Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3580/2023 04.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Prosessual qanunvericilyin tələblərinə zidd olunması,səlahiyyəti olmayan şəxs tərəfindən şikayət verilməsi əsasında geri qaytarılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğıu (məruzəçi), X3 və X4 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5061/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 04 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yaz ılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdehnə qarşı mənzilin ölçüsünə görə artıq alınmış 16864 manatın, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 140 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(001)-289/2023 nömrəli iş üzrə xx.xx.2023-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
3. İddiçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermiş, həm də apellyasiya şikayətinin verilməsi üçün prossesual müddətin bərpası barədə ərizə təqdim etmişdir.
4. Binəqədi Rayon Məhkəməsinin e-2(001)-289/2023 nömrəli iş üzrə xx.xx.2023-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır.
5. İddiaçının nümayəndəsi xx.xx.2023-cü ildə yenidən qətnamədən apellyasiya şikayəti vermiş, instansiya məhkəməsinin 13 iyun 2023-cü il tarixli qərardadı ilə forması MPM-də göstərilən “Əlavə-2”də müəyyənləşdirilmiş qaydada olmadığından apellyasiya şikayəti geri qaytarılmışdır.
6. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə qətnamədən yenidən apellyasiya şikayəti vermiş, şikayətə buraxılmış prosessual müddətin bərpasına dair ərizə də etmişdir.
7. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 289/2023 saylı qərardadına əsasən, müddətin bərpasına dair ərizə təmin edilmişdir.
8. Daha sonra cavabdehin nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərardadı ndan şikayət vermişdir.
9. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 289/2023 saylı qərardadına əsasən cavabdeh və onun nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5061/2023 nömrəli iş üzrə xx.xx.2023-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, iş geri qaytarılmışdır.
11. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MPM-in 363.1.1 və 362.5ci maddələri ilə əsaslandıraraq hesab etmişdir ki, cavabdehin nümayəndəsi Vəkil müvafiq səlahiyyətə sahib olduğuna dair elektron sistemə Cavabdeh MMC-nin direktoru qismində Eldəniz Əliyevin imzaladığı etibarnamə yerlə şdirilsə də, Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yer alan məlumatına əsasən Cavabdeh MMC-nin qanuni təmsilçisi X1r.
12. Məhkəmə kollegiyası əlavə olaraq onuda qeyd etmişdir ki, Cavabdeh MMCnin direktoru qismində Eldəniz Əliyevin müvafiq səlahiyyətə malik olduğunu təsdiq edən hər hansı sənəd isə iş materiallarına əlavə olunmamışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh (Vəkil oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 2(103)-5061/2023 nömrəli iş üzrə xx.xx.2023-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
14. Şikayət belə əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin direktoru qismində Eldəniz Əliyevin imzaladığı etibarnamə yerləşdirilsə də, Dövlət Ve rgi Xidmətinin rəsmi internet səhifəsində yer alan məlumata əsasən Cavabdeh MMC-nin qanuni təmsilçisi X1r.” Lakin, məhkəmə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinə diqqət yetirməmişdir ki, adı gedən etibarnamə imzalanarkən Cavabdeh MMC-nin direktoru qismində Eldəniz Əliyev olmuş, həmin etibarnamə hüquqi şəxsin adından verilmiş və hüquqi şəxsin icra orqanın (direktorunun) dəyişməsi həmin etibarnamənin qüvvədən düşməsinə səbəb olmur. Göründüyü kimi şikayət vəkil-nümayəndə tərəfindən qüvvədə olan, qanuni əsaslarla verilmiş, hüquqi şəxsin hazırkı qanuni təmsilçisi tərəfindən də bəyənilmiş, yeni etibarnamə verilmiş və vəkill kimi müqavilə də imzalanmışdır. Məhkəmə isə heç bir qanuni əsaslar olmadan şikayət mümkünsüz saymışdır. b)
15. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kas sasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 362.5.Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır.
18. Maddə 363.1. və 363.1.1. Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsa apellyasiya şikayəti b irinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
19. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
20. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.
21. Maddə 417.1. və 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri
22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlama q zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 21 iyul 2023-cü il tarixli qərardadı ləğv edilməklə mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilm əsi üçün apellyasiya instansiyası məhkəməsi göndərilməlidir.
24. İş materiallarından görünür ki, Cavabdeh MMC-nin tərəfindən Vəkil 28 sentyabr 2021-ci il tarixli 3 ilik müddətə etibarnamə verilmiş, həmin etibarnaməni MMC-nin direktoru kimi Eldəniz Əliyev imzalamış və MMC-nin möhürü ilə təsdiqlənmişdir. Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yer alan məlumata əsasən etibarnamə imzalanarkən Cavabdeh MMC-nin qanuni təmsilçisi (direktoru) X2 olmuşdur.
25. Hüquqi şəxsin qanuni təmsilçisinin dəyişməsi həmin təmsilçi tərəfindən verilmiş sənədlərin, o cümlədən etibarnamələrin qüvvədən düşməsinə səbəb olmadığını apellyasiya instansiyası məhkəməsi nəzərə almamış, nəticədə Cavabdeh MMC-nin apellyasiya şikayətini qeyri-mümkün hesab etməklə səhv nəticəyə gəlmişdir. Ona görə də Bakı Apelly asiya Məhkəməsi mülki kollegiyasının bu barədə olan 21 iyul 2023-cü il tarixli qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin icra olunmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5061/2023 nömrəli iş üzrə 21 iyul 2023-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.