Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-357/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)2357/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Qəbələ rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.B.Əliyev, iş № 2(025)-672/2019) İddiaçı Cavabdeh qarşı tikintiyə xərclənmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddiası qismən təmin edilərək İddiaçı tərəfindən fərdi yaşayış evinin tikintisinə xərclənmiş 39.480 manatın Cavabdeh alınıb ona qaytarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Qəbələ rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin tikintisinə xərclənmiş 40.000 ABŞ dollarının və hasarın tikintisinə xərclənmiş 5.000 manatın cavabdehdən tutulması tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh İddiaçı xeyrinə 19.740 manat tululması, iddianın qalan hissədə təmin olunmamsı qət edilmişdir. İşin ha lları: Tərəflər xx xxxxx 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuş və həmin nikahdan bir uşaqları olmuşdur. Qəbələ rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə onların nikahı pozulmuş uşaq anası Nın yanında saxlanılmışdır. 2019-cu ilin fevral ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə nikaha girərkən əvvəlki nikahdan olan N adlı oğlunu da özü ilə cavabdehlə yaşadığı evə gətirməsini və cavabdehin razılığı ilə ona məxsus torpaq sahəsində atasının vəsaiti hesabına oğlu N üçün fərdi yaşayış evi tikdirməsini, cavabdehin həmin evi oğlunun adına sənədləşdirəcəyini vəd etsə də müxtəlif bəhanələrlə bundan yayınmasını, münasibətləri pisləşdikdən sonra isə cavabdehin evin ona məxsus olmasını bildirməsini əsas göstərməklə həmin evin tikintisinə sərf edil miş 40.000 ABŞ dollarının və hasarın tikintisinə sərf edilmiş 5.000 manatın cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək cavabdehə məxsus torpaq sahəsində inşa edilmiş tikilinin atasının vəsaiti hesabına əvvəlki nikahdan olan oğlu N üçün tikilməklə həmin evin onların ümumi birgə mülkiyyəti olmasına dair apellyasiya instansiyası məhkəməsinin nəticəsinin işin həqiqi hallarına və onların qarşılıqlı razılığına uyğun olmamasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikahda olduqları dövrdə və onların birgə vəsaiti hesabına Cavabdeh mərhum bibisi X2 məxsus olan 0,06 ha torpaq sahəsində inşa edilmiş və evin tikintisinə 39.480 manat məbləğində vəsait sərf olunmuşdur. İşin həmin hallarını müəyyən edən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.1, 32.2.2, 36.3 və 37-ci maddələrinin müddəalarına əsaslanaraq mübahisəli fərdi yaşayış evinin tərəflərin ümumi birgə mülkiyyəti olması nəticəsinə gəlmişdir. İddiaçı fərdi yaşayış evinin atasının vəsaiti hesabına oğlu üçün tikilməsini iddia etsə də tələbinin əsaslı olmasını sübut a yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olduqda apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, evin tikintisinə sərf olunmuş vəsaitin yarısı – 19.740 manatı cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, işin müəyyən olunmuş halları və istinad olunan maddi hüquq normaları iddianın qismən təmin edilməsi üçün əsas vermişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-357/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-357/2020
15.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver