Məhkəmə qərarları › İş №2(102)-3586/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3586/2025

09.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3586/2025 09.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 avqust 2025-ci il tarixli 2(103)-457/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 9 dekabr 2025-ci il tarixdə Ali Məhkəməni n inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 03-11936 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi imzalanmış və İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir.

2. Abonentin saldosuna əsasən qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00133 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə xx.xx.2022-ci il tarixdə G-4T Smart markalı qaz sayğacı quraşdırılmışdır.

3. Dəymiş ziyanın bərpasına dair tələbnamələrə əsasən xx.xx.2020-ci il xx.xx.2022-ci il tarixləri arasında tərtib edilmiş aktlar əsasınd a ümumilikdə 8746,56 manat məbləğində İddiaçı İB-yə maddi zərər hesablanmışdır.

4. X1 abonentin saldosuna əsasən ünvan 2 ünvana İddiaçı İB-nın tərəfindən **********04250 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə xx.xx.2022-ci il tarixdə Zenger G-4T Smart markalı qaz sayğacı quraşdırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçıya vurulmuş 8746,56 manat məbləğində zərərin və 107,47 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 8854,03 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş e tmişdir.

6. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X8”nın tələblərinə əməl etmək) və “X8”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçi rilərkən cavabdeh tərəfindən qaz xəttinə qeydiyyatsız özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X8nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 1771,20 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, x x.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci ilş tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il 504 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 669, 60 manat, xx.xx.2022-ci il tarixli ******* saylı 734,40 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat, cəmi 8746,56 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Müqavilə öhdəliklərinin istehlakçı tərəf indən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

8. Cavabdeh tərəfindən verilmiş ərizəyə əsasən iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsi ləğv olunaraq məhkəmə baxışı təyin edilmişdir.

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)88/2024 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh Balasın qızına qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir

10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mülki mübahisənin yaranmasına səbəb cavabdeh İddiaçı tərəfindən tərtib edilmiş aktlardır, həmin akların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən aktların tərtib olunmasına əsas olmuş halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, qanunvericiliyin tələblərindən də göründüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada r əsmiləşdirildikdən sonra 1 iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmçinin istehlakçıya verilmiş qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbinin əsasını təşkil edən təbii X8nın pozulması haqqında aktlar əsasında hesablanmış dəymiş zərərə görə pulun cavabdehdən tələb olunması əsassızdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20, 21.1-ci, Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77 və 119.1-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X8”nın 4.8, 5.2, 6.5, 6.6, 6.7-ci bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-88/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən təbii qazdan qeyri-qanuni istifadə etdiy inə görə hesablanmış 8854,06 manat məbləğində pulun məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin qismən ləğv edilməsinə əsasdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyriqanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X8nın pozulması haqqında” aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” tələbnamə təsdiq edilmişdir. Həmin tələbnaməyə əsasən itirilmiş təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyriqanuni istifadə etməklə iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etməyərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbin tam təmin edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini tam deyil, qismən təmin etmişdir.

14. Məhkəmə icla sında İddiaçı nümayəndəsi X13 izahatında göstərmişdir ki, cavabdehin və üçüncü şəxsin evləri ayrı evlər olsa da, deyildiyi kimi, evlərin bir həyətə girişi var. Əvvəldən bir sayğac olub və bu gün sayğac Bənövşənin adındadır. Sayğacsız olaraq Bənövşənin evinə qaz xətti çəkilirsə, bu sayğacdan kənar qoşulma sayılır. Ona görə də, onlar abonent kodu və mənzil olaraq Cavabdeh adı getdiyi üçün iddianı bu formada qoymuşlar. Qaz sayğacından kənar evə qaz xəttinin getməsi qanunsuzluqdur. Məbləğ mübahisələndirilə bilər amma sayğacdan kənar qoşulma üçüncü şəxsin sözləri ilə də öz təsdiqini tapır. İstehlakçı müraciət edib ərizə yazdıqdan sonra mənzilə ayrıca sayğac qoyulur. Azəriqaz İB-in əməkdaşları tərəfindən qeyri-qanuni qoşulma aşkarlandıqdan sonra akt tərtib olunur və dəymiş ziyan hesablanır. Qeyr i-qanuni qaz təchizatı 17 dəfə Azəriqaz İB-in əməkdaşları tərəfindən dayandırılmasına baxmayaraq yenidən qoşulmuşlar.

15. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (əri) Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o, Qarabağ müharibəsi veteranı və qazisidir. Yaşadığı evin damı yoxdur, ümumiyyətlə ordakı evlərin damı yoxdur, ümumi evlərdir. Yaşadığı evin ünvanı X7. Onu öz övladı olmayan xalası saxlayıb. Onlar bir evdə yaşamışlar. X4 atalığı olub. X2 Nizami qızının yanında yaşayır. Hazırda köhnə evdə Nizaminin oğlu Xəqani yaşayır. İsmayılov Bəxtiyarın adına olan köhnə sayğac indi Xəqaninin adınadır. Onlar sayğacı İsmayılov Bəxtiyarın adına olan vaxtdan işlətmişlər. İsmayılov Bəxtiyarın ölüm haqqında şəhadətnaməsi yoxdur. İndi İddiaçı ilə Xəqani arasında müqavilə var. Yaşadıq ları ev 1950-ci illərdə tikilən sovxoz evləridir, sənədi yoxdur. Ev kitabı deyilən sənəd olub. Sovxoz dağılıb. İndi də bilinmir ki, ora Xəzər rayonuna baxır ya Abşeron rayonuna. Sayğacdan gələn qaz necə artıq ola bilər. Yaşadıqları evdə həmişə qaz olub, tərtib olunan aktlar düzgün deyil, Azəriqaz İB-in əməkdaşları heç vaxt onun evinə gəlməmişlər. Doğulduğu gündən bu ünvanda yaşayır. Sovet dövründə qaz sayğacı yox idi. Daha sonra onların mənzilinə sayğac quraşdırmışlar. Sonradan o, qardaşı ilə evlərini ayırmışlar. Ondan evinə sayğac quraşdırılmaq üçün 300 manat istəmişlər. O, sayğacın ödənişsiz olmasını desə də, ona hər evdə bir sayğacın qoyulmasını, ikinci sayğacın ödənişli olmasını demişlər. Onun evində olan sayğac kartla istifadə olunan sayğacdır, hər ay o, qazdan istifadəyə görə 7-10 ma nat pul ödəyir. Bir otaqlı evdə o, iran qızdırıcı cihazından istifadə edir. Qarabağ müharibəsi iştirakçısı olduğundan əvvəl ondan ödəniş 50 faiz alınmışdır. 2020-2021-ci illərdə qazın pulunu o, qardaşı ilə birgə ödəmişdir. O, heç vaxt Azəriqaz İB-in qaz xəttinə qanunsuz qoşulmamışdır. Qardaşı ilə yaşadığı evi böldükdən sonra o, özünə ayrıca qaz xəttinin çəkilməsini, sayğacın qoyulmasını xahiş etmişdir. Tərtib olunan 17 aktın heç birində onun evinə heç kim gəlməmiş, evə baxış keçirməmişlər.

16. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən X5 izahatıda göstərmişdir ki, Nizami onun atası, Bəxtiyar babası, İntiqam isə əmisidir. Xəzər rayonu, Binə qəsəbəsi, X12 ünvanında faktiki olaraq o, yaşayır. O, əmisi İntiqam və onun arvadı Musayeva Bənövṣə ilə eyni həyətd ə bir evdə yaşayır. Ömür boyu onların bir sayğacları olmuşdur. Son iki-üç ildir ki, əmisi üçün ayrı sayğac qoyulmuşdur. Yaşadıqları evdə bir otaq əmisigilin, bir otaq isə onların olmuş, sonradan otaqların sayını artırmışlar. İki otaq bir zal onda, bir otaq bir zal da əmisindədir. Evin bir küçə qapısı var, əmisi ilə onlar bir həyətə daxil olurlar. Yaşadıqları köhnə sovxoz evinin divarları bir-birinə bitişikdir. O, bu evdə yaşadığı vaxtdan evin sayğacı bir olmuşdur. Bənövşə xanımın evinə qaz xətti ayrılandan sonra sayğac qoyulmuşdur. Sayğaclar ayrılandan sonra köhnə sayğac onun istifadəsində qalmış, əmisinin evinə təzə sayğac qoyulmuşdur. Onların köhnə sayğacı mərhum babası Bəxtiyarın adınadır. Babasının ölüm haqqında şəhadətnaməsi olmadığına görə sayğac onun adında qalmışdır. Bir sayğacda n istifadə etdikləri vaxt istifadə olunan qazın dəyərini onlar əmisi ilə birlikdə yarıya bölüb ödəmişlər. Evin nə vaxt tikilməsini bilmir. Onların sayğacından Bənövşənin evinə qaz verilməmiş, qaz xətti bir ədəd olmuşdur. Yaşadığı ev Sovxoz evləridir. Evin heç bir sənədi yoxdur. Bənövşənin evinə gedən qaz xətti eyni sayğacdan gedirdi. Onların yaşadıqları evə qazın verilməsi heç vaxt dayandırılmamışdır. Bu barədə Azəriqaz İB-in nümayəndəsinin dedikləri düzgün deyildir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5 avqust 2024-cü il tarixli 3-16-16/2-3/3/1050 saylı rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş Bakı şəhəri, Xəzər rayonu, Boinə qəsəbəsi, Südçülük Sovxozu ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və ona bərkidil miş girişçıxış borusunda (hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilməmişdir.

18. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialının xx.xx.2025-ci il tarixli 3-15-2-1/2-52/2025 saylı mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh və qonşusu X3 məxsus fərdi yaşayış evləri eyni həyətdə, eyni dam örtüyü altında yerləşirlər. X3 məxsus fərdi yaşayış evinin (abonent saldosu **********04250) qaz abonent saldosu təhlil edilərkən evə məxsus qaz sayğacının 2020-ci ilin iyun ayından 2022-ci ilin mart ayına qədər 7114 kub metr qaz sərfiyyatı qeydə aldığı aşkar edildi. Bu da eyni dam örtüyü altında yerləşən hər iki həyət evində istifadə olunan qaz cihazlarının real q az sərfiyyatına uyğun ola bilər. 2023-cü ilin 25 iyun tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş “X8”na dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Bu baxımdan ”Azəriqaz” İB-nin hesabatının həqiqi və düzgünlüyünə rəy vermək mümkün deyil. Təqdim olunan sənədlərdə cavabdeh tərəfindən aşağıda göstərilən qaz qurğularından istifadə edildiyi göstərilmişdir: 1 ədəd PQ4 tipli qaz plitəsi, ma ksimal qaz sərfiyyatı 1.2 m3; 1 ədəd dəmir soba, maksimal qaz sərfiyyatı 1,4 kub metr; 1 ədəd qənaətli su qızdırıcısı, maksimal qaz sərfiyyatı 1,5 kub metr: Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə, analogiya üzrə “X8”nın 6.5-ci, 6.5-1 -ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq, iddiaçının fərdi-yaşayış evində istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfini, sutkada 12 saat işləmə müddətini, istifadə dövrünü maksimum 3 ay nəzərə almaqla (“X8”nın 3.1.11-ci maddəsinin tələbinə görə qazpaylayıcısı 3 ayda 1 dəfə qazpaylayıcı şəbəkəyə baxış keçirməlidir) qazpaylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üçün ayda (1.2 m3 + 1.4 m3 + 1.5 m3 ) x 12 saat x 30 gün = 1476 m3. Yay ayları üçün a yda (1.2 m3+1.5 m3 ) x 12 saat x 30 gün = 972 m3 İtirilmiş qazın həcmi: 2020-ci ildə tərtib edilmiş 1 akt üzrə: 3 qış ayı x 1476 m3 = 4428 m3. 2021-ci ildə tərtib edilmiş 10 akt üzrə: 4 qış ayı x 1476 m3 + 6 yay ayı x 972 m3 = 11736 m3 2022-cü ildə tərtib edilmiş 6 akt üzrə: 2 qış ayı x 1476 m3 + 4 yay ayı x 972 m3= 6840 m3. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Təbii qazın ölkədaxili tariflərinin Tənzimlənməsi barədə" Qərarına əsasən əhali istehlakçılarını istehlak tariflərini nəzərə alsaq iddiaçıya dəymiş ziyanın məbləği: 2020-ci il üzrə - 2200 x 0.10 + 2228 x 0.20 = 665,60 manat; 2021ci il üzrə - 1200x0.12+1300x0.20 + 9236x0.25 =2713 manat. 2022-ci il üzrə 1200x0.12+1300x0.20 + 4340x0.25 = 1489 manat olmaqla cəmi 4867,60 manat təşkil edə bilər. Beləliklə, abonentin qazdan qanunsuz istifadə halı təsdiq edilərsə, qazpaylayıcısına dəymiş zərərin məbləği 4867,60 manat ola bilər.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/1725 nömrəli 10 iyun 2025-ci il tarixli rəyi ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük ünvanında yerləşən, Cavabdeh yaşadığı fərdi yaşayış evinin tikililəri ilə qonşuluqda yerləşən fərdi yaşayış evinin bir dam örtüyünün altında yerləşmədiyi müəyyən edilmişdir. Həmçinin sualın evlərin əvvəllər kommunal xidmətləri (qaz, işıq, su) eyni olan bütöv bir ev olub-olmamasının müəyyən edilməsi hissəsi ilə bağlı qeyd olunmuşdur ki, sualda göstərilən məsələ məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyil. Cavabdeh yaşadığı fərdi yaşayış evinin sxemi rəyə əlavə edilmişdir. Cavabdeh yaşad ığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük ünvanında yerləşən fərdi yaşayış evində faktiki olaraq hansı qaz cihazlarından istifadə edilməsinin müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-457/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Səadət Səlimova (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-88/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilmiş və İddiaçındən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyər inə görə 210 manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir.

21. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin faktiki yaşadığı evə iddiaçı tərəfindən qaz sayğacı quraşdırılanadək (xx.xx.2022-ci il tarixədək) cavabdeh faktiki olaraq bir ev olan fərdi yaşayış evində qazdan istifadə etmiş, bütün ev üzrə qaz sərfiyyatının qeydiyyatı isə mərhum X1 adına quraşdırılan sayğac vasitəsi aparılmış, cavabdeh istifadə etdiyi qazın dəyərini ödəmişdir.

22. Məhkəməni bu qənaətə gəlməyə, məhkəmə iclasında cavabdehin nümayəndəsinin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin verdikləri izahatlarla yanaşı iş üzrə keçirilən ekspertiza tədqiqatlarının rəyləri və mütəxəssis rəyi əsas vermişdir. Belə ki, tədiqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, cavabdehin və üçüncü şəxsin yaşadıqları evlər əvvəllər bir fərdi yaşayış evi olmuş, həmin evdə bir qaz sayğacından istifadə edilərək qaz sərfiyyatına görə ödənişlər aparılmış, daha sonra ailələr ayrıldıqdan sonra cavabdehin evinə qaz sayğacı quraşdırılmışdır. Birinci instansiya məhkəməsi iddiaçının tərtib etdiyi aktlarda qeyd olunan faktın, yəni cavabdehin qanunsuz olaraq iddiaçıya məxsus qaz xəttinə qoşulmasının yoxlamaq üçün iş üzrə ekspertiza təyin etmiş, tədqiqata təqdim edilmiş Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ünvanında yerləşən cavabdehə məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda (hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsind ə yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xəttin aşkar edilməməsi müəyyən olunmuşdur.

23. Bundan başqa, iş üzrə alınan mütəxəsis rəyindən müəyyən olunmuşdur ki, araşdırma zamanı Cavabdeh ilə qonşusu X3 məxsus fərdi yaşayış evlərinin eyni həyətdə, eyni dam örtüyü altında yerləşmələri, X3 məxsus fərdi yaşayış evinin (abonent saldosu **********04250) qaz abonent saldosu təhlil edilərkən evə məxsus qaz sayğacının 2020-ci ilin iyun ayından 2022-ci ilin mart ayına qədər 7114 kub metr qaz sərfiyyatı qeydə alındığı aşkar edilmiş, bu da eyni dam örtüyü altında yerləşən hər iki həyət evində istifadə olunan qaz cihazlarının real qaz sərfiyyatına uyğun ola bilər. Daha sonra iş üzrə keçirilən ekspertiza tədqiqatlarının və alınan mütəxəssis rəyləri ilə müəyyən olunan halların əksini sübuta yetirə bi lməyən iddiaçı 2022-ci ilin may ayı da daxil olmaqla tərtib etdiyi sonrakı aktlarda qeyd etdiyi qaz xəttinə qanunsuz qoşulma faktının baş verməsini də sübuta yetirə bilməmişdir.

24. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, cavabdehin iddiaçıya münasibətdə mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola biləcək mülki qanunvericiliyin normalarını pozan əməl törətməsi (qanunsuz qaz xəttinə qoşulması), iddiaçıya vurulmasını iddia etdiyi ziyanla iddiaçının baş verməsini ehtimal etdiyi hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə əsaslı və qanunidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətin in dəlilləri

25. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)-457/2025nömrəli qətnaməsinin tam ləğv edilərək mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmışdır. b)

27. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

28. Maddə

60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxı lsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

29. Maddə

63. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmi ş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

31. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması.

32. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

33. Maddə 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məh rum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

34. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

35. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu

36. Maddə

3. İstehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır.

37. Maddə 13 (8-ci bənd). Döv lət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu

38. Maddə 6-1.

1. Qaz paylayıcısı tərəfindən müayinə və texniki xidmət məlumatları üzrə reyestr (bundan sonra – Reyestr) yaradılır. Reyestrə daxil edilmiş məlumatlar müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) və istehlakçılar üçün açıq olmalıdır. Reyestrin aparılması və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qaz paylayıcısı müayinə və texniki xidmətlə bağlı məlumatları müayinənin və ya texniki xidmətin keçirildiyi vaxtdan 5 iş günündən gec olmayaraq Reyestrə daxil etməlidir.

39. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın a lqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X8 ilə tənzimlənir. X8 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

40. Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

41. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib e dilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə o lunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X8 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən X8

42. Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

43. Maddə 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəriciləri ndə maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

44. Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

45. Maddə 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

46. Maddə 4.7 Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

47. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabd ehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

48. Maddə 4.9 İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmi ş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 407.2. Kassasiya şikayətind ə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

55. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə bax arkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə bütövlükdə mübahisələndirildiyindən apellya siya məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

59. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətlərində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiy mətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Hesab edir ki, iddiaların rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur, məhkəmə tərəflər arasında olan münasibətlərə maddi hüquq normalarını düzgün tətbiq etmiş, işə baxılan zaman prosessual hüququ normalarının pozulması hallarına yol verməmişdir.

60. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməs inə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yo l verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

61. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-457/2025 nömrəli iş üzrə 26 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar