracın nəticələri etibarsız hesab olunmuş, qalan hissədə, o cümlədən sözügedən mənzil üzərində ipoteka müqaviləsi əsasında ipoteka yüklülüyünə xitam verilməsi və sair hissələrdə iddia tələbləri rədd olunmuşdur. G öründüyü kimi qanuni qüvvəyə minmiş Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 03 noyabr 2010-cu il tarixli qətnaməsinə əsasən borclu Cavabdeh1 əsas borca görə 178.425,78 ABŞ dolları, faiz borcuna görə 36.146,92 ABŞ dolları, hesablanmış cəriməyə görə 10.500 ABŞ dolları tutulub iddiaçı təşkilata verilməli və tutma ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, S.Tağıyev küçəsi, 119-saylı 3 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, 4 otaqlı, ümumi sahəsi 155,8 kv.metr, yaşayış sahəsi 94,1 kv.metr olan mənzilə yönəldilməklə mənzilin açıq hərracdan satılması hissəsində yenidən icra olunmalıdır. Lakin Cavabdeh1 ipoteka predmeti olan mənzili mübahisələndirilən alqı-satqı müqavilələrinə əsasən Cavabdeh2, sonuncu isə öz növbəsində Cavabdeh3 satdığından sözügedən qətnamənin icrası mümkün olmam ışdır. Sonuncu apellyasiya baxışının gedişində isə müəyyən olunmuşdur ki, mübahisənin davam etdiyi müddətdə mübahisəli mənzil 03 mart 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X satılmış və onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bu baxımdan X müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Hazırki işin hallarından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrıayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda (“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli q ərarı, “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı, H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarı) əks olunan hüquqi mövqeyə görə X əmlakı vicdanlı əldə edən olmuşdur. Lakin bununla yanaşı qeyd edilməlidir ki, hazırkı işdə mübahisəli evə dair Cavabdeh3lə X arasında bağlanmış 03 mart 2018-ci il t arixli alqı-satqı müqaviləsi mübahisə predmeti deyildir. Ona görə də hazırkı iş üzrə qəbul edilmiş qətnamələr X subyektiv hüququna toxunmur. Bununla yanaşı iş materialları ilə müəyyən olunur ki, ipoteka predmetinin dəyəri 323800 ABŞ dolları müəyyən olunmuşdur. Cavabdeh2 mənzili satan şəxs isə həm bankdan kredit görürən, eyni zamanda borclu olan Cavabdeh1 mənzilin dəyərinin göstərilən qiymətdə olmasını bildiyi halda ondan altı dəfə aşağı qiymətə, yəni 50000 manata satması inandırcı hesab edilə bilməz. Mübahisəli mənzilin dəyəri heç şübhəsiz olaraq Cavabdeh2 bəlli olmuşdur. Belə olan halda dəyərindən qat-qat aşağı qiymətə mənzili alan və satan şəxslərin məqsədinin həqiqi olan əsaslarla özgəninkiləşdirilməyə deyil, faktiki olaraq mənzilə tələbin yönəldilməsinin qarşısını almaq üçün bağlandı ğı aşkar olaraq müəyyən edilmiş olur. Belə olan halda məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi restutisyanın tətbiqinə dair əsasları müəyyən etmədiyindən onun tətbiqini mümkün saymamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin bununla bağlı tələbləri mövcud olduğu təqdirdə bu ayrıca icraat daxilində həll oluna bilər. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Resbulikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Beləliklə işin halları ilə təsbit edilir ki, mübahisəli mənzil Cavabdeh1 iddiaçı təşkilatdan götürdüyü kredit borcu üzrə öhdəliyin icrasının təmin edilməsi üsulu kimi ipoteka qoyulmuşdur və ipoteka predmetidir. Bundan başqa qanuni qüvvəyə minmiş Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 03 noyabr 2010-cu il tarixli qətnaməsi icra olunaraq Cavabdeh1 iddiaçı təşkilata olan 178.425,78 ABŞ dolları əsas, 36.146,92 ABŞ dolları faiz və ona hesablanmış 10.500 ABŞ dolları cərimə borcu ipoteka predmeti olan həmin mənzilin dəyəri hesabına ödənilməlidir. Digər tərəfdən Cavabdeh1 iddiasına əsasən Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 15 iyul 2015-ci il tarixli qiyabi qətnaməsi ilə bankın sözügedən mənzilə olan ipoteka hüququna xitam verilsə də, sonradan bankın ərizəsinə əsasən Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 10 noyabr 2 015-ci il tarixli qərardadı ilə qiyabi qətnamənin ləğv edilərək, həmin məhkəmənin 22 avqust 2016-cı il tarixli qətnaməsi ilə bankın mənzil üzərində ipoteka hüququna xitam verilməsinə dair Cavabdeh1 tələbi əsassız olduğundan rədd edilmişdir. Cavabdeh1 qiyabi qətnaməni əldə etdikdən dərhal sonra mənzili 18 sentyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmaqla mənzili bankın ipotekasından çıxarmağa yönəlmiş açıq-aşkar qanuna zidd hərəkətlərə yol verməsi aşkar olan haldır. Hazırda mübahisələndirilən alqı-satqı müqavilələrinin bilavasitə 18 mart 2008-ci il tarixli ipoteka müqaviləsinin predmeti barəsində bağlanmasına, tutmanın həmin ipoteka predmetinə yönəldilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına, həmin qətnamənin icrasının bu gün də davam etməs i nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Eyni hüquqi mövqe İnsan hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında, o cümlədən “Hornsbinin Yunanıstana qarşı”, “Əfəndiyevanın Azərbaycana qarşı”, “Tarıverdiyevin Azərbaycana qarşı” işlərində də ifadə olunmuşdur. Həmin qərarlarda qeyd olunmuşdur ki, əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə o, zaman ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Məhkəmə qərarlarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Azərbaycan R espublikası MPM-nin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları...həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsində göstərilir ki, məhkəmə aktının icra olunmaması...halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Qeyd edilməlidir ki, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 15 iyul 2015-ci il tarixli qiyabi qətnaməsi ləğv olunduqdan sonra iddiaçı həmin mülki iş üzrə məhkəmə prosesinin nəticəsini gözləmiş və yalnız bundan sonra 22 dekabr 2017-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, həmin mülki iş üzrə sonuncu məhkəmə a ktı 29.06.2017-ci ildə qəbul olunmuş, həmin aktın qəbulundan sonrakı altı ay ərzində, yəni bir illik müddət ötürülmədən iddiaçı məhkəməyə müraciət etmişdir. Bu isə əqdin mövcudluğunun iddiaçıya məhz 03 noyabr 2015-ci il tarixdə məlum olmasının əhmiyyətsizliyini aşkar olaraq müəyyən etmiş olur. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra olunmaması ilə bağlı İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq, gəldiyi nəticəni mübahisələndirilən alqı-satqı müqavilələrinin 18 sentyabr 2015-ci il və 20 oktyabr 2015-ci il tarixlərdə bağlanması, iddiaçı təşkilatın həmin müqavilələrin bağlanılmasından 03 noyabr 2015-ci il tarixdə tam məlumatlı olması, bu faktın iddiaçının Cavabdeh1 və digərlərinə qarşı verdiyi və 08 s entyabr 2016-cı il tarixdə Bakı şəhəri, Səbail rayon məhkəməsinə daxil olmuş iddia ərizəsində qeyd etməsi və beləliklə də iddiaçının hazırkı iddia tələbləri ilə məhkəməyə 2017 dekabr ayında müraciət etdiyinə əsaslanaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik müddəti ötürməsi qənaətinə gəlmək mümkünsüzdür. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik müddətlə bağlı qeyd edir ki, həqiqətən həmin maddədə nəzərdə tutulan müddətlər iddia müddəti deyil, kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir (həmin hüquqa xitam verilir). İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər Ona görə də, Mülki Məcəllənin 354.2-ci maddəsi tətbiq edilərkən, yalnız iki hal araşdırılmalıdır: birincisi, maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi; ikincisi həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Eyni zamanda həmin müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntu suna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1, X və maraqlı şəxs X kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar