Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3576/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28, İddiaçı29, İddiaçı30, İddiaçı31 və İddiaçı32 cavabdehlər Bərdə rayonu Kürborakı kənd bələdiyyəsi, Cavabdeh3 (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: icarə müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28, İddiaçı29, İddiaçı30, İddiaçı31 və İddiaçı32 cavabdehlər Bərdə rayonu Kürborakı kənd bələdiyyəsi, Cavabdeh3 (Azərbaycan Respublikası Əmlak Mə sələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğvi” tələbinə dair iddiaları ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-42/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı26 (Vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 29 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bərdə rayonu Kürdborakı kənd bələdiyyəsinin 04 sentyabr 2004-cü il tarixli 05 saylı iclas protokoluna əsasən, Kürdborakı kənd sakin i Cavabdeh3 ərizəsinə əsasən Bələdiyyə mülkiyyətində olan əkinə yararlı sahədən kənd təsərrüfatı məhsulları istehsal etmək və heyvandarlığın inkişaf etdirmək məqsədi ilə 6,0 ha torpaq sahəsi ayrılaraq Cavabdeh3 icarəyə verilmişdir.
2. Bərdə rayonu Kürdborakı kənd bələdiyyəsinin 04 sentyabr 2004-cü il tarixli 03 saylı iclas protokoluna əsasən, Kürdborakı kənd sakini Cavabdeh3 ərizəsinə əsasən Bələdiyyə mülkiyyətində olan əkinə yararlı sahədən kənd təsərrüfatı məhsulları istehsal etmək və heyvandarlığın inkişaf etdirmək məqsədi ilə 6,0 ha torpaq sahəsi ayrılaraq Cavabdeh3 icarəyə verilmişdir. 3. 10 sentyabr 2004-cü il tarixli 02 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən, Kürdborakı bələdiyyəsinin 04 sentyabr 2004-cü il tarixli 05 saylı qərarı ilə 6,0 ha torpaq sah əsi 70 il müddətinə Cavabdeh3 icarəyə verilmişdir. 4. 10 sentyabr 2004-cü il tarixli 03 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən, Kürdborakı bələdiyyəsinin 04 sentyabr 2004-cü il tarixli 04 saylı qərarı ilə 6,0 ha torpaq sahəsi 70 il müddətinə Cavabdeh3 icarəyə verilmişdir.
5. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışa əsasən, Bərdə rayonu Şatırlı kəndində yerləşən 6,0 ha torpaq sahəsinin Bərdə rayonu Şatırlı Bələdiyyəsinin 10 sentyabr 2004-cü il tarixli 02 nömrəli qərarına əsasən, xx.xx.2004-cü il tarixdən xx.xx.2074-cü il tarixədək 70 il müddətinə Cavabdeh3 icarəyə verilməsi barədə hüquq 12 aprel 2016-cı il qe ydiyyat tarixli ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.
6. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışa əsasən, Bərdə rayonu Şatırlı kəndində yerləşən 4,0 ha torpaq sahəsinin Bərdə rayonu Şatırlı Bələdiyyəsinin 10 sentyabr 2004-cü il tarixli 03 nömrəli qərarına əsasən, xx.xx.2004-cü il tarixdən xx.xx.2074-cü il tarixədək 70 il müddətinə Cavabdeh3 icarəyə verilməsi barədə hüquq 12 aprel 2016-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.
7. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışa əsasən, Bərdə rayonu Şatırlı kəndində yerləşən 2,0 ha torpaq sahəsinin Bərdə rayonu Şatırlı Bələdiyyəsinin 10 sentyabr 2004-cü il tarixli 03 nömrəli qərarına əsasən, xx.xx.2004-cü il tarixdən xx.xx.2074-cü il tarixədək 70 il müddətinə Cavabdeh3 icarəyə verilməsi barədə hüquq 12 aprel 2016-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.
8. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinin rəisinin 24 may 2021-ci il tarixli 199 nömrəli məktubundan müəyyən edilir ki, Bərdə rayonu, Şatırlı kəndi ərazisində yerləşən 6,0 ha torpaq sahəsi üzrə verilmiş seriya RX-089131 saylı, 4,0 ha torpaq sahəsi üzrə verilmiş seriya RX-0829132 saylı, 2,0 ha torpaq sahəsi üzrə verilmiş seriya RX-0829 133 saylı çıxarışlara əsasən üzərində icarə hüququ tanınmış torpaq sahələri aqrar islahat zamanı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon Şöbəsi tərəfindən hazırlanmış elektron kadastr bazasında təyinatı bələdiyyənin ehtiyat fondu torpaqları kimi saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28, İddiaçı29, İddiaçı30, İddiaçı31 və İddiaçı32 (bundan sonra iddiaçılar, yaxud ad, soyadı) cavabdehlər Bərdə rayonu Kürb orakı kənd bələdiyyəsinə və Cavabdeh3 (bundan sonra cavabdehlər, yaxud bələdiyyə, soyad və adı) qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Bərdə rayonu Kürdborakı kənd bələdiyyəsi ilə digər Cavabdeh3 arasında 10 sentyabr 2004-cü il tarixdə 02 nömrə ilə bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilə əsasında Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişlər.
10. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Bərd ə rayonu Kürdborakı kənd bələdiyyəsinin 10 sentyabr 2004-cü il tarixli 02 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi” haqqında müqaviləsinə əsasən kəndin örüş otlaq sahəsinin 6,0 ha hissəsi 70 il müddətinə Cavabdeh3 istifadəsinə verilmişdir. Torpaq sahəsi kəndin örüş otlaq sahəsinə aid torpaq sahəsidir. Buna baxmayaraq, bələdiyyə ümumi istifadədə olan torpağı 70 il müddətinə icarəyə vermişdir. Kənd sakinləri artıq uzun müddətdir ki, məhkəmələrdə bu qanunsuzluğa qarşı mübarizə aparmışlar. Ona görə də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışlar.
11. Məhkəmə tərəfindən iş üzrə torpaqşünaslıq ekspertizası təyin edilərək müvafiq mütəxəssis rəyi alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş rəyə əsasən, ******* saylı çıxarışla Cavabdeh3 icarəsinə verilmiş 6,0 ha torpaq sahəsinin 0,99 ha hissəsi qamışlıq və şoranlıq əraziyə, 0,25 ha hissəsi su arxına və 4,76 ha hissəsi isə kənd təsərrüfatı təyinatlı əkin sahəsinə aiddir, Bərdə rayonu Kürdborakı kənd bələdiyyəsinin 10 sentyabr 2004-cü il tarixli 02 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi” haqqında müqaviləsinə əsasən Cavabdeh3 70 il müddətinə istifadəsinə verilmiş mübahisəli torpaq sahəsi ümumi istifadədə olan örüş torpaq sahəsinə aid olmamışdır.
12. Bərdə Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(021)-620/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Elsun Əhmədov) iddia təmin edilməmişdir.
13. Birinci instansiya məh kəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddia tələbini iddiaçılar məhkəmə araşdırması zamanı sübut edə bilməmişlər. Bundan başqa məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçılar Cavabdeh3 adına rəsmiləşdirilmiş torpaq sahələrinin örüş torpaq sahələri olmasını məhkəmədə dəfələrlə vurğulamış olsalar da, dəlillərini əsaslandıra biləcək sübut və ya fakt məhkəməyə təqdim edə bilmədilər. Əksinə olaraq Cavabdeh3 tərəfindən təqdim edilmiş elektron xəritələrin çıxarışlarından, keçirilmiş ekspertizanın rəyindən müəyyən edilir ki, mübahisəli torpaq sahələri örüş torpaq sahələri olmamışdır.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 706.1-ci, Torpaq Məcəlləsinin 84.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 88, 106.1, 119.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
15. Qətnamədən iddiaçılar İddiaçı1, İddiaçı26, İddiaçı2, İddiaçı4 və İddiaçı18 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Bərdə rayon Kürdborakı kənd bələdiyyəsinin 10 sentyabr 2004-cü il tarixli 2 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi” haqq ında müqaviləsinə əsasən kəndin örüş otlaq sahəsinin 6,0 ha hissəsi 70 il müddətinə Cavabdeh3 istifadəsinə verilmişdir. Həmin torpaq sahəsi kəndin örüş otlaq sahəsinə aid torpaq sahəsidir. Buna baxmayaraq, bələdiyyə ümumi istifadədə olan torpağı 70 il müddətinə icarəyə vermişdir. Kənd sakinləri artıq uzun müddətdir ki, məhkəmələrdə bu qanunsuzluğa qarşı mübarizə aparır. Sözügedən torpaq sahəsinə aid Bərdə rayon Şatırlı bələdiyyəsi tərəfindən verilən “Yerquruluşu və Plan” cizgi sənədinə əsasən Bərdə rayon Kürdborakı kənd sakini Cavabdeh3 istifadəsinə 6 ha torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsi ilə qonşu torpaqlar isə A-dan B-yə kimi “Elnur” KFT ilə, B-dən S-yə kimi örüş otlaq sahəsi, S-dən Aya kimi isə beton kanal ilə həmsərhəddir. Ancaq sonradan tərtib olunmuş Bərdə rayon Kürbo rakı bələdiyyəsi tərəfindən verilən “Yerquruluşu və Plan” cizgi sənədində isə yanlış olaraq Bərdə rayon Kürdborakı kənd sakini Cavabdeh3 istifadəsinə 6,0 ha torpaq sahəsi verilmiş, sözügedən torpaq sahəsi ilə qonşu torpaqlar isə A-dan B-yə kimi bələdiyyə torpağı ilə, A-dan kimi Rafiq Məmmədovun icarə torpağı, A-dan Q-yə və V-dən A-ya kimi isə su kanalı ilə həmsərhəddir. Bundan belə nəticəyə gəlmək olur ki, bir torpaq sahəsi üzərində iki bələdiyyə sərəncam verə bilməz. O cümlədən, mübahisələndirilən torpaq sahəsi əvvəlki cizgi sənədində göstərilən ərazi olmuşdur. Ancaq, sənəddə sözügedən torpaq sahəsinin səhvən kənd örüş-otlaq sahəsinin ərazisi kimi göstərilir. Bundan başqa hər iki plan və ölçü sənədində yerləşən və mübahisələndirirlən torpaq sahəsinin qonşularının fərqli olmasını nəzərə al saq sözügedən sənədlərin saxta olmasını təsəvvür etmək elə də çətin olmaz. Bundan başqa, məhkəmə işə baxıb qətnamə qəbul edən zaman 1997-ci ilə aid olan İslahat Komissiyasının xəritəsini və Yerli İslahat Komissiyasının tərtib etdiyi aktı sorğu verib almadan işə birtərəfli baxaraq qətnamə qəbul etmişdir.
17. Apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizaları təyin edilərək müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2023-cü il tarixli 10/6821 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Cavabdeh3 icarə hüququ qeydiyyata alınmış 6,0 ha torpaq sahəsinin koordinatları naturada və sənəd üzrə müəyyənləşdirilərək Elektron məlumat bazasında mövcud Bərdə rayonu Şortəpə təsərrüfatı ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsi və TEKUİS-i ilə müqayisələndirilərək Cavabdeh3 istifadəsində olan 6,0 ha torpaq sahəsinin 0,99 ha hissəsinin qamışlıq və şoranlıq əraziyə 0,25 ha hissəsinin su arxına və 4,76 ha hissəsinin isə kənd təsərrüfatı təyinatlı əkin sahəsinə aid olduğu və torpaq sahəsinin ümumi istifadədə olan örüş torpaq sahəsinə aid olmadığı müəyyən olunmuşdur.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2024-cü il tarixli 3-16-16/2-10/620 nömrəli ekspert rəyinə əsasən, ******* saylı ********** qeydiyyat nömrəli 12 aprel 2016-cı il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış üzrə Bərdə rayonu Şatırlı kəndində yerləşən 6 ha torpaq sahəsi üzərində 70 il mü ddətinə Cavabdeh3 icarə hüququ qeydiyyata alınan torpaq sahəsi TEKUİS məlumat bazasında mövcud hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********45 reyestr nömrəli çıxarışa əsasən iddiaçıların və cavabdehlərin koordinatları naturada müəyyən edilmişdir. ******* saylı ********** qeydiyyat nömrəli 12 aprel 2016-cı il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış üzrə Bərdə rayonu Şatırlı kəndində yerləşən 6,0 ha torpaq sahəsi üzərində 70 il müddətinə Cavabdeh3 icarə hüququ qeydiyyata alınan torpaq sahəsi iddiaçıların iddia etdikləri torpaq sahəsinin ərazi hüdudları ilə üst-üstə düşür. Bu rəyə əlavə edilmiş sxemdə öz əksini tapmışdır.
19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(104)-42/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Şamil Rzaquliyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, iddianın hansı səbəbdən təmin edilmədiyini konkret hallara istinadən və müfəssəl formada göstərməmişdir. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab etmişdir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndiril məli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.
21. Məhkəmə kollegiyası iş üzrə verilmiş ekspert rəylərini mötəbər sübut olaraq qiymətləndirmiş və qeyd etmişdir ki, alınmış ekspert rəylərinin qeyri-obyektiv olması barədə iddiaçı tərəfin arqumentləri əsassızdır. Çünki, rəydə göstərilən məlumatların həqiqiliyi şübhə altına alacaq hər hansı hal müəyyən olunmamışdır. Beləliklə, iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Bərdə rayonu Kürdborakı kənd bələdiyyəsi tərəfindən Cavabdeh3 icarəyə verilmiş 6,0 ha torpaq sahəsinin 0,99 ha hissəsi qamışlıq və şoranlıq əraziyə, 0,25 ha hissəsi su arxına, 4,76 ha hissəsi isə kənd təsərrüfatı təyinatlı əkin sahəsinə aiddir. Həmin torpaq sahəsi ümumi istifadədə olan örüş torpaq sahəsi deyil. Bununla yanaşı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 70 il müddətinə Cavabdeh3 icarə hüququ qeydiyyata alınan torpaq sahəsi iddiaçıların iddia etdikləri torpaq sahəsinin ərazi hüdudları ilə üst-üstə düşür. Göründüyü kimi, Bərdə rayonu Kürdborakı kənd bələdiyyəsi tərəfindən Cavabdeh3 icarəyə verilmiş 6 ha torpaq sahəsinin ümumi istifadədə olan örüş torpaq sahəsi olması öz təsdiqini tapmır. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh3 icarə hüququ qeydiyyata alınan torpaq sahəsi iddiaçıların iddia etdikləri torpaq sahəsinin ərazi hüdudları ilə üst-üstə düşür ki, bu hal da bir daha Cavabdeh3 icarəsinə verilmiş torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsinin eyni torpaqlar olması qənaətinə gəlməyə əsas verir.
22. İddiaçı tərəf iş üzrə keçirilmiş ekspert rəylərinin düzgün olmadığını iddia etsə də, bu dəlili kimi hər hansı bir əsaslı arqument irəli sürə bilməmişlər. Hərçənd ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssis rəyləri və həmin rəylərə əlavə edilmiş mübahisəli torpaq sahəsinin ölçü planı ilə torpaq sahələrinin yerləşmə koordinatları və cavabdehin torpaq sahəsindən faktiki istifadə vəziyyətləri aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəylərin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı bir şübhə yaratmamışdır.
23. Həmçinin diqqət yetirilməli hal olmuşdur ki, iddiaçıların etibarsızlığını tələb etdiyi cavabdeh Bərdə rayonu Kürdborakı kənd bələdiyyəsi ilə digər Cavabdeh3 arasında bağlanmış 10 sentyabr 2004-c ü il tarixli 2 nömrəli icarə müqaviləsi Bərdə rayonu Kürdborakı kənd bələdiyyəsinin 04 sentyabr 2004-cü il tarixli 05 qərarı əsasında bağlanmışdır. Sözügedən icarə müqaviləsinin bağlanmasının kökündə dayanan inzibati akt sayılan bələdiyyənin qərarında da hüquqi qüvvəsini itirməmişdir ki, belə olan təqdirdə, icarə müqaviləsinin etibarsızlığı barədə irəli sürülən iddianın təmin olunması yolverilən deyildir.
24. Apellyasiya instansiyası məhkəməsi işin şərh olunan hallarını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbində əsaslandırılmış hallar öz təsdiqini tapmamışdır. Cavabdeh Bərdə rayonu Kürdborakı kənd bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 10 sentyabr 2004-cü il tarixli 2 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas olmamışdır. Gəldiyi qənaətə uyğ un olaraq məhkəmə kollegiyası, Cavabdeh3 adına X1 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2016-cı il tarixli çıxarışın ləğv olunması tələbi üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulamış, mübahisəli torpağa dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsinin, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna etməsini qeyd etmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 706.1-ci, Torpaq Məcəlləsinin 47.3-cü, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.3, 11.9-cu və Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88, 119.1, 124.2, 217.3, 384.0.2 və 385.1.1-ci maddələrinə istina dla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
26. Qətnamədən İddiaçı26 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, işə baxan apellyasiya instansiyası məhkəməsi heç bir sübutu nəzərə almadan iddianı sadəcə cavabdehin maraqları üçün təmin etmiş, faktları nəzərə almamış, hüquq və azadlıqlarının məhkəmədə müdafiəsi təmin edilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
28. Cavabdeh3 nümayəndə si və vəkili Nümayəndə İddiaçı26 tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz göndərək, kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
29. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
30. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olm ayan müqavilələr də bağlaya bilərlər.
31. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
32. Maddə 706.3. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
33. Maddə 47 (3-cü hissə). Bələdiyyənin ümumi istifadədə olan torpaqlarına bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsər rüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və ahilinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.
34. Maddə 67 (1-ci hissə). Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu.
35. Maddə 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları ya lnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir.
36. Maddə 11.9. Bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlu matlar sübutlar hesab olunur.
39. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar la əsaslandırır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanıl malıdır.
47. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırı lmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə İddiaçı26 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçıya münasibətdə bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğ v olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əs asları düzgün müəyyən edilmişdir.
53. Bununla belə məhkəmə kollegiyası işə baxan apellyasiya instansiyası məhkəməsinin heç bir sübutu nəzərə almadan iddianı cavabdehin maraqları üçün təmin etməsi, faktları nəzərə almaması, hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinin təmin edilməməsi barədə kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə iki dəfə məhkəmə tikinti-texniki ekspertizsı təyin edilərək müvafiq rəylər alınmış və həmin rəylərə uyğun olaraq yekun qərar qəbul edilmişdir.
54. Apellyasiya instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, Bərdə rayonu Kürdborakı kənd bələdiyyəsinin 04 sentyabr 2004-cü il tarixli 05 saylı iclas protokolu ilə Kürdborakı kənd sakini Cavabdeh3 ərizəsinə əsasən bələdiyyə mülkiyyətində olan əkinə yararlı sahədən kənd təsərrüfatı məhsulları istehsal etmək və heyvandarlığın inkişaf etdirmək məqsədi ilə 6,0 ha torpaq sahəsi ayrılaraq Cavabdeh3 icarəyə verilməsi qərara alınmış, həmin iclas protokolunun nəticəsi əsasında Bərdə rayonu Kürdborakı kənd bələdiyyəsi ilə Cavabdeh3 arasında 10 sentyabr 2004-cü il tarixli 02 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Kürdborakı bələdiyyəsinə məxsus 6,0 ha torpaq sahəsi 70 il müddətinə Cavabdeh3 icarəyə verilmiş, müqavilə üzrə Cavabdeh3 torpaq sahəsinə icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq onun adına müvafiq çıxarış verilmişdir. İddiaçılar sözügedən torpaq sahəsinin kəndin örüş otlaq sahəsi olduğunu əsas göstərməklə hazırkı tələblə məhkəməyə müraciət etsələr də, ekspert rəyləri ilə Cavabdeh3 icarə hüququ qeydiyyata alınmış 6,0 ha torpaq sahəsinin 0,99 ha hissəsinin qamışlıq və şoranlıq əraziyə, 0,25 ha hissəsinin su arxına, 4,76 ha hissəsinin isə kənd təsərrüfatı təyinatlı əkin sahəsinə aid olduğu və torpaq sahəsinin ümumi istifadədə olan örüş torpaq sahəsinə aid olmadığı müəyyən olunmuşdur. Odur ki, kassasiya şikayətinin yuxarıda qeyd olunan dəlilləri əsassızdır.
55. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkə məsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkə mənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
58. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsini n qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı26 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-42/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.