Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3574/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh1, vəkili Vəkil, cavabdeh “xxxx”xxxx” MMC-nin nümayəndəsi X3, Cavabdeh2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 30 yanvar 2017-ci il tarixli q ətnaməsi ilə (Hakim P.Hüseynov) İddia qismən təmin edilərək «xxxx» BOKT MMC (əvvəlki «xxxx» BOKT MMC) ilə Cavabdeh1 arasında bağlanmış 06 iyun 2006-cı il tarixli AZBA*********saylı kredit müqaviləsi ləğv edilməsi, «xxxx» BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 01 oktyabr 2010-cu il tarixli verilmiş kreditin qaytarılması müddətinin uzadılmasına dair sazişlə birləşdirilmiş kreditlər üzrə 265,61 ABŞ dolları əsas borc, 10 ABŞ dolları faiz borcu, «xxxx» BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 20 iyul 2012-ci il tarixli AZBA-000645/009 saylı razılaşma üzrə 72586,6 ABŞ dolları əsas borc, 34488,4 ABŞ dolları faiz borcu, «xxxx» BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 20 iyul 2012-ci il tarixli AZBA-000645/010 saylı razılaşma üzrə 95123,41 ABŞ dolları əsas borc, 41796,5 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları dəbbə pulu, cəmi 244770,52 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 727 manat sığorta haqqı olaraq ödənilmiş məbləğ, tutmanın yönəldilməsinə dair bildirişlərin ƏMDK yanında DƏDRX-də qeydə alınması üçün ödənilmiş 20 manat və 40 manat xidmət haqqı, cəmi 787 manat pul Cavabdeh1 alınaraq iddiaçı «xxxx» BOKT MMCyə ödənilməsi, tələb ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilinə və cavabdeh “xxxxxxxx” MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən0,045 ha torpaq sahəsində 59-59A nömrəli binada yerləşən 130,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin mənzil ilkin satış qiyməti 35000 0 manat və həmin qeyri-yaşayış sahəsi ilkin satış qiyməti 262000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılması, həmin mənzilin və qeyri-yaşayış sahəsinin satışından əldə olunan vəsaitdən cəmi 244770,52 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 787 manat “xxxx” BOKT MMC-nin hesabına ödənilməsi, qalan məbləğ müvafiq qaydada Cavabdeh2 və “xxxxxxxx” MMC-yə verilməsi, ipoteka predmeti olan qeyd olunan mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan sonra 1 ay ərzində tərk edilmədikdə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılmaları, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 mana tın 10 manatı iddiaçıya aid edilsin, 20 manatı isə Cavabdeh1 alınaraq iddiaçı «xxxx» BOKT MMC-yə ödənilməsi, məhkəmə tikinti-texniki ekspertizalarının tədqiqat dəyəri olan 300 manatın 200 manatı Cavabdeh1, 100 manatı isə iddiaçı «xxxx» BOKT MMC-dən tutularaq “xxxx” MMC-yə ödənilməsi, məhkəmə mühasibatlıq ekspertizasının tədqiqat dəyəri olan 150 manatın 100 manatı Cavabdeh1, 50 manatı isə iddiaçı «xxxx» BOKT MMC-dən alınaraq dövlət büdcəsinə ödənilmədi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Qurbanov, hakimlər E.Nəbiyev və A.Hüseyn) Cavabdeh1 apellyaisya şikayəti təmin edilməyərək Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 30 yanvar 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanı lmışdır. Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, maddi və prosessual hüquq normaları pozulduğudan, işin halları araşdırılmadığından Bakı Apellyasiya Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında tərəflər aralarında olan mübahisəyə son qoyulduğunu bu səbəbdən də barışıq sazişi bağlandığını bildirdilər, ona görə də barışıq sazişinin təsdiq edilməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə icraata xitam verilməsinə dair müvafiq qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətlərinin dəlillərini, eləcə də təqdim ed ilmiş 23 may 2019-cu il tarixli barışıq sazişini araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli, Bakı Apellyasiya Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Kassasiya məhkəməsinə təqdim edilmiş 23.05.2019-cu il tarixli barışıq sazişinə əsasən tərəflər mübahisəni aşağıdakı qaydada həll etmişlər:
1. Borc məbləği və ödəniş qaydası: 1.1 Tərəflər Cavabdehlərin 06 iyun 2006-cı il tarixli AZBA-*********saylı Kredit Müqaviləsi üzrə İddiaçıya olan ümumi borc məbləğini 132 000 (yüz otuz iki min) ABŞ dolları məbləğində müəyyən edirlər. 1.2 Göstərilən 132 000 (yüz otuz iki min) ABŞ dolları məbləğində borc 2019-cu ilin iyun ayından başlayaraq yeddi təqvim ayı ərzində, lakin 31 dekabr 2019-cu il tarixindən gec olmamaqla hər təqvim ayı ən azı 5 000 (beş min) ABŞ dolları olmaqla Cavabdeh tərəfindən İddiaçıya qaytarılmalıdır. 1.3 Razılaşdırılmış 132 000 (yüz otuz iki min) ABŞ dolları məbləğində borc 31 dekabr 2019-cu il tarixinədək tam qaytarılmazsa, həmin tarixə qaytarılmamış borc məbləği bu Saziş üzrə müəyyən edilmiş borc məbləğinin 50% hissəsi ödənilmədikdə - 10 000 (on min) ABŞ dolları, 50% hissəsi ödənildikdə isə - 5 000 (beş min) ABŞ dolları artır, bu halda, 132 000 (yüz otuz iki min) ABŞ dolları məbləğində borcun qaytarılmamış hissəsi və müvafiq olaraq 10 000 (on min) ABŞ dolları və ya 5 000 (beş min) ABŞ dolları artmaqla 31 dekabr 2020-ci il tarixinədək hər təqvim ayı ən azı 5 000 (beş min) ABŞ dolları olmaqla Cavabdeh tərəfindən İddiaçıya qaytarılmalıdır. 1.4 Yuxarıda razılaşdırılmış 132 000 (yüz otuz iki min) ABŞ dollarının qaytarılmamış hissəsi və əlavə edilmiş 10 000 (on min) ABŞ dolları və ya 5 000 (beş min) ABŞ dolları borc 31 dekabr 2020-ci il tarixinədək tam qaytarılmazsa, həmin tarixə qaytarılmamış borc məbləği 10 000 (on min) ABŞ dolları artır, bu halda 132 000 (yüz otuz iki min) ABŞ dolları borcun qaytarılmamış hissəsi və 2020-ci ildə əlavə edilmiş yuxarıda qeyd edilən 10 000 (on min) ABŞ dolları və ya 5 000 (beş min) ABŞ dolları 31 dekabr 2021 -ci il tarixinədək hər təqvim ayı ən azı 5 000 (beş min) ABŞ dolları olmaqla Cavabdeh tərəfindən İddiaçıya qaytarılmalıdır. Razılaşdırılmış 132 000 (yüz otuz iki min) ABŞ dolları təşkil edən borcun və 2020-ci və 2021-ci illərdə əlavə edilmiş cəmi 20 000 (iyirmi min) ABŞ dollarının (və ya 15 000 (on beş min) ABŞ dollarının) qaytarılmamış hissə si 31 dekabr 2021-ci il tarixinədək tam qaytarılmalıdır və bu tarixdən sonra kreditin qaytarılması müddəti uzadıla bilməz. 1.5 Ödənişlər müəyyən edilmiş aylar ərzində hər ayın sonuncu təqvim gününədək yerinə yetirilməlidir. Bu Sazişlə müəyyən edilmiş şərtlərin icra edilməməsi, o cümlədən aylıq 5 000 (beş min) ABŞ dolları və əlavə ediləcək 20 000 (iyirmi min) və ya 15 000 (on beş min) ABŞ dollarını qaytarmaq öhdəliyinin vaxtında icra edilməməsi də daxil olmaqla, öhdəliklərin lazımi qaydada və vaxtında icra edilməməsi hesab olunacaq. 2.Öhdəliklərin tam icra olunma şərtləri. 2.1 Bu Sazişin 1-ci bəndində müəyyən edilmiş qaydada və məbləğdə ödənişlər yerinə yetirildikdən sonra Cavabdehin 06 iyun 2006-cı il tarixli AZBA-*********saylı Kredit Müqaviləsi üzrə İddiaçı qarşısında yaranmış kredit öhd əlikləri tam icra olunmuş hesab olunacaq və həmin öhdəliklərin təminatı olan ipoteka predmeti (“Varidatxxxx” MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən0,045 ha torpaq sahəsində olan 59-59A nömrəli 4 mərtəbəli binada yerləşən 130.0 kv. m qeyri-yaşayış sahəsi) ipoteka yüklülüyündən (girovdan) azad ediləcəkdir. 2.2 Razılaşdırılmış 132 000 (yüz otuz iki min) ABŞ dolları təşkil edən borcun 70 000 (yetmiş min) ABŞ dolları təşkil edən hissəsi qaytarıldıqdan sonra Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən0,045 ha torpaq sahəsində olan 59-59A nömrəli 4 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 174.1 kv.m sahəsi olan mənzil on təqvim günü ərzində ipoteka yüklülüyündən (girovdan) azad ediləcəkdir. 3.Öhdəliklərin lazımınca icra edilməməsi 2.3 Cavabdehlər bu Sazişlə müəyyən edilmiş öhdəliklərinin icrası nı təmin etmədikdə və ya lazımınca təmin etmədikdə və bu Sazişi təsdiq edən qərardad məcburi icraya yönəldikdə hər hansı irad, etiraz olmadan və bu kredit öhdəliyi ilə bağlı hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 2.3.1 Cavabdehlər borcu 152 000 (yüz əlli iki min) ABŞ dolları kimi qəbul edir və cavabdehin ödənişləri nəzərə alınmaqla, ondan 152 000 (yüz əlli iki min) ABŞ dolları məbləğindəki borcun tutulma gününə olan qalıq məbləği və 50 000 (əlli min) ABŞ dolları iddiaçının xeyrinə tutulur; 2.3.2 Tutma ilk növbədə “Varidatxxxx” MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən0,045 ha torpaq sahəsində olan 59-59A nömrəli 4 mərtəbəli binada yerləşən 130.0 kv.m qeyri-yaşayış sahəsinə yönəldilir və tərəflərin razılığına əsasən ilkin satış qiyməti 200 000 (iki yüz min) manat müəyyən edilməklə, açıq hərracdan satılır və məcburi boşaldılır, satışdan əldə olunmuş pul vəsaiti Cavabdehin İddiaçıya olan borc qalığının ödənilməsinə, ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı yaranmış xərclərin və icra ödənişinin ödənilməsinə yönəldilir; 2.3.3 İpoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə tutma ikinci növbədə Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən0,045 ha torpaq sahəsində olan 59-59A nömrəli 4 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 174.1 kv.m sahəsi olan mənzilə yönəldilir və tərəflərin razılığına əsasən ilkin satış qiyməti 100 000 (bir yüz min) manat müəyyən edilməklə, açıq hərracdan satılır və məcburi boşaldılır, satışdan əldə olunmuş pul vəsaiti Cavabdehin İddiaçıya olan borc qalığının ödənilməsinə, ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı yaranmış xərclərin və icra ödənişinin ödənilməsinə yönəldilir; 4.Sazişin icraya yönəldilməsi Cavabdehlər öhdəliklərini bu sazişlə müəyyən edilən qaydada yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, bu Saziş üzrə məhkəmə tərəfindən qəbul edilmiş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” AR Qanununa əsasən icra edilir.” Barışıq Sazişinin şərtlərini tərəflər qarşılıqlı razılıq-anlaşma ilə qəbul etmişlər, Saziş təsdiq edildiyi halda doğuracaq hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262-ci maddələrinin məzmunu tərəflərə aydındır və tərəflər könüllü olaraq bu Sazişi imzalamışlar və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən Barışıq Sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasından xahiş edirlər. Barışıq sazişinin şərtlərini nəzərədən keçirərək məhkəmə kollegiyası bu qənaətə gəlir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün barışıq sazişi qəbul olunmaqla təsdiq edilməli və prosessual qanunvericiliyin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtinaetmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinin tələblərinə müvafiq olaraq hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaç ı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 417.1 və 417.1.5-ci maddələrinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişi qəbul olunmaqla təsdiq edilməli və prosessual qanunvericiliyin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 262, 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: “xxxx” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Nümayəndə1, Cavabdeh1, “Varidatxxxx” MMC-nin direktoru X1, Cavabdeh2-nin barışıq sazişi təsdiq edilsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 04 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin mülki işin icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.