Məhkəmə qərarları › İş №2(102)-3564/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3564/2019

24.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3564/2019 24.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, “İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili Məmmədov Amid Əbülfəz oğlunun iştirakı ilə, “xxxx” MMC-nin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” MMC Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli qətna məsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər “xxxx” MMC, Cavabdeh2, “xxxx” MMC və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borc tələbi, borcun ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Həsənov, iş № 2(010)-3470/2018) iddia qismən təmin olunmuş, cavabdehlər “xxxx” MMC, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 1168790.36 (bir milyon yüz altmış səkkiz min yeddi yüz doxsan dollar otuz altı sent) ABŞ dolları məbləğində əsas borcun, 61162. 34 (altmış bir min yüz altmış iki dollar otuz dörd sent) ABŞ dolları məbləğində faiz və 2065.60 (iki min altmış beş dollar altmış sent) ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 1232018.30 (bir milyon iki yüz otuz iki min on səkkiz dollar otuz sent) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməklə) pul məbləğinin, məhkəməyə müraciət etmək üçün 30.00 (otuz) manat dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30.00 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh2 xüsusi mülkiyyət hüquqi ilə məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında 0.05133 ha torpaq sahəsində yerləşən, 249.7 kv.m. ümumi, 133.1 kv.m. yaşayış, 116.6 kv.m. yardımçı sahədən ibarət 6 otaqlı və 344.2 kv.m. ümumi, 114.05 kv.m. yaşayış, 230.15 kv.m. yardımçı sahədən ibarət 5 otaqlı 2 mərtəbəli 2b nömrəli fərdi yaşayış evinə və ünvan 1 ünvanında Cavabdeh3-nin birbaşa sahibliyində saxlanılan mallara ( siyahısı mülki işə əlavə olunub, səh 8-15) yönəldilməsi, ipoteka və girov predmetlərinin açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin İddiaçı ASC-nə ödənilməsi, Bakı şəhəri, ünvan 1 ünvanında 0.05133 ha torpaq sahəsində yerləşən, 249.7 kv.m. ümumi, 133.1 kv.m. yaşayış, 116.6 kv.m. yardımçı sahədən ibarət 6 otaqlı və 344.2 kv.m. ümumi, 114.05 kv.m. yaşayış, 230.15 kv.m. yardımçı sahədən ibarət 5 otaqlı 2 mərtəbəli 2b nömrəli fərdi yaşayış evinin açıq hərracda lkin satış qiymətnin 540.000 (beş yüz qırx min) manat müəyyən edilməsi, həmin fərdi yaşayış evinin məcburi qaydada boşaldılması, 06.08.2014-cü il tarixli baş kredit razılaşmasının və 06.08.2014-cü il tarixli kredit müqaviləsinin ləğv olunması qət olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Xəlilov (sədrlik edən və məruzəçi), X.Cəmilova və İ.Şirinov, iş№2(103)-186/2019) cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: “xxxx” MMC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: “İddiaçı Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: “İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili Məmmədov Amid Əbülfəz oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və pr osessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdır mır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bil ər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “xxxx” MMC arasında bağlanmış 06.08.2014-cü il tarixli “Baş kredit razılaşması”na əsasən “xxxx” MMC-nə 06.08.2014-cü il tarixdən 06.08.2024-cü il tarixədək 10 000 000.00 (on milyon) manat və ya ABŞ dolları ekvivalentində məbləğində kredit xətti açmışdır. 06.08.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən “xxxx” MMC və Cavabdeh4 borcalan “xxxx” MMC-nin bank qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. Bank «xxxx» ASC ilə Cavabdeh2 arasında 06.08.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 kredi t müqaviləsi üzrə “xxxx” MMCnin öhdəliklərinin təminatı olaraq mülkiyyət hüququ ilə özünə məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında 0.05133 ha torpaq sahəsində yerləşən, 249.7 kv.m. ümumi, 133.1 kv.m. yaşayış, 116.6 kv.m. yardımçı sahədən ibarət 6 otaqlı və 344.2 kv.m. ümumi, 114.05 kv.m. yaşayış, 230.15 kv.m. yardımçı sahədən ibarət 5 otaqlı 2 mərtəbəli 2b nömrəli fərdi yaşayış evini banka ipoteka qoymuşdur. İpoteka predmeti 1 500 000 manat dəyərində qiymətləndirilmişdir. 242163 saylı 06.08.2014-cü il tarixli dövriyyədəki malların girov müqaviləsinə görə, girov qoyan “xxxx” MMC-i Bank qarşısında olan pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə bu müqavilənin 1 saylı Əlavəsində göstərilən əmlakın Bankın xeyrinə girov qoyulmasını və girovla təmin edilmiş pul öhdəlikləri “Girov qoyan” tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə bu müqavilə ilə müəyyən edilən digər hallarda “Bank”ın “Girov qoyan”a qarşı olan pul tələblərinin üstün qaydada girov predmeti hesabına ödənilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrini müəyyən edir. Girov predmeti və onun siyahısı, çeşidi, çeşidə daxil olan ayrı-ayrı malların qiyməti, miqdarı və girov predmeti haqqında digər məlumatlar “Dövriyyədəki malların girovuna dair” 1 saylı Əlavəyə əsasən müəyyən edilir. Girov predmeti ünvan 2 ünvanında yerləşən anbarda ”Girov qoyan”nın birbaşa sahibliyində saxlanılır. Girov predmeti 1 000 000 (bir milyon) manat məbləğində qiymətləndirilmişdir. 14.06.2016-cı il tarixli maliyyə arayışına görə, “xxxx” MMC-nin həmin tarixə banka 1168790,36 USD məbləğində əsas borc, 61162,34 USD məbləğində faiz borcu, 2065,60 USD məbləğində cərimə borclu olmaqla cəmi 1232018.30 USD məbləğində borcu mövcuddur. “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin 06.03.2018-ci il tarixli ekspert rəyinə görə, Cavabdeh2 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında fərdi yaşayış evinin bazar satış qiyməti 540.000 (beş yüz qırx min) manat təşkil edir. Nəsimi Rayon Məhkəməsinin 26.02.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 və qeyrilərinin cavabdeh İddiaçı ASC-yə qarşı “İpoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741, 390.1, 405.1-ci maddələrini tətbiq etmişdir. Azərbaycan Re spublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin norma müqavilə tərəflərini kreditin qaytarılması ilə bağlı başqa razılaşmaya gəlmələrini qadağan etmir. Mülki Məcəllənin 390.1. maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1. maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayıl ır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. “xxxx” MMC kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “Müqavilədə faizlərin ayda bir dəfə tutulmasının nəzərdə tutulması və faktiki olaraq tutulması MM-in 741-ci maddəsində təsbit edilmiş imperativ normanın pozulmasıdır. Nəticədə Cavabdehin İddiaçıya olan əsas borcu şişirdilmişdir. Belə ki, cavabdehin il ərzində iddiaçıya ayda bir dəfə ödədiyi pul məbləği əsas borca yönəldilsəydi, cavabdehin iddiaçıya olan borcu xeyli azalmış olardı.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlil lərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “Tərəflər kreditin aylıq faizi və qaytarılması şərti barədə razılığa gəldikləri üçün və həmin müqavilə qüvvəsini aldığından cavabdehin faiz məbləği ilə bağlı irəli sürdüyü dəlili əsassızdır. Cavabdehin məhkəmə qətnaməsinə dair başqa etirazı olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlərdən cavabdehə hər hansı bir məbləğin artıq hesablanması öz təsdiqini tapmır. Cavabdeh məhkəmə baxışında iştirak etməmiş, öz etirazlarını əsaslandırmağa dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Cavabdeh borcun məbləğini mübahisələndirdiyi halda onun tərə findən ödənilmiş hansısa məbləğin nəzərə alınmaması və yaxud düzgün silinməməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.Belə ki, kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yo l verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar