Məhkəmə qərarları › İş №2(102)-3583/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3583/2019

27.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3583/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.01.2019-cu il tarixli, 2(103)742/2019 nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi *** kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada “xxxx” ASC-nin xeyrinə 8467.46 ABŞ dolları əsas, 3738.05 ABŞ dolları faiz, 1537.55 ABŞ dolları cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim L.O.Talıbova) 02 oktyabr 2018-ci il tarixli, 2(011)-697/2018 saylı qətnaməsi ilə “xxxx” ASC-nin iddiası qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, X1 birgə qaydada 03.12.2014-cü il tarixli 1582 nömrəli kredit müqaviləsi üzrə 8407.80 ABŞ dolları əsas, 2433.13 ABŞ dolları faiz, 100 ABŞ dolları gecikdirməyə görə cərimə, cəmi 10940.93 (on min doqquz yüz qırx ABŞ dolları, doxsan üç sent) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzən nəsi nəzərə alınmaqla manat hesabı) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu “xxxx” ASC-nin xeyrinə tutulmasıqət edilmişdir. İddia qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.S.Səmədov, İ.S.Şirinov və E.C.Kazımov) 10.01.2019-cu il tarixli, 2(103)-742/2019 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin və Cavabdeh1 apellyasiya şikayətləri təminolunmamış, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və onun vəkili X3 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı Ləğv prosesi ndə olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və onun vəkili X3 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın tam təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh qrafik üzrə ödənişlərdə gecikdirmə hallarına yol vermiş və bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq gecikdirilən ödəniş məbləğinə ikiqat faiz hesablanmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respubl ikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İlk növbədə qeyd edilməlidir ki, iddiaçı iddianın təmin edilməmiş hissəsindən şikayət verdiyindən qətnamə də elə həmin hissədə yoxlanmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 03.12.2014-cü il tarixli 1582 nömrəli kredit müqaviləsinə əsasən “xxxx” ASC Cavabdeh1 illik 27 faizlə 24 ay müddətinə 12750 ABŞ dolları məbləğində kredit vermişdir. 03.12.2014-cü il tarixli ZM-1582 nömrəli zaminlik müqaviləsinə və əlavə sazişə əsasən Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, X4 oğlu “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən öhdəliklərin tamamilə icra edilməsinə dair məsuliy yəti öz üzərinə götürmüşdür. “xxxx” ASC tərəfindən təqdim olunmuş maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 8467.46 ABŞ dolları əsas, 3738.05 ABŞ dolları faiz, 1537.55 ABŞ dolları cərimə borcu yaranmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2018-ci il tarixli, 28262 saylı rəyində Cavabdeh1 03.12.2014-cü il tarixli 1582 nömrəli kredit müqaviləsi üzrə borcu 8407.80 ABŞ dolları əsas borcu, 2433.13 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyy ən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icr a edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.4-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur; 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə g örə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, cavabdehlər yazılı formada bağlanmış müqavilələrin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etmədiklərindən ekspertiza rəyi ilə müəyyən edilmiş borc həddində məsuliyyət daşıyırlar. İddiaçının cərimə tələbi ilə bağlı kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iki kredit sazişi üzrə gecikdirilmiş əsas borca görə 1537.55 ABŞ dolları cərimə (dəbbə pulu) tənasübsüz sürətdə yüksək məbləğdir. Odur ki, tərəflərin əmlak mənafeləri nəzərə alınmaqla, cavabdehlərdən 100 ABŞ dolları cərimə tutulması, həmin tələbi qalan hissədə təmin etməməklə işə baxan birinci instansiya məhkəməsi haqlı olmuşdur. Mülki Məcəllənin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Kassasiya kollegiyası, apellyas iya instansiyası məhkəməsinin iddianın rədd edilmiş hissəsində gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, həqiqətən də tərəflər arasında bağlanmış müqavilə ilə öhdəliklərin pozulması halında götürülmüş borca görə faizlərin ikiqat həddə hesablanması nəzərdə tutulsa da, kassasiya kollegiyası müqavilənin bu şərtini borca görə nəzərdə tutulmuş faiz deyil, maliyyə sanksiyası (cərimə) kimi qiymətlə ndirir. Bu baxımdan kassasiya kollegiyası hesab edir ki, həmin məbləğlə eyni hüquqi əsas təşkil edən və iddiaçı tərəfindən tələb edilən və aşağı instansiya məhkəməsi tərəfindən azaldılmış cərimə məbləğindən əlavə olaraq pulun tutulması mülki məcəllədə qadağan edilmiş hüquqdan sui-istifadəyə bərabər tutula bilər. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cərimənin tutulması və onun həddi yuxarıda istinad edilən maddi hüquq normalarının tələbləri baxımından ağlabatan maliyyə sanksiyası kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-i n 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi *** kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.01.2019-cu il tarixli, 2(103)-742/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar