Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3584/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma nəticəsində əldə olunmuş pul vəsaitinin və dəymiş ziyanın ödənilməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Vəkil3, Cavabdeh1 vəkili Vəkil1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin X saylı, 05 mart 2013-cü il tarixli icra sənədinə əsasən 129.640 manat pul vəsaiti, eyni zamanda Suraxanı Rayon Məhkəməsinin 12 noyabr 2014-cü il tarixli, X nömrəli icra sənədinə əsasən 59.976 manat məbləğində pul vəsaiti borclular İddiaçı2, İddiaçı1 və X1 tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməlidir.
2. İddiaçılar ödənişin adı çəkilən cəmiyyətin hesabına deyil, Cavabdeh1 hesabına edildiyini bildirərək aşağıdakı tələbləri irəli sürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Suraxanı rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, əsassız varlanma nəticəsində əldə etdiyi 101.066,41 manat pul vəsaitinin Cavabdeh1 və Suraxanı rayon İcra və Probasiya şöbəsindən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini və Azərbaycan Respublikasının MPM-nin 265.4-cü maddəsinə əsasən, cavabdeh Suraxanı rayon İcra və Probasiya şöbəsinin vəzifəli şəxslərinin barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, qeyd olunan hər iki icra sənədi üzrə tərəflərindən bu günə qədər ümumilikdə 101.066,41 manat vəsait Suraxanı rayon İcra və Probasiya şöbəsindən tələbkarın hesabı kimi onlara təqdim olunmuş hesaba ödənilmişdir. Lakin bir müddət əvvəl onlara məlum olmuşdur ki, onlara təqdim olunan hesab icra işləri üzrə tələbkar "xxxx" ASC-nin deyil, Cavabdeh1 adlı şəxsin adına açılmış şəxsi hesabdır və bu günə qədər ödədikləri məbləğlər tələbkar hüquqi şəxsin hesabına deyil, həmin icra işi üzrə tələb hüququ olmayan fiziki şəxsin hesabına ödənilmişdir. Qeyd olunan icra sənədi üzrə borclulardan biri olan X3 23 noyabr 2019-cu il tarixdə xəstəlikdən vəfat etmiş və iddiaçılar ona aid hissədə iş üzrə icraata xitam verilməsi barədə rəsmi ərizə ilə cavabdeh Suraxanı rayon İcra və Probasiya şöbəsinə müraciət etmişlər. İddiaçılar Suraxanı rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş "xxxx" QSC-nin Babək filialında açılmış AZ89CAB******************** sa ylı şəxsi hesaba tərəflərindən ödənilmiş 101.066,41 manat vəsaitin həmin hesabdan qaytarılaraq, qeyd olunan icra sənədləri üzrə tələbkar "xxxx" ASC-nin hesablaşma hesabına ödənilməsinin təmin edilməsi və bu barədə rəsmi arayışın onlara verilməsinin təmin edilməsi barədə 29 yanvar 2020-ci il tarixli ərizə ilə cavabdeh Suraxanı rayon İcra və Probasiya şöbəsinə müraciət etmişlər. Lakin bu günə qədər cavabdeh təşkilat tərəfindən onların müraciətinə rəsmi cavab verilməmişdir. Borclu olduqları icra sənədləri üzrə tələbkar hüquqi şəxsin deyil, tələbkar olmayan fiziki şəxs iş üzrə Cavabdeh1 şəxsi bank hesabına ödənilməsi iş üzrə digər cavabdeh Suraxanı rayon İcra və Probasiya şöbəsinin onları aldatması nəticəsində baş vermişdir. İddiaçıların iş üzrə Cavabdeh1 qarşısında hər-hansı bir öhdəliyi və y a ona borcları olmamışdır.
5. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, əsassız varlanma nəticəsində əldə etdiyi 99.103,41 manat pul vəsaitinin Cavabdeh1 və digər cavabdeh Suraxanı rayon İcra və Probasiya şöbəsindən alınaraq onlara ödənilməsi və Azərbaycan Respublikası MPM-nin 265.4cü maddəsinə əsasən cavabdeh Suraxanı rayon İcra və Probasiya şöbəsinin vəzifəli şəxslərinin barəsində xüsusi qərar çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçılar tərəfindən ödənilən pul vəsaitlərinin bir hissəsi onun şəxsi hesabına keçirilib və o pul vəsaiti "xxxx" ASC-nin ehtiyaclarına ödənilib.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim A.Həsənova) 21 sentyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 əsassız varlanma nəticəsində əldə etdiyi 99.103,41 manat pul vəsaitinin alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, Cavabdeh1 dövlət rüsumuna görə ödənilmiş 30 manatın alınaraq iddiaçılara ödənilməsi qət olunmuşdur.
8. Məhkəmə Mülki Məcəllənin 1092-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçılar tərəfindən ödənilmiş 99.103,41 manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin direktoru Cavabdeh1 şəxsi hesabına köçürülmüş və cavabdeh heç bir hüquqi əsas olmadan və iddiaçıların qarşısında heç bir tələb hüququ olmadan ödənilmiş pul vəsaitini əldə etmiş, bununla da o, əsassız varlanmışdır. Bu hal iş m aterialları ilə və məhkəmə iclaslarında tərəflərin izahatları ilə sübuta yetirilmişdir. Məhkəmə iddia tələbinin cavabdeh Suraxanı rayon İcra və Probasiya şöbəsinin vəzifəli şəxslərinin əməllərində cinayət tərkibi olduğundan barəsində cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarılaraq aidiyyəti üzrə prokurorluğa göndərilməsi hissəsinə qiymət verərək belə hesab etmişdir ki, bu tələb hüquqi mahiyyəti etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qə rardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia üzrə iddiaçıların iddia ərizəsində xüsusi qərardad çıxarılmasını tələb etmələrinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən bu məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2021-ci il tarixli protokolu ilə "xxxx" ASC mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) 10 fevral 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin X saylı, 21 sentyabr 2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə, yəni Cavabdeh1 əsassız varlanma nəticəsində əldə etdiyi 99.103,41 manat pul vəsaitinin alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, Cavabdeh1 dövlət rüsumuna görə ödənilmiş 30 manatın alınaraq iddiaçılara ödənilməsi hissəsində ləğv edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Suraxanı rayon İcra və Probasiya şöbəsinə qarşı “əsassız varlanma nəticəsində əldə olunmuş pul vəsaitinin və dəymiş ziyanın ödənilməsi” barədə iddia tələbinin təmin edilməməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının məbləğlərinin onları ödəmiş şəxslərin özlərinə aid edilməsi qət edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 433.2-ci maddəsin ə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, tələbkar ASC pulun direktor Cavabdeh1 ödənilməsinə etiraz etməmiş və ödənilmiş həmin vəsait, borcluların icra sənədlərinə əsasən borclu olduqları məbləğlərdən silinmişdir. Belə olan halda Cavabdeh1 iddiaçıların hesabına əsassız varlandığı nəticəsinə gəlmək mümkün deyil. Hazırki işdə səlahiyyətli şəxs "xxxx" ASC olmuş və həmin ASC pul vəsaitinin Cavabdeh1 ödənilməsinə razılıq verərək icranı bəyənmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası əsassız olaraq Açıq Səhmdar Cəmiyyətin direktoru ilə Səhmdar Cəmiyyətini eyniləşdirmişdir. Belə ki, Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti və idarə edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 99108-ci maddələri və həmin Məcəllənin 102-ci maddəsində nəzərdə tutulmuş Səhmdar Cəmiyyətinin nizamnaməsi ilə tənzimlənir. Məcəllənin 102.3-cü maddəsində göstərilir ki, Səhmdar Cəmiyyətinin nizamnaməsinin tələblərinə riayət edilməsi Cəmiyyətin bütün orqanları, vəzifəli şəxsləri və səhmdarları üçün məcburidir. Səhmdar Cəmiyyətin səhmdarlarının cəmiyyətin fəaliyyəti nəticəsində daxil olmuş maliyyə vəsaitlərindən divident almaq hüquqları vardır. Yuxarıda qeyd edilən halda məhkəmə qətnaməsi əsasında ödənilməli olan vəsait İcra və Probasiya Şöbəsinin verdiyi qeyri-düzgü n bank rekvizitinə əsasən Səhmdar Cəmiyyətinin deyil, onun direktorunun şəxsi hesabına köçürülmüşdür. Direktor isə həmin vəsaiti Səhmdar Cəmiyyətinin hesabına köçürmək əvəzinə həmin vəsaitin onda qalaraq istədiyi istiqamətdə xərcləməsinə şərait yaradılması məqsədi güdən, tələbkarın həmin ödənişin onun hesabında qalmasını bəyəndiyinə dair məktubu məhkəməyə təqdim etmişdir. Məhkəmə Kollegiyası isə həmin məktubla kifayətlənmişdir. Halbuki, Məhkəmə Kollegiyası ən azı öz təşəbbüsü ilə Məhkəmə Mühasibatlıq Ekspertizası təyin edib həmin vəsaitin həqiqətən də "xxxx" ASC-nin sərəncamına keçib-keçmədiyini araşdırmalı idi. Həmçinin, Məhkəmə Kollegiyası Suraxanı rayon İcra və Probasiya Şöbəsinin məhkəmə iclaslarında iştirakını təmin etməli və həmin şöbə tərəfindən ödənişlə bağlı rəsmi sənəd tələb edil məli idi. Yuxarıda şərh olunanlardan müəyyən edilir ki, məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə yeni qətnamə çıxararkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermiş və "xxxx" ASC-nin reallığı əks etdirməyən məktubuna əsasən yanlış nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili Vəkil3, kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
16. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 və üçüncü şəxsin nümayəndəsi və vəkili Elnur Həmidov kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
19. Maddə 433.2. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürmə si şərti ilə icra olunmuş sayılır.
20. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
21. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
22. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
25. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma sı kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
29. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin X saylı 05 mart 2013-cü il tarixli icra sənədinə əsasən, cavabdehlər İddiaçı1, İddiaçı2 və X1 müştərək qaydada 129.640 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
30. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin X saylı 12 noyabr 2014cü il tarixli icra sənədinə əsasən, cavabdehlər İddiaçı1, İddiaçı2 və X1 müştərək qaydada 59.976 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
31. Apellyasiya kollegiyası qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şə rtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
32. İddiaçıların irəli sürdüyü məbləğ "xxxx" ASC-yə ödənilməli olsa da, ASC-nin direktoru olan Cavabdeh1 hesabına ödənilmişdir. Bununla belə iş materiallarında olan, "xxxx" ASC-nin məktubundan da göründüyü kimi, «Məhkəmə icraatına cəlb edilməsək də, məhkəmənin nəzərinə atdırmaq istəyirik ki, Bakı Apellyasiya Məhkəməsinin X saylı, 5.03.2013-cü il tarixli icra sənədinə əsasən 129640 manat və Suraxanı rayon Məhkəməsinin X saylı, 12.11,2014-cü il tarixli icra sənədi üzrə borc 9976 manat, cəmi icra sənədləri üzrə 189616 manat təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin X say lı, 05.03.2013-cü il tarixli icra sənədinə əsasən cəmi 98.300 manat məbləğində pul vəsaiti borclulardan müştərək qaydada tutularaq Suraxanı Bazarı” ASCnin təqdim etdiyi hesablara köçürülməklə (Suraxanı Rayon Məhkəməsinin X saylı, 14.05.2018-ci il tarixli qərardadına əsasən hissə-hissə icra edilərək) ödənilməsi təmin edilmişdir.
33. Göründüyü kimi tələbkar ASC pulun direktor Cavabdeh1 ödənilməsinə etiraz etməmiş və ödənilmiş həmin vəsait, borcluların icra sənədlərinə əsasən borclu olduqları məbləğlərdən silinmişdir. Buna görə də, Cavabdeh1 iddiaçıların hesabına əsassız varlandığı nəticəsinə gəlmək mümkün deyil. Hazırkı işdə səlahiyyətli şəxs "xxxx" ASC olmuş və həmin ASC pul vəsaitinin Cavabdeh1 ödənilməsinə razılıq verərək icranı bəyənmişdir.
34. Kollegiya apellyasiya instansiyası məhkəməs inin mövqeyi ilə razılaşaraq bildirir ki, işin müəyyən edilmiş faktiki halları baxımından Cavabdeh1 hesabına edilmiş ödəmələri tələbkar "xxxx" ASCnin bəyənməsinin nəzərə alınması, MM-in 433.2-ci maddəsinin tətbiq edilməklə iddiada göstərilən ödənişin cavabdeh baxımından əsassız varlanma təşkil etməməsi nəticəsinə gəlinməsi maddi və prosessual hüquq normalarına uyğundur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
35. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Ap ellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.