Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3567/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2019-cu il tarixli 2(103)-2861/19 saylı qərardadından cavabdeh “xxxx” KB ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 31 avqust 2018-ci il tarixli qərardadı ilə (hakim E.Ə.Mehdiyev, iş 2(006)-5102/2018) İddiaçı cavabdeh”xxxx” KB ASC-yə qarşı kredit müqaviləsinin şərtlərinin məhkə mə qaydasında dəyişdirilməsi tələbinə dair iş üzrə cavabdeh “xxxx” KB ASC-nin mülki işlərin bir icraatda birləşdirilməsi barədə ərizəsi əsassız olduğundan təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2019-cu il tarixli qərardadı ilə (hakimlər: F.Ş.Talışinski, Z.Ə.Əliyev və R.Ə.Eyvazov) Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 31 avqust 2018-ci il tarixli qərardadından cavabdeh “xxxx” KB ASC tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki iş Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. İşin halları: 2018-ci ilin iyul ayında İddiaçı bankla bağlanmış 30 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin şərtlərinin məhkəmə qaydasında dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh “xxxx” KB ASC ərizə ilə məhkəməyə müraciət edərək hazırkı mülki işin Lənkəran rayon Məhkəməsinin icraatında olan iddiaçı “xxxx” KB ASC-nin cavabdeh İddiaçı və qeyrilərinə qarşı kreditin, kredit faizlərinin və cərimənin tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi barədə 2(049)-84/2018 saylı mülki işlə əlaqəli olduğundan işlərin bir icraatda birləşdirilməsi üçün Lənkəran rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh “xxxx” KB ASC Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayətində qərardadın prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini və s. əsas göstərməklə ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilmə sini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə etdikdən sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyas iya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, mülki işə baxılan zaman cavabdehin ərizəsi əsasında qəbul edilmiş qərardaddan şikayət verilməsi mülki prosessual qanunvericiliklə müəyyən edilməmiş, qərardad işin sonrakı hərəkətinə mane olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda, məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Göstərilənlərlə əlaqədar kollegiya apell yasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır və hesab edir ki, qərardad prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan kassasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 25 yanvar 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3567/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3567/2019
15.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver