Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3560/2025 27.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): kredit müqaviləsi (kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər, kredit borcunun gecikdirilməsinə görə dəbbə pulu (cərimə)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-4212/2025 nömrəli qətnaməsindən cavabdeh tə rəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 01U/21 saylı, xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsinin 15.04-cü bəndinə əsasən, mobil bankçılıq vasitəsilə əməliyyatların aparılması və sənədlərin imzalanması zamanı yarana biləcək bütün risklərə görə məsuliyyət İstifadəçinin üzərinə düşür. 2. 4682sAHMb/22 saylı, xx.xx.2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən, "xxxx" X8 Səhmdar Cəmiyyəti Cavabdeh xx.xx.2025-ci il tarixədək illik 28 faiz ödəmək şərtilə 5000 manat məbləğində kredit vermişdir. 3. "xxxx" KB ASC tərəfindən verilmiş bildirişə (xx.xx.2024-cü il tarixli poçt qəbzi) əsasən, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə C avabdeh banka xx.xx.2024-cü il tarixə 4929 manat əsas, 598,47 manat faiz, 82,45 manat cərimə borcu olmaqla, ümumilikdə 5609,92 məbləğində gecikmə yaranmışdır. Bütün borc məbləğinin ödənilməsini 3 iş günü ərzində təmin edilməsi, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir; 4. 21.08.2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərara əsasən, ********* nömrəli cinayət işi üzrə Cavabdeh zərəçəkmiş şəxs qismində tanınmışdır. 5. 14 noyabr 2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh banka 4929 manat əsas, 971,25 manat faiz, 247,54 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, ümumilikdə 6147,79 manat borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçının xeyrinə 4929 manat əsas, 971,25 manat faiz, 247,54 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 6147,79 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 81,48 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləni imzalamaqla "Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 16.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 35 ay müddətinə, illik 28% olmaqla 5000 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məq sədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 14 noyabr 2024, cümə axşamı tarixinə "xxxx" KB ASC-yə 4929 manat əsas, 971,25 manat faiz, 247,54 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 6147,79 manat borcu yaranmışdır.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 öz izahatında iddiaçının 4900 manat pul vəsaitini nağdlaşdırdıqdan sonra banka müraciət etdiyini, lakin bankın kredit verən zaman SMS təhlükəsizlik kodundan istifadə etdiyini bildirmişdir. X1 Baş İdarəsinə müraciətinə münasibətdə isə bildirmişdir ki, həmin şikayət hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır.
9. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, Kibertəhlükəsizliklə Mübarizə Baş İdarəsinə müraciət etmiş və zərərçəkən qismində tanınmışdır. O, kartdan uzun müddət istifadə etməmişdir. Sonuncu dəfə 2023-cü ilin dekabr ayında istifadə etmişdir. O, mart ayının 6-da mobil tətbiqə daxil olmuş, bu zaman fevral ayının 24-də 4900 manat başqa yerli karta köçürmə olduğunu görmüşdür. Bundan sonra banka müraciət etmiş və bankdan ona polis orqanına müraciət etməyini demişdirl ər. Daha sonra o, 35-ci polis bölməsinə müraciət etmişdir.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1219/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 4929 manat əsas, 598,47 manat faiz, 82,45 manat cərimə borcu olmaqla, ümumilikdə 5609,92 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "Unibank KB” ASC-yə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 76,10 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada borc, yəni kredit müqaviləsi bağlanılmış (Mülki Mməcəllə, maddə 739.1, 739.2), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. İddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmi ş, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Buna görə də, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
12. Cavabdeh tərəf kartdan pulun oğurlandığını qeyd etsə də, məhkəmə araşdırması zamanı cavabdehin mobil telefonuna sms xəbərdarlıq gəldiyi, təhlükəsizlik kodu göndərildiyi, cavabdehin də bundan xəbərdar olduğu müəyyən edilmişdir.
13. Tərəflər arasında bağlanmış 01U/21 saylı, xx.x x.2021-ci il tarixli Ümumi Oferta müqaviləsinin 15.04-cü maddəsinə əsasən, mobil bankçılıq vasitəsilə əməliyyatların aparılması və sənədlərin imzalanması zamanı yarana biləcək bütün risklərə görə məsuliyyət istifadəçinin üzərinə düşür. Bu səbəbdən də cavabdehin qeyd etdiyi kimi mobil operator üzərindən hər hansı qeyri-qanuni əməliyyat aparılmış olsa belə, bu məsələdə məsuliyyət cavabdehin üzərinə düşür.
14. Məhkəmə onu da qeyd etmişdir ki, 29 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, borcalana bildiriş verilməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilərsə, bu halda həmin tarixdən sonrakı dövr üçün bank kredit müqaviləsi üzrə faiz və dəbbə pulunu borcalandan tələb etmək hüququnu itirmiş olur. Mülki iş materiallarına əlavə edilmiş bildiriş-xəbərdarlıq məktubuna (xx.xx.2024-cü il tarixli poçt qəbzi) əsasən, xx.xx.2024-cü il tarixə 4929 manat əsas, 598,47 manat faiz, 82,45 manat cərimə borcu olmaqla, ümumilikdə 5609,92 manat məbləğində borcu olduğu bildirilmişdir.
15. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 448.2, 739.1, 739.2, 739.3, 740, 742.1, 742.5, 743.1,743.2, 744.1, 744.5-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına is tinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 2(011)1219/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçı "xxxx" ASC-nin iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsi iddiaçının iddia tələbinin qismən təmin edilməsi barədə 2(011)-1219/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Həmin qətnamə prosessual hüquq normalarının kobud şəkildə pozulması, düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. İlk növbədə qeyd olunmalıdır ki, əslində mübahisənin predmeti olan borc pul vəsaitini o yox, məhz onun təhlükəsizlik kodundan istifadə edilməklə X6 götürmüşdür. Belə ki, məhkəmə iclasında da qeyd etdiyi kimi, kredit kartından uzun müddət istifadə etməmişdir. Sonuncu dəfə 2023-cü ilin dekabr ayında istifadə etmişdir. O, mart ayının 6-da mobil tətbiqə daxil olan zaman fevral ayının 24- də 4900 manat başqa yerli karta köçürmə olduğunu görmüşdür. Bundan sonra banka müraciət etmiş və bankdan polis orqanına müraciət etməli olduğumu bildirmişlər. Sonra isə 35-ci polis bölməsinə müraciət etmişdir. Hazırda Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində faktla bağlı cinayət işi açılmış və o, zərəçəkmiş qismində tanınmışdır. X2 təqsirləndirilməsinə dair cinayət işi uzrə ibtidai araşdırma yekunlaşmış, iş Gəncə Ağır Cinayətlər Məhkəməs inə göndərilmişdir. 21 avqust 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınması haqqında qərarı da təqdim etməyinə baxmayaraq, məhkəmə tərəfindən buna qanunsuz və əsassız olaraq hüquqi qiymət verilməmiş və istifadə etmədiyi kredit xətti üzrə borclu qismində onu tanıyaraq borcun götürülməsi ilə bağlı məsuliyyəti daşıdığı qənaətinə gəlmişdir. Halbuki, kredit müqaviləsi üzrə borc verən (kreditor) nəzərdə tutulmuş borcu borcalana (borclu) verməyi və borcalan da öz növbəsində borcu və faizini müqavilədə nəzərdə tutulmuş qaydada ödəməyi və öhdəliklərini lazımı qaydada yerinə yetirməyi üzərinə götürür. Hazırkı xx.xx.2022-ci il tarixli müqavilə üzrə 5000 manat məbləğində borc pul vəsaiti faktiki olaraq ona verilmədiyi üçün heç bir öhdəlik və məsuliyyət daşımır.
18. Bundan əlavə, hazırkı iş üz rə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsiındə cinayət işi üzrə ibtidai istintaq davam edir. Məhkəmə belə bir vəziyyətdə MPM-nin 254-cü maddəsinə uyğun olaraq iş üzrə icraatı dayandırmalı olduğu halda, bunu etməyərək prosessual pozuntuya yol vermişdir. Hazırkı iş üzrə kibercinayət mövcuddur ki, məhkəmə bunu bildiyi halda borcun ödənilməsi vəzifəsini onun üzərinə qoymuşdur. Lakin maddi hüquq normasının təfsiri borcun götürülən şəxs tərəfindən ödənilməli olduğunu göstərir. Həmin vəsait də Şamxal Abbasov tərəfindən götürüldüyünə görə qeyd olunan müqavilə üzrə əsl borclu odur. Bu səbəbdən qətnamədə qeyd olunan məbləği ödəməli şəxs məhz Şamxal Abbasovdur. Göründüyü kimi məhkəmə iş üzrə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Məhkəmə tərəfindən MPM-nin qeyd olunan maddisinin tələbi də pozulmuş, qətnamədə eyni predmet üzrə davam edən cinayət işində cavabdehin zərərçəkmiş şəxs qismində tanınması qeyd olunsa da, həmin hallar araşdırılaraq hazırki mülki iş üzrə icraatı dayandırmalı olduğu halda, dayandırılmayaraq, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməyərək qeyd olunan prosessual hüquq norması iş üzrə tətbiq edilməmişdir. Qətnamədə istinad olunan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki,"xxxx" Açıq Səhmdar Cəmiyyətindən onun təhlükəsizlik kodundan başqa bir şəxsin istifadə etməsi ilə kredit götürməsi ilə əlaqədar heç bir məlumatım olmamışdır. Bu barədə bir neçə ay sonra mobil tətbiqə daxil olan zaman xəbəri olmuşdur. Bununla bağlı da əvvəlcə ban ka sonra aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət etmişdir.
19. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 427.3, 430.1, 442, 443.1, 445.1, 448-ci və Mülki Prosessual Məcəllənin 4.1, 4.2, 9, 14.1, 88, 217.1, 217.2, 217.3, 254-cü maddələrinə istinad olunmuşdur.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4212/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1219/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı saymayaraq qeyd etmişdir ki, 4682sAHMb/22 №-li, xx.xx.2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən, iddiaçı bank Cavabdeh xx.xx.2025-ci il tarixinədək, illik 28 faiz ödəmək şərtilə 5000 manat məbləğində kredit vermişdir.01U/21 saylı, xx.xx.2021-ci il tarixli Ümumi Oferta müqaviləsinin 15.04-cü maddəsinə əsasən, mobil bankçılıq vasitəsilə əməliyyatların aparılması və sənədlərin imzalanması zamanı yarana biləcək bütün risklərə görə məsuliyyət İstifadəçinin üzərinə düşür 22. ”Unibank KB” ASC tərəfindən verilmiş bildirişə əsasən, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh banka xx.xx.2024-cü il tarixinə 4929 manat əsas, 598,47 manat faiz, 82,45 manat cərimə borcu olmaqla, ümumilikdə 5609,92 məbləğində gecikmə yaranmışdır. Bütün borc məbləğinin ödənilməsini 3 iş günü ərzində təmin edilməsi, əks təq dirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
23. Cavabdehin mübahisənin predmeti olan borc pul vəsaitini o, yox, məhz onun təhlükəsizlik kodundan istifadə edilməklə X6 tərəfindən götürülməsinə və Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində faktla bağlı cinayət işi açılması, zərəçəkmiş qismində tanınması, X2 təqsirləndirilməsinə dair cinayət işi uzrə ibtidai araşdırmanın yekunlaşdığı və işin Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi barədə apellyasiya şikayətinin dəlilinə dair məhkəmə kollegiyası qeyd edir ki, işin Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini təsdiq edən sənəd cavabdeh tərəfindən (birinci instansiya məhkəməsinə) təqdim edilməmişdir, istintaq orqanında cinayət işinin araşdırılması isə məhkəmə icraatının dayandırılması üçün əsas deyildir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəlləni n 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın.İş üzrə icraatın dayandırılması— məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmənin qərarı ilə vurulmuş ziya na görə yüksək təhlükə mənbəyi sahibinin məsuliyyəti müəyyən edilmişdirsə, onda belə mənbənin sahibi tərəfindən bilavasitə ziyan vuran şəxsə reqress iddia verildiyi halda, birinci prosesdə məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar preyudisial əhəmiyyət kəsb edir və qəbul edilməyə bilməz. Şəxsin əmlak oğurluğuna görə məhkum olunmasına səbəb olan faktlar, həmin oğurluq nəticəsində vurulmuş ziyanın ödənilməsinə dair iddia üzrə məhkəmə qərarının çıxarılması üçün də əsas ola bilər. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə məyyən edilmiş faktlar, habelə hüquqi münasibətlər digər prosesdə mübahisə edilə bilməz. Göründüyü kimi, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyət i olduğunu göstərmişdir. İbtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz.
25. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) və qanunvericiliklə müəyyən edilən mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, rayon məhkəməsi iddia tələbini qismən təmin etməklə iş üzrə düzgün qənaətə gəlmiş, bu səbəbdən apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran əsaslar müəyyən etmir.
26. Cavabdehin diqqətinə çatdırılmalıdır ki, ona dəymiş ziyanla bağlı cinayət işi üzrə o zərərçəkmiş şəxs qismində tanınmış və təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi təqdirdə ondan reqres qaydasında dəymiş ziyanı tələb etmək hüquqları vardır.
27. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh (vəkil - Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4212/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin apellyasiya baxışına qaytarılmas ı barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddənin dispozisiyasından da göründüyü kimi borc alan aldığını geri qaytarmağı öhdəsinə götürtür, yəni borcun verildiyi şəxsdən söhbət gedir. Hazırki iş üzrə kiber cinayət mövcuddur ki, məhkəmə bunu bildiyi halda borcun ödənilməsi vəzifəsini onun üzərinə qoymuşdur. Lakin maddi hüquq normasının təfsiri borcun götürülən şəxs tərəfindən ödənilməli olduğunu göstərir. Həmin vəsait də Şamxal Abbasov tərəfindən götürüldüyünə görə qeyd olunan müqavilə üzrə əsl borclu odur. Bu səbəbdən qətnamədə qeyd olunan məbləği ödəməli şəxs məhz Şamxal Abbasovdur. Göründüyü kimi məhkəmə iş üzrə maddi hüquq normasını düzgün tətbiq etməmişdir.
30. Qətnamədə istinad olunan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki,"xxxx" Açıq Səhmdar Cəmiyyətindən onun təhlükəsizlik kodundan başqa bir şəxsin istifadə etməsi ilə kredit götürməsi ilə əlaqədar heç bir məlumatı olmamışdır. Bu barədə bir neçə ay sonra mobil tətbiqə daxil olan zaman xəbəri olmuşdur. Bununla bağlı da əvvəlcə banka sonra aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Borc pul vəsaitinin faktiki olaraq onun tərəfindən götürülməməsi və iş üzrə zərərçəkmiş şəxs qismində tanınması haqqında qərarda da təsdiq olunması məhkəmə qətnaməsində qeyd e dilsə də, ancaq məhkəmə tərəfindən həmin faktiki hala, ümumiyyətlə, hüquqi qiymət verilməmiş, cavabdehin sübutları nəzərə alınmamış, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbi tam şəkildə pozulmaqla iddia əsassız olaraq qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi həmin qətnaməni qanunsuz olaraq qüvvədə saxlamışdır. Kifayət qədər dəlillərə hüquqi qiymət verilməmişdir.
31. İddiaçı hansısa sübutlara istinad etmədən yalnız mülahizələr irəli sürmüşdür. Hesab edirlər ki, tərəflərindən təqdim olunmuş sübutlar, iddianın təmin olunması üçün kifayət qədər yetərlidir.
32. Cavabdeh tərəf olaraq hesab edirlər ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, işə baxılarkən MPM-in 88-ci maddəsinin tələbi kobud şəkildə pozul maqla iş üzrə sübutlar birtərəfli qaydada, cavabdehin zərərinə qiymətləndirilmişdir.
33. Məhkəmə qeyd etmişdir ki, cavabdehin mübahisənin predmeti olan borc pul vəsaitini o, yox, məhz onun təhlükəsizlik kodundan istifadə edilməklə X6 tərəfindən götürülməsinə və Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində faktla bağlı cinayət işi açılması, zərəçəkmiş qismində tanınması, X2 təqsirləndirilməsinə dair cinayət işi uzrə ibtidai araşdırmanın yekunlaşdığı və işin Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi barədə apellyasiya şikayətinin dəlilinə dair məhkəmə kollegiyası qeyd edir ki, işin Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini təsdiq edən sənəd cavabdeh tərəfindən (birinci instansiya məhkəməsinə) təqdim edilməmişdir, istintaq orqanında cinayət işinin araşdırılması isə məhkəmə icraa tının dayandırılması üçün əsas deyildir. Halbuki, cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatına qəbul olunub, hazırda mahiyyəti üzrə baxılır, zərərçəkimş və şahidlər dindirilir. İş üzrə tərəfimizdən mülki iddia da verilmişdir. Odur ki, həmin iş mahiyyəti üzrə baxılıb yekunlaşdırılana kimi hazırki iş üzrə icraat dayandırılmalıdır.
34. Apellyasiya instansiya məhkəməsi prosessual hüquq normalarını pozmaqla mülki iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
35. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3, 430.1, 442, 443.1, 445.1, 448, 739.1, Azərbaycan Respublikasının Mülki Prоsessual Məcəlləsinin 14.2, 88, 254.1.4, 417.4, 418.1-ci maddələrinə istinad edilməklə əsaslandırılımışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şika yətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
38. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarı
39. Qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın.İş üzrə icraatın dayandırılması— məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyrimümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məh kəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya insta nsiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
47. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilmə si üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində yoxlanılı r. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissə üzrə işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara ə sasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
53. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində qeyd edilən hazırki iş üzrə cavabdehin zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi hazırki iş üzrə icraatın dayandırılmasına əsas təşkil etmir.Həmin cinayət işi üzrə təqsirləndirilən şəxs hazırki iş üzrə tərəf deyil, hazırki iş üzrə cavabdeh isə həmin cinayət işi üzrə zərərçəkmiş şəxsdir.Apellyasiya məhkəməsi də qeyd etmişdir ki, cavabdeh ona dəymiş ziyanla bağlı cinayət işi üzrə o zərərçəkmiş şəxs qismində tanınmış və təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi təqdirdə ondan req res qaydasında dəymiş ziyanı tələb etmək hüquqları vardır.Kassasiya kollegiyası da apellyasıya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşır.
54. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
55. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4212/2025 nömrəli, 4 avqust 2025-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.