Məhkəmə qərarları › İş №2(102)-3563/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3563/2023

04.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3563/2023 04.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu, (məruzəçi), X7 və Hüseynov Abiddin Qabil oğlu oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyan, faiz borcu, əldən çıxmış fayda və penyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2441/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 04 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında ya zılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 12343/2022 saylı Sığorta ödənişinə dair akta görə “Azərsığorta” DSKŞ-da sığortalanmış “Hyundai Tucson” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Prius C” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində “Toyota Prius C” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər “Azərsığorta” DSKŞ tərəfindən 8586 manat müəyyən edilmiş, İddiaçı 5000 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. 2. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “dəymiş zərərin hesablanmasına dair” akta görə “Toyota Prius C” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 8586 manat təşkil edir.

3. Yasamal RPİ-nin DYPŞ tərəfində n qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə barədə qərara görə Cavabdeh xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında “Hyundai Tucson” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevretmə qaydasını pozmuş, barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə inzibati tənbeh tətbiq edilmişdir.

4. Ödəniş qəbzlərinə görə İddiaçı xx.xx.2022-ci il tarixdən - xx.xx.2022-ci il tarixə qədər “Kia Cerato” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilin icarəsi üçün günlük 50 manat olmaqla, ümumilikdə 3900 manat icarə haqqı “AvtoMile Servise MMC”-yə ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia əriz əsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14296 manat maddi zərərin, 25 avqust 2022-ci il tarixədək icarəyə götürülmüş nəqliyyat vasitəsinə görə ödənilmiş 3900 manat məbləğində pulun və 141 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, 01 iyun 2022-ci il tarixdə saat 10:40 radələrində cavabdeh tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus “Toyota Prius C” markalı avtomobilə 8586 manat məbləğində faktiki zərər dəymiş və dəymiş zərər nəticəsində nəqliyyat vasitəsinin hazırkı bazar dəyəri 6300 ABŞ dolları aşağı düşmüşdür. Nəticədə ümumilikdə cavabdeh tərəfindən ona 8586 manat + 10710 manat (6300 ABŞ dolları x 1.7 =10710 manat) = 19296 manat zərər vurulmuşdur. Törədilmiş yolnəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin 5000 manat hissəsi sığorta şirkəti tərəfindən ödənilmişdir. Vurulmuş zərərin həcmi "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə nəticəsində 10 iyun 2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktla müəyyən edilmişdir. Cavabdehin baş vermiş yol nəqliyyat hadisəsində təqsirkar olması Bakı şəhəri Yasamal rayonu RPİ-nin 03 iyun 2022-ci il tarixli TP ******* saylı qərarında təsbit edilir. Ona məxsus “Toyota Prius C” markalı avtomobildən hazırda Azərbaycan bazarında yoxdur. O, bu avtomobili ABŞ-dan almış və real bazar dəyəri 24000 ABŞ dolları təşkil etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin dəyəri 6000-6500 ABŞ dolları aşağı düşmüşdür. Həmçinin o, işlərinə gör ə məcbur olaraq avtomobil icarəyə götürmüş və həmin avtomobilin də günlük icarə haqqı 50 manat təşkil edir. Bunun üçün ümumilikdə 3900 manat məbləğində icarə haqı ödəmişdir.

7. Cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçının avtomobilinə zərər dəyməsini qəbul edir. Bununla belə, nəzərə almaq lazımdır ki, ona dəymiş zərərin aradan qaldırılması üçün 5000 manat sığorta ödənişi ödənilmişdir. Hesab edir ki, iddiaçının avtomobilinə dəymiş zərər üçün 5000 manat sığorta ödənişi də çoxdur. İddiaçı bildirir ki, ABŞ-dan fara sifariş verib, lakin heç bir gömrük bəyannaməsi və ya ödəniş qəbzi əlavə olunmamışdır. Hadisə yerində çəkilmiş fotoşəkillərdən aydın görünür ki, avtomobilin ön hissəsinə, ön farasına, arxa hissəsinə, arxa qanadlara heç bir zərər vurulmamışdır, tək sürücü tərəfdən olan sol ön qapıda əziklər var. Ekspertin rəyi "xxxx" tərəfindən verilmiş qüsur aktına əsasən tərtib edilmişdir. Qüsur aktında dəmirçi, rəngsaz və.s haqları da göstərilmişdir. Əgər iddiaçının iddia etdiyi kimi ziyan dəymiş hissələr yenisi ilə əvəz edilmişdirsə, onda dəmirçi və rəngsaz, çilingər nəyə lazım idi. Hesab edir ki, yeni ehtiyat hissələri qoyulmamışdır. Qüsur aktı ziddiyyətlidir. Ekspert rəyi də qüsur aktına əsasən tərtib edilmişdir. Ekspert rəyi əsaslı deyildir. İddiaçı bildirir ki, hadisədən bu günə qədər avtomobilinin zədəli olduğu üçün məcbur olub kirayə başqa maşın götürüb, belə olan halda sual yaranır ki, mübahisə predmetini təşkil edən avtomobili nəyə görə ekspertizaya təqdim etməyib və nəticədə ekspert "nəzəri hesablamalara" baş vurmalı olub. Bu məsələ hələ də açıq qalmışdır. Hesab edir ki, iddia tələbi ziddiyyətlidir və məbləğlər şişirdilmişdir. İddiaçıya nə zərər dəymişdirsə, həmin zərər sığorta şirkəti tərəfindən ödənilmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, iddia tamamilə əsassızdır, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

9. Məhkəmə Ekspertiza Mərkəzinin 23 noyabr 2022-ci il tarixli, 9/6682 saylı rəyinə görə nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avto-hissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Toyota Prius C” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avto-ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8036 manat müəyyən edilir; “Toyota Prius C” markalı 2017-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmışdır, istifadəyə yararlı avtomobilin orta bazar qiyməti təxminən 41000 manat müəyyən olunur; 2017-ci il buraxılışlı “Toyota Prius C” markalı avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alaraq əmtəə dəyərinin normal vəziyyətdə, qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 10 % (41000 manat) aşağı olması istisna edilmir. Rəyin “Qeyd” hissəsində göstərilmişdir ki, dəyişilməli ehtiyat hissələrinin dəyəri işlənmiş, lakin təyinatı üzrə istifadəyə yararlı hissələrin qiymətlərinə müvafiq hesablandığına görə, onların qiymətlərinə köhnəlmə faizi tətbiq edilmir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 yanvar 2023-cü il tarixli 2(004)-110/2023 saylı qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia qismən təmin edilmiş, cavabdehdən 7136 (3036+4100) manat vurulmuş maddi zərər və 3900 manat icarə haqqı olmaqla, cəmi 11036 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 91,87 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 49,13 manatın (141-91,87=49,13) iddiaçıya aid edilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası xərcinin cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabının ödənilməsi qət edilmişdir

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin baş vermiş yolnəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvəyə minmiş inzibati tənbeh vermə barədə qərarla sübuta yetirilmiş, həmçinin məhkəmə araşdırması zamanı cavabdehin avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya zərər vurulması öz təsdiqini tapmışdır. Cavabdehin nümayəndəsi və vəkili də yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə zərər dəydiyini qəbul etmişdir. Cavabdehin avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya zərər vurulması təsdiq olunduğundan, müvafiq olaraq iddiaçıya məxsus əmlaka vurulmuş maddi zərərə görə cavabdehin mülki hüquqi məsuliyyəti yaranmışdır.

12. Məhkəmə göstərmişdir ki, “Toyota Prius C” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avto-ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə müəyyən edilməsi, eləcə də avtomobilin əmtəə dəyərinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, təqdim edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 23 noyabr 2022-ci il tarixli, 9/6682 saylı rəyi sübut kimi götürülməlidir. Belə ki, məhkəmə tərəfindən həmin rəyin əsaslılığını şübhə altına alan hallar müəyyən edilməmiş, cavabdeh ekspertin qərəzli, qeyri-obyektiv olmasına, avtomobilə dəymiş zərərin real həcmi deyil, şişirdilmiş məbləğ göstərməsinə (avtomobilin daha az pul vəsaiti hesabına keyfiyyətli şəkildə təmir edilməsinin mümkünlüyünə) dair sübutları məhkəməyə təqdim etməmişdir.

13. Məhkəmə hesab etmişdir ki, avtomobilin təmir-bərpa xərci ekspert rəyinə əsasən 8036 manat müəyyən edilməlidir. Bununla belə iddiaçıya 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. Həmin ödəniş i də nəzərə almaqla (8036-5000=3036) yerdə qalan məbləğ, yəni 3036 manat cavabdehdən vurulmuş real zərərin əvəzi kimi tutulmalıdır. Digər tərəfdən, istinad edilən ekspert rəyində “Toyota Prius C” markalı, 2017-ci il buraxılışlı normal vəziyyətdə saxlanıldığı, istifadəyə yararlı avtomobilin (qəzadan əvvəlki vəziyyətdə) orta bazar qiymətinin təxminən 41000 manat olması və avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alınaraq əmtəə dəyərinin normal vəziyyətdə, qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 10 % aşağı olması istisna edilmədiyi müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, “Toyota Prius C” markalı, 2017-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmışdır, istifadəyə yararlı avtomobilin (qəzadan əvvəlki vəziyyətdə) orta bazar qiymətinin 10 % məbləği (41000 x10:100=4100) 4100 manat avtomaşının itirilmiş əmtəə dəyəri kimi müəyyən edilməlidir.

14. Məhkəmə iddia tələbini icarəyə götürülmüş avtomobilə görə ödənilmiş 3900 manat pulun cavabdehdən tutulması hissəsində də əsaslı saymışdır. Belə ki, iddiaçı baş vermiş hadisə ilə bağlı avtomobilindən istifadə edə bilməmiş və yeni nəqliyyat vasitəsi icarəyə götürməklə zəruri xərclər çəkmişdir ki, həmin xərclər məhz cavabdehin təqsirli hərəkətinin nəticəsi olaraq yaranmışdır.

15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097, 1108.1 və 1115-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3, 103.1,14.2, 77.1, 107, 119.1və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qə tnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayətində göstərilmişdir ki, ekspert rəyi "xxxx" MMC-nin qüsur aktını olduğu kimi köçürmüşdür. "xxxx" MMC-nin bu akta heç bir aidiyyəti yoxdur. Qüsur aktında avtomobilin təmirinə xərclənmiş məbləğlər kəskin şişirdilmişdir. İcarəyə götürülmüş nəqliyyat vasitəsinə görə ödənilmiş məbləğin tələb edilməsi də əsassızdır, heç bir sübutla təsdiq edilmir. İddiaçı istifadəsində başqa bir avtomobil var və icarəyə avtomobil götürülməsinə ehtiyac yox idi. “Automile Rent a Car” adlı hər hansı fiziki və ya hüquqi şəxs Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmamışdır, belə bir şirkət mövcud deyildir. İnvoice adlı “sənədlər” ödənişi, yəni ödənişin mədaxil edilməsini təsdiq et mir. BDYPİ-nə sorğu verilərək icarəyə götürülmüş **-GA-*** nömrəli “KİA CERATO” minik markalı avtomobili barədə məlumatlar istənilmişdir. Baş Dövlət Yol Polisi İdarəsindən aldığı xx.xx.2023 tarixli məktubdan və informasiya bazasından çıxarışdan aydın olur ki, həmin avtomobil heç bir zaman İddiaçı istifadəsində olmamışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2441/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi) Akif İsgəndərov və Məhəmməd. Rüstəmli) apelyasiya şikayəti qismən təmin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-110/2023 saylı iş üzrə 12 yanvar 2023-cü il tarixli qətnaməsi cavabdehdən avtomobilə vurulmuş maddi zərərə (təmir xərcinə) görə tutulmalı olan məbləğə aid hissədə dəyişdirilmi ş və Cavabdeh avtomobilə vurulmuş maddi zərərə (təmir xərcinə) görə tutulmalı olan məbləğ 256 manat müəyyən edilmiş və tutulan ümumi məbləğ 8256 manat (256+4100+3900) müəyyən edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissələrdə, həmçinin məhkəmə xərclərinə aid hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab etmişdir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

20. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, yol-nəqliyyat hadisəsinin baş verməsində cavabdeh təqsirli olmuş və bunun nəticəsində iddiaçının avtomobilinə zərər vurulmuşdur. Hadisə nəticəsində “Toyota Prius C” markalı avtomobilə dəymiş zərər "xxxx" MMC tərəfindən 8586 m anat müəyyən edilmiş, İddiaçı 5000 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. Cavabdeh tərəfindən "xxxx" MMC tərəfindən verilmiş qüsur aktı mübahisələndirilmişdir. İşin hərtərəfli araşdırılması məqsədi ilə "xxxx" MMC ilə əməkdaşlıq edib-etməməsi, “Toyota Prius C” markalı avtomobilin həmin təmir servisində təmir olunub-olunmaması, müsbət halda təmirə çəkilmiş xərclər barədə ətraflı məlumatın, həmçinin qeyd edilən sığorta hadisəsi ilə bağlı sığorta işinin təsdiq olunmuş surətinin əldə edilməsi üçün “Azərsığorta” DSKŞ-ya xx.xx.2023-cü il tarixli sorğu ilə müraciət edilmiş və Dövlət Sığorta Kommersiya Şirkətindən verilmiş sorğuya cavab məktubunda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində “ Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “Hyundai Tucson” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı və “Toyota Prius C minik” markalı **-FL*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Yuxarıda qeyd edilən sığorta hadisəsi nəticəsində “Toyota Prius C minik” markalı nəqliyyat vasitəsinə dəymiş zərərin miqdarı "xxxx" MMC tərəfindən 8586,00 manat məbləğində müəyyən edilmişdir. “Toyota Prius C minik” markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi X6 dəymiş zərərlə bağlı 5000 manat məbləğində sığorta ödənişinin verilməsinə razılığını bildirmiş, xx.xx.2022-ci il tarixli 41112 nömrəli ödəniş tapşırığına əsasən “Toyota Prius C minik” markalı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 5000 ma nat məbləğində sığorta ödənişi faydalanan şəxsin müvafiq bank hesabına tam olaraq köçürülmüşdür. Həmçinin "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli 2 nömrəli “Xidmət müqaviləsi”, nəqliyyat vasitəsinin zərərinə dair akt, ödənişin təsdiqinə dair sığorta aktı və ödəniş tapşırığı əlavə edilmişdir.

21. Ekspert rəyinə əsasən avtomobilin təmir-bərpa xərci 8036 manat müəyyən edilmiş, məhkəmə tərəfindən isə iddiaçıya ödənilmiş 5000 manat məbləğində sığorta ödənişi nəzərə almaqla (8036-5000=3036) yerdə qalan məbləğ, yəni 3036 manat cavabdehdən vurulmuş real zərərin əvəzi kimi tutulmuşdur. "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktında ön sol qanad – 820 manat, ön sol qapı – 1910 manat, sol fara – 3700 manat qiymətləndirilmiş, ekspert rəyində isə ön sol qanadın 820 manat, ön so l qapının 1910 manat, sol faranın isə 3150 manat olduğu göstərilmişdir. Kollegiya tərəfindən Toyota Bakı Mərkəzinə “Toyota Prius C minik” markalı 2017-ci il buraxılışlı nəqliyyat vasitəsinin ehtiyat hissələri olan ön sol qanad, ön sol qapı və sol faranın 2022-ci il üzrə və hazırki vaxta satış qiyməti barədə məlumatın, hazırda satışda olmadığı halda sifarişlə alınan qiyməti barədə məlumatın verilməsinə dair sorğu verilmiş və sorğuya verilmiş 2-ci cavab məktubunda göstərilmişdir ki, “Toyota Prius C” markalı JTDKDTB32J1608359 (iddiaçıya məxsus avtomobilin ban nömrəsi) ban nömrəli avtomobil üçün ön sol qanad – 250 manat, ön sol qapı – 850 manat və sol fara - 2000 manat təşkil edir. Kollegiya hesab edir ki, avtomobilin qeyd edilən bu ehtiyat hissələrinə aid hissədə (ön sol qanad, ön sol qapı və sol fara) “Toyota” Bakı Mərkəzi tərəfindən verilmiş qiymətlər daha real olduğundan vurulmuş zərər məbləği müəyyənləşdirilərkən həmin məbləğlər əsas götürülməlidir. Ön sol qanad ekspert rəyi ilə 820 manat müəyyən edildiyi halda Mərkəz tərəfindən qiymətinin 250 manat, ön sol qapının ekspert rəyi ilə 1910 manat, Mərkəz tərəfindən isə 850 manat, sol faranın ekspert rəyi ilə 3150 manat, Mərkəz tərəfindən isə 2000 manat olduğu göstərilmişdir. Odur ki, daha real və ağlabatan qiymətlər olduğu üçün Toyota Bakı Mərkəzi tərəfindən verilmiş qiymətlər əsas götürülməklə bu hissədə cavabdehdən tutulmalı olan məbləğ dəyişdirilməlidir. Belə nəticəyə gələn Kollegiya xüsusi olaraq onu da nəzərə almışdır ki, iddiaçı həmin ehtiyat hissələrinin hansı qiymətə və haradan alınması ilə bağlı məhkəməyə hər hansı sü but təqdim etməmişdir. Müxtəlif internet resurslarındakı qiymətlər də nəzərdən keçirildikdə, məhz Toyota Bakı Mərkəzi tərəfindən verilmiş qiymətlərin daha real olduğu aydın olmuşdur.

22. Ekspert tərəfindən avtomobilin təmir-bərpa xərci 8036 manat müəyyən edilmişdir. Yuxarıda sadalanan 3 ehtiyat hissəsinə aid məhkəmə ekspert rəyi ilə müəyyən edilmiş məbləği əsas götürmədiyindən ümumi məbləğ 5256 manat ( 250 + 850 + 230 + 360 + 2000 + 50 +66 + 500+700 + 150 + 100) müəyyən edilmişdir. Həmin məbləğdən isə iddiaçıya ödənilmiş 5000 manat sığorta ödənişi çıxıldıqdan sonra qalan 256 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ekspert tərəfindən “Toyota Prius C” markalı, 2017-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmasını, istifadəyə yararlı avtomobilin (qəzadan əvvəlki vəziyyətdə) ort a bazar qiymətinin təxminən 41000 manat olmasını və avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alınaraq əmtəə dəyərinin normal vəziyyətdə, qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 10% aşağı olması istisna edilmədiyi müəyyən edildiyindən, məhkəmə haqlı olaraq 4100 manat avtomaşının itirilmiş əmtəə dəyəri kimi müəyyən etmişdir. Bu hissədə cavabdehin dəlilləri əsassızdır.

23. İcarəyə götürülmüş avtomobilə münasibətdə cavabdehin dəlillərinin araşdırılması məqsədi ilə müvafiq sorğular verilmiş, DİN BDYPİ tərəfindən verilmiş sorğuya cavab məktubunda göstərilmişdir ki, “KİA CERATO” markalı **-GA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdə gömrük bəyannaməsi 569651 nömrəli hesab-arayış əsasında X4 adına qeydiyyata alınmış, xx.xx.2018-ci i l tarixdə nəqliyyat vasitəsinə mülkiyyətçisi dəyişdirilmədən AD 372850 nömrəli yeni qeydiyyat şəhadətnaməsi verilmişdir. Əlavə edilmiş kompüter çıxarışından müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixdə etibarnamə ilə “AutoMile”-a nəqliyyat vasitəsindən istifadə hüququ verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş sorğuya cavab məktubunda göstərilmişdir ki, “KİA CERATO minik” markalı **-GA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 30 aprel 2018-ci il tarixli ƏN-İ 717843 nömrəli etibarnamə əsasında "xxxx" MMC-nin sərəncamında olmuşdur. Vətəndaş İddiaçı 02 iyun 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixədək həmin nəqliyyat vasitəsini icarəyə götürmüş və icarə haqqını (3900 manat) tam olaraq ödəmişdir. Vətəndaş İddiaçı "xxxx" MMC-yə 18 aprel 2023-cü il tarixə hər hansı bir borcu yox dur. Müqavilələrin, yol vərəqələrinin, ödəniş qəbzlərinin və təhvil qəbul aktlarının təsdiq olunmuş surəti əlavə edilmişdir. X8 tərəfindən "xxxx" MMC-yə verilmiş xx.xx.2018-ci il tarixli etibarnamə ilə “KİA CERATO minik” markalı KNAFX411BE5112676 ban nömrəli 2013-cü il buraxılışlı 99GA109 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə etməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olan digər hərəkətləri etməsi etibar edilmişdir. İddiaçı tərəfindən avtomobilin icarəyə götürülməsi və 3900 manat icarə haqqı ödənilməsi təsdiq edildiyindən cavabdehin dəlilləri əsassız hesab edilməklə qətnamənin bu hissədə dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas verməmişdir.

24. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırarkən Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1 və 1108.1, Mülki-Pro sessual Məcəllənin 14.2, 77.1, 88 və 384.0.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil) qətnamənin iddianın təmin edilmiş hissədə ləğv edilməsi və həmin hissənin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə görə iddiaçı göstərmişdir ki, avtomobili təmirdə olduğu müddətdə hər bir günü 50 manatdan olaraq 02 iyun tarixdən 26 avqust tarixədək məcburiyyət qarşısında qalaraq icarəyə başqa bir nəqliyyat vasitəsi götürmüş və bunun müqabilində 3900 manat pul ödəmişdir. İddiaçı avtomobilin icarəyə götürülməsinə sübut kimi yalnız “AUTOMİLE RENT A CAR” adlı şirkətin invo ice kimi qeyd olunan kağız parçalarına istinad edilmişdir. Apellyasiya instansiyasına təqdim edilmiş mütəxəssis rəylərindən (Dövlət Vergi Xidmətinə ünvanlanmış sorğuya cavab olaraq) məlum olur ki, invoice adlı “sənədlər” ödənişi, ödənişin mədaxil edilməsini təsdiq etmir. Hər bir halda qanunvericiliyə əsasən istənilən invoice - ödəniş tapşırığıdır (başqa sözlə qaimə - faktura) - və həmin sənədin üzərində ödənişin hansı bankın hansı hesabına (bütün rekvizitlər, valyuta, swift kodlar, bankın adı, bank hesabı, xidmətin vergi kodu və sair məlumatlar əks edilməlidir. Məhkəmə “invoice” adlı sənədləri ödənişin icra edildiyinə dair sübut kimi qəbul edərkən, heç araşdırmamışdır ki, qanunvericiliyimizdə belə bir sənəd yer alır ya yox? Bundan başqa cavabdeh tərəfindən BDYPİ-nə sorğu verilərək guya i carəyə götürülmüş **-GA-*** nömrəli “KİA CERATO” minik avtomobili barədə məlumatlar istənilmişdir. Baş Dövlət Yol Polisi İdarəsindən alınan xx.xx.2023-cü il tarixli məktubdan və informasiya bazasından çıxarışdan aydın olur ki, həmin avtomobil heç bir zaman İddiaçı istifadəsində olmamışdır (hərçənd ki, iddiaya görə 80 gün müddətində özü idarə edib). Həmin avtomobil Xocavənd rayonunda qeydiyyatda olan X5 mülkiyyətində olmaqla, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək X2 adlı şəxsin etibarnamə ilə istifadəsində, eyni zamanda xx.xx.2020-ci il tarixdən xx.xx.2025ci il tarixədək X3 adlı şəxsin etibarnamə ilə istifadəsinə verilmişdir. Siyahıda Abiyev soyadlı heç kim qeyd olunmamışdılr. Bu da bir daha onu təsdiq edir ki, məhkəmə həqiqi olmayan sənədlərə (sübutlara) istinad edərək əsa ssız qətnamə qəbul etmişdir. Əldən çıxmış fayda (avtomobilin aldığı zədəyə görə qiymətinin 10 % düşməsi - 4100 azn) bağlı: Avtomobilin real bazar qiyməti ilə bağlı işə baxan hakim qərəzli ekspert rəyini əsas götürmüşdür. Həmin rəydə avtomobilin real bazar qiyməti barədə deyilir ki, “... nəzəri hesablama” yolu ilə müəyyən olunur ki avtomobilin qiyməti 41000 manat təşkil edir. Hansı nəzəri hesablama? Hansı formullarla? Qiymət haradan götürüldü? Nəticədə söhbət 2017-ci il buraxılışlı Priusdan gedir! İddiaçı iddia edir ki, bu avtomobili ABŞ-dan gətizdirib, lakin BDYPİ-dən alınan cavabdan görünür ki, heç bir gömrük vəsiqəsi qeydə alınmamışdır. Alqısatqı BDYPİ-də həyata keçirilmişdir. Məhkəmə avtomobilin qiymətini müəyyən etməyə heç bir təşəbbüs göstərməmişdir. Hərkəsə məlum olan “turbo.az” səhi fəsi vasitəsilə görünür ki, eyni markalı, modelli, hətta ondan daha yeni buraxılışlı avtomobilin qiyməti 18500-24000 manat arasında (qaçış məsafəsindən asılı olaraq) dəyişir. Heç bir halda qiymət 25000 manatdan yuxarı olmur. Bundan başqa 10% qiymətin düşməyi haradan götürüldü? Niyə məhz 10%? Bəlkə 1%? Bəlkə 0,5%? Niyə 41000 manat? Bəlkə 10000 bəlkə 100000? Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı iddia edir ki, məcbur olub xarici ölkələrdən yeni (istifadə edilməmiş) ehtiyat hissələri almış və zədəli hissələri təmir etmədən yeni hissələrlə əvəzləmişdir. Bu o deməkdir ki, avtomobilin qiyməti düşməmiş, əksinə son 6 il istifadədə olan ehtiyat hissələri dəyişdirildiyi üçün avtomobilin qiyməti əksinə qalxmışdır. Göründüyü kimi məhkəmə demək olar ki, işdə olan bütün sübutlara səthi yanaşmış, onlar ın həqiqiliyini müəyyən etməmişdir, bəzi hallarda iddiaçının təqdim etdiyi saxta sənədlərə istinad etməklə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə heç bir araşdırma aparmadan, yalnız ekspertin ziddiyyətli rəyinə istinad edərək belə qənaətə gəlmişdir ki, avtomobilin zədədən sonra qiyməti 10% düşmüşdür və avtomobilin zədədən öncə qiyməti 41000 azn təşkil edirdi. Hazırda oxşar avtomobillərin (eyni model, eyni buraxılış ili, hətta daha az yürüşlü) qiyməti 18000-20000 manat təşkil edir. Məhkəmə heç bir araşdırma aparmadan, belə qənaətə gəlmişdir ki, iddiaçı öz avtomobili təmirdə olarkən məcbur olub icarəyə başqa avtomobil götürməli olmuşdur, halbuki iddiaçının mülkiyyətində başqa bir avtomobil var, həmçinin icarə verən şirkət ümumiyyətlə mövcud deyildir və təqdim edilmiş "invoice” adlı sənəd öd əniş üçün əsas hesab edilmir, ümumiyyətlə həmin sənədlər qanunvericilikdə başqa formada və başqa məqsəd üçün nəzərdə tutulmuşdur. Başqa avtomobilin iddiaçı tərəfindən icarəyə gotürülməsi barədə iş materiallarında heç bir sübut yoxdur, əslinə cavabdeh sübut təqdim edir ki, sözügedən vaxtda həmin avtomobil başqa şəxslərin istifadəsində olmuşdur.

27. Kassasiya şikayəti əsaslandırılarkən Mülki Məcəllənin 1097 və 1115-ci, Mülki Prosessual Məcəllənin 771, 88 və 385.1-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı iddiaçının etirazı daxil olmuş, etiraz ərizəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qətnaməsinin qanuni və əsaslı, Bakı Apellyasiya Məhkəməsinin 16 may 2023-cü il tarixli qətnaməsinin isə qanunsuz olması, apellyasiya məhkəməsi tərəfindən 2780 manat məbləğin azaldılması ilə razılaşmadığı qeyd edilmiş, iddiaçı cavabdehin və onun vəkilinin kassasiya şikayəti təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin 16 may 2023-cü il tarixli 2(103)2441/2023 nömrəli qətnaməsi isə ləğv edilməklə, iddia tələbinin tam təmin olunması barədə yeni qərar çıxarılması xahiş edilmişdir. Tətbiq edilən hüquq hüquq normaları Mülki Məcəllə

29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çək məli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

31. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

32. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

33. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

34. Maddə 1108.1. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurd uğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Prosessual Məcəllə

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvaf iq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır. Maddə 417.1., 417.1.1. və 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. 42. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassa siya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məh kəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 3900 manat icarə haqqının tutulması hissədə dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.

47. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya məhkəməsi avtomobilə vurulmuş maddi zərərə (təmir xərcinə) görə iddiaçının xeyrinə cavabdehdən tutulmalı olan məbləğə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və Cavabdeh avtomobilə vurulmuş maddi zərərə (təmir xərcinə) görə tutulmalı olan məbləğin 256 manat müəyyən edilməsi, yol nəqliyyat hadisəsi nəticəsində av tomaşının itirilmiş əmtəə dəyərinin 4100 manat olması, cavabdehdən 4356(256+4100) manat vurulmuş maddi zərər tutulmalı olması barədə düzgün nəticəyə gəlmiş, qeyd edilən hissədə maddi və ya prosessual hüquq normalarınıən pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin göstərilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

48. İddiaçının avtomobilinə vurulmuş maddi zərərin məbləğinin 4326 manat müəyyən edilməsi ilə bağlı cavabdein kassasiya şikayətində qeyd olunan hallar sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşı r.

49. Cavabdehin təqsiri ucbatından İddiaçı 02 iyun 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixədək olan dövr üçün “KİA CERATO” markalı nəqliyyat vasitəsini icarəyə götürməyə məcbur olması və buna görə hər ay 50 manat olmaqla cəmi 3900 manat icarə haqqı ödəməklə ziyan çəkməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu faktın Altay Abıyevlə bağlanmış müqavilələr, yol vərəqələrinin, ödəniş qəbzlərinin və təhvil qəbul aktları təsdiq olunması barədə apellyasiya instansiyası məhkəməsi gəldiyi qənaət qanuni və əsaslı olsa da, məhkəmə həmin zərərin əvəzinin ödənilməsini qət edərkən iddiaçının özünün davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmamış, bu məsələni müəyyən etməmişdir.

50. İşdən görünür ki, İddiaçı “KİA CERATO” markalı nəqliyyat vasit əsini 02 iyun 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixədək olan uzun müddət üçün icarəyə götürməsinin səbəbləri kimi “işlərinə görə məcbur olması” ilə əsaslandırsa da, həmin işlərin nədən ibarət olması, digər nəqliyyat vasitəsi olmadan bu işlərin görülməsinin mümkünsüzlüyü, 3 aya yaxın müddət ərzində yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş “Toyota Prius C” markalı avtomaşınını təmirini başa çatdırıb idarə etməməsi barədə inandırıcı dəlillər göstərə bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz hərəkətləri ilə, yəni kifayət qədər əsas olmadan nəqliyyat vasitəsinə görə uzun müddət icarə haqqı ödəməklə zərərin artmasına şərait yaratmışdır. Ona görə də bu hal nəzərə alınmaqla həmin zərər 3900 manatdan 900 manata azaldılmalıdır, apellyasiya instansiyası məhkəməsi qətnməsi həmin hissədə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2441/2023 nömrəli iş üzrə 16 may 2023-cü il tarixli qətnaməsi Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan 3900 (üç min doqquz yüz) manat icarə haqqı məbləği 900 (doqquz yüz) manata azaldılmaqla dəyişdirilsin, maddi zərərə görə tutulmalı olan ümumi məbləğ 5256 (beş min iki yüz əlli altı) manat müəyyən edilsin. Cavabdeh kassasiya şikayətinə əsasən qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar