Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3582/2020 10.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: Ləğv prosesində olan İddiaçı X4 Cavabdeh: Cavabdeh İddia tələbi: kredit borcunun tutulması Açar sözlər: kredit borcunun tutulması, sübut etmə yükü, kassa məxaric orderinin təqdim olunmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-745/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə A li Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Ləğv prosesində olan İddiaçı X4 (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 064/15 saylı kredit müqaviləsinə əsasən Bank cavabdehə 12 ay müddətinə illik 10 faizlə 230000 ABŞ dolları məbləğində kredit vermişdir. Sonradan tərəflər arasında bağlanmış kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli əlavəyə əsasən kredit müqaviləsinin müddəti eyni şərtlərlə xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 230000 ABŞ dolları əsas borc, Konstitusiya Məhkəməs inin Plenumunun qərarına əsasən hesablanan 22712,50 ABŞ dolları borc və 64336,20 ABŞ dolları faiz borcu olmaqla, cəmi 317048,70 ABŞ dolları məbləğində pulun (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində) və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırmış, nəticədə Banka tələb olunan məbləğdə borcu yaranmışdır. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-7541/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) iddia qismən təmin edilmiş, 230000 ABŞ dolları əsas borc, Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 227 12,50 ABŞ dolları borc və 64336,20 ABŞ dolları faiz borcu olmaqla, cəmi 317048,70 ABŞ dolları məbləğində pul (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində) və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəməyə kassa-məxaric qəbzini və hesabdan çıxarışları təqdim etməmişdir. Halbuki bu sənədlər birbaşa olaraq iddiaçının istinad etdiyi halı sübut edən sənədlərdir. Cavabdeh şikayətin əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.1, 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsinin ilk iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh gəlməmişdir. Məhkəmə iclasına sə drlik edənin sualına cavab olaraq iddiaçının nümayəndəsi növbəti məhkəmə iclasına kassa məxaric orderini və hesabdan çıxarışı təqdim edə biləcəyini qeyd etmişdir. Növbəti məhkəmə iclasına tərəflər gəlmədikləri üçün iclas təxirə salınmış, iddiaçıya göndərilən bildirişdə kassa məxaric orderi və hesabdan çıxarışın təcili məhkəməyə göndərilməsi təklif olunmuşdur. Tərəflər sonuncu məhkəmə iclasına da gəlməmiş, Bank tələb olunan sənədləri məhkəməyə təqdim etməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(105)-745/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və A.Abbasov) birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilmiş, cavabde hin apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsini rəhbər tutaraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Məhkəmə cavabdeh tərəfindən götürülmüş kreditin miqdarını, hesablanmış faizlərin miqdarını müqayisə edərək, hesab etmişdir ki, faizlərin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlili ilə bağlı qeyd etmişdir ki, həmin dəlil cavabdehi müqavilə üzrə Bank qarşısında götürdüyü öhdəlikdən azad etmir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin işt irakı və izahatları Cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olumasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Cavabdehlə Bank arasında bir neçə kredit müqavilələri imzalanmış, cavabdeh tərəfindən həmin kredit müqavilələri üzrə Banka müəyyən məbləğlərdə ödəniş həyata keçirilmişdir. Birinci instansiya məhkəməsinin baxışında cavabdeh tərəfindən iddiaçının nümayəndəsindən hazırda mübahisələndirilən kredit müqaviləsi üzrə borc ilə bağl ı kassa məxaric qəbzi və hesabdan çıxarış təqdim etməsi tələb olunsa da, iddiaçı həmin sənədləri məhkəməyə təqdim etməkdən yayınmış, eyni zamanda nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi tərəfindən də həmin sübutlar tələb edilməmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehin adına bağlanmış bütün müqavilələr üzrə cəmi bir ədəd ümumi şəkildə hesabdan çıxarış məhkəməyə təqdim edilmişdir ki, həmin çıxarışda da hansı kredit müqaviləsi üzrə hansı məbləğdə borcun verilməsini müəyyən etmək mümkün deyildir. Halbuki, iddia etdiyi halı sübut etmə vəzifəsi daşıyan iddiaçı ümumi şəkildə deyil, hər müqavilə üzrə ayrıca şəkildə hesabdan çıxarışı məhkəməyə təqdim etməli idi. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək onun təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etmə yə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunma masını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yeganə cavabdeh kassasiya şikayəti verdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Maddə
739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MPM Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9.3). Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İlkn növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasın ı tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Prosessual qanunvericilik sübut etmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona v erildiyini mübahisələndirməsin. Baxılan iş üzrə cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak etməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehin verdiyi apelyasiya şikayətinin dəlili isə ondan ibarət olmuşdur ki, Bank pulun ona verildiyi barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Apelyasiya baxışı zamanı məhkəmənin şifahi və yazılı təklif etməsinə baxmayaraq Bank həmin sübutu məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq apelyasiya instansiyası Mülki Məcəllənin 739-cu və MPM-in 77.1ci maddələrinin tələblərini pozmaqla qəbul edilmiş məhkəməsi qətnaməsini qüvvədə saxlamış və hesab etmişdir ki, iddiaçının kassa-məxaric qəbzini təqdim etməməsi cavabdehi müqavilə üzrə Bank qarşısında götürdüyü öhdəlikdən azad etmir. Ona görə də qətnamə ləğv edilərək, yeni ape lyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən MPM-in 9.1, 9.3, 14.2, 77.1, 88-ci və Mülki Məcəllənin 739.1-ci maddələrinin tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-745/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.