Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3571/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı LPO “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7070/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Cavabdeh1 vəfat etdiyindən iddiaçı bankın ona qarşı iddiası üzrə icraata xitam verilməsi qərara alınmış və eyni zamanda həmin məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim G.Abbasova) iddiaçı LPO “xxxx” ASCnin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi”nə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev (sədrlik edən, məruzəçi), R.Qurbanov və A.Hüseyn, 2(103)2240/2020 saylı mülki iş) hazırki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı LPO “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh lərdən müştərək qaydada 1501,21 ABŞ dolları əsas borcun, müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə hesablanmış 438,82 ABŞ dolları faiz borcunun, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 210,60 ABŞ dolları borcun, 1.389,81 ABŞ dolları cərimə borcu olmaqla, cəmi isə 3.541.44 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh2 ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2015-cü il tarixli zaminlik müqaviləsinə xitam verilməsi əsassızdır. Məhkəmənin bu qənaəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələblərinə ziddir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində qeyd olunur ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Tərəflər arasında bağlanmış xx.xx.2015-cü il tarixli zaminlik müqaviləsinin 5-cı bəndində zaminliyin verilmə müddəti göstərilməklə müqaviləyə xitam verilməsi halları müəyyən edilmişdir. Həmin müqavilənin 6.1,6.1.1, 6.1.2, 6.1.3, 6.2, 6.3 və 6.4-cü maddələrinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyə xitam verildikdə, zamin yeni borcalan üçün cavabdeh olmaq barədə borcverənə razılıq vermişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, kredit müqaviləsində göstərilən bütün şərtlərə borcalan tərəfindən əməl edildikdə zaminliyə xitam verilməsi, zaminlik müqaviləsinin kredit müqaviləsi üzrə öhdəliklərin tam icra olunduğu vaxta kimi qüvvədə olması müəyyən edilmişdir. Prosessal məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X2 kassasiya şikayətini müdafiə edərək ona uyğun izahat verməklə şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məh kəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya insta nsiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Kassator qətnaməni zaminə aid hissədə mübahisələndirir. İşin mübahisəli halı zaminliyə xitam verilib-verilməməsi ilə bağlıdır. İddiaçı “xxxx” ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli İKM 01 saylı istehlak kredit müqaviləsinə əsasən, bank tərəfindən kredit alana 18 ay müddətinə, illik 30% ödənilməsi şərtilə, 2.000 (i ki min) ABŞ dolları məbləğində kreditin verilməsi, kredit alan tərəfindən isə kreditin və hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən bankın kassasına nağd və ya onun müxbir hesabına köçürmə yolu ilə kredit müddətində qaytarılması müqavilənin predmetini təşkil etmişdir. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış zaminlik müqaviləsindən görünür ki, sonuncu iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli İKM 01 saylı istehlak kredit müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İddiaçı “xxxx” ASC ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış zaminlik müqaviləsindən görünür ki, sonuncu iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli İKM 01 saylı istehlak kredit müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşdür. Həmin müqavilənin 5.2-ci bəndində isə qeyd olunmuşdur ki, həmin müqavilə üzrə zaminliyin öhdəliyi borclunun kreditor qarşısında kredit müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında b irgə məsuliyyət daşıyırlar. Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənlə şdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmələr qeyd etmişlər ki, bankla zamin arasında bağlanmış zaminlik müqaviləsində zaminliyin müddəti konkret göstərilməmiş, həmin müqavilənin 5.2-ci bəndində isə qeyd olunmuşdur ki, həmin müqavilə üzrə zaminlik borclunun kreditor qarşısında kredit müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Bu baxımdan məhkəmələr hesab etmişlər ki, belə məzmunda şərt “müddət" anlayışına uyğun deyil və zaminliyin konkret vaxtla müəyyənləşdirilmiş müddəti kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 367.2-ci maddəsinə görə əqdlə müəyyənləşdirilən müddət təqvim tarixi ilə və ya illər, a ylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Başqa sözlə, zaminlik müqaviləsində müddət qeyri-müəyyəndir. İşin hallarından görünür ki, kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx xxxxxxxx 2016-cı il tarixində başa çatmış, lakin bu tarixdən sonra təqribən üç il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmiş, Bank tərəfindən hazırki iddia ərizəsi ilə xx xxxxxxxx 2019-cu il tarixində məhkəməyə müraciət edilmişdir. Bu hal isə qeyd olunan qanunun normasına əsasən zaminliyə xitam verilməsi üçün əəsasdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdi rilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı LPO “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3571/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3571/2020
21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver