Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3577/2021 23.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi, pulun ödənilmiş hesab edilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılması, son kirayə haqqının ödənilməsi və mənəvi ziyan” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İlk iddia üzər cavabdeh (qarşılıqlı idd ia üzrə iddiaçı) Cavabdeh və vəkili xxx oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2021-ci il tarixli, 2(103)1596/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı və X3 05 avqust 2011-ci il tarixdə nikaha daxil olmuş, nikahlarının ləğvi 15 may 2012-ci il tarixdə qeydə alınmışdır. ünvan 1 ünvanında yerləşən 28,9 kv.m ümumi sahəsindən, 16,1 kv.m yaşayış sahəsindən, 12,8 kv.m yardımçı sahədən ibarət 1 otaqlı mənzili xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 24 may 2012-ci il tarixdə qeydi yyata alınmışdır. İddiaçı özünə məxsus ünvan 1 küçəsi, ev 44, 6 nömrəli mənzilini 23 yanvar 2018-ci il tarixdə Cavabdeh satmış və həmin mənzil üzərində xüsusi mülkiyyət hüququ Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 31 iyul 2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, götürülmüş pulun ödənilmiş hesab edilməsi və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı qarşı ünvan 1 küçəsi, ev 44, 6 saylı mənzilə istifadə hüququna xitam verilməsinə dair iddia tələbi ilə məhk əməyə müraciət etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən ona 2020-ci ilin fevral ayında məlum olmuşdur. Həmin mənzili “sosial ev” kimi əldə edilməsi üçün "xxxx" ASC-dən girov qoyulmaqla götürülmüş kredit hesabına 24 aprel 2012-ci il tarixli müqavilə əsasında X1 alınmışdır. Həmin zaman İddiaçı X3 ilə birgə nikahda olmuş, qeyd olunan əmlak onların birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunur. İddiaçı bir müddət ipoteka kreditini ödəsə də, işlə bağlı problemləri yarandığından, kreditin ödənişində problemlərin aradan qaldırılması məqsədilə, Cavabdeh hissə-hissə ödəmək şərti ilə borc almış, zəmanət məqsədi ilə həyat yoldaşının xəbəri olmadan mənzilə dair 23 yanvar 2018-ci il tarixli alqısatqı m üqaviləsi bağlanmışdır. Cavabdeh ona verdiyi pulun artıq 2/3 hissəsinə yaxın qismini qaytarmışdır. İddiaçı Cavabdeh qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 2 ünvanından olan mənzilindən çıxarılması, son kirayə haqqını ödədiyi 2018-ci ilin sentyabr ayından iş üzrə yekun məhkəmə aktı icraya yönəldiyi ana qədər aylıq 300 manat olmaqla, kirayə haqqının hesablanaraq ödənilməsi, həmçinin bu günə qədər mənzilindən qanunsuz istifadə nəticəsində ona vurmuş olduğu mənəvi ziyana görə 10000 manat məbləğin, həmçinin 30 manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia onunla əsaslandırılmışdır ki, İddiaçı mənzili satdıqdan sonra həmin mənzildə kirayə qalmasını xahiş etmiş, Cavabdehlə hər ay 300 manat olmaqla, almış ol duğu mənzili ona kirayə verməyə razılaşmış, sonuncu bir neçə ay kirayə haqqını ödəsə də, sonradan kirayə pulunu ödəməmişdir. İddiaçı evindən çıxmasını tələb etsə də, bundan qərəzli olaraq imtina etmiş, bunun nəticəsində məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı alqı-satqı müqaviləsi bağlandığı zamandan yəni 23 yanvar 2018-ci il tarixindən onun evindən istifadə edərək, kirayə haqqını da ödəmədiyini, nəticə də onun öz evindən fayda götürmək hüququ da pozulmuşdur. Cavabdehin Cavabdeh həmin mənzili kirayə vermək məqsədi ilə aldığından xəbəri olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(005)1914/2020 nömrəli qətnaməsi ilə (hakim A.N.Novruzova) ilk iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək, İddi açı ünvan 2 saylı mənzildən çıxarılması, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılarkən Mülki Məcəllənin 337-ci və ya 339-cu maddələrinin tələblərinin pozulması, o cümlədən iddiaçının aldadılması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Hüquqi nəticə etibarı ilə iddiaçı (səlahiyyətli nümayəndəsi vasitəsilə) iradə ifadəsini bildirməklə həmin müqaviləni imzalamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisə predmeti olan əmlakın birgə nikah dövründə əldə edilmiş əmlakı olması iş materialları ilə təkzib olunur. Müqavilə forma baxımından bütün tələblərə əməl edilməklə bağlanmış və notariat qaydasında təsdiqlənmişdir. Məhkəmə hesab ed ir ki, iddiaçı tərəflər aralarında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin birgə nikah dövründə əldə edilmiş əmlak olduğu üçün ərini razılığının olmasının zəruriliyin iddia etsə də, bu halı sübuta yetirə bilməmişdir. Hüquqi nəticə etibarı ilə tərəflər öz iradə ifadələrini bildirməklə sərbəst surətdə öz aralarında alqısatqı müqaviləsi bağlamışlar və həmin müqaviləyə əsasən mənzili iş üzrə Cavabdeh satmışdır. Qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə müəyyən etmişdir ki, ünvan 2 Cavabdeh mülkiyyətində olmasına baxmayaraq, cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir, qarşılıqlı iddiaçı həmin yaşayış sahəsini cavabdehin qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etsə də, c avabdeh əmlakı boşaltmaqdan imtina etmişdir. Bu hal qarşılıqlı iddia üzrə iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla mülkiyyət hüququnu kobud şəkildə pozur. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının “kirayə haqqının ödənilməsi” tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh və İddiaçı arasında kirayə müqaviləsi mövcud deyil. Bu baxımdan, qarşılıqlı iddiaçının göstərilən tələbi əsassızdır. Məhkəmə iddia tələbinin “mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlmişdir ki, iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Digər tərəfdən, qarşılıqlı iddiaçının tələbinin qismən təmin olunması iddiaçıya münasibətdə ədalətli kompensasiyanı əvəz edir. b) Apellyasiya ins tansiyası məhkəməsində icraat İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(005)1914/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2021-ci il tarixli, 2(103)-1596/2021 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və İ.Ə.Kərimlidən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(005)-1914/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apelly asiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, müqavilə tərəflərin iradə ifadəsinə uyğun bağlanmış, iddiaçı mübahisə predmeti olan mənzilin keçmiş əri ilə birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunduğunu göstərsə də, bu cür iddia irəli sürməklə keçmiş ərinin mənafeyi baxımından hansı subyektiv hüquqa malik olduğunu açıqlamamış, iddiaçı mübahisəli mənzilə dair cavabdehlə alqı-satqı müqaviləsini kredit ödəməsi ilə bağlı problemləri yarandığı üçün həyat yoldaşının xəbəri olmadan “çıxış yolu” kimi, yəni “görüntü üçün” cavabdehdən pul aldığı üçün bağlandığını və artıq həmin pulun da üçdə iki hissəsini qaytardığı göstərsə də, buna dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahat ları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2021-ci il tarixli, 2(103)-1596/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində göstərilən hallara istinad edilməkdə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, o cümlədən işə baxılmasında onun iştirakı təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ilk iddia üzər c avabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına iddiaçı və vəkili gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi q əbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Hazırki kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılm ası təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlıl ığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar ya zılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şika yətinin dəlillərinə uyğun araşdırma aparılmış, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verməklə yekun nəticəyə gəlinmişdir. İzah olunmalıdır ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; məzmunu; forması; iradə və iradə ifadəsi. Yuxarıda qeyd olunduğu kimi, bağlanmış əqdin etibarlılığı sonuncu əsasa görə, yəni iddiaçının alqı-satqı müqaviləsi bağlamağa iradə ifadəsinin olmaması – iddiaçının müqaviləni cavabdeh ilə arasında olan borc münasibətlərinin pərdələnməsi məqsədi ilə imzalaması, eyni zamanda müqavilənin predmeti olan mənzilin keçmiş həyat yoldaşı ilə birgə mülkiyyəti olmasına baxmayaraq, sonuncunun əqdi bağlamağa icazəsinin olmaması əsası ilə mübahisələndirilmişdir. Bununl a bağlı qeyd olunmalıdır ki, yuxarıda qeyd olunan mülki prosessual normalara görə mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. H ər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın və müvafiq olaraq iddiaçının şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verilmiş və müəyyən etmişdir ki, müqavilənin etibarsızlığı üçün əsas olan sübutlar iş materiallarında mövcud deyildir. Kassasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən iddiaçı apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən olunmuş qaydada xəbərnaməli poçt vasitəsi ilə məlumatlandırılmış, lakin o, məhkəməyə gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq müalicəsi ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İddiaçı müraciətinə dair sübut təqdim etmədiyindən apellyasiya instansiyası məhkəməsinin işə iddiaçının iştirakı olmadan baxılması Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi a pellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv a raşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 20 21-ci il tarixli, 2(103)-1596/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3577/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3577/2021
23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver