Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3565/2023 11.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb olunmaqla) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3565/2023 (Açar sözlər: sığorta ödənişinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X18 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiya sının 2(103)-267/2023 nömrəli, 25 may 2023-ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil1) və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətlərinə 11 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. “BMW 530i” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətindədir. 2. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2020-ci il tarixdə Mi 012765 №-li sığorta müqaviləsi bağlanmış və **-PC-*** dövlət qeydiyyat nişanlı “BMW 530i” markalı avtomobil 4 il müddətinə sığortalanmış, "xxxx" MMC sığortalı, İddiaçı faydalanan şəxs, sığorta məbləği 90.000 manat, sığorta haqqı isə 9.360 manat müəyyən olunmuşdur.
3. Avtomobilin sığortalanması zamanı bağlanmış Mİ-012765 №-li “Nəqliyyat vasitələrinin Kasko Sığortası Şəhadətnaməsi” “Nəqliyyat vasitələrinin (Kasko) sığortası” qaydaları ila tənzimlənir. 4. “BMW 530i” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin AD 089890 saylı “B” kateqoriyalı sürücülük vəsiqəsinin sahibi X13 tərəfindən xx.xx.2021-ci il tarixinə qədər idarə olunması məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2020-ci il tarixdə etibarnamə verilmişdir. 5. 20 yanvar 2021-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş vermiş, X6 idarə etdiyi **-PC-*** dövlət qeydiyyat nişanlı “BMW 530i” markalı avtomobillə X5 məxsus “Toyota Rav” markalı **-UG-*** dövlət q eydiyyat nişanlı avtomobil yolun buzlu olması səbəbindən toqquşmuş, sığortalı avtomobilə ziyan dəymişdir. 6. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” 2/1387 №-li xx.xx.2021-ci il tarixli aktda göstərilmişdir ki, X13 xx.xx.2021-ci il tarixdə saat 01:00-da müayinə olunmuş və onun alkoqol sərxoşluq vəziyyəti müəyyən edilməmişdir. 7. “Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” 617 №-li xx.xx.2021-ci il tarixli aktda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 13:05-də müayinə olunmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X6 müayinəsi zamanı nəticə(OPİ, MET, THC, COC, BZO, TMC) - mənfi, aşkar edilmədi.
8. Fətəli Ağayev xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-də müx təlif müayinələrdən, o cümlədən kompüter tomoqrafiya müayinəsindən keçirilmiş, ona ambulator müalicə təyin olunmuşdur.
9. Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 fevral 2021-ci il tarixli qərarla, toplanmış materialda və X6 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrinin tərkib əlamətləri olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “BMW 530i” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qərarı n surətinin Yasamal RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. 10. "xxxx" MMC-nin İddiaçı vəkilinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, “xx.xx.2021-ci il tarixdə saat 23:30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar hər-hansı bir rəsmi məlumat "xxxx" MMC-nə daxil olmamışdır. Araşdırmamız nəticəsində müəyyən edilmişdir ki, "xxxx" MMC-yə məxsus “BMW” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair hesablanmış məbləğ "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesablarına köçürülməmişdir. Eyni zamanda sorğuda göstərilən sığorta müqaviləsinin, “Kasko” sığorta haqqının ödənilməsini və X17 müqaviləsi üzrə X2 tərəfindən ödənilmiş məbləğlərə dair çıxarışlar Sizə göndərilir”.
11. Müstəqil ekspert X15 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il t arixli aktda (arayışda), "xxxx" MMC-yə məxsus “BMW 530i” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxılışlı avtomobilə dəymiş ziyanın məbləğinin ümumilikdə (ehtiyat hissələri və xidmət haqqı daxil olmaqla) 73.150 (yetmiş üç min yüz əlli) manat təşkil etdiyi göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
12. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, baş vermiş sığorta hadisəsi nəticəsində **-PC-*** dövlət qeydiyyat nişanlı “BMW 530i” markalı avtomobilə dəymiş 90.000 (doxsan min) manat zərərin (sığorta ödənişinin) cavabdehdən xeyrinə tutulması barədə qətnamə qəbul olu nmasını xahiş etmişdir.
13. İddiaçının nümayəndəsi və vəkili iddia tələbini işin hallarına istinad edərək onunla əsaslandırmışdır ki, iddiaçının vəkili tərəfindən 13 avqust 2021-ci il tarixli və 28 sentyabr 2021-ci il tarixli sorğularla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edilmiş, "xxxx" MMC-nin 17 avqust 2021-ci il tarixli cavab məktubu ilə MMC-yə məxsus mübahisəli avtomobilə dair hesablanmış məbləğin cavabdeh tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmədiyi bildirilmişdir. İddiaçının vəkili tərəfindən xx.xx.2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına da müraciət edilərək cavabdeh tərəfindən sığorta ödənişinin verilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. Beləliklə, pozulmuş hüquqlarının bərpası istiqamətində mübahisənin həlli üçün məhkəməyə q ədərki bütün həll vasitələrindən istifadə edilmiş, lakin nəticə əldə edə bilməmişdir. Lizinq obyekti kreditorun hüquqlarının təminatı kimi lizinq verənin mülkiyyətində qalsa da, ona dair sahiblik və istifadə hüquqları lizinq alana keçir. Bu baxımdan lizinq alanın göstərilən hüquqlarının müdafiəsi, eləcə də onun lizinq obyektinə dəymiş zərərin əvəzini tələb etmək hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus əmlak üzərində mümkün davranış həddi olmaqla sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusundan ibarətdir. Sahiblik hüququ əşyanı öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edilməsini, istifadə hüququ əşyadan təyinatına uyğun istifadə olunmaqla onun faydalı xassələrinin hasil edilməsini, sərəncam hüququ isə əşyanın hüquqi müqəddəratının müəyyən edilməsini nəzərdə tutur. Sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsus ola bildiyi halda, sahiblik və istifadə hüquqları mülkiyyətçi olmayan digər şəxslərə də məxsus ola bilər.
14. Cavabdehin nümayəndəsi X11 iddia tələbinə qarşı məhkəməyə yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdə Mi 012700 №-li sığorta müqaviləsi bağlanmış və mübahisəli avtomobil 4 il müddətinə sığortalanmışdır. İddiaçının xx.xx.2021-ci il tarixli müraciətinə əsasan sığortalı avtomobil Yasamal rayonu ərazisində X13 tərəfindən idarə olunarkən, xx.xx.2021-ci il tarixdə saat 23:30 radələrində yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə sığortalı avtomobilə zərər dəymişdir. İddiaçı hadisənin baş verməsi barədə cavabdehə 20 gün sonra məlumat vermiş, bu da baş verm iş hadisənin sığorta hadisəsi olub-olmaması, hadisənin hansı şəraitdə va hansı səbəbdən baş verməsi və digər təfərrüatlı araşdırmanın aparılmasını mümkünsüz etmişdir. Həmçinin, hadisə barədə gec məlumat verilməsinə baxmayaraq mövcud imkanlarla hadisəni araşdırmağa çalışan əməkdaşlara Fətəli Ağayev tərəfindən yanlış məlumat verilmişdir. Belə ki, hadisə ilə bağlı sürücünün verdiyi video müsahibədə sürücü hadisədən dərhal sonra Mərkəzi Klinikaya aparıldığını, orada 3 gün müddətində stasionar müalicə aldığını və bu səbəblə cavabdehə məlumat verə bilmədiyini qeyd etmişdir. X12 Cəmiyyətə daxil olan xx.xx.2021-ci il tarixli məktuba əsasən sürücü xəstəxanaya yol nəqliyyat hadisəsindən sonra - xx.xx.2021-ci il tarixdə saat 00:31 radələrində müraciət etmiş va müayinə olunduqdan sonra stasionar müali cədən qəti imtina etmişdir. Hadisədən sonra sürücü xx.xx.2021-ci il tarixdə Yasamal rayon Polis İdarəsinə getmiş və ərizə ilə rəhbərliyə müraciət edərək tibbi ekspertizadan keçməkdən imtina etdiyini bildirmişdir. Buradan da görünür ki, hadisədan sonra onun səhhətində ciddi problem olmamış, sürücü cavabdehə məlumat vermək iqtidarında olmuşdur. Həmçinin sığortalı, cavabdehə yazdığı xx.xx.2021-ci il tarixli ərizədə xəstəxanada 3 gün qaldığını bilmədən dediyini, əslində 2-3 saat qaldığını qeyd etmişdir. Yol-nəqliyyat hadisəsinin digər iştirakçısı “Toyota Rav 4” markalı avtomobilin sürücüsü X3 Cəmiyyətə yazdığı ərizəsinə və video müsahibəsinə əsasən hadisədən sonra özünü sürücünün atası kimi təqdim edən şəxs ona yaxınlaşmış və oğlunun sərxoş olduğu üçün avtomobili sürənin özü olduğunu bildirm əsini xahiş etmişdir. Cəmiyyətə yol-nəqliyyat hadisəsi barədə 20 gün sonra şifahi məlumat verilməsinə baxmayaraq, mümkün qədər araşdırma aparılması üçün hətta 22 gün sonra sürücüdən narkoloji müayinədən keçməyi tələb olunmuşdur. “Nəqliyyat vasitələrinin “Kasko” sığortası” şəhadətnaməsinin 10-cu bəndinə əsasən, baş vermiş sığorta hadisəsinin araşdırılması məqsədilə sığortaçı müvafiq sənəd toplusuna əlavə olaraq alkoqol və narkoloji müayinə arayışı tələb edə bilər. Lakin sürücü, xx.xx.2021-ci il tarixdə Cəmiyyətə ərizə ilə müraciət edərək rayona getməli olduğunu və buna görə də müayinədən keçə bilmədiyini qeyd etmişdir. xx.xx.2021-ci il tarixli “Cinayət işinin rədd edilməsi haqqında” qərarda sürücünün xx.xx.2021-ci il tarixdə Yasamal rayon Pİ-nin rəhbərliyinə ərizə ilə müraciət edərək tibbi ekspertizadan keçməkdən imtina etdiyi qeyd olunmuşdur. Qarşı tərəfin sürücüsünün izahatı, sürücünün ekspertizadan keçməkdən imtina etməyi və Cəmiyyətə izahat verərkən bəhanə ilə müayinədən yayınmağı, onun yolnəqliyyat hadisəsi baş verərkən narkotik maddənin təsiri altında olmağını istisna etmir. Bundan başqa, sürücü Cəmiyyətin inzibati binasında narkoloji müayinədən keçmək barədə göndəriş alarkən, telefon danışığı aparmışdır ki, (otaqda video və səs yazısının aparılmasına dair lövhə iki görünən hissədə vurulmuşdur), sonradan həmin video və səs yazısı akustik ekspertiza olunmuşdur. Orada da açıq-aydın sübut olunur ki, sürücü psixotrop maddə qəbul etdiyindən müayinədən keçməmək üçün vaxt qazanmağa çalışır və qəsdən yayınır. Həmçinin, sığortalı avtomobildə olan digər sərnişinlərin hadisəyə da ir ərizəsində və video müsahibəsində də ziddiyyətlər var. Sığortalı avtomobil həm də "xxxx" ASC-də təkrar sığortalanmış, təqdim olunmuş məlumatlar əsasında təkrar sığorta şirkəti də sığorta ödənişindən imtina etmişdir. Avtomobilin sığortalanması zamanı bağlanmış Mİ012765 №-li “Nəqliyyat vasitələrinin “Kasko” Sığortası Şəhadətnaməsi” “Nəqliyyat vasitələrinin (Kasko) sığortası” qaydaları ila tənzimlənir. Həmin qaydaların 14.1-ci maddəsinə asasən sığortalı, sığorta hadisəsi baş verdikdən sonra, əgər sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta hadisəsinin baş verdiyini bildiyi və bilməli olduğu gün dərhal və ya ən geci 3 gün ərzində sığortaçıya məlumat verməlidir. Mülki Məcəllənin 923.1-ci bəndinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olu nan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər-hansı vasitə ilə xəbər verməlidir. “Nəqliyyat vasitələrinin (Kasko) sığortası” qaydalarının 14.4-cü bəndinə əsasən sığortalı hadisənin səbəblərini, şəraitini və şərtlərini müəyyən etmək, zərər və ziyanın miqdarını təsbit etmək üçün yararlı dəlilləri və sığortalı üçün əldə edilməsi mümkün olan lazımi məlumat və sənədləri sığortaçının tələbi ilə gecikdirmədən ona verməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və göstərilən müddəalar rəhbər tutularaq, mübahisəli avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə sığorta ödənişinin veril məsi qeyri-mümkün hesab edilmişdir.
15. Cavabdehin nümayəndəsi Məhkəmə Ekspertizası və X1 30 iyun 2021-ci il tarixli ekspert rəyini məhkəməyə təqdim etmiş, ekspertin tədqiq etdiyi 1 ədəd “KODAK” markalı DVD-R optik diskə yazılmış 192.168.30.58_17_**********2358919 adlı faylda qeydə alınmış videofonoqramda montaj əlamətlərinin müəyyən olunmadığını, Fətəli Ağayevə məxsus video və səs yazısından onun, psixotrop maddə qəbul etdiyindən müayinədən keçməmək üçün vaxt qazanmağa çalışdığını və qəsdən yayındığının müəyyən edildiyini bildirmişdir.
16. İddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti baş vermiş sığorta hadisəsi ilə əlaqədar cavabdehin məlumatı olduğunu, mübahisəli avtomobilin lizinq müqaviləsi əsasında əl də edildiyini, hadisədən sonra nəqliyyat vasitəsinin tam yararsız vəziyyətə düşdüyünü, lakin dəymiş zərərlə bağlı "xxxx" MMC-yə cavabdeh şirkət tərəfindən hər hansı ödəniş edilmədiyini bildirmişdir.
17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-589/2023 nömrəli, 11 aprel 2023-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tələbi rədd edilmişdir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı “Nəqliyyat Vasitələrinin (Kasko) Sığortası Qaydaları”nın 14.1-ci bəndinin tələbləri üzrə sığorta hadisəsi baş verdikdən sonra sığorta hadisəsinin baş verdiyini bildiyi və bilməli olduğu gün dərhal və ya ən geci 3 gün ərzində sığortaçıya məlumat verməli olduğu halda bunu etməmiş, hadisə baş verdikdən sonra oranı tərk etmiş, 20 gün sonra sığorta şirk ətinə bu barədə məlumat vermiş, eyni zamanda “Nəqliyyat Vasitələrinin “Kasko” Sığortası” şəhadətnaməsinə Əlavə Şərtlərin 10-cu bəndinin tələbləri üzrə sığorta hadisəsi ilə əlaqədar alkoqol və narkotik müayinə arayışı təqdim etməmiş, nəticədə göstərilən X21 hissəsinə əsasən (sığorta təminatına daxil olmayan zərərlər (istisnalar) və Sığorta ödənişinin verilməsindən imtinanın əsasları “Nəqliyyat Vasitələrinin (Kasko) Sığortası Qaydaları”nın müvafiq olaraq 4-cü və 18-ci maddələrində əks olunmuş hallarda) Sığortaçı sığorta ödənişinin verilməsindən imtina etməsi əsası ilə ona sığorta ödənişi verilməsindən imtina etmişdir.
19. İddiaçının mübahisələndirdiyi hallarla bağlı məhkəmə qeyd etmişdir ki, sığorta hadisəsi kimi qeyd edilən yol-nəqliyyat hadisəsi 20 yanvar 2021-ci il tarixində baş verdiyi h alda, müvafiq tibbi müayinə xx.xx.2021-ci il tarixdə olmuşdur. “Nəqliyyat Vasitələrinin “Kasko” Sığortası” şəhadətnaməsinə Əlavə Şərtlərə əsasən, hadisə zamanı sığortalı avtonəqliyyat vasitəsini idarə edən şəxsin müvafiq tibbi müayinələrdən vaxtında keçməməsi tərəflər arasında olan sığortadan irəli gələn hüquq münasibətlərinin pozulması kimi qiymətləndirilir. Bundan başqa, hadisə zamanı sığortalı avtonəqliyyat vasitəsini idarə edən şəxsin hadisədən dərhal sonra klinikaya müraciət etdiyi, bu səbəblə də sığortaçı şirkətə məlumat verə bilməməsinə dair dəlil də öz təsdiqini tapmır. Belə ki, “Cinayət işinin başlanması barədə rədd qərarı”dan göründüyü kimi, 22 yanvar 2021-ci il tarixdə X13 ərizə ilə Yasamal rayon Pİ-nə müraciət etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı sübut olunmuşdur ki, İddiaçı yol-nəqliyyat hadisəsi baş verdikdən sonra yuxarıda sadalanan tələblərə riayət etməmiş, həmçinin iddia tələbində qeyd etdiyi faktlar öz ifadəsi və cavabdehin təqdim etdiyi sübutlarla tam təkzib olunmuşdur. Bu səbəbdən də, məhkəmə iddia tələbinin təmin edilməməsini ədalətli və qanuni hesab etmiş, iddiaçının cavabdehə qarşı “sığorta ödənişi tələbi”nə dair iddiasını əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetmədiyindən təmin etməmişdir.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 923.1, 933.1.1, 933.1.2, 933.1.3 və 935.1.1-ci maddələrinə, “Nəqliyyat Vasitələrinin (Kasko) Sığortası Qaydaları”nın 4.5, 14.1, 14.4, 18.1-ci, “Nəqliyyat Vasitələrinin “Kasko” Sığortası şəhadətnaməsinə Əlavə Şərtlər”in 10-cu bəndləri nə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 78.1, 80 və 81-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
21. Qətnamədən iddiaçı (Vəkil1) apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Halbuki cavabdeh şirkətin sığorta ödənişinin ödənilməsindən imtina etməsi üçün əsas gətirdiyi hallar Mərkəzi Klinikanın verdiyi tibbi sənədlərlə təkzib edilir. Avtomobili idarə etmiş Fətəli Ağayev hadisənin baş verməsindən 1 gün sonra sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmişdir. Cavabdeh şirkət mövcudluğunu iddia etdiyi videoçəkilişi məhkəməyə təqdim etməmişdir. Hadisə barədə, hadisədən dərhal sonra şirkətə məlumat verilmiş, şirkət isə 2 həftə sonra hadisə yerinin müayinəsini həyata keçirmişdir ki, bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2022-ci və 16 fevral 2023-cü il tarixli qərardadları ilə iş üzrə ilkin və əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, müvafiq rəylər alınmışdır. Təyin edilmiş ekspertizalar zamanı ekspert qarşısında “xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəti cəsində “BMW 530i” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği nə qədər təşkil edir?” məzmununda sual qoyulmuşdur.
24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məzmununa görə oxşar olan xx.xx.2022-ci il tarixli ilkin və xx.xx.2023-cü il tarixli əlavə ekspert rəylərində göstərilmişdir ki, 2017-ci il buraxılışlı “BMW 530i” markalı, **-PC*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab edilmir və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalmış yararlı hissələrin dəyəri çıxılmaqla təxminən 36.000 (60.000 – 40%) manat müəyyən edilir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-267/2023 nömrəli, 25 may 2023-cü il t arixli qətnaməsi ilə (hakimlər – Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhramzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul olunmuş, cavabdehdən 36.000 (otuz altı min) manat sığorta ödənişi, həmçinin ödədiyi dövlət rüsumlarının və bank xidməti xərclərinin əvəzi olaraq 540,54 (beş yüz qırx manat 54 qəpik) manat, yəni cəmi 36.540,54 (otuz altı min beş yüz qırx manat 54 qəpik) manatın alınaraq iddiaçıya ödənilməsinın xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 manatın cavabdehdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edimişdir.
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nə ticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh şirkətin iddiaya və apellyasiya şikayətinə etiraz kimi irəli sürdüyü, iddiaçının hadisə barədə vaxtında məlumat vermədiyi arqumenti işin halları ilə öz təsdiqini tapmamışdır. Belə ki, cavabdehin Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ilə razılaşdırdığı “Nəqliyyat Vasitələrinin (Kasko) Sığortası Qaydaları”nın 14.1-ci bəndinə əsasən sığortalı, sığorta hadisəsi baş verdikdən sonra, əgər sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta hadisəsinin baş verdiyini bildiyi və bilməli olduğu gün dərhal və ya ən geci 3 gün ərzində sığortaçıya məlumat verməlidir. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış sığorta müqaviləsində (şəhadətnaməsində) isə nəzərdə tutulmuşdur ki, “Bu sığorta şəhadətnaməsi “Nəqliyyat vasitələrinin k asko sığortası qaydaları”na əsaslanır. Sığorta hadisəsi baş verdikdə aşağıda göstərilən nömrələrlə dərhal "xxxx" ASC-yə və DYP-ə zəng edin”. Beləliklə, sığorta hadisəsi barədə məlumat vermək vəzifəsinin tezliyi (müddəti) Mülki Məcəllədə “dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində”, sığorta şəhadətnaməsində “dərhal”, həmin şəhadətnamənin əsaslandığı qaydalarda isə “dərhal və ya ən geci 3 gün müddətində” kimi müəyyənləşdirilmişdir. İşin hallarından aydın olur ki, baş vermiş yol-nəqliyyat hadisəsi barədə hadisədən dərhal sonra – xx.xx.2021-ci il tarixdə saat 23:49 radələrində Daxili İşlər Nazirliyinin 102 xidməti vasitəsilə Yasamal RPİ-nin NH-nə məlumat verilmiş, hadisə yerinə polis əməkdaşları gələrək araşdırma aparmış, hadisə iştirakçılarının izahatları alınmış, müvafiq ekspertiz a keçirilmiş, xx.xx.2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd olunmuşdur. Həmin qərardan aydın olur ki, hadisənin baş verməsindən təxminən 10-15 dəqiqə sonra hadisə yerinə X23 ekipajı da gələrək “BMW 530i” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan şəxsləri xəstəxanaya aparmışlar.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, hadisə barədə sığorta şirkətinə konkret olaraq hansı tarixdə məlumat verilmiş olduğu müəyyən edilməsə də, bu qeyri-müəyyənliyin sığortalının ziyanına şərh olunması qanunvericinin məqsədlərinə uyğun hesab edilə bilməz. Belə ki, cavabdeh şirkət də hadisədən 20 gün sonra hadisə barədə məlumat əldə etdiyini irəli sürməsinə baxmayaraq, bunu sübuta yetirəcək heç bir sübut təqdim etməmişdir.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki qanu nvericilik sığortalının sığortaçını sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanının xəbər verməli olduğunu təsbit etmişdir – hazırkı işin hallarına görə isə sığortalının səlahiyyətli dövlət orqanını dərhal məlumatlandırmış olduğu müəyyən edilmişdir. “Dərhal” ifadəsi qısa vaxt dövrünü bildirən mücərrəd ifadə olmaqla, hər bir hadisənin baş vermə yeri və vaxtı baxımından qiymətləndirilməlidir və barəsində məlumat verilməli olan hadisənin mahiyyətindən (yerindən, baş vermə vaxtından, şəraitindən və s.) asılı olaraq “dərhal”lıq 1 saat, 3 gün, hətta 3 gündən çox da ola bilər.
29. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, sığorta ödənişinin verilməsindən imtina etmək üçün cavabdeh şirkətin ist inad etdiyi sözügedən arqumentin konkret mübahisə üzrə ümumiyyətlə imtinaya əsas verməli olub-olmadığı məsələsi də mülki qanunvericiliyin əlaqədar maddələrinin məzmunu və məqsədləri baxımından nəzərdən keçirilməlidir. Mülki Məcəllənin 935-ci maddəsinin mənasına görə, cavabdeh şirkətin istinad etdiyi “vaxtında məlumat verilməməsi” arqumenti yalnız o halda sığorta ödənişinin ödənilməsindən imtinaya əsas verir ki, məlumatın gec verilməsi, yaxud “dərhal” kimi qiymətləndirilə bilən müddət ərzində verilməməsi sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması ilə nəticələnmiş olsun; sığortalının verdiyi yanlış məlumatlar isə sığortaçını “sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyə nləşdirmək imkanından tam və ya qismən məhrum” etdiyi zaman imtinaya əsas verə bilər.
30. Məhkəmə kollegiyası yuxarıda gəldiyi qənaətə uyğun olaraq hesab etmişdir ki, iddiaçı sığorta hadisəsi barədə məlumatı “dərhal” ifadəsini də ehtiva edən mümkün olan ən qısa zamanda səlahiyyətli dövlət orqanına vermiş, sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum edəcək qədər uzun müddət sonra hadisədən xəbər tutduğu isə müəyyən edilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, “BMW 530i” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsaslarla idarə etmiş olan X6 alkoqol sərxoşluq vəziyyəti xx.xx.2021-ci il tarixdə səlahiyyətli dövlət qurumu tərəfindən yoxlanılaraq “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” 2/1387 №-li xx.xx.2021-ci il tarix li akt tərtib edilmiş, Fətəli Ağayev xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-də müxtəlif müayinələrdən keçirilmiş, “Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” 617 №-li xx.xx.2021-ci il tarixli aktla isə onun narkotik vasitələri və psixotrop maddələri istehlak etmədiyi müəyyənləşdirilmişdir. Başqa sözlə, cavabdeh şirkətin – hətta hadisədən 20 gün sonra məlumat əldə etmişdirsə belə hadisənin sığorta hadisəsi olub-olmamasını, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduğu qənaətinə gəlmək mümkün deyildir. Bu zaman həm də nəzərə alınmalıdır ki, sığortalanmış avtomobil hazırkı dövrə qədər təm ir edilməməklə yanaşı, cavabdehin irəli sürdüyü arqumentə görə ona hadisədən 20 gün sonra baxış keçirilmişdir. Bu isə o deməkdir ki, cavabdeh şirkətin dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından məhrum olmasından bəhs etmək ümumiyyətlə ağlabatan deyildir. Sığortalanmış avtomobili idarə etmiş olan X6 hadisə baş verdiyi zaman sərxoş, yaxud narkotik vasitənin təsiri altında olması ilə bağlı cavabdehin nümayəndəsinin irəli sürdüyü arqumentlər isə tamamilə ehtimal xarakterlidir – hansı ki, bu cür ehtimallar əsasında səlahiyyətli dövlət qurumlarının müəyyənləşdirdiyi hallar təkzib oluna bilməz. Sərxoşluq elə bir vəziyyətdir ki, hüquqi mübahisələrdə onun mövcud olmadığı deyil, mövcud olduğu sübut edilməlidir. Ümumiyyətlə qeyd olunmalıdır ki, cavabdeh şirkətin istinad etdiyi DVD-R optik di skə yazılmış videofonoqramda olan danışıqların məzmunu sözügedən ehtimala birmənalı şəkildə gəlməyə əsas vermir; yol-nəqliyyat hadisəsinin digər iştirakçısı olan “Toyota Rav 4” markalı avtomobilin sürücüsü X3 cavabdeh şirkətə yazdığı bildirilən ərizəsi və video müsahibəsi isə məhkəməyə təqdim olunmamışdır.
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh şirkətin sığorta ödənişinin ödənilməsindən imtina etməsi əsassız olmuşdur. Bununla belə məhkəmə kollegiyası, iddiaçının iddia tələbini qismən əsaslı hesab etmişdir. Belə ki, apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza ilə sığorta hadisəsi nəticəsində sığortalanmış avtomobilə dəymiş ziyanın məbləğinin avtomobilin salamat qalmış yararlı hissələrinin dəyəri çıxılmaqla təxminən 36.000 manat təşkil etdiyi müəyyən edilmişdir.
32. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, sığorta ödənişi zərərçəkmiş şəxsə dəymiş real zərər miqdarında maliyyə kompensasiyası olduğundan, məruz qaldığı zərərin məbləğini sübutetmə yükü sığortalının üzərinə düşür.
33. Ekspertiza tədqiqatının iddiaçının özünün təqdim etdiyi qüsur aktı əsasında həyata keçirildiyini nəzərə almaqla məhkəmə kollegiya hesab etmişdir ki, ekspert rəyləri ilə razılaşmamaq üçün əsas yoxdur və sığortalanmış avtomobilə dəymiş ziyanın məbləği olaraq məhz ekspert rəyi ilə müəyyənləşdirilən məbləğ əsas götürülməlidir.
34. İddiaçının nümayəndəsinin elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə göndərdiyi, avtomobilə ümumilikdə 54.472,83 manat ziyan dəyməsi barədə “İmprotex Motors” tərəfindən verilmiş akta münasibətdə məhkəmə k ollegiyası qeyd etmişdir ki, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən, tərəf yalnız onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı halda qəbul oluna bilər.
35. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 385.1, 386.1, 442, 448.1, 883.1, 904.1, 904.2, 922, 923.1, 923.2, 923.3, 923.4, 925.1, 925.2, 925.3, 926.1, 927.1, 933.1, 934.1, 935.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88, 101.7, 102.2, 103.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
36. Qətnamədən cavabdeh (Vəkil2) və iddiaçı (Vəkil1) tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir.
37. Cavabd eh (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və birinci intaniya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf iddiaçının müqavilə şərtlərinin pozduğunu dəfərlərlə qeyd etməsinə baxmayaraq, öhdəliklərin pozulması halı məhkəmə tərəfindən birtərəfli qaydada baxılmışdır. Cavabdeh tərəfindən iddiaçının sığorta qanunvericiliyinin, mülki qanunvericiliyin sığorta ödənişinin verilməsindən imtina əsaslarının 3 maddəsinin pozulması həm şifahi, həm yazılı qaydada bildirilsədə, məhkəmə, heç proseslərə gəlmək məcburiyyəti duymayan iddiaçı ilə bu sualların cavabının araşdırılmasını ehtiyac duymamışdır.
39. Qeyd olunan maddəyə əsasən, zər ərdəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi sığorta ödənişinin verilməsindən imtinanın əsasıdır.
40. Sığortaçı baş vermiş yol-nəqliyyat hadisəsi barədə 20 gün sonra xəbər tutmuşdur. Belə olduğu halda, sığortaçı tərəfindən yol-nəqliyyat hadisəsindən dərhal sonra avtomobilin vəziyyəti qiymətləndirilmədiyindən, sözügedən 20 gün ərzində avtomobilin hansı şərtlərdə (şəraitdə) saxlanılması, avtomobilə müdaxilə edilib-edilməməsi barədə məlumat olmadığından, sığortaçı zərərin real həcminin qiymətləndirilməsindən məhrum olmuşdur. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının bu arqumentinə səthi yanaşmış və araşdırmamışdır.
41. Apellyasiya instan siyasının mövqeyinə görə “dərhal” ifadəsi 1 saat, 3 gün, hətta 3 gündən də çox ola bilər. Qeyd etmək istəyirik ki, “dərhal” ifadəsinə daha humanist yanaşıb “ağlabatan müddət” ifadəsi ilə əvəz etsək belə, Mülki Məcəllənin 427.4-cü maddəsində əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur. Yəni, bu halda belə iddiaçı tərəfindən müqavilə və qanunvericiliyin tələbləri pozulmuşdur. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi, bir sığorta şirkətinin sığorta etdiyi avtomobili baş vermiş yol-nəqliyyat hadisəsindən 20 gün sonra görməsini haqsız olaraq normal hesab etmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi, sığortaçı i lə sığortalı arasında bağlanan müqavilədə yalnız sığortaçının öhdəliklərini görmüş, sığortalının öhdəliklərinə və onların kobud şəkildə pozulmasına göz yummuşdur. Sığortaçının nümayəndəsinin qeyd olunanlara dair arqumentləri eşidilməmiş və araşdırılmamış qalmışdır.
43. Mülki Məcəllənin 923.1 və 923.4-ci maddələrinə əsasən, sığorta hadisəsi barədə sığortalının məlumatlandırma öhdəliyi var. Səlahiyyətli orqanın məlumatladırması lazımi qaydada məlumatlandırma o halda sayıla bilər ki, bu məlumatlandırma həyata keçmiş olsun. Baş vermiş hadisə barədə sığortaçını sığortalı da, səlahiyyətli orqan da məlumatlandırmamış, bununla da sığortaçının hüquqları pozulmuşdur.
44. Mülki Məcəllənin 925.1-ci maddəsinə əsasən, baş vermiş sığorta hadisəsi sayıla bilən hadisədən sonra, araşdırılma müddətində dəymi ş zərər sığortaçı tərəfindən müəyyən edilir. Bu halda, sığortaçı bu hüququndan da məhrum edilmişdir. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi cavabdehin nümayəndəsinin imtinanın əsaslarına dair arqumentlərini nəzərə almadan ekspertiza təyin etmişdir. İddiaçı tərəf ekspertizanın nəticələri ilə razı olmadığından vəsasət vermiş və məhkəmə heç bir şübhə və ya qaranlıq məqam olmadan, heç bir əsas olmadan, cavahdehin nümayəndəsinin etirazına yenidən baxmayaraq eyni məsələyə dair təkrar ekspertiza təyin etmişdir. Qətnamədə məhkəmə qeyd edir ki, ekspertin rəyi ilə razılaşmamaq üçün əsas yoxdur. Təyin olunmuş 1-ci və 2-ci ekspertiza rəyləri eyni olduğundan ortaya sual çıxır – ekspertin rəyi ilə razılaşmamaq üçün əsas yoxdursa və rəylər eynidirsə, 2-ci ekspertiza hansı məqsədlə təyin olunmuş dur? Bu sual cavabsız qalır.
45. Apellyasiya instansiyası məhkəməsi qətnamədə iddiaçının ödənişdən imtinanın əsasları barədə məlumat almaq üçün müraciət etdiyi, lakin cavab almadığı qeyd etmişdir. Bu yanlış qeyddir. Belə ki, "xxxx" ASC-yə sorğu X13 tərəfindən xx.xx.2021-ci tarixdə daxil olmuş və sığortaçı tərəfindən həmin müraciətə xx.xx.2021-ci il tarixli, 376 saylı məktubla cavab verilmiş və imtinanın əsasları izah edilmişdir.
46. Eyni zamanda qeyd olunmalıdır ki, iddaçı tərəf sürücü Fətəli Ağayevin şahid qismində cəlb edilməsi üçün prosesi bir neçə dəfə təxirə salınmasını xahiş etmiş və məhkəmə tərəfindən bu nəzərə alınmışdır. Lakin, cavadeh tərəfin Fətəli Ağayev ilə eyni avtomobildə olan X10 və X7, habelə zərərçəkmiş X3 şahid qismində cəlb edilməsinə dair müraciəti münasibət bildirilmə miş qalmışdır.
47. Habelə, cavabdehin vəkili tərəfindən məhkəməyə Sığortaçı tərəfindən Nərgiz Şəmsəddinskayaya təqdim olunmuş və özü tərəfindən imzalanmış və qəbul edilmiş “hüquqi şəxslərə məxsus nəqliyyat vasitələrinin sığortası üzrə sığortalanma haqqında Ərizə”nin surəti və sığorta qaydalarının Nərgiz Şəmsəddinskayaya izah edildiyi barədə “İltizamın” surəti təqdim olunmuş, lakin məhkəmə bu dəlilləri qiymətləndirməmiş və yekun qərarda nəzərə almamışdır.
48. İddiaçı (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin 54.472,83 manat hissəsində təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
49. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsində 25 may tarixli məhkəmə iclasında elektron məhkəmə sistemi vasitəsilə avtomobilin müayinəsi ilə bağlı akt təqdim edilmişdir. Lakin məhkəmə qətnaməsi qəbul edilən zaman bu hal nəzərə alınmamışdır. Belə ki, apellyasiya instansiya məhkəməsinin 2(103)-267/2023 nömrəli, 25 may 2023-cü il tarixli qətnaməsində qeyd edilmişdir ki, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsinin elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə göndərdiyi, avtomobilə ümumilikdə 54.472,83 manat ziyan dəyməsi barədə “İmprotex Motors” tərəfindən verilmiş akta münasibətdə kollegiya qeyd etmişdir ki, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən, tərəf yalnız onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı halda qəbul oluna bilər. Həmçinin 25 may tarixində el ektron məhkəmə sistemi vasitəsilə səhhətilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyilə əlaqədar ərizə göndərilmişdir. Lakin məhkəmə bu ərizəni nəzərə almadan yekun məhkəmə aktı qəbul etmişdir. Belə ki, əgər məhkəmə 25 may tarixli iclası növbəti tarixə təxirə salsa idi, iddiaçı “İmprotex Motors” tərəfindən verilmiş aktla bağlı tərəfindən əsaslandırma təqdim ediləcək idi. Lakin məhkəmə həmin gün yekun akt qəbul etdiyi üçün yeni sübutun niyə birinci instansiya məhkəməsində tərəfindən təqdim edilməsinin şikayətçinin asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıracaqdıq. Proses təxirə salınmadığından bu mümkün olmamışdır.
50. İddiaçı tərərfindən “İmprotex Motors”a müraciət olunmuş və nəqliyyat vasitəsinə yerində baxış keçirilmiş və müəyyən olunmuşdur ki, zərərçəkmişə dəymiş ma ddi ziyanın məbləği salamat qalmış yararlı hissələrin dəyəri çıxılmaqla təxminən 54.472,83 manat müəyyən edilmişdir. Apelliyasiya məhkəməsi kasator tərəfindən təqdim edilən “İmprotex Motors” tərəfindən verilmiş aktla bağlı olan faktiki halları aydınlaşdırmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
51. Maddə
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin ad i mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
52. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
53. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
54. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
55. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
56. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin t əsbit edildiyi razılaşmadır. Maddə 899.1. Sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır: 899.1.1. tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə; 899.1.2. müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə; 899.1.3. icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər qaydada.
57. Maddə 901.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir. Bu tələb sığorta müqaviləsinin bu Məcəllənin 899.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bağlandığı hala da şamil edilir.
58. Maddə
913. Sığorta müqaviləsi bağlanarkən sığortaçı, sığorta brokeri və ya sığorta agenti sığortalını icbari sığortanın şərtləri ilə, yaxud könüllü sığorta müqaviləsinin əsaslandığı sığorta qaydaları ilə tanış etməlidir. Bu zaman sığortalıya sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyi, sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını əks etdirən, hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş yaddaş vərəqi verməlidir.
59. Maddə
915. Sığortaçının təklif etdiyi könüllü sığorta növünün aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qayda və şərtlərin məcmusu olan sığorta qaydaları bu Məcəllənin və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sığortaçının özü tərəfindən və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci və 16.6-cı maddələrində nəzərdə tutulmuş digər qaydada müəyyən edilir.
60. Maddə 916.1. Sığorta qaydalarında....... “916.1.7. tərəflərin hüquqları və vəzifələri; 916.1.8. sığorta hadisəsi baş verdikdə sığortalının vəzifələri;..... 916.1.9. sığorta ödənişinin həyata keçirilməsi qaydası və şərtləri, sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin konkret siyahısı;...... 916.1.10. sığorta ödənişinin verilməsindən imtinanın əsasları; 916.1.11. sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən imtina olunması haqqında qərarın qəbul edilməsi müddəti; 916.1.12. sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti; 916.1.13. mübahisələrin həlli qaydası” və s. müəyyən edilməlidir.
61. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
62. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
63. Maddə 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.
64. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
65. Maddə 923.3. Sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir.
66. Maddə 923.4. Bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sı ğortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir.
67. Maddə 924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir.
68. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.
69. Maddə 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir.
70. Maddə 925.4. Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilmə si üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.
71. Maddə 925.5. Əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir: 925.5.1. Zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görü lməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda; 925.5.2. sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə; 925.5.3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda.
72. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
73. Maddə 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.
74. Maddə 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.
75. Maddə 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məc əllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
76. Maddə 935.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması; 935.1.2. bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq halla rda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi; 935.1.3. müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması; 935.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; 935.1.5. zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməs i ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi;.935.1.6. bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması; 935.1.7. əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtin a edilir. 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
77. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
78. Maddə 55.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər.
79. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
81. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
82. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
83. Maddə 217.1. Məhkəmənin qətnam əsi qanuni və əsaslı olmalıdır.
84. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
85. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
86. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
87. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsin i yoxlayır.
88. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
89. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
90. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasi ya baxışının hədləri:
91. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
92. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı və cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
93. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya in stansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
94. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması v ə onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
95. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır.
96. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kim i iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.
97. İddia tələbindən görünür ki, iddiaçı baş vermiş sığorta hadisəsi nəticəsində **PC-*** dövlət qeydiyyat nişanlı “BMW 530i” markalı avtomobilə dəymiş 90.000 (doxsan min) manat zərərin (sığorta ödənişinin) cavabdehdən xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
98. İşin məhkəmələr tərəfindən müəyyən olunan hallarınd an görünür ki, “BMW 530i” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətindədir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2020-ci il tarixdə Mi 012765 №-li sığorta müqaviləsi bağlanmış və **-PC-*** dövlət qeydiyyat nişanlı “BMW 530i” markalı avtomobil 4 il müddətinə sığortalanmış, "xxxx" MMC sığortalı, İddiaçı faydalanan şəxs, sığorta məbləği 90.000 manat, sığorta haqqı isə 9.360 manat müəyyən olunmuşdur. “BMW 530i” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin AD 089890 saylı “B” kateqoriyalı sürücülük vəsiqəsinin sahibi X13 tərəfindən xx.xx.2021-ci il tarixinə qədər idarə olunması məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2020-ci il tarixdə etibarnamə verilm işdir. 20 yanvar 2021-ci il tarixdə saat 23:30 radələrində X13 idarə etdiyi **-PC-*** dövlət qeydiyyat nişanlı “BMW 530i” markalı avtomobillə Bakı şəhəri, Yasamal rayonu Tbilisi prospekti ilə üzü İzmir küçəsi istiqamətində hərəkət edərkən, qeyd olunan küçələrin kəsişməsində idarəetməni itirərək əvvəlcə yolun ortasında olan səki daşlarına, daha sonra isə İzmir küçəsində işıqfora dəymiş, X5 məxsus “Toyota Rav” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış, hadisə nəticəsində “BMW 530i” markalı avtomobildə olan sürücü X13, eləcə də, sərnişinlər X10 və X14 xəsarət almışlar. Eyni zamanda sığortalı avtomobilə ziyan dəymişdir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” 2/1387 №-li xx.xx.2021-ci il tarixli aktda göstərilmişdir ki, X13 xx.xx.2021-ci il tarixdə saat 01:00-da m üayinə olunmuş və onun alkoqol sərxoşluq vəziyyəti müəyyən edilməmişdir. Fətəli Ağayev xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-də müxtəlif müayinələrdən, o cümlədən kompüter tomoqrafiya müayinəsindən keçirilmiş, ona ambulator müalicə təyin olunmuşdur. Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 fevral 2021-ci il tarixli qərarla, toplanmış materialda və X6 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrinin tərkib əlamətləri olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “BMW 530i” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 Azərbaycan Respublikası İnziba ti Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qərarın surətinin Yasamal RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Təhqiqatçı tərəfindən hadisəni törətmiş sürücü Fətəli Ağayevin yol-nəqliyyat hadisəsini törətdiyi vaxt narkotik sərxoşluğu vəziyyətində olması yoxlanılmamışdır. İddiaçı yol-nəqliyyat hadisəsi baş verdikdən dərhal sonra bu barədə sığorta təşkilatəna məlumat verməmiş, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməmişdir. Cəmiyyətə hadisə barədə yol-nəqliyyat hadisəsinin baş verməsindən 20 gün sonra, xx.xx.2021-ci il tarixdə şifahi olaraq məlumat verilmişdir. Cəmiyyət tərəfindən Sürücüdən narkoloji müayinədən keçməsi istə nilmiş, sürücü Cəmiyyətə ərizə ilə müraciət edərək rayona getməli olduğunu və buna görə də müayinədən keçə bilmədiyini qeyd etmişdir. “Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixdə tərtib edilmiş 617 №-li aktda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 13:05-də müayinə olunmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X6 müayinəsi zamanı nəticə- (OPİ, MET, THC, COC, BZO, TMC) - mənfi, aşkar edilmədi. "xxxx" MMC-nin İddiaçı vəkilinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, “xx.xx.2021-ci il tarixdə saat 23:30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar hər-hansı bir rəsmi məlumat "xxxx" MMC-nə daxil olmamı şdır. Araşdırmamız nəticəsində müəyyən edilmişdir ki, "xxxx" MMC-yə məxsus “BMW” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair hesablanmış məbləğ "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesablarına köçürülməmişdir. Eyni zamanda sorğuda göstərilən sığorta müqaviləsinin, “Kasko” sığorta haqqının ödənilməsini və X17 müqaviləsi üzrə X2 tərəfindən ödənilmiş məbləğlərə dair çıxarışlar Sizə göndərilir”. Müstəqil ekspert X15 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktda (arayışda), "xxxx" MMC-yə məxsus “BMW 530i” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxılışlı avtomobilə dəymiş ziyanın məbləğinin ümumilikdə (ehtiyat hissələri və xidmət haqqı daxil olmaqla) 73.150 (yetmiş üç min yüz əlli) manat təşkil etdiyi göstərilmişdir.
99. İşin faktiki hallarından gör ündüyü kimi, "xxxx" ASC, “BMW 530i” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin kasko sığortası (könüllü sığorta) növü üzrə onun tərəfindən sığortalanmış olduğunu və xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verərək həmin avtomobilə ziyan dəydiyini mübahisələndirmir. İşin mübahisəli halı, iddiaçının hadisənin baş verməsi barədə cavabdeh cəmiyyətə 20 gün sonra məlumat verməsi, nəticədə sığorta təşkilatının baş vermiş hadisənin sığorta hadisəsi olubolmaması, hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verməsi, habelə hansı məbləğdə ziyan vurulması və digər təfərrüatlı araşdırma aparılmasının mümkünsüz olması, həmçinin də hadisə ilə bağlı sürücünün verdiyi video müsahibədə hadisədən dərhal sonra Mərkəzi Klinikaya aparıldığını, orada 3 gün müddətində stasionar müalic ə aldığını və bu səbəbdən Cəmiyyətə məlumat verə bilmədiyini qeyd etsə də, xx.xx.2021-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərarda sürücünün xx.xx.2021-ci il tarixdə Yasamal rayon RPİ-nin rəhbərliyinə ərizə ilə müraciət edərək tibbi ekspertizadan keçməkdən imtina etdiyinin qeyd olunduğunu bildirməsi, bu səbəbdən sığortaçının (cavabdehin) həmin hadisənin sığorta hadisəsi olduğunu araşdırmaq imkanından məhrum olub-olmadığı, habelə hadisə nəticəsində sığorta ödənişinin verilməsindən imtina üçün əsas olub-olmadığıdır. Belə ki, cavabdeh şirkət iddiaçının (sığortalının) hadisə barədə gec, eləcə də hadisəni araşdırmağa çalışan əməkdaşlara yanlış məlumat verdiyini, həmçinin tibbi ekspertizadan keçməkdən imtina etdiyini irəli sürməklə sığorta ödənişini ödəməkdən imtina etmişdir.
100. Birinci instansiya məhkəməsi iddia tələbinı rədd edərkən, iş üzrə cavabdehin mübahisələndirdiyi, yuxarıda qeyd olunan halları əsaslı hesab etmiş, iddiaçının yolnəqliyyat hadisəsi baş verdikdən sonra qanunla, “Nəqliyyat Vasitələrinin (Kasko) Sığortası” Qaydaları və tərəflər arasında bağlanmış “Nəqliyyat Vasitələrinin “Kasko” Sığortası” şəhadətnaməsi ilə üzərinə düşən vəzifəsini icra etmədiyinə, hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə məlumat verməməsinə, həmçinin iddia tələbində qeyd etdiyi faktların öz ifadəsi və cavabdehin təqdim etdiyi sübutlarla tam təkzib olunmasına əsaslanmışdır.
101. Apellyasiya instansiyası məhkəməsi isə, iddiaçının apellyasiya şikayətinə əsasən işə baxaraq birinci instansiya məhkəməsi tər əfindən qəbul edilmiş qətnaməni ləğv etməklə iddianı qismən təmin edərkən, cavabdeh şirkətin – hətta hadisədən 20 gün sonra məlumat əldə etmişdirsə belə - hadisənin sığorta hadisəsi olub-olmaması, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduğu qənaətinə gəlməyin mümkün olmadığı, sığortalanmış avtomobilin hazırkı dövrə qədər təmir edilməməklə yanaşı, cavabdehin irəli sürdüyü arqumentə görə ona hadisədən 20 gün sonra baxış keçirilməsi – bunun isə, cavabdeh şirkətin dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından məhrum olmasından bəhs etməsinin ümumiyyətlə ağlabatan olmaması anlamına gəlməsi ilə əsaslandırmış, habelə sığortalanmış avtomobili idarə etmiş X6 hadisə baş verdiyi zaman sərxoş, yaxud narkotik v asitənin təsiri altında olması ilə bağlı cavabdehin nümayəndəsinin irəli sürdüyü arqumentlərin tamamilə ehtimal xarakterli olması və bu cür ehtimallar əsasında səlahiyyətli dövlət qurumlarının müəyyənləşdirdiyi halların təkzib oluna bilməsinin mümkün olmamasını qeyd etmişdir.
102. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticələri mülki və prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən qəbul edildiyi üçün əsaslı və qanuni sayıla bilməz.
103. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisəni n baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
104. Məhkəmə kollegiyası qeyd edir ki, sığorta müqaviləsi onun iştirakçıları olan sığortaçıya və sığortalıya müəyyən hüquqlar və vəzifələr yaradır. Belə ki, sığortalı müvafiq sığorta haqqı ödəmək, sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə bu barədə dərhal sığortaçıya məlumat vermək vəzifəsini və sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququnu, sığortaçı isə sığortalıdan müvafiq sığorta haqqını almaq hüququnu və sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək vəzifəsini əldə edirlər.
105. Tərəflər arasında sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd “Nəqliyyat Vasitələrinin “Kasko” Sığortası” şəhadətnaməsid ir. X4 3-cü bəndində şəhadətnamədə qeyd olunan nəqliyyat vasitəsini idarə etmə səlahiyyəti olan şəxslər dedikdə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən tərtib edilmiş etibarnaməyə malik olma şərti ilə sığortalı tərəfindən təyin olunmuş istənilən şəxs nəzərdə tutulur. 106. “Nəqliyyat Vasitələrinin (Kasko) Sığortası” Qaydalarının 4.5-ci bəndinə əsasən, nəqliyyat vasitəsinin narkotik maddələr və ya spirtli içkilər qəbul etmiş şəxs tərəfindən idarə olunması zamanı nəqliyyat vasitəsinə dəyən zərərlər sığorta təminatına daxil olmayan zərərlərdir.
107. Qaydaların 14.1-ci bəndinə asasən sığortalı, sığorta hadisəsi baş verdikdən sonra, əgər sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta hadisəsinin baş verdiyini bildiyi və bilməli olduğu gün dərhal və y a ən geci 3 gün ərzində sığortaçıya məlumat verməlidir.
108. Qaydaların 14.4-cü bəndinə asasən, sığorta etdirən hadisənin səbəblərini, şəraitini və şərtlərini müəyyən etmək, zərər və ziyanın miqdarını təsbit etmək üçün yararlı dəlilləri və sığortalı üçün əldə edilməsi mümükün olan lazımi məlumat və sənədləri (sənədin əsli və ya özü tərəfindən təsdiq olunmuş surəti və ya fotosurəti) sığortaçının tələbi ilə gecikdirmədən ona verməlidir və onları mühafizə etməlidir.
109. Qaydaların 18.1-ci bəndinə əsasən, sığortalı sığorta hadisəsinin baş vermə səbəblərinin araşdırılmasına maneçilik törətdikdə sığorta ödənişinin verilməsindən imtina edilir.
110. Habelə “Nəqliyyat Vasitələrinin “Kasko” Sığortası” şəhadətnaməsinə Əlavə Şərtlərin 10-cu bəndinə əsasən, Baş vermiş sığorta hadisəsinin araşdırılması məqsədilə sığortaçı müvafiq sənədlər toplusuna əlavə olaraq alkoqol və narkotik müayinə arayışı tələb edə bilər.
111. İşdən görünür ki, iddiaçı müqavilədə qeyd olunan şərtlərlə tanış olmuş, həmin şərtlərlə razılaşaraq sığorta müqaviləsi bağlamış, xx.xx.2020-ci il tarixdə imzaladığı “İltizam”da iddiaçıya məxsus Mİ-012765 saylı sığorta şəhadətnaməsində hansı hallarda (işıqforun qadağanedici işarəsi verildikdə hərəkətin davam etdirilməsi, “Giriş qadağandır” və “Hərəkət qadağandır” yol nişanlarının tələblərinin pozulması, üfiqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçməsi, narkotik maddələr və ya spirtli içkilərin təsiri altında avtomobili idarə etdikdə) sığorta ödənişinin verilməməsi, nəqliyyat vasitəsinin “etibarnaməsiz” idar ə olunduğu hallarda hadisə nəticəsində dəymiş zərərə görə sığorta təminatının verilmədiyi iddiaçıya izah olunmuş, əks halda sığorta ödənişindən imtina ediləcəyi bildirilmişdir.
112. Qeyd olunmalıdır ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla qanunazidd olmayan istənilən şərtlərlə müqavilə bağlamaq imkanı verir. Bu baxımdan, öhdəliklərinin əmələ gəlməsi əsasları arasında müqavilə aparıcı yer tutur. Müqavilə ilə tərəflər qarşılıqlı razılıq əsasında hüquq və vəzifələrini müəyyən etməklə öz əmlak mənafelərini təmin etmiş olurlar.
113. H əmçinin nəzərə almaq lazımdır ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (Mülki Məcəllənin 390.1-ci maddəsi). Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 404.1-ci maddəsi).
114. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, müqavilələr və başqa əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlmə əsasları kimi müəyyən olunmuşdur. Bu baxımdan tərəflər arasında bağlanılan və şəhadətnamə ilə rəsmiləşdirilən sığort a müqaviləsinin şərtləri onlar arasında əmələ gəlmiş münasibətin hüquqi əsasları kimi qiymətləndirilməlidir.
115. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. (Mülki Məcəllənin 923.1-ci maddəsi)
116. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır (Mülki Məcəllənin 926.1-ci maddəsi)
117. Mülki Məcəllənin 935.1.1-ci maddəsinə əsasən Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əm əl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olubolmamasını müəyyənləşdirmək imkanından məhrum olması, həmin Məcəllənin 935.1.5-ci maddəsinə əsasən isə zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi sığortaçının sığorta ödənişinin verilməsindən imtinası üçün əsasdır.
118. Göründüyü kimi, sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxsin hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə hər hansı vasitə ilə xəbər verməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olubolmamasını müəyyənləşdirmək im kanından məhrum olması, habelə zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı həmin Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi sığorta təminatına aid olmadığından apellyasiya instansiya məhkəməsinin baş vermiş hadisədən cavabdeh şirkətin 20 gün sonra məlumat əldə etmişdirsə belə - hadisənin sığorta hadisəsi olub-olmaması, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduğu qənaətinə gəlməyin mümkün olmadığı, cavabdehin irəli sürdüyü arqumentə görə avtomobilə hadisədən 20 gün sonra baxış keçirilməsi – bunun isə, cavabdeh şirkətin dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından məhrum olmasından bəhs etmə sinin ağlabatan olmaması haqqında mövqeyi yalnış olmuşdur.
119. Eyni zamanda sığorta hadisəsi ilə bağlı sürücü X6 barəsində keçirilmiş, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” 2/1387 №-li xx.xx.2021-ci il tarixli aktın və “Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” 617 №-li xx.xx.2021-ci il tarixli aktın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalara uyğun keçirilib-keçirilməməsinə apellyasiya instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir.
120. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini n dəlillərini araşdıraraq hesab edir ki, "xxxx" ASC tərəfindən iddiaçıya sığorta ödənişinin verilməsindən imtina olunmasının əsası dəqiq göstərilmiş və apellyasiya məhkəməsi, həmin əsasların tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və “Nəqliyyat Vasitələrinin (Kasko) Sığortası” Qaydalarına uyğun olmasına düzgün hüquqi qiymət verməmiş, cavabdehin imtinasının müqavilənin və Qaydaların hansı şərtinə və ya qanunun hansı normasına zidd olduğunu qətnamədə göstərməmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsi iddiaçının hadisə barədə vaxtında məlumat vermədiyi arqumentinin işin halları ilə öz təsdiqini tapmamasını göstərsə də, cavabdeh şirkətin hadisədən 20 gün sonra hadisə barədə məlumat əldə etdiyini irəli sürməsinə baxmayaraq, bunu sübuta yetirəcək heç bir sübut təqdim etməməsi ni qeyd etməklə həmin halı sübut etmə vəzifəsini cavabdehin üzərinə qoymağa çalışmış. Halbuki hazırki halda sığorta hadisəsi barədə qanunla və tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq tələb olunan vaxtda məlumat verməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, apellyasiya məhkəməsinin qeyd olunanlarla bağlı gəldiyi nəticə tam və əsaslı deyildir.
121. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh e dilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
122. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
123. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllni tapmamışdır.
124. Konstitusiya Məhkəməsi Plen umunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
125. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquql arının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
126. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olma malıdır.
127. Məhkəmə kollegiyası həmçinin iddiaçının kassasiya şikayətinin elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə göndərdiyi, avtomobilə ümumilikdə 54.472,83 manat ziyan dəyməsi barədə “İmprotex Motors” tərəfindən verilmiş akta apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün qiymət verilməməsi haqqında dəlilinə münasibət bildirərək qeyd edir ki, iddiaçının kassasiya şikayətinin həmin dəlili əsassızdır. Belə ki, apellyasiya instansiya məhkəməsi iddiaçının təqdim etdiyi həmin sübuta münasibətdə qeyd etmişdir ki, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən, tərəf yalnız onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı halda qəbul oluna bilər. Məhkəmə kollegiyası apellyasiya instansiya mə hkəməsinin həmin əsaslandırması və mövqeyi ilə razılaşır.
128. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya məhkəməsinin qətnaməsi iddianın təmin olunması hissəsində ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
129. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunma sını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
130. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-267/2023 nömrəli, 25 may 2023-ci il tarixli qətnaməsi iddia tələbinin təmin olunması hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndər