Məhkəmə qərarları › İş №2(102)-3562/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-3562/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3562/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobil krediti müqaviləsi üzrə borc və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh2 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobil krediti müqaviləsi üzrə borc və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən M.Bağırova, iş 2(009)-1183/2019) iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə 11730,91 ABŞ dolları əsas borcun, 925,15 ABŞ dolları faiz borcunun, 36,03 ABŞ dolları cərimə borcunun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus “Hyundai Elantra” markalı, qara rəngli, mühərrik G4NBCU322420, ban KMHD41EBDU710336 olan, 90VF021 dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, ipoteka predmetinin hərracda satışından əldə olunan pul vəsaitindən İddiaçı ASC-yə ödənilməli olan borcun və məhkəmə xərci ödənildikdən həmin vəsaitin qalan hissəsinin Cavabdeh1 qaytarılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Şam ayev (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova, iş № 2(103)-9027/2019) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(008)-1183/2019 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 110254-1-5301 №-li Avtomobil krediti müqaviləsinə əsasən xx xxxxxx 2018-ci il tarixə ödənilməmiş 11545,94 ABŞ dolları məbləğində əsas, 925,15 ABŞ dolları faiz, 36,03 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 12507,12 ABŞ dollarının (on iki min beş yüz yeddi ABŞ dolları on iki sent) (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəy yən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), habelə iddia ərizəsinin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manatın Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş “Hyundai Elantra – minik” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh2 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı ASC xx xxxxxxxx 2020-ci il tarixli iddiadan imtina edilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək göstərmişdir ki, Cavabdeh1 tərəfindən 110254-1-5301/1 saylı kredit müqaviləsi üzrə borc tam ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq, “İddiaçı ASC-nin cavabdeh X1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddiası üzrə 2(102)-3562/2020 saylı mülki iş üzrə iddiaçının iddiadan imtina edilməsi barədə ərizəsini təsdiq edərək, hazırki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddia çı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Mülki Prosessual Məcəllənin 417.1.5-ci maddəsinə müvafiq olaraq, kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4 və 417.1.5-ci maddələrini rəhbər tutaraq məhkəmə ko llegiyası QƏRARA ALİR: İddiaçı ASC-nin iddiadan imtinası qəbul edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar