Məhkəmə qərarları › İş №2(102)-3578/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3578/2021

01.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3578/2021 01.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3578/21 (Açar sözlər: maddi zərər) Bakı şəhəri, 01 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2186/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 01 iyun 2021- ci il tarixdə Al i Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı İB-nə vurulmuş 4757.90 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 4787.90 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İB ila abonent Cavabdeh arasında 13.03.2020-ci il tarixində 04-213 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazı n alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqaviləəsasında İddiaçı İB abonent Cavabdeh məxsus evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satış Departamenti tərəfindən **********00001 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yasayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G4 markalı 1 **********2 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarimbəndinin və “X1 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qosulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans va istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evini t əbii qaz xətti üzərində quraşdırılmış qaz saygacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttina özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar ya faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1 pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, 11.05.2017-ci il t arixli 0120909saylı akt əsasında 352 manat; 13.12.2017-ci il tarixli ******* saylı akt əsasında 410,40 manat; 26.01.2018-ci il tarixli ******* saylı akt əsasında 643,20 manat; 09.02.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat; 30.03.2018-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; 19.04.2018-ci il tarixli ******* saylı akt əsasında 129,60 manat; 21.05.2018-ci il tarixli ******* saylı akt əsasında 107,60 manat; 22.06.2018-ci il tarixli ******* saylı akt əsasında 119 manat; 31.07.2018-ci il tarixli 0175951saylı akt əsasında 104,40 manat; 26.09.2018-ci il tarixli ******* saylı akt əsasında 187,20 manat; 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat; 31.11.2018-ci il tarixli ******* saylı akt əsasında 46,80 manat; 28.12.2018-ci il tarixli ******* say lı akt əsasında 57,60 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 244,80 manat; 29.03.2019cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 756 manat; 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; 13.03.2020-ci il tarixli ******* saylı akt əsasında 127,90 manat; cəmi 4492,50 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 112,40 manat, əvvəlki illərdən isə 153 manat borcu qalmışdır. Cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda saldo üzrə ümumi 4757,90 manat təşkil etməkdədir.İddiaçı İB-nın nümayəndələri tərəfindən cavabdehə 4757,90 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün iddiaçı tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 02 noyabr 2020-ci il ta rixli, 2(003)-3321/2020 saylı qətnaməsi ilə (hakim Emin Məmmədli) iddia qismən təmin edilərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 242 manat pul və 10 manat dövlət rüsumu olmaqla, cəmi 252 manatın tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, tərəflərin məhkəmə iclasında vermiş olduqları izahatlarına, işin məhkəmə iclasında araşdırılan hallarına əsasən müəyyən edilmişdir ki, təbii X1 pozulması haqqında tərtib edilmiş aktlar cavabdehin iştirakı olmadan tərtib edilmiş, aktların surətləri cavabdehə təqdim edilməmişdir. Bununla da, iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Bundan başqa iddiaçı tərəf məhkəmə araşdırması zamanı borcun hansı qaydada və əsasla hesablanması kimi z iddiyyətləri də izah edə bilməmişdir. Həmçinin 4645,5 (4492,5 + 153,0) manat borcun olmasını təsdiq edən heç bir sübut təqdim etməmiş və məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, zərərin hesablanmasına əsas olmuş aktlar tərtib edilərkən cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktın bir surəti digər tərəfə təqdim edilməmiş, formal olaraq abonentin imtina etməsi qeyd edilmişdir. Bundan əlavə, aktların tərtib edilməsi vaxtı evə baxış keçirilmədən fərqli qaz avadanlıqlarının olması qeyd edilməklə həmin avadanlıqların qaz sərfiyyatı nəzərə alınmışdır. Belə olan halda, müvafiq aktların tərtibi zamanı həqiqətən də, evə baxış keçirilməməsi, eyni zamanda abonentin və ya ünvanda yaşayan hər hansı bir ailə üzvünün imtina etməsinin formal olaraq göstərilməsi də öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, iddiaçı təşkilat qaz sayğacına müdaxilənin məhz cavabdeh tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə zərər hesablamışdır. Məhkəmə qeyd edilənləri və cavabdeh tərəfindən yuxarıda göstərilən və onun tərəfindən qəbul edilmiş 19.04.2018-ci il tarixli ******* saylı akt üzrə 129,60 manat cavabdehin qanunsuz olaraq təbii qazdan istifadə etməsini təsdiq edən sübut kimi qəbul etməklə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, cavabdeh tərəf həmin hissədə iddia tələbini qəbul etməklə iddiaçının bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların iddiaçı t ərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən etiraf edilən akt (19.04.2018-ci il tarixli ******* saylı akt) istisna olmaqla digər aktlara əsasən dəymiş zərərin tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilə bilməz. Eyni zamanda iddiaçı tərəfin özünün də, iddiasında qeyd etdiyi 2013-cü ilə dair sənədi tapılmayan dövr üçün tələb edilən 153,0 manat zərərə aid hissəyə münasibətdə də məhkəmə hesab edir ki, həmin hissədə də, iddia əsassız olmaqla təmin edilə bilməz. Belə ki, sübutetmə yükü iddiaçıda olmaqla onun tərəfindən tələb edilən məbləğdə borcun yaranmasına əsas olan sənədlər də məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbi i qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasına iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı Cavabdeh tələb olunan 4515,9 (4645,5-129,60) manat məbləğində borcun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməklə zərərin hesablanmasına səbəb olmuş aktların qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin təqsiri sübut olunmadığından, habelə, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. İddia tələbinin 112,40 manat məbləğində olan hissəsinə məhkəmə qiymət verərək hesab edir ki, tələbin həmin hissəsi cavabdehin fakti təbii qazdan istifadə etdiyinə görə yaranmış borc olduğundan həmin hissədə tələb təmin edilərək 112,40 manat borc cavabdehdən İddiaçı İB-nin xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 443.1, 443.2-ci, “Qaz təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13, 21.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.1.7, 4.8, 4.9, 5.2, 5.4, 5.5, 6.5, 6.7-ci və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı, 31.05.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edilən” Qaydaların 5.1-ci bəndi ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Babayev- sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 2(103)-2186/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3321/2020 saylı, 02.11.2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunun tələbinə görə, akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlaçıya təqdim edilməlidir. Lakin, iş materiallarında olan müvafiq akt istehlakçıya təqdim edilməmişdir. İşin müəyyən olunmuş hallarına əsasən zərərin hesablanmasına əsas olmuş aktlar tərtib edilərkən cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktın bir surəti digər tərəfə təqdim edilməmiş, for mal olaraq abonentin imtina etməsi qeyd edilmişdir. Bundan əlavə, aktların tərtib edilməsi vaxtı evə baxış keçirilmədən fərqli qaz avadanlıqlarının olması qeyd edilməklə həmin avadanlıqların qaz sərfiyyatı nəzərə alınmışdır. Belə olan halda, müvafiq aktların tərtibi zamanı həqiqətən də, evə baxış keçirilməməsi, eyni zamanda abonentin və ya ünvanda yaşayan hər hansı bir ailə üzvünün imtina etməsinin formal olaraq göstərilməsi də öz təsdiqini tapır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddi açı (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmamış hissəsində, yəni mübahisələndirilən hissəsində yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qətnamədə göstərdiyi dəlillər işin faktiki v ə həqiqi hallarına uyğun olmadığından, apelyasiya instansiya məhkəməsi iddia tələbinin təmin olunmamış hissəsində tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Qətnamədə tərəflər arasında yaranmış mübahisəni tənzimləyən Mülki Məcəllənin 14.2.6. 21.1, 21.2, 386, 442, 443.1, 443.2, 448.2, 1096, 1097.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.3, 217.4, 218.1, 392.1.5, Qaz təchizatı haqqında Qanunun 6.2, 20 və 22-ci maddələri pozulmuş və ümumiyyətlə tətbiq edilməmişdir. Apelyasiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində göstərilmiş “Qazdan istifadə qaydaları”nın 3.1.7, 4.8, 4.9, 5.2, 5.4 və 55.5-ci bəndlərinin isə tərəflər arasında yaranmış mübahisəyə heç bir aidiyyəti yoxdur. Məhkəmələr tərəfindən müvafiq mülki işə baxılarkən, cavabdehin adına qey diyyata alınmış smart qaz sayğacı üzrə SALDO-ya (GASREPORT proqramı üzrə) nəzər salınmamış, həmin sənəd sübut qismində məhkəmələrdə ətraflı tədqiq edilməmiş və qətnamədə göstərilməmişdir. Cavabdeh onun barəsində tərtib olunmuş aktlardan biri üzrə aşağı məbləğlı borcu etiraf edərək təbii qazdan yalnız bir dəfə qanunsuz istifadə etdiyini bildirmiş, bununla da barəsində hesablanmış digər əsaslı borcları üzərindən kənarlaşdırmışdır. Cavabdeh tərəfindən təbii qazdan uzun müddətə qanunsuz istifadə halı iş materiallarına əlavə edilmiş kifayət qədər güclü, aydın və biri-birinə uyğun gələn mötəbər sübutlarla (aktlar, hesabatlar, fotoşəkillər, təbii qazdan istifadə üzrə ödəniş cədvəlləri olan abonent saldoları), cavabdehin etirafı) təsdiq olunur. Apelyasiya kollegiyası maddi və prosessual hüquq norm alarının pozuntusu ilə qətnamə qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdeh X2 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməs ini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. və 448.2. Əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklə rinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respu blikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilmədiyi hissədə mü bahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissədə ləğvi xahiş edildiyindən məhkəmə aktı qeyd olunan hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehdən qanunsuz qoşulma nəticəsində yaranmış m addi zərər və istifadə edilmiş qaza görə ödənilməmiş məbləğ tələb etməsinə baxmayaraq, məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçının sübut olaraq təqdim etdiyi əməkdaşları tərəfindən tərtib edilmiş akta gəldikdə isə, həmin akt cavabdehin və ya şahidlərin iştirakı ilə tərtib edilməmiş və aktın surəti cavabdehə təqdim edilməmişdir. Belə ki, bu hal iş materialları ilə müəyyən edilmir. Bununla yanaşı, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5 və 67-ci bəndlərinin tələblərinə əməl edilməmiş, qaz xəttinə qanunsuz qoşulma aşkar edilən kimi qaz paylayıcısı olaraq qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmamış və dəym iş ziyanın ödənilməsi ilə bağlı tədbir görməmiş, hüquqdan suiistifadə halına yol verməyə çalışmışdır. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2186/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar