Məhkəmə qərarları › İş №2(102)-3580/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3580/2019

27.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3580/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə iddiaçı “xxxx” QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-xx/18) iddiaçı “xxxx” QSC-nin cavabdehlər Cava bdeh1 və Cavabdeh2 qarşı “digər xərclərin tutulması” tələbinə dair iddiası təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2677.62 AZN məbləğində pulun və 30 AZN dövlət rüsumunun tutularaq İddiaçı-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Xəlilov-sədrlik edən və məruzəçi, X.Cəmilova və İ.Kərimli, iş № 2(103)xx/19) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarxili qətnaməsi ləğv olunmuş və iddia təmin edilməmişdir. İş üzrə iddiaçı “xxxx” QSC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsin in ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı “xxxx” QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən bank qarşısında götürdükləri kredit öhədliklərini pozduqları üçün 2013-cü il buraxılışlı, **-HV-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Camaro” minik markalı avtomobilin bankın mülkiyyətinə keçirilməsi ilə bağlı hərrac xərcləri daxil olmaqla ümumilikdə 2677.62 AZN məbləğində vəsaitin (banka vurulmuş maddi ziyanın) və 30 AZN dövlət rüsumunun tutularaq İddiaçı-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili T.Şahbazov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdi. Cavabdeh2 və eləcə də digər Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi K.Vəliyev Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən onların izahatları dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil T.Şahbazovun izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianın rədd olunması barədə yeni qətnamə çıxararkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinink xx xxx 2015-ci il tarixli qətnaməsi ilə xx xxx 2014-cü il tarixli 163991/1 saylı kredit müqaviləsi üzrə 15286 ABŞ dolları 37 sent əsas borc, 1001 ABŞ dolları 40 sent faiz borcu, 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 16337 ABŞ dolları 77 sent məbləğində pulun məzənnə üzrə manatla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub iddiaçı “xxxx” ASC-yə ödənilməsi qət edilmişdir. xx xxx 2017-ci il tarixli, 969 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Nəsimi rayon İcra Şöbəsinə “xxx” markalı, **-xx-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin hərracının həyata keçirilməsi ilə bağlı xidmət haqqı olaraq 1562 manat pul ödənişini həyata keçirmişdir. xx xxx 2017-ci il tarixli, 798 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı X2 MMC-yə “xxx” markalı, **-xx-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin avto qiymətləndirilməsi üçün 1115 manat (min yüz on beş) manat 62 (altmış iki) qəpik mbələğində pul ödənişini həyata keç irmişdir. İddiaçının tələbi qətnamənin məcburi icrası ilə bağlı xərclərin tutulması ilə bağlıdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçının tələbinin qanuni əsası kimi Azərbayçan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi tətbiq oluna bilər. Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək ücün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən cıxmış fayda) başa düşülür. İddiaçı məcburi icra tədbirlərinin keçirilməsi üçün 1562 manat və hərracın xərcləri kimi 1115 manat (min yüz on beş) manat 62 (altmış iki) qəpik pul tələb edir. “İcra haqqında” Qanunun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qanunun məzmunundan göründüyü kimi həmin pul məbləği borcludan o vaxt tutulur ki, borclu icra sənədini könüllü olaraq icra etmir və icra məmuru məcburi icra tədbirləri həyata keçirir. Hər iki tərəf təsdiq edir ki, tələbin yönəldiyi və məcburi icra tədbirinin keçirilməsi üçün yeganə obyekt olan avtomaşın qətnamə çıxmamışdan əvvəl banka təhvil verilmişdir. Cavabdeh israr edir ki, avtomaşını banka təhvil vermiş və onun tutmaya yönəldilməsinə heç bir maneə törətməmişdir. İddiaçı da, borclunun icraya mane olmasına dair heç bir sübut təqdim etməmişdir. M ülki iş materiallarında həmin icra sənədi ilə bağlı icra məmuru tərəfindən hər hansı məcburi icra tədbirləri həyata keçirilməsi barədə sübut yoxdur. Hətta, iddiaçı bank tələbini əmlakla bağlı hərracların keçirilməsi ilə əlaqələndirsə də, bununla bağlı mülki iş materiallarına heç bir sübut təqdim etməmişdir. İddiaçının yeganə sübutu icra şöbəsinə ipotka ilə yüklü edilmiş avtomaşına görə 7% ödənilməsi ilə bağlı ödəniş tapşırığıdır. Apellyasiya instansiyası məhkəməsi həmin sənədi iddianın təmin olunması üçün kifayət hesab etməmiş və qeyd etmişdir ki, iddianın təmin olunması üçün iddiaçı sübut etməlidir ki, icra sənədinin icrası zamanı məcburi icra tədbirlərinə zərurət yaranmış, belə hərəkətlər həqiqətən keçirilmiş və məhz həmin hərəkətlərin həyata keçirilməsi ilə bağlı icra sənədi icra edilmi şdir. Məhz bundan sonra məcburi icra tədbirləri ilə bağlı həyata keçirilmiş ödənişin 7%-i icra şöbəsinin hesabına ödənilə bilər. Qeyd olunan hərəkətlərin həyata keçirilməsini təsdiq edən sübutların olmadığı halda iddia təmin oluna bilməz. Əks halda mövcudluğu sübuta yetirilməyən xərclər əsassız məhkəmə qərarlarının qəbul edilməsinə şərait yaratmış olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. xx xxx 2017-ci il tarixli, 798 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı “X2” MMCyə “xxxxx” markalı, **-xx-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin avto qiymətləndirilməsi üçün 1115 manat (min yüz on beş) 62 (altmış iki) qəpik məbələğində pul ödənişini həyata keçirmişdir. İşdə “X2” MMC-nin belə bir qiymətləndirmə rəyi verməsi, rəyin xərclərinə dair müvafiq sənəd yoxdur. İddiaçının nümayəndəsi apellyasiya icraatı zamanı təsdiq etmişdir ki, həmin sənəd düzgün tərtib edilməmişdir, tələb olunan məbləğ əslində hərracın keçirilməsi ilə bağlı xərclərdir. Apellyasiya instansiyası məhkəməsi yenə də, yuxarıda qeyd olunduğu kimi sübutetmə normalarını tənzimləyən prosessual hüquq normalarına istinad edərək hesab etmişdir ki, iddiaçı bu halı da sübuta yetirə bilməmiş, ziddiyyətli izahatlar verm əklə iddianın əsaslılığını, təqdim edilən sübutların həqiqiliyini şübhə altına almışdır. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 385.1.1-ci maddələrini rəhbər tutaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və sübuta yetmədiyinə görə iddianı rədd etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılması ndan və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara m übahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutu n məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmən alı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı “xxxx” QSC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(103)-xx/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar