Məhkəmə qərarları › İş №2(102)-3568/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3568/2019

27.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3568/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X1, vəkili Vəkil və cavabdeh “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.11.2018-ciiltarixli 2(103)11454/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim N.Tağıyeva) 21.06.2018-ci il tarixli 2(006)-3466/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “qızıl-zinyət əşyalarının qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Qurbanov, E.Nəbiyev, A.Hüseyn) 20.11.2018-ciiltarixli 2(103)-11454/2018 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 21.06.2018-ci il tarixli 2(006)-3466/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının 20.11.2018-ciil tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “qızıl-zinyət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 10.07.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, onunla “xxxx” ASC-nin Lənkəran filialı arasında bağlanmış 14.04.2014-cü il tarixli, ****** saylı girov müqaviləsində göstərilən qızıl-zinyət əşyalarının və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13.06.2017-ci il tarixli qərarına istinadən belə qənaətə gəlmişdir ki, iddia tələbi əsl olmayan cavabdehə qarşı irəli sürülməmişdir. Belə ki, iddia ləğv prosesində olan “xxxx” ASC-yə qarşı qaldırılmalı idi. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13.06.2017-ci il tarixli qərarında müflis elan olunmuş banka qarşı iddia tələbinin bankın ləğv edicisnə qarşı deyil, müflis elan olunmuş bankın özünə qarşı qaldırılması barədə göstəriş yoxdur. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71.3-cü maddəsi isə müflis banka qarşı bütün tələblərin bankın ləğvedicisinə təqdim edilməsini təsbit edir. İddiaçı girov qoyulmuş qızıl-zinyət əşyalarının ondan xəbərsiz satılması ilə bağlı “xxxx” ASC-yə yazd ığı bütün ərizə və müraciətlərə bankın ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavab verilmişdir. Belə ki, iddiaçı girov qoyulmuş qızıl-zinyət əşyalarının satılmasından bir il sonra məlumat əldə etmiş, bu barədə ona ilk dəfə yazılı olaraq 18.10.2016-cı il tarixli məktubla cavab verilmişdir. Həmin məktubda göstərilmişdir ki, girov predmeti olan qızıllar 18.10.2015-ci ildə “xxxx” ASC-nin sifarişi əsasında yenidən qiymətləndirilmiş və qiymətləndirilmiş qiymətə satılmışdır. Lakin bundan sonra da iddiaçıdan kredit ödənişləri qəbul edilmiş, girov qoyulmuş qızılların satılması ondan gizlədilmiş və hərracın keçirilməsi barədə ona məlumat verilməmişdir. İşə mahiyyəti üzrə baxmış məhkəmələr mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 299.1-ci maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmiş, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13.06.2017-ci il tarixli qərarın düzgün olmayaraq tətbiq etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.11.2018-ci il tarixli 2(103)11454/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edə n İddiaçı nümayəndəsi X2 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 05.11.2018ciiltarixliqətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 21.06.2018-ci il tarixli 2(006)-3466/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, xxxx” ASC ilə İddiaçı arasında 14 aprel 2014-cü il tarixdə 4045 nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən İddiaçı 18 ay müddətinə illik 28% 1376 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi həmin tərəflər arasında 14 aprel 2014-cü il tarixli ****** saylı girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı məxsus 66,3 qram qızıl girov qoyulmuşdur. Hazırkı işdə də iddia hüquqi şəxsə, yəni ləğv prosesində olan “xxxx” ASC-yə qarşı deyil, onun ləğvedicisi, yəni qanuni nümayəndəsi kimi fəaliyyət göstərən Əmanətlərin Sığortalanması Fonduna qarşı qaldırılmışdır. Halbuki yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, ləğvedici yalnız bankın qanuni nümayəndəsi kimi onun işlərini idarə edir, onun adından məhkəmədə çıxış edir və onun məhkəmə qərarına əsasən gələcəkdə digər bir ləğvedici ilə əvəz olunması istisna olunmur. Bu baxımdan kollegiya hesab etmişdir ki, İddiaçı ilə “xxxx” ASC-nin Lənkəran filialı arasında bağlanmış 14 aprel 2014-cü il tarixli ***** saylı girov müqaviləsində göstərilən qızıl-zinət əşyalarının iddiaçıya qaytarılması tələbi cavabdeh “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı deyil, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci maddəsinin tələbləri və «Banklar haqqında» Az ərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqe nəzərə alınmaqla ləğv prosesində olan “xxxx” ASC-yə qarşı qaldırılmalıdır. Ona görə də, əsl olmayan cavabdehə qarşı irəli sürülmüş iddia təmin edilə bilməz. Mülki Məcəllənin 60.3-cü maddəsinə əsasən hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil e dilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi) çıxış edir. Həmin Məcəllənin 60.4-cü bəndində isə təsbit olunmuşdur ki, ləğvetmə komissiyasının (təsviyəçinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası (təsviyəçi) borcların ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez bir zamanda satılması, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi, məqsədilə onun işini davam etdirir. Qeyrikommersiya təşkilatı ləğv edildikdə onun borclarının ödənilməsindən sonra qalan əml akın hüquqi müqəddəratı bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq həll edilir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71.3-cü bəndinə əsasən banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Qeyd olunan maddi hüquq normalarının məzmunundan da göründüyü kimi hüquqi şəxsin ləğvedicisi yalnız onun qanuni nümayəndəsi kimi fəaliyyət göstərir, yəni hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir və hüquqi şəxsin adından məhkəmədə çıxış edir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şi kayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, işin hallarına düzgün hüquqi qiymətini vermiş, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.11.2018-ci il tarixli 2(103)-11454/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar