Məhkəmə qərarları › İş №2(102)-3569/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3569/2020

29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3569/2020 29.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı MMC-nin vəkili X1, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, xnömrəli MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehdən 10.734.35 manat borcun və 30 manat dövlət rüsumunun alınıb "xxxx” MMC-yə verilməsinə dair qətnamə qəbul ed ilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Məmmədov) xx xxxxxx 2018-ci il tarixli, xnömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Nəbiyev (sərlik edən və məruzəçi), R.Qurbanov və A.Hüseyn) xx xxxxx 2019-cu il tarixli, 2(103)-3707/19 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.Kalbalıyev və V.İbayev) xnömrəli iş üzrə xx xxxxxxxx 2019-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş apelyasiya qaydasınd a yenidən baxılması üçün qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İ.Xəlilov (sərlik edən və məruzəçi), X.Cəmilova və İ.Kərimli) xx xxxxxx 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol ver mişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşdə iştirak edən iddiaçı Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Pro sessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. Tərəflər arasında xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli əməkdaşlıq müqavilələri bağlanmışdır. İddiaçı bildirir ki, qarşı tərəf müqavilədən irəli gələn öhdəliyi yerinə yetirmədiyi üçün onun iddiaçıya 51429.50 manat məbləğində borcu yaranmış, bu hal xx xxxx 2018-ci il tarixli “Borcun etiraf edilməsi haqqında” aktla təsdiq olunur. Bundan sonra cavabdeh ödənişlər etmiş, sonda onun 10.734.35 manat borcu qalmışdır. Mülki işi yenidən apelyasiya baxışına göndərən, kassasiya məhkəməsi öz qərarında qeyd et mişdir ki, apelyasiya məhkəməsi öz qətnaməsində borcun hansı müqavilə əsasında yarandığına açıqlıq gətirməmişdir. Qeyd edildiyi kimi, tərəflər arasında eyni məzmunlu olsa da, iki ayrı əməkdaşlıq müqaviləsi bağlanmışdır. Hər iki müqavilə ayrıca hüquqi fakt olmaqla öhdəliyin əmələ gəlməsinin müstəqil əsası kimi çıxış edirlər. Ona görə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Eyni zamanda, apelyasiya məhkəməsinin gəldiyi nəticənin əsasında dayanan yeganə əsas xx xxxx 2018-ci il tarixli borcun etiraf edilməsi barədə aktda da bu hal öz əksini tap mamışdır. Odur ki, təkrar apelyasiya baxışı zamanı borcun hansı müqavilə əsasında yarandığı müəyyənləşdirilməlidir. Bundan əlavə, cavabdeh E. Sadıqov birinci instansiya məhkəməsində verdiyi izahatında, habelə apelyasiya şikayətində adı çəkilən aktı məcburetmə nəticəsində bağladığını, iddiaçıya hər hansı məbləğdə borcunun olmadığını irəli sürmüş, bu etirazının əsasında dayanan sübutlar qismində elektron poçt yazışmalarını və bank hesabından çıxarışı təqdim etmişdir. Lakin apelyasiya məhkəməsi cavabdehin bu dəlillərinə heç bir hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh aralarında olan birgə əməkdaşlıq fəaliyyəti ilə əlaqədar yaranmış borcun etiraf edilməsi barədə xx xxxx 2018-ci il tarixli aktın məcburetmə nəticəsində imzaladığını, onun iddiaçıya hər hansı məbləğdə borcu olmadığını bildirir. Həmin aktın imzalamasına səbəb isə imzalanmayacağı təqdirdə iddiaçının təmir edilən maşınları servisdən buraxmaması hədəsi olmuşdur. İşin hallarından müəyyən edilir ki, xx xxxx 2018-ci il tarixli borcun etiraf edilməsi barədə akt tərəflər arasında qeyd olunan müqavilələr üzrə əməkdaşlıqdan yaranmış borcun mövcudluğunu təsdiq edən sənəddir. Həmin aktda qeyd olunur ki, Cavabdeh və X3 müvafiq Müqavilə əsasında İddiaçı MMC-nin binasında avtomaşınlara texniki xidmət göstərməklə məşğul olmuşlar və işlədikləri müddət ərzində qeyd edilən şəxslərin şirkətə 51429.50 manat borcları yaranmışdır. Cavabdeh xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli müvafiq əməkdaşlıq müqavilələrinin onun tərəfindən imzalandığını inkar etmir, əksinə, bunu təsdiq edir. Tərəf lər arasında birgə əməkdaşlıq fəaliyyəti ilə əlaqədar münasibətlərin yaranması işin təsdiq olunmuş mübahisəsiz halıdır. Həmin akt da tərəflər arasında birgə əməkdaşlıqla əlaqədar yaranmış borcun mövcudluğunu təsdiq edir. Cavabdeh borcun yaranmadığını inkar etmir, sadəcə bildirir ki, borc tamamilə tərəfindən ödənilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli xtərəfindən yazılaraq imzalanmış razılaşmadan görünür ki, İddiaçı MMC-yə olan borcuna görə ona məxsus avtomaşını borcu ödəyənə qədər servis mərkəzində saxlayır. Bütün bunlar belə nəticəyə gəlməyə əsas verir ki, aktın məcburetmə nəticəsində imzalanması dəlili ağlabatan deyil və əsassızdır. Cavabdeh mübahisəli aktı və qeyd olunan razılaşmanı borca görə imzalamışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin dəlilləri ziddiyyətlidir. Belə ki, o apellyasiya şikayətində aktı iddiaçı tərəfindən maşınların girov tutulacağı hədəsi ilə imzaladığını, təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında isə müştərilər və digər şirkətlərlə böyük problemlər yaşandığı üçün imzaladığını bildirmişdir. Eyni zamanda həmin akt tərtib edildikdən sonra borcun çox hissəsi cavabdeh tərəfindən ödənilmişdir. Ona görə aktın həqiqəti əks etdirməməsi və təzyiq nəticəsində imzalanması inandırıcı deyil. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 77-ci maddəsinə görə apellyasiya şikayətində göstərilənləri sübut etmə vəzifəsi hazırkı halda cavabdehin üzərinə düşür.Lakin o, bu halı sübut edə bilmir. Apelyasiya instansiyası məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin birgə fəaliyyətdən ya ranmış borcun ödənilməsi ilə bağlı dəlili də təsdiq olunmur. Cavabdeh həmin dəlilin təsdiqi kimi sübut qismində elektron poçt yazışmalarına və bank hesabından çıxarışa istinad edir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi qalıq borcun hesablanması əsasları ilə bağlı arayış təqdim etmiş və bildirmişdir ki, qalıq borc məbləği elə xtərəfindən təqdim olunmuş elektron poçt yazışmalarına və bank hesabından çıxarışa əsasən hesablanmışdır. Arayışdan görünür ki, cavabdeh tərəfindən müxtəlif vaxtlarda edilən ödənişlər nəzərə alınmaqla ümumi borc aşağıdakı qaydada silinmişdir: 5000 manat, 4 249,25 manat (5516.25 manat “İddiaçı ” MMCnin “Paşabank”dakı hesabına daxil olmuş, həmin məbləğdən 1267 manat Emin Məmmədova geri qaytarılmışdır), 90 manat, 2110 manat, 200 manat, 1000 manat, 1579 manat, 8 05 manat, 1753 manat, 4318.90 manat, 16786.3 manat, 20 000 manat (Elşən Məmmədov tərəfindən girov kimi qoyulmuş 20 000 manat onun bocundan çıxılmışdır). Qeyd olunan məbləğlər çıxıldıqdan sonra 10754.35 manat qalıq borc qalmışdır. Beləliklə arayışdan da görünür ki, borcun məbləği müəyyənləşdirilən zaman iddiaçının təqdim etdiyi elektron poçt yazışmalarına və bank hesabından çıxarışa əsasən ödədiyi bütün məbləğlər nəzərə alınmışdır. Cavabdeh daha artıq məbləğdə ödəniş etməsi ilə bağlı sübut təqdim etməmişdir. Apelyasiya instansiyası məhkəməsinin iclasında cavabdehin bununla bağlı təqdim etdiyi bütün dəlilləri iddiaçının nümayəndəsi olan X4 təqdim etdikləri rəsmi sübutlarla ağlabatan qaydada təkzib etmiş və həqiqət olmadığını sübut etmişdir. Kassasiya instansiyası öz qərarında qeyd etmişdir k i, məhkəmə öhdəliyin məhz hansı müqavilə əsasında (tərəflər arasında iki əməkdaşlıq müqaviləsi var) əmələ gəldiyini müəyyən etməlidir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə borcun həmin müqavilələrdən hər ikisinin və ya onlardan birinin əsasında yaranmasının müəyyənləşdirilməsinin iş üzrə əhəmiyyəti yoxdur. Çünki xx xxxx 2018-ci il tarixli borcun etiraf edilməsi barədə akt iddiaçıya qaytarılmamış borcun etirafıdır və akta əsasən müəyyən olunmuş borc tərəflər arasında artıq mövcud olan əməkdaşlıq münasibətləri əsasında yaranmışdır. Eyni zamanda tərəflər arasında bağlanmış birgə əməkdaşlıq haqqında müqavilələr əslində eyni münasibətləri tənzimləyir və sonrakı müqavilə əslində əvvəlki müqavilədən irəli gələn münasibətlərin müddətinin uzadılmasıdır. Ona görə məhz tərəflər hansı müqavilə üzrə deyil, birgə əməkdaşlıqdan irəli gələn borcla bağlı razılaşma imzalamışlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 882.2-ci maddəsinə görə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halın sübutu kimi, yuxarıda qeyd edilən, cavabdeh tərəfindən imzalanmış xx xxxx 2018-ci il tarixli borcun etiraf edilməsi barədə akta istinad edir. Bu halda Mülki Məcəllənin 882.2-ci maddəsinin tələbinə əsasən, əsas əqddən irəli gələn hallara əsasən borcun etirafı barədə müqavilə ilə müəyyən edilən hallar mübahisələndirilə bilməz. Həm də nəzərə alsaq ki, cavabdeh həmin müqavilələri (xx. xx.2017-ci il və xx.xx.2018-ci il tarixli müvafiq əməkdaşlıq müqavilələri) imzaladığını inkar etməmiş və onlar əsasında müəyyən edilən hallar cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar