Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3557/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYP İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin X1rşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarə t tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi və qeyrilərinə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-216/2023 nömrəli, 10 iyul 2024-cü il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə 15 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdehlərə qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və iddia tələbinin artırılmasına dair ərizə ilə müraciət edərək, cavabdehlərdən müş tərək qaydada zərərin əvəzi olaraq 8470 manat məbləğində pulun, ödənilmiş 31 manat məbləğində dövlət rüsumun, vəkilin göstərdiyi yardıma görə 400 manat, yol xərcinə görə 150 manat, notariat xərcinə görə 12 manat, zərərin müəyyənləşdirilməsi üçün avtomobilin müayinəsinə görə 48 manat olmaqla, cəmi 9111 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim-Günel Abbasova) 14 iyun 2021-ci il tarixli, 2(001)-537/2021 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlərdən dəymiş zərərin əvəzi olaraq 6.562 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının d əyərini təşkil edən 100 manat ekspertiza xərcinin cavabdehlərdən tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.
3. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin nümayəndəsi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər- Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Sabit Bəhramzadə) 2 may 2023-cü il tarixli, 2(103)- 216/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Həmin qətnamədən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxti saslaşdırılmış Layihə-İstehsalat İdarəsi kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 iyul 2023-cü il tarixli, 2(103)- 216/2023 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 may 2023-cü il tarixli, 2(103)-216/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin “müəyyən edilmiş müddət ərzində” verilmədiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılması qərara alınmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 mart 2024-cü il tarixli, 2(103)-216/2023 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 may 2023-cü il tarixli, 2(103)-216/2023 nömr əli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi tərəfindən verilmiş ərizənin təmin edilməməsi və onun tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər- Mehparə Əhmədova (sədrlik edən və məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov) 2(102)1695/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYP-nin Siqnal İxtisaslaşdırılmış Layihəİstehsalat İdarəsinin apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və kassasiya şikayəti verilməsi üçün müddətin bərpa edilərək kassasiya şikayətinə mahiyyəti üzrə baxılması barədə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 mart 2024-cü il tarixli, 2(103)-216/2023 nömrəli qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-216/2023 nömrəli, 10 iyul 2024-cü il tarixli qərardadı ilə (hakimlər- Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışınski) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 may 2023-cü il tarixli, 2(103)-216/2023 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqna l” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin ərizəsi təmin edilməsin, kassasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qət edilmişdir. 10. “Azemis” elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 may 2023-cü il tarixli, 2(103)-216/2023 saylı qətnaməsi 11 may 2023-cü il tarixdə, saat 10:57-də cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinə məxsus elektron kabinetə, 11 may 2023-cü il tarixdə, saat 10:58-də də cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin nümayəndəsi Vəkil2 elektron kabinetinə yerləşdirilsə də, cavabdeh tərəfindən kassasiya şikayəti ver mək üçün qanunvericilikdə nəzərdə tutulmuş 2 aylıq kassasiya şikayəti vermək müddətini ötürərək, 17 iyul 2023-cü il tarixdə kassasiya şikayətini elektron kabinet vasitəsi ilə vermiş və ötürülmüş prossesual müddətin bərpası ilə bağlı vəsatət verməmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, 19 iyul 2023-cü il tarixli qərardad cavabdeh tərəfindən kassasiya qaydasında mübahisələndirilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 may 2023-cü il tarixli, 2(103)-216/2023 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət ötürülmüşdür.
11. Bununla belə cavabdeh ərizəsində qeyd olunan qətnamənin - rəsmi olaraq Azərbaycan Respublikası DİN-nin BDYP İdarəsinə xx.xx.2023-cü il tarixdə, “Siqnal İxtisaslaşdirilmiş Layihə-İsteh salat İdarəsinə isə xx.xx.2023-cü il tarixdə daxil olmasını bildirsə də ərizəyə buna dair mötəbər sübutlar əlavə edilməmişdir. Cavabdeh tərəfindən qətnamədən ilk dəfə verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərardad 28 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin nümayəndəsi Vəkil2 elektron kabinetinə yerləşdirilmiş, hazırki kassasiya şikayəti və ərizə isə qərardad qəbul olunduqdan 7 ay sonra, yəni 19 fevral 2024-cü il tarixdə verilmişdir. Ötürülmüş müddətin bərpa edilməsinə dair ərizənin dəlilləri isə əsassız olmuşdur.
12. Göründüyü kimi, cavabdeh tərəfindən 19 iyul 2023-cü il tarixli qərardadının qəbulundan sonra kassasiya şikayəti ilə ağlabatan müddətdə məhkəməyə müraciət edilm əmişdir. 7 aylıq müddəti məhkəmə kollegiyası heç bir formada ağlabatan müddət kimi qiymətləndirməmiş və cavabdehin nümayəndəsinin elektron kabinetinə vaxtında baxmadığı üçün qeyd edilən qərardaddan gec məlumatlı olmasına dair apellyasiya instansiyası məhkəməsinin iclasında verdiyi izahatına da tənqidi yanaşmaqla bu halı üzürlü səbəb kimi deyil, öz işinə məsuliyyətsiz yanaşma kimi qiymətləndirmişdir.
13. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3, 400, 402.2-402.3, 405.0.1 və 408.1.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh (Vəkil2) qərardaddan kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixl i 2(103)- 216/2023 nömrəli qərardadının ləğv edilməsi, kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilərək kassasiya şikayətinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
15. Kassasiya şikayətində qeyd olunmuşdur ki, iş üzrə ali məhkəmənin göstərişləri olmasına baxmayaraq işə baxan məhkəmə həmin göstərişləri nəzərə almamış, təqdim olunmuş sübutlara apellyasiya instansiyası təkrar olaraq qiymət verməmişdir.
16. Həmçinin, apellyasiya instansiyası məhkəməsinin hakimi Azad İmanov kassasiya şikayəti verilməsi müddətin bərpa edilməsi barədə ərizəni təmin etməmiş və qərardaddında həmin qərardaddan şikayət verilə bilməz qeyd olunmuşdur. Halbuki, MPMnin 402.2.3-cü maddəsi bunun əksini qeyd edir. Bunu məhkəməyə bildirəndən sonra hakim heç bir iclas keçirmədən yol verdiyi yanlışıql ı düzəltmişdir. Hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilərdi. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur.
17. Həmçinin apellyasiya instansiyası məhkəməsinin qətnaməsi rəsmi olaraq xx.xx.2023-cü il tarixdə həm BDYPİ-nə, həm də Siqnal İdarəsinə daxil olmuş, bu halda da məhkəmə 6 günə görə şikayət vermə müddətini bərpa etməməklə pozulmuş hüquq və azadlıqların bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu pozmuş olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Ka ssasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
20. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
21. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.
22. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
23. Maddə 134.1 və 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin akt ları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir.
24. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
25. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvaf iq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
26. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
27. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində n əzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam mübahisələndirildiyi ndən, akt bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qərardad qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Apellyasiya instansiyası məhkəməsinin 02 may 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə cavabdeh Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin ərizəsinin təmin olunmaması, kassasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə m əhkəmənin qənaəti işin hallarına və prosessual normaların tələblərinə uyğun olmuşdur. Cavabdeh kassasiya şikayəti verilməsi üçün müddətin üzrlü səbəblərdən ötürülməsinə dair hər hansı əsaslı dəlil göstərə bilməmişdir.
36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabbeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-216/2023 nömrəli iş üzrə 10 i yul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.