Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3583/2021 01.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3583/21 (Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi) Bakı şəhəri, 01 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Rnın iştirakı ilə, Bakı Apellyasiy a Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1730/2021 nömrəli iş üzrə 29 yanvar 2021-ci il tarixli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 01 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh X3 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi, tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 17948 manat əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 09.07.2016-cı il tarixinə 2404 manat faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 1920 manat fai z borcunun, ümumilikdə 22272 manat borcun və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi, tələbin girov qoyulmuş cavabdeh X2 mülkiyyətində olan “xxxx” minik markalı, buraxılış ili 2008 ci il olan, ban – JTEBL29J30K003420, **-RB-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X4 məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbinə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanmas ı Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə ASC arasında 05 iyul 2012-ci il tarixli 06 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 22 faiz ödənilmək şərti ilə 28200 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq cavabdehlə 05 iyul 2012-ci il tarixli girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona məxsus “xxxx” minik markalı **-RB-*** dövlət nömrə nişanlı avtomobil ASC-də girov qoyulmuşdur. Lakin cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12.12.2018-ci il tarixli, 2(006)-6326/2018 saylı qərardadı ilə (hakim Natavan Nağıyeva) iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 17.05.2019-cu il tarixli, 880 saylı rəyinə əsasən, X4 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 05.07.2012-ci il tarixli, 06 saylı kredit müqaviləsi və 09.07.2014-cü il tarixli “Əlavə” nömrə 1-in şərtlərinə müvafiq olaraq X2 banka olan borcu 09.07.2016-cı il tarixinə (müqavilə müddəti bitən tarixə) 17251.17 manat əsas, 1028.22 manat faiz borcu olmaqla, cəmi 18729.39 manat, 29.08.2018-ci il tarixinə (maliyyə arayışında göstərilən tarixə) 17251.17 manat əsas, 2873.14 manat faiz borcu olmaqla cəmi 20124.31 manat müəyyən olunur. Birinc instansiya məhkəməsinin 16.09.2020-ci il tarixli 2(006)-147/2020 nömrəli qətnaməsi ilə (h akim Natavan Tağıyeva) iddia qismən təmin edilərək, cavabdeh X1 17251.17 manat əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 09 iyul 2016-cı il tarixinə 2873.14 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 1920 manat faiz borcu, ümumilikdə 22044.31 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın cavabdeh X2 mülkiyyətində olan “xxxx” minik markalı, buraxılış ili 2008-ci il olan **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, avtomobilin hərracdan satışdan əldə olunan vəsaitin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 2 00 manat məbləğində pul vəsaitinin cavabdeh X1 tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdehin iddia müddəti tətbiüq edilməklə iddianın rədd edilməsinə münasibətdə qeyd edilməlidir ki, işin faktiki hallarından görünür ki, 05 iyul 2012-ci il tarixli 06 saylı kredit müqaviləsi üzrə 09 iyul 2014-cü il tarixdə 01 saylı “əlavə” imzalanmışdır. Həmin “əlavə’yə görə kreditorun (İddiaçı ASC-nin) borcalana (X4) verdiyi kreditin qalığının ödənilmə vaxtı 09 iyul 2016-cı il tarixədək uzadılmışdır. Belə olan halda müqavilənin müddəti 09 iyul 2019-cu ildə bitdiyi halda, iddiaçı məhkəməyə 04 oktyabr 2018-ci ildə iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, kredit üzrə müqavilə müddəti bitməyib və məhkəmə belə qə naətə gəlir ki, iş üzrə iddia müddətinin tətbiqi yolverilməzdir. Ona görə də iddia müddəti tətbiq olunmaqla iddianın rədd edilməsi mümkün deyil. Əldə edilmiş ekspert rəyi və işdən olan digər sübutlar da nəzərə alınmaqla iddiaçının iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 317.1, 319.1, 319.6, 380.1, 380.2, 425, 427, 439, 442, 443.1, 445.2, 448, 462, 739.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 36.1, 41.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair" 03.06.2013-cü il tarixli qərarı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.12.2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh X5 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova, Xəyal Sarıyev) 29.01.2021-ci il tarixli, 2(103)-1730/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16.09.2020-ci il tarixli qətnaməsinin tutulmalı olan pul məbləğində aid hissədə dəyişdirilməsi, tutulmalı olan əsas borcun məbləğinin 17251.17 manat, kredit müddəti üçün faiz borcunun məbləğinin 1796.99 manat, cəmi borcun məbləğinin 20076.38 manat müəyyən edilməsi, qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əsas borca aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş üzrə keçirilmiş mühasibat ekspertizasının rəyindən görünür ki, kredit müqaviləsi üzrə ödənilməmiş qalan əsas borcun məbləği 17.251.17 manat təşkil edir. Ona görə də məhkəmə Mülki Məcəllənin 739-cu maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Kredit müddəti üçün faiz borcuna aid hissədə isə qətna mə dəyişdirilməli, 05.07.2012-ci il tarixdən 09.07.2016-cı il tarixədək olan 4 il 4 günlük kredit müddəti üçün ödənilməmiş qalan faiz borcunun məbləği 1.028,22 manat müəyyən edilməlidir. Belə ki, ekspert rəyində 2 faiz borcu müəyyən edilib: 1) 09.07.2016-cı il tarixə (kredit müddətinin sonuna) olan faiz borcu - 1.028,22 manat; 2) 29.08.2018-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) olan faiz borcu - 2.873,14 manat. Birinci instansiya məhkəməsi 2-ci faiz borcunun, yəni 2.873,14 manatın tutulmsını qət edib. Bu, 2 səbəbdən düzgün deyil: 1-ci, iddia tələbində artıqdır. Belə ki, iddia ərizəsində kredit müddəti üçün 2.404 manat faiz borcu tələb olunub, ona görə də 2.873,14 manat tutula bilməz. 2-ci, kredit müddətindən sonrakı dövr üçün faiz borcunun tutulması barədə hazırkı işdə ayrıca tələb irəli sürülüb və birinci instansiya məhkəməsi onu təmin edib. Eyni dövr üçün 2 dəfə müxtəlif əsaslarla (müqavilədə göstərilən 22 faizlə və qanunda göstərilən 5 faizlə) faiz borcu tutula bilməz. Ona görə də məhkəmə Mülki Məcəllənin 741ci maddəsinin göstərişinə əsalanaraq hesab edir ki, müqavilə müddəti üçün faiz borcu kimi 1.028,22 manat tutulmalıdır. Kredit müddətindən sonrakı dövr üçün faiz borcuna aid hissədə qətnamə dəyişdirilməli, kredit müddətinin bitdiyi 09.07.2016-cı il tarixdən maliyyə arayışının verildiyi 03.09.2018-ci il tarixədək olan 25 aylıq müddət üçün illik 5 faizlə hesablanmış faiz borcunun məbləği 1.796,99 manat müəyyən edilməlidir. Belə ki, ödənilməmiş qalan 17.251,17 manat əsas borcun 1 il üçün 5 faizi 862,55 manat, 1 ay üçün 71,87 manat, 25 ay üçün isə 1.796,99 m anat təşkil edir. Ona görə də məhkəmə Mülki Məcəllənin 445.7-ci maddəsinin göstərişinə əsalanaraq hesab edir ki, müqavilə müddətindən sonrakı dövr üçün faiz borcu kimi 1.796,99 manat tutulmalıdır. İpotekaya aid hissədə cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən tutmanın ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi Mülki Məcəllənin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Qanunun 33 və 34-cü maddələrinin göstərişlərinə uyğundur. İpoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, avtomobil daşınar əşyadır, daşınmaz əşyadan fərqli olaraq daşınar əşyanın olduğu yer bəlli deyil, ona görə də avtomobil qiymətləndirmənin keçirilməsi üçün təqdim edilmədikdə qiymətləndirmə mümkün deyil. Cavabd eh birinci instansiya məhkəməsində və apelyasiya instansiyası məhkəməsində keçirilən məhkəmə iclaslarına gəlməmiş, qiymətləndirmənin həyata keçirilməsi üçün avtomobili məhkəməyə təqdim etməmişdir. Əgər avtomobil təqdim edilmirsə onun qiymətləndirilməsi üçün işə mütəxəssis (qiymətləndirici) cəlb edilməsi mənasızdır. Bu səbəbdən avtomobilin qiymətləndirilməsi mümkün olmamışdır. İpoteka predmetinin ilkin satış qiyməti qətnamə icra edilərkən “İcra haqqında” Qanunun 51-ci maddəsinə uyğun olaraq müəyyən edilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh X4 (vəkili Vəkil1) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilərək işin yenidən baxılması üçü n apelyasiya instansiyası məhjkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə hüquq və mənafeyimin pozulması ilə nəticələnmişdir. Əvvəla, iddia ərizəsindən görünür ki. bank tərəfindən aramızda bağlanmış kredit müqavilələrinin ləğv olunması barədə tələb də irəli sürülməmişdir. Hesab edir ki, kredit müqaviləsi ləğv olunmadan, yəni qüvvədə ola-ola kredit borcunun tam tələb edilməsi qanunauyğun deyil. Məhkəmə tərəfindən bu hala diqqət yetirilməmiş, kredit müqaviləsi ləğv edilmədən məndən kredit borcu tutulmuşdur. Həmçinin, borc tələbi üzrə 3 illik iddia müddətinin ötməsinə baxmayaraq məhkəmə iddia müddətinin tətbiqi barədə verdiyi ərizə yə qiymət verməmiş, iddia müddətini də tətbiq etməmişdir. Bundan başqa qətnamədə girov predmetinin ilkin satış qiyməti də göstərilməmiş, bununla bağlı əmtəəşünaslıq ekspertizası təyin edilməmiş, girov predmetinin orta bazar dəyəri və likvid dəyəri müəyyən olunmamışdır. Bu barədə vəsatət verməsinə baxmayaraq apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki. "avtomobil daşınar əşyadır, daşınmaz əşyadan fərqli olaraq daşınar əşyanın olduğu yer bəlli deyil, ona görə də avtomobil qiymətləndirmənin keçirilməsi üçün təqdim edilmədikdə qiymətləndirmə mümkün deyil. Cavabdeh birinci instansiya məhkəməsində və apelyasiya instansiyası məhkəməsində keçirilən məhkəmə iclaslarına gəlməmiş, qiymətləndirmənin həyata keçirilməsi üçün avtomobili məhkəməyə təqdim etməmişdir. Əgər avtomobil təqdim edilmirsə o nun qiymətləndirilməsi üçün işə mütəxəssis (qiymətləndirici) cəlb edilməsi mənasızdır. Bu səbəbdən avtomobilin qiymətləndirilməsi mümkün olmamışdır. İpoteka predmetinin ilkin satış qiyməti qətnamə icra edilərkən "İcra haqqında" Qanunun 51-ci maddəsinə uyğun olaraq müəyyən edilməlidir”. Məhkəmənin qanunun tələbinə bu cür subyektiv yanaşması qəbuledilməzdır və yanlışdır. Əvvəla, o olmasa da səlahiyyətli nümayəndəsi birinci instansiya məhkəməsində keçirilən iclaslarda dəfələrlə iştirak etmiş, vəsatətlər vermişdir. Apelyasiya instansiyası məhkəməsinin bildirişi ona göndərilmədiyindən həmin məhkəmədə iştirak edə bilməmişdir. Qaldı ki, avtomobilin daşınar əşya olmasına, olduğu yerin bəlli olmamasına, qiymətləndirilmənin həyata keçirilməsi üçün avtomobil məhkəməyə deyil, ekspertizaya təqdim edili r və avtomobilin də olduğu yer bəllidir. Girov predmetinin orta bazar və likvid dəyərinin müəyyən edilməsi və qətnamədə göstərilməsi "İpoteka haqqında" qanunun tələbi olduğundan məhkəmə həmin tələbi pozmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh X4 və vəkili Vəkil1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv p rosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili R kasasiya şikayətinə etiraz edərək, şikayətin yekun məhkəmə aktının qəbul olunmasının gecikdirilməsinə nail olunması məqsədilə verildiyini, əsassız olduğunu bildirib, təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazı mınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; Maddə 319.6. İpoteka predmetini n satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır “İpoteka Haqqında ”Azərbaycan Respublikasının Qanunu: Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. K asasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məh kəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, cavabdeh kasasiya şikayətini formal olaraq əsaslandırmağa çalışmışdır. Belə ki, cavabdeh kasasiya şikayətində kredit müqaviləsi ləğv edilmədən ondan borc məbləğinin tələb edilməsinin mümkün olmadığını, iddia müddətinin tətbiqi barədə ərizəsində qiymət verilmədiyini göstərsə də, öhdəliyin icrası qaydasının pozulması ilə əlaqədar öhdəliyin icrasının tələb ed ilə bilinməsi üçün ilkin olaraq kredit müqaviləsinin ləğv edilməsinin zəruri şərt olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Ona görə cavabdehin bu hala dəlil olaraq istinad etməsi əsassızdır. Məhkəmənin iddia müddətinin tətbiqi barədə ərizəyə qiymət verəməməsinə gəldikdə isə yoxlama nəticəsində müəyyən edilmişdir ki, həmin ərizəyə münasibət bildirilmiş və izah edilmişdir ki, tərəflər arasında kredit müqaviləsinə əlavə imzalandıqdan sonra kreditin qalığının ödənilmə vaxtı 09 iyul 2016-cı il tarixədək uzadılmışdır. Belə olan halda müqavilə üzrə iddia müddəti 09 iyul 2019-cu il tarixdə başa çatmış olacaqdı ki, iddiaçı da həmin tarixdən əvvəl iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin ipoteka predmetinin qiymətləndirilməsinin həyata keçirilməməsi ilə əlaqədar dəlilinə gəld ikdə isə qeyd edilməlidir ki, apelyasiya kollegiyası avtomobilin təqdim edilməməsi ilə əlaqədar qiymətləndirmənin həyata keçirilməsinin qeyri-mümükn olduğuna istinad etməkdə haqlı olmuş, bununla yanaşı, haqlı olaraq bildirmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti qətnamə icra edilərkən “İcra haqqında” Qanunun 51-ci maddəsinə uyğun olaraq müəyyən edilməlidir. Bu halın özü də özlüyündə cavabdehin hər hansı hüququnun və ya iddia tələbinin qeyd edilən hissəsi üzrə maddi hüquq normasının pozulması kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kasasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X4 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1730/2021 nömrəli iş üzrə 29 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.