Məhkəmə qərarları › İş №2(102)-3565/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3565/2020

04.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3565/2020 04.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh X8 8 saylı X12 X4 Cəmiyyəti İddia tələbi: pulun ödənilməsi Açar sözlər: öhdəliyin icrası, sübut etmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Oruclu Bahar Nurəddin qızının katibliyi, iddiaçının vəkili X9, cavabdehin nümayəndəsi X1 və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14796/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçıtərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq mə hkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı (bundan sonra – iddiaçı) 2013-2015-ci illərdə Cavabdeh X8 8 saylı X12 X4 Cəmiyyətinin (bundan sonra – cavabdeh) sifarişi əsasında yük avtomobilləri vasitəsilə tikinti materiallarının daşınmasını həyata keçirmişdir. Tərəflər arasında yazılı müqavilə bağlanmamış, daşımalar üzrə ödənişlər nağd həyata keçirilmişdir. xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Xətai rayon prokurorluğunda qeyd olunan yük daşımaları üzrə pulun ödənilməməsi faktı barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə cinayət işi başlanmış, iddiaçı həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2016-cı il tarixdə iddiaçı notarial qaydada təsdiq olunmuş ərizə verərək cavabdeh, onun direktoru X3 və digərlərin ə qarşı heç bir pul iddiasının və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. xx xxxxxx 2017-ci il tarixli qərarla cinayət işinin icraatına əməldə cinayət tərkibi olmaması əsası ilə xitam verilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə notariat kontoruna xx.xx.2016-cı il tarixli ərizəsinin ləğv olunması barədə yeni ərizə vermişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, görülmüş işlərlə bağlı 353660 manat pulun, həmçinin qeyd olunan məbləğin vaxtında ödənilməməsi ilə bağlı ona vurulmuş zərərə görə 85000 manat, ümumilikdə 438660 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehin sifarişini yerinə yetirmək üçün ağır tonnajlı, çox tutumlu yük avtomaşınlarının sürücülərini işə cəlb etmişdir. 2013-cü il ərzində cavabdeh daşınan malın hər tonnajına görə ödənişi gecikmələrlə olsa da ödəmiş, 2014-cu ildən başlayaraq gördükləri daşımalarla bağlı pulun ödənilməsində ləngimələr olmuş, buna baxmayaraq daşımaların təcili olmasının və daşımalarla bağlı məbləğin «Avropa oyunları» başa çatana kimi ödəniləcəyi barədə söz verildiyindən, daşımaları həyata keçirmişdir. Cavabdehlə 2015-ci il oktyabr ayının sonlarınadək işləmişdir. Cavabdehin ona 353660 manat borcu qalmışdır. Qeyd olunan vəziyyətdə artıq görülmüş işlərdə xidmətlərindən istifadə etdiyi sürücülər öz pullarını ondan tələb etməyə başlamışlar. Pulu cavabdehin direktoru və onun oğlundan tələb etsə də, sonuncular tərəfindən pullar ödənilmədiyindən, sü rücüləri itirməmək üçün məcbur olub özünə məxsus əmlakları sataraq və borc alaraq sürücülərin əmək haqlarını ödəmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddia tələbinə etiraz edərək göstərmişdi ki, 2015-ci ildə iddiaçıdan bir neçə ton tikinti materiallarının gətirilməsi xahiş edilmiş, dəyəri tam ödənilmiş və cavabdehin iddiaçıya heç bir borcu qalmamışdır. İddiaçı xx.xx.2016-cı il tarixdə bu barədə notariat qaydada ərizə də yazmışdır. İddiaçının 2015-ci ildən hazırkı vaxtadək keçən 4 il ərzində 353600 manat borcu cavabdehdən tələb etməməsi də, iddiaçının iddiasının tamamilə əsassız olduğunu bir daha təsdiq edir və məhkəmənin onun iddiasına tənqidi yanaşması üçün əsasdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-3429/ 2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Quliyev) iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti vermişdir. Apelyasiya baxışında iddiaçı əlavə olaraq bildirmişdir ki, yükün daşınması ilə bağlı cavabdehlə onun arasında hər-hansı müqavilə olmamışdır. Bütün işlər şifahi qaydada, qarşılıqlı etibar əsasında həyata keçirilmişdir. Malları təhvil verərkən qaimələr tərtib edilmişdir. Lakin həmin qaimələri cavabdeh imzalamamışdır. Qaimələrdəki imzalar müxtəlif şəxslərə aiddir. Hər dəfə malı boşaldanda orada mühafizədə olan şəxs və yaxud başqa şəxs qaiməni imzalamışdır. Onlar da tez-tez işdən çıxdıqları üçün hər dəfə müxtəlif şəxslərin imzaları ilə qaimələr təsdiq olunmuşdur. Cavabdeh həmin qaimələrin onlarda olmasını inkar edir. Həmin faktla bağlı cinayət işi başlanmış və istintaq zamanı cavabdehin vəzifəli şəxs olması səbəbindən razılığa gedərək 2016-cı ildə 30.000 manat pul alaraq ərizə yazmışdır. Vəkili ona belə etməyi məsləhət görmüşdür. Lakin bundan sonra cavabdeh qalıq məbləği verməkdən yayınmışdır. Ona görə həmin ərizəni 3 ildən sonra xx.xx.2019-cu il tarixdə ləğv etdirmişdir. Apelyasiya baxışında cavabdehin nümayəndəsi apelyasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, Avropa Oyunları ilə bağlı tikinti işləri sürətlə gedən dövrdə tərəflər arasında şifahi razılaşma əsasında yüklər daşınmışdır. Bütün yüklərə görə pulların ödənilməsinə baxmayaraq iddiaçı əsassız olaraq külli miqdarda pul tələb etməyə başlamışdır. Təmsil etdiyi tərəf əsassız şikayətlərə son qoyulması üçün 2016-cı ildə iddiaçıya 30.000 manat pul vermiş və sonuncu notariusda təsdiq olunmuş ərizə verərək iddialarından imtina etmişdir. Üç il ərzində iddiaçının heç bir tələbi olmamışdır. Sonradan iddiaçı yenidən pul almaq üçün hazırkı tələblə çıxış etmişdir. İddiaçının təqdim etdiyi qaimələr idarəyə məxsus deyil, oradakı imzaların kimə məxsus olması aydın deyil. Təmsil etdiyi tərəf həmin qaimələri imzalamamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-14796/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – İ.Xəlilov (sədrlik edən və məruzəçi), X.Cəmilova və İ.Kərimli) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşə baxan apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, işin mübahisəli halları, daşımalarla bağlı cavabdehin borcunun qalıb-qalmamasıdır. Məhkəmə kollegiyası işə baxan məhkəmənin mübahisəni tərəflərin sübutetmə yükünün öhdəsində nə dərəcədə gəlmələrindən asılı olaraq həll etməsi barədə dəyərləndirməsi ilə razılaşmış, hesab etmişdir ki, iddiaçı sübutetmə vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün tələbi təmin oluna bilməz. Belə ki, iddiaçı cavabdehin daşımalara görə ona borclu qalması halını sübut etməlidir. Cinayət təqibini həyata keçirən orqanın qəbul etdiyi qərarda qeyd edilmişdir ki, iddiaçı ərizə yazaraq pul tələbi ilə bağlı razılığa gəldiklərini, cavabdehdən 30000 manat pul alaraq tələbindən imtina etdiyini təsdiq etmişdir. Eyni zamanda iddiaçı notarial qaydada təsdiq olunmuş xx.xx.2016-cı il ta rixli ərizəsi ilə cavabdehə, onun direktoruna və digər şəxslərə qarşı heç bir pul iddiasının və tələbinin olmadığını və gələcəkdə də olmayacağını təsdiq etmişdir. Hazırkı iddia qeyd olunan ərizə yazıldıqdan üç il sonra irəli sürülmüşdür. Belə sübutların mövcudluğu fonunda cavabdehin iddiaçıya borcunun qalması barədə dəlillər inandırıcı görünmür. Daşımalarla bağlı tərəflər arasında razılaşmanın şihafi olmasını nəzərə alanda borcun mövcudluğu məsələsinin təsdiq olunması daha da çətinləşir. İddiaçının təqdim etdiyi qaimələrin cavabdehə aid olub-olmaması, həmin qaimələrin kimlər tərəfindən imzalanması məlum deyil və baş verənlərin uzun illərdən sonra bərpa olunaraq müvafiq hesablama aparılması mümkün deyil. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tələbini sübuta yetirə bilimədiyi üçün onun iddası təmin oluna bilməz. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (vəkil X11) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işdə olan halları tam, hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya şikayinə baxılması zamanı kassatorun vəkili kassasiya şikayətinin əsaslı olduğunu bildirərək şikayətin təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləvğ olunmasını, idd ianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi. İş üzrə cavabdehin nümayəndəsi və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin əsassız olduğunu qeyd edərək, şikayətin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəs na olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə yeganə iddiaçı olan kassator apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozul masaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə

850. Yük daşınması müqaviləsi (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiya) 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı əşyaları haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduqları yerdən təyinat yerinə daşımağı (yola salmağı), yola salan və ya yükü alan isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 850.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. MPM Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası həmin hallar üzrə apelyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə o lunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14796/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar