Məhkəmə qərarları › İş №2(102)-357/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-357/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-357/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-357/21 (Açar sözlər: pul tələbi, vəkilin xidmət haqqının qismən təmin olunması) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1, iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3033/2020 nömrəli, xx xxxx 2020-ci il tarixl i qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 22 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 3150 manatın, vəkilə ödənilmiş 500 manatın və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılıb ki, bu ilin iyul ayında iddiaçı “Qazel” markalı avtomobil almaq qərarına gəlmişdir.

3. İddiaçı tanışı, avtomobil alveri ilə məşğul olan Cavabdeh1 müraciət etmiş, ucuz qiymətə avtomobil istəmiş, Ramil iddiaçıya bildirmişdir ki, bir tanışı var, hərracda işləyir, orada avtomobil ucuz başa gəlir və ondan ala bilər.

4. Bu məqsədlə iddiaçı digər Cavabdeh2 ilə əlaqə saxlamış, “Volkswagen Transporter” markalı, **-JV-*** dövlət nömrə nişanlı inkassator maşınını bəyənmiş və Asimlə telefonla danışaraq Xətai rayonu, 7-ci Əhmədli küçəsində görüşmüşlər.

5. Asim iddiaçıya bildirmişdir ki, həmin avtomobil satılıb, lakin biri də var, mühərriksizdir, amma narahat olmasın, başqa avtomobildən müəhərrik götürüb ona verəcəkdir.

6. İddiaçı razılaşmamış, demişdir ki, avtomobili təhvil verəndə pulu verər. Bu vaxt digər cavabdeh X2 demişdir ki, problem yoxdur, pulu ver sonra avtomobili götürərlər.

7. İddiaçı Asimə 3.150 manat pul vermiş və Asim də pulu ondan götürməklə avtomobilin texniki pasportunu və Nümayəndə adından iddiaçıya avtomobilə dair etibarnamə vermişdir. Lakin həmin avtomobil iddiaçıya verilməmişdir.

8. Belə olan halda iddiaçı 3.150 manatı geri tələb etmişdir.

9. Cavabdeh bəhanələr gətirməklə bundan imtina etmiş və bundan sonra iddiaçı dəfələrlə cavabdehlə əlaqə saxlamağa çalışsa da alınmamış, telefonlara cavab verməmişdir.

10. Eyni zamanda digər Cavabdeh1 da bildirmişdir ki, onun adını polisdə çəkməsin, məsələni həll edəcək və guya bu işdə onun təqsiri yoxdur. 11. iddiaçı bu faktla bağlı polisə şikayət etmiş, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PBdə araşdırma aparılaraq işin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur.

12. Araşdırma zamanı cavabdeh X2 avtomobilə görə iddiaçıdan 3.150 manat aldığını etiraf etmişdir.

13. İddiaçı tələbinin hüquqi əsası kimi Mü lki Məcəllənin 21-ci maddəsinə istinad etmişdir.

14. Birinci instansiya məhkəməsi Nümayəndə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi işə cəlb etmişdir.

15. İddiaçı iddia ərizəsinə əlavə verərək, ylanız Cavabdeh2 3.150 manatın, vəkilə ödənilmiş 1.000 manatın və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, cavadeh Cavabdeh1 cavabdehlərin siyahısından çıxarmışdır.

16. Binəqədi Rayon Məhkəməsinin 2(001)-7975/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən edilmiş, Cavabdeh2 3.150 (üç min bir yüz əlli) manat məbləğində vəsaitin, vəkilin göstərdiyi yardıma görə çəkilən xərclərin əvəzi olaraq 300 (üç yüz) manatın, habelə ödənilmiş dövlət rüsumunun 25 (iyirmi beş) manatının İddiaçı xeyrinə t utulması, iddianın digər hissədə təmin edilməməsi qət edimişdir. (hakim Məhəmməd Rüstəmli)

17. Məhkəmə toplanmış sübutlara əsasən müəyyən edib ki, tərəflər arasında “Volkswagen Transporter” markalı, **-JV-*** qeydiyyat nömrəli avtomobilin alğı-satqısına dair razılaşma əldə olunmuş, iddiaçı tərəfindən cavabdehə 3.150 manat məbləğində pul ödənilmiş, lakin cavabdeh tərəfindən avtomobil iddiaçıya təhvil verilməmişdir.

18. Birinci instansiya məhkəməsi qeyd edib ki, avtomobil rəsmi reystrdə qeydə alınmalı olan daşınar əmlak olduğundan onun alğı-satqısına dair müqavilə notariat qaydasında təsdiq edilməlidir. Hazırki iş üzrə isə cavabdeh tərəfindən avtomobil iddiaçının mülkiyyətinə verilməmiş, habelə onun alğı-satqısı notariat qaydasında təsdiqlənməmişdir. Cavabdeh tərəfindən iddiaçıya yalnız həmi n avtomobilə dair etibarnamə verilmişdir. Halbuki, etibarnamənin verilməsi avtomobilin alğı-satqısını təsdiq edən hal sayıla bilməz.

19. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlib ki, ödənilmiş 3.150 manat məbləğində vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

20. İddia tələbinin göstərilən hüquqi xidmətlərə görə çəkilən xərcin əvəzi olaraq 1.000 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı birinci instansiya məhkəməsi belə qənaətə gəlib ki, həmin məbləğ ağlabatan deyil və buna görə də cavabdehdən iddiaçının xeyrinə hüquqi xidmətlərə görə çəkilən xərcin əvəzi olaraq 300 manat məbləğində vəsait tutulmalı, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun da 25 manatı cavabdehdən iddiaçının xeyrinə ödənilməlidi r.

21. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 359.3, 362.1, 394, 425.1, 452.2, 567, 575.1, 575.2 və Mülki Prossesual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

22. Cavabdeh2 apellyasiya şikayəti vermiş və qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə işi hər tərəfli araşdırmamış, işə onun iştirakı təmin edilmədən olmadan baxılmışdır. Avtomobil hazırda da iddiaçının sərəncam və istifadəsindədir.

24. X3 da apellyasiya şikayəti vermiş və iddianın təmin edilməyən hissəsində qətnamənin ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir.

25. İddiaçı apellyas iya şikayəti onunla əsaslandırıb ki, vəkilə hüquqi xidmət üçün 1000 manat ödəsə də, məhkəmə bu məbləğin yalnız 300 manat hissəsini təmin etmişdir.

26. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3033/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-7975/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Fuad Babayev)

27. Apellyasiya instansiyası məhkəməsi də müəyyən etmişdir ki, “Volkswagen Transporter” yük markalı, **-JV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi “xxxx” ASC-dir, hərracın nəticələrinə dair 22/06 nömrəli yekun protokola əsasən həmin avtomobilin satışı ilə bağlı hərra cın qalibi Nümayəndə alıb. Notarial qaydada təsdiq edilmiş xx xxxx 2019-cu il tarixli etibarnamə ilə Nümayəndə İddiaçı hərracın nəticələrinə dair 22/06 saylı yekun protokola əsasən, onun adına olan “Volkswagen Transporter” markalı, **-JV*** qeydiyyat nömrəli avtomobilin üzərində sərəncam verməyi, qeydiyyata salmağı, çıxarmağı, satmağı, bağışlamağı, ipoteka qoymağı, sığorta şirkətləri ilə müqavilə bağlamağı, sığorta pulunu ödəməyi və almağı, Dövlət X4 nümayəndə olmağı, avtomaşına qeydiyyat şəhadətnaməsi, zəruri hallarda nəqliyyat vasitəsinə tranzit dövlət nömrə nişanları almağı, əvəzinə imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün digər hərəkətləri etməyi xx xxxx 2020-ci il tarixədək etibar etmişdir. Cavabdeh2 Xətai RPİ- nin 34-cü Polis Şöbəsində verilmiş izahatında “Volkswagen” markalı avtomobili 3.150 manata razılaşmış və avtomobilə dair sənədləri və etibarnaməni İddiaçı vermişdir. İddiaçı hüquqi yardıma görə vəkilə ümumilikdə 1.000 manat məbləğində vəsait ödəmişdir.

28. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edib ki, tərəflər arasında isə qeyd edilən avtomobilin alqı-satqısına dair hər hansı bir müqavilə bağlanmamışdır.

29. Apellyasiya instansiyası cavabdehin şikayəti üzrə qeyd edib ki, avtomobil daşınar əşya olsa da, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara aid olduğundan, daşınar əşyalara isə daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilməlidir. Qanunvericilikdə isə daşınmaz əmlaklara dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qay dasında təsdiqlənməli olması nəzərdə tutulduğundan, tərəflər arasında isə belə bir müqavilə olmadığından, qətnamə 3150 manatın alınaraq iddiaçıya ödənilməsinə dair hissədə əsaslıdır. Cavabdeh2 avtomobilin alqı-satqısına görə iddiaçıdan 3150 manat məbləğində pul almasının nə qanuni, nə də müqavilə əsası olmamışdır. Buna görə də, iddiaçı verdiyi pul vəsaitini Cavabdeh2 geri tələb etməkdə haqlıdır.

30. Cavabdehin məhkəmə baxışında içtirakının təmin edilməməsi barədə dəlillərini apellyasiya instansiyası əsassız sayıb göstərmişdir ki, cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlı olmuş, məhkəmə bildirişinini şəxsən imzalamış və bildirişi qəbul etmişdir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq mülki işə MülkiProsessual Məcəllənin 185-ci maddəsinə əsasən, cavabdeh in iştirakı olmadan baxmışdır.

31. Apellyasiya instansiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə də belə qənaətə gəlib ki, birinci instansiya məhkəməsi iddiaçının hüquqlarının müdafiəsi üçün 300 manat pulu ağlabatan məbləğ hesab etməklə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı kassasiya şikayəti vermiş, şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, hüquqi yardımla bağlı iddiasının tam təmin edilməklə ödənilmiş 1000 manatın və kassasiya icraatı ilə bağlı əalvə olaraq vəkilə ödədiyi 300 manatın və 15 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

33. Kasassiya şikayəti apel lyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, şikayətdə apellyasiya instansiyasının maddi və prosessual hüquq normalarını pozmasına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri

34. Kassasiya şikayətinə cavabdehin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

35. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

36. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nətic ələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnam ə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması ki mi qiymətləndirilməməlidir.

38. Kassasiya şikayətində iddiaçı apelyasiya instansiyasının qətnaməsini vəkilə ödədiyi hüquqi xidmət haqqının cavabdehdən tutulması barədə iddia tələbinin təmin olunmayan hisssəsini mübahisələndirmişdir. Bu baxımdan məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması v ə ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. İddia tələbinin bir hissəsi vəkilə ödənilmiş 1000 manat pulun cavabdehdən tutulması olmuşdur.

41. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbinə görə vəkilə ödənilmiş məbləğdən və həmin məbləğin ödənilməsinin sübut edilməsindən asılı olmayaraq, həmin pul konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilir.

42. Apellyasiya instansiyası məhkəməsi də hesab etmişdir ki, iddiaçının hüquqlarının müdafiəsi üçün ağlabatan məbləğ 300 manatdır.

43. Məhkəmə kollegiyası onu da qeyd edir ki, 3150 manatla bağlı məhkəmədə iddia qaldırmaq üçün vəkilə həmin məbləğin üçdə biri hissəsində hüquqi xidmət haqqını ödəyən iddiaçı ağlabatan olmayan qalan hissəni n riskini özü daşıyır və belə hallarda ağlabatan olmayan məbləğ həmin tərəfin özünə aid edilməlidir.

44. Bu baxımdan, məhkəmə kollegiyası apelyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozulması barədə kassasiya şikayətlərinin dəlillərini əsasız sayır.

45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3033/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələnd irilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar