Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3566/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsindən çıxarılma tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-283/2022 nömrəli iş üzrə 05 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 14 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxar aq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh İddiaçı qardaşı X2 ilə ailə qurmuş, ünvan 1 ünvanına köçüb orada yaşamışlar, bir uşaqları olmuşdur.
2. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1516/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh azyaşlı uşağı X3 ilə birgə Abşeron rayonu, Quşçuluq Y/M, Nəvai küçəsi, ev 8-ə köçürülməsi qət edilmişdir. Qətnamə xx.xx.2016-cı ildə icra edilmişdir.
3. Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, ev 22 (71,4 kv.metr) İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə onun adına xx.xx.2019-cu il tarixdə texniki pasport tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh azyaşlı uşağı X3 ilə idd iaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, ev 22-dən çıxarılması barədə qətnamənin qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, sonradan ünvan 3 ünvanındakı evi 2019-cu ildə başqa şəxsdən alqı-satqı müqaviləsinə əsasən almış, mülkiyyətinə keçirmişdir. Hazırda həmin evin ünvanı ünvan 4tda olmasına baxmayaraq iddiaçının mənzilindən çıxmaq istəmir. Odur ki, onun azyaşlı uşağı ilə birgə həmin ünvandan çıxarılması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
6. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, o, kompensasiyaya razıdır, lakin 2500 manat məbləğində vəsait kifayət etmir. O, hazırda 3 otaqlı evdə yaşayır. Bir otaqlı mənzil alıb ve rsələr evdən çıxar.
7. Abşeron Rayon Məhkəməsinin (hakim C.Səfiyeva) 29 oktyabr 2020-ci il tarixli, 2(012)1183/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, həmin ünvandakı ev əvvəllər qanunsuz tikili olsa da, Cavabdeh azyaşlı uşağı X3 ilə birgə məhkəmə qətnaməsi ilə ora köçürülməklə oradan istifadə hüququ mövcuddur. Bu səbəbdən də iddia əsassız olduğu üçün təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) 17 mart 2021-ci il tarixli, 2(105)-864/21 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(012)-11 83/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı Cavabdeh yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi təmin edilmiş, Cavabdeh azyaşlı uşağı X3 ilə birlikdə İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, ev 22-dən çıxarılması qət edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, qüvvədə olan hüquq normaları yaşayış binasının tərkib hissəsinə istifadə hüququnun yaranmasını mülkiyyətçi ilə bağlanmış razılaşma ilə şərtləndirir. Başqa sözlə, istifadəçi ilə mülkiyyətçi arasında mənzildən istifadə ilə bağlı razılaşma olmadığı halda onun mənzildən ümumiyyətlə, istifadə hüququ yarana bilməz. Hazırkı halda sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçı onunla yaşayış evindən istifadə ilə ba ğlı bağlanan razılıq, mülki və ya ailə qanunvericiliyi ilə nəzərdə tutulan bu və ya digər müqavilənin mövcudluğu ilə bağlı məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Mənzil qanunverciliyinin tələblərinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə kollegiyası nəzərə alır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, ev 22-də yerləşən yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehin mübahisəli ev üzərində dövlət tərəfindən tanınan və qorunan heç bir hüquqları qalmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Azərbaycan Respublikasının Konstit usiyasının 43-cü və İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından İddiaçı mənzil hüququna müdaxilə kimi qiymətləndirilərək pozulmuş hüququ bərpa edilməlidir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Cavabdeh kasasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli, 2(105)-864/21 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndəriləsini xahiş etmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2021- ci il tarixli, 2(102)-3901/2021nömrəli qərarı ilə (sədrlik edən hakim Z.Ə.Əliyev (sədrlik edən və məruzəçi), V.T.Həsənov və İ.R.Xələfov) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli, 2(105)864/21 nömrəli qətnaməsi ləğv edilmiş, mülki işin yenidən apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
13. Kasasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, Apellyasiya instansiyası məhkəməsi isə iş üzrə qətnamə çıxararkən mübahisəli evin iddiaçı tərəfindən kimdən və hansı əsasla alınmasını, iddiaçı mülkiyyət hüququnu əldə edərkən evin (məhkəmənin qərarı ilə oraya köçürülmüş) cavabdehin hüquqları ilə yüklü olub-olmaması, cavabdehin keçmişdə ailə qurduğu Zamiq Mahmudovun qardaşı kimi İddiaçı bu halları bilib-bilməməsi, iddiaçının Cavabdeh qarşı vicdanlılıq prezupmsiyasından istifadə etmək imkanının olubolmaması, iddiaçının mübahisəli evə dair mülkiyyət hüququnun müdafiəsinə istinad etdiyi hald a cavabdehə hansı səbəbdən pul kompensasiyası təklif etməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər halları lazımi qaydada araşdırılmamış və onlara qiymət verməmişdir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140,148.2, 157.4cu maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli qərarlarına istinadla əsaslandırmışdır. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-283/2022 nömrəli iş üzrə 05 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ş.R.Abasovun sədrliyi və məruzəsində, hakimlər S.A.Qafaridən və T.Q.Məmmədovdan ibarət tərkibdə) İddiaçı oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(012)1183/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət etmişdir.
16. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli evə dair mülkiyyət hüququnu əldə edərkən evin (məhkəmənin qərarı ilə oraya köçürülmüş) cavabdehin (yəni qardaşının keçmiş arvadı) hüquqları ilə yüklü olmasından xəbəri olmuşdur. İşdən görünür ki, iddiaçı cavabdehin mübahisəli evə köçürülməsi və evin cavabdehin istifadə hüququ ilə yüklü olmasını bildiyindən ona hazırda kompensasiya təklif edir. Belə olan halda isə onun mübahisəli evə dair mülkiyyət hüququnun müdafiəsinə istinad etməsi əsassızdır. Yaranmış mübahisə bu qaydada deyil, kompensasiya ödənilməklə hüquqa xitam verilməsi yolu ilə həll edilə bilər. Hazırkı halda isə, evin yeni mülkiyyətçisi olaraq İddiaçı özünə aid reyestrdən çıxarışa istinad etməklə belə bir iddia qaldırması hüquqdan sui istifadə kimi qiymətləndirilməlidir, halbuki bu, qanunla qadağandır.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 16.1, 560.1, 560.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 05 yanvar 2022-ci il tarixli qətnaməsinin qətnaməsinin ləğv edilməsi və işi təkrar apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassator Azərbaycan Respublikası Mülki Məcəllənin 5.3, 16.1, 560.1, 560.2-ci və MPM-nin 77, 372.6-c i və Ali Məhkəmənin Plenumnun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarına istinad edərək, məhkəmə tərəfindən maddi hüquq normalarının tələblərinin pozulduğunu qeyd etmişdir. Belə ki, məhkəmə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi kompensasiya verməklə istifadə hüququna xitam verilməsi tələbini məhkəmə qətnaməsində düzgün hüquqi qiymət verməmişdir.Məhkəmə kollegiyasının mübahisəli məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində kompensasiya verməklə istifadə hüququna xitam veriməsi iddia tələbindən və apellyasiya şikayətinin əsaslarından kənara çıxmaqla yanaşı formal mülahizələr əsaslanan arqumentlərdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
21. Qanunun tə ləbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həm in məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
24. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq v ə vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Mə cəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
32. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiya məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 (105)-283/2022 nömrəli iş üzrə 05 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.