Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3587/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Sadıqov Şahin Bəxtiyar oğlunun, cavabdehlər "xxxx" İstehsal-Kommersiya Firmasının və Cavabdeh3 vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər "xxxx" İstehsal-Kommersiya Firmasına, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Ape llyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli 2(103)-13085/2018 nömrəli qətnaməsindən cavabdehlər "xxxx" İstehsal-Kommersiya Firması, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər "xxxx" İstehsal-Kommersiya Firmasına, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı kredit, ipoteka və zaminlik müqavilələri üzrə öhdəliklərin icrası və sair tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" İstehsal-Kommersiya Firmasından, Cavabdeh2 FFF oğlundan, Cavabdeh3, X1 müştərək qaydada iddiaçı YYY Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 18.09.2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə 02.10.2014-cü il tarixli 09R000005839 saylı kredit razılaşması üzrə 81932,58 ABŞ dolları k redit borcu, 33273,73 ABŞ dolları faiz borcu, 77313,88 ABŞ dolları cərimə olmaqla cəmi 192520,19 ABŞ dolları, 09K000000014 saylı kredit razılaşması üzrə 20938,01 ABŞ dolları kredit borcu, 8733,06 ABŞ dolları faiz borcu, 34003,14 ABŞ dolları cərimə olmaqla cəmi 63674,21 ABŞ dolları, hər iki müqavilə üzrə isə ümumilikdə cəmi 256194,40 ABŞ dolları borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 42 manat xidmət haqqının tutulmasına, tələbin Cavabdeh2 məxsus 000 qəsəbəsində 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 120a saylı bağ evinə, Cavabdeh3 məxsus 000 qəsəbəsində 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 12 4 saylı bağ evinə yönəldilməsinə, həmin əmlakların açıq hərracdan satılmasına və cəmi 256194,40 ABŞ dolları borc, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu, 42 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsinə, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin "xxxx" İstehsal-Kommersiya Firmasından, Cavabdeh2 FFF oğlundan, Cavabdeh3, X1 müştərək qaydada tutulmasına, 000 qəsəbəsində 0,12 ha torpaq sahəsinə və torpaq sahəsi üzərində yerləşən 120a saylı bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və X2 həmin evə istifadə hüquqlarının itirilməsinə, onların evdən çıxarılmasına, evin boşaldılması və alıcıya təhvil verilməsinə, Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsində olan 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 124 saylı bağlı evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin evə istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin (hakim Səadət Səlimova) 02 oktyabr 2018ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, "xxxx" İstehsal-Kommersiya Firmasından, Cavabdeh2 FFF oğlundan və Cavabdeh3 müştərək qaydada 02.102014-cü il tarixli kredit razılaşması üzrə əsas borca görə 81740,65 ABŞ dolları, faiz borca görə 33273,73 ABŞ dolları, cəriməyə görə 1 000 ABŞ dolları olmaqla cəmi 116014,38 ABŞ dolları borcun icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, 02.10.2014-cü il tarixli kredit razılaşması üzrə əsas borca görə 20938,01 ABŞ dolları, faiz borca görə 8733,06 ABŞ dolları, cəriməyə görə 500 ABŞ dolları olmaqla, cəmi 30171,07 ABŞ dolları borcun icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və məhkəmə xərclərinə görə 92 manat məbləğində pulun İddiaçı QSC-nin xeyrinə, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 150 manat məbləğində pulun dövlət nəfinə, ipoteka predmetlərinin qiymətləndirilməsinə çəkilən xərcə görə 400 manat məbləğində pulun "xxxx" MMC-nin xeyrinə tutulması, Cavabdeh2 mülkiyyətində olan 000 qəsəbəsində 0,12 ha t orpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 120a saylı bağ evinin ilkin satış qiymətinin 100000 manat, Cavabdeh3 mülkiyyətində olan 000 qəsəbəsində 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 124 saylı bağ evinin ilkin satış qiymətinin 130000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən cəmi 146185,45 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, məhkəmə xərclərinə görə 92 manat YYY QSC-nin hesabına, 150 manat ekspertiza xərci dövlət nəfinə, 400 manat "xxxx" MMC-nin hesabına keçirilməsi, 000 qəsəbəsində 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 120a saylı bağ evi açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh2 və X4 həmin evdən çıxarılmaqla evin boşaldılması, 000 qəsəbəsində 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 124 saylı bağ evi açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin evdən çıxarılmaqla evin boşaldılması və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İsmayıl Xəlilov - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İlham Kərimli) 19.12.2018-ci il tarixli 2(103)13085/2018 nömrəli qətnaməsi ilə İddiaçı QSC və cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, iş üzrə Bakı şəhəri, Xətai rayon məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qətnaməsi apelyantlara münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər "xxxx" İstehsal-Kommersiya Firması, Cavabdeh2 və Cavabdeh3 ayrıayrılı qda eyni məzmunlu kassasiya şikayətləri verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.12.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Eyni məzmunlu kassasiya şikayətləri onunla əsaslandırmışlar ki, iş üzrə keçirilmiş əmtəəşünaslıq ekspertizası obyektiv keçirilməmiş, məhkəməyə təqdim olunmuş rəy normativ aktlara əsaslanmamış və ipoteka predmetlərinə qoyulmuş qiymət hazırkı bazar dəyərini əks etdirməmişdir. Bununla əlaqədar məhkəməyə vəsatətlə müraciət olunmasına baxmayaraq, məhkəmə bu hala obyektiv yanaşmamış və nəticədə ipoteka predmetlərinin bazar qiymətindən də aşağı bir qiymətlə hərraca çıxarılması qət edilmişdir. Sübutların qiymətləndirilməsinin mə hkəmə qətnaməsində ifadəsini tapması mülki prosessual qanunvericiliyin tələblərindən biridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220-ci maddəsi tələb edir ki, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən, şahid ifadələrinin məzmunu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutları qəbul edilib-edilməməsinin səbəbləri göstərilməlidir. Lakin apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi mülki qanunvericiliyin tələblərinə cavab vermir. Qətnamədə qeyd olunan dəlillər müəyyən edilən faktiki hallara uyğun olmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindəki “iddiaçıya daha az məbləğində borcunun (daha artıq məbləğdə ödəniş edildiyi) barədə hər hansı sübut təqdim edə bilməmişdir” barədə hüquqi mövqeyi əsassızdır. Prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehlərin vəkili Vəkil kassasiya şikayətlərinin dəlillərini müdafiə edərək, kassasiya şikayətinin məzmununa uyğun izahat verib təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Sadıqov Şahin Bəxtiyar oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qətnamə ilə iddian ın rədd edilmiş hissəsindən iddiaçı kassasiya şikayəti vermədiyindən məhkəmə kollegiyası qətnaməni iddianın təmin edilmiş hissəsində cavabdehlərin kassasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Borcverən İddiaçı QSC ilə borcalan DDD arasında bağlanmış 18.09.2014-cü il tarixli kredit xətti müqaviləsindən müəyyən olunur ki, bank borcalana 120 ay müddətinə, yəni 15.09.2024-cü il tarixədək ******* ABŞ dolları kredit xətti açmağı öhdəsinə götürmüşdür. İddiaçı QSC-nin 02.10.2014-cü il tarixli kredit razılaşması üzrə ödəniş planından müəyyən olunur ki, DDD 02.10.2014-cü il tarixdən 02.10.2017-ci il tarixə qədər olan dövr ərzində əsas borca görə 100000 ABŞ dolları, faiz borcuna görə 28825,91 ABŞ doll arı olmaqla 128825,91 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Ödəniş planından daha sonra müəyyən olunur ki, zamin-ipoteka qoyanlar Cavabdeh2 və Cavabdeh3 ödəniş planı ilə tanış olaraq razı olmalarını imzaları ilə təsdiq etmişlər. YYY QSC-nin 26.01.2016-cı il tarixli ödəniş planından müəyyən olunur ki, DDD 25.01.2016-cı il tarixdən 15.10.2018-ci il tarixə qədər olan dövr ərzində əsas borca görə 81932,58 ABŞ dolları, faiz borcuna görə 24063,93 ABŞ dolları olmaqla 108690,38 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Ödəniş planından daha sonra müəyyən olunur ki, zamin-ipoteka qoyanlar Cavabdeh2 və Cavabdeh3 ödəniş planı ilə tanış olaraq razı olmalarını imzaları ilə təsdiq etmişlər. İddiaçı QSC-nin 02.10.2014-cü il tarixli kredit razılaşması üzrə ö dəniş planından müəyyən olunur ki, DDD 15.10.2015-ci il tarixdən 17.10.2017-ci il tarixə qədər olan dövr ərzində əsas borca görə 40000 ABŞ dolları, faiz borcuna görə 7603,07 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Ödəniş planından daha sonra müəyyən olunur ki, zamin-ipoteka qoyanlar Cavabdeh2 və Cavabdeh3 ödəniş planı ilə tanış olaraq razı olmalarını imzaları ilə təsdiq etmişlər. YYY QSC-nin 02.10.2014-cü il tarixli kredit razılaşması üzrə 26.01.2016-cı il tarixli ödəniş planından müəyyən olunur ki, DDD 25.01.2016-cı il tarixdən 15.03.2018-ci il tarixə qədər olan dövr ərzində əsas borca görə 37166,23 ABŞ dolları, faiz borcuna görə 9122,84 ABŞ dolları olmaqla 46701,52 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Ödəniş planından daha sonra müəyyən ol unur ki, zamin-ipoteka qoyanlar Cavabdeh2 və Cavabdeh3 ödəniş planı ilə tanış olaraq razı olmalarını imzaları ilə təsdiq etmişlər. Eyni zamanda, tərəflər arasında ipoteka müqavilələri bağlanaraq dövlət qeydiyyatına alınması işin mübahisəsiz hallarıdır. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı 25.12.2017-ci il tarixli rəylərindən müəyyən olunur ki, Cavabdeh2 məxsus 000 qəsəbəsində yerləşən 120a saylı bağ evinin bazar qiyməti 100000 manat təşkil edir. Cavabdeh3 məxsus 000 qəsəbəsində yerləşən 124 saylı bağ evinin bazar qiyməti 130000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27.08.2018-ci il tarixli 26322 saylı rəyindən müəyyən olunur ki, 02.10.2014-cü il tarixli kredit müqaviləsi nin şərtləri nəzərə alınmaqla 14.06.2017-cı il tarixə "xxxx" İstehsalatKommersiya Firmasının YYY QSC-nə olan borcu əsas kredit borcu üzrə 81740,65 ABŞ dolları, faiz borcu üzrə 14781,38 ABŞ dolları olmaqla cəmi 96522,03 ABŞ dolları təşkil edir. "xxxx" İstehsal-Kommersiya firması ilə YYY ASC arasında bağlanmış 02.10.2014-cü il tarixli müqavilə üzrə 14.06.2017-ci il tarixə borcalanın YYY ASC-nə olan borcu əsas kredit borcu üzrə 37166,23 ABŞ dolları, faiz borcu üzrə 6743,14 ABŞ dolları olmaqla cəmi borc 43909,37 ABŞ dolları təşkil edir. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin apellyasiya şikayətlərinin yeganə dəlili olan ipoteka predmetlərinə qoyulmuş qiymətin əmlakın hazırki bazar dəyərini əks etdirməməsi barədə qiymətləndirmə apararaq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı ekspertiza keçirilmiş, əmlakların real bazar qiymətləri müəyyənləşdirilmişdir. Cavabdehlər ipoteka predmetlərinin aşağı qiymətə və ya düzgün hesablanmaması barədə heç bir sübut təqdim edə bilməmiş, sadəcə formal əsaslar gətirməklə qətnamənin əsassız olduğunu qeyd etmişlər. Əmlakların ipoteka müqavilələri üzrə şərtlərə uyğun olaraq hesablanması iş materiallarında olan sənədlər ilə təsdiq olunur və əksini ehtimal edən halları göstərən sübut təqdim olunmamışdır. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, ipoteka müqaviləsi ilə tərəflər ipoteka predmetlərinin dəyərini müvafiq olaraq 87852 manat 80 qəpik, 138054 manat 40 qəpik dəyərində razılaşmışlar. Lakin ekspertiza rəyinə əsasən həmin əmlakların dəyəri müvafiq olaraq 100000 və 13000 0 manat məbləğlərində müəyyənləşdirilmişdir. Göründüyü kimi ekspert rəyi ilə qiymətləndirilmiş əmlakların ümumi dəyəri tərəflərin razılaşdıqları ümümi məbləğdən çoxdur. İpoteka predmetlərinin qiymətinin düzgün hesablanmaması barədə şübhələr olmadan isə iş üzrə təkrar və ya yenidən qiymətləndirmə ekspertizası təyin edilməsinə zərurət yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnamənin yoxlanılan hissəsi üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi, tərəflər arasında kredit, zaminlik və ipoteka müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı madd əsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir; əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol veri lir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışınd an götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Kassatorlar kassasiya şikayətlərində kredit borcunun təminat üsulu kimi girov qoyulmuş əmlakların real bazar qiymətinin daha yüksək olmasını qeyd etsələr də, bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa kassasiya şikayətərində qətnamədə maddi hüquq normalarını səhv təfsir edildiyini və tətbiqində səhvə yol verildiyi qeyd edilsə də, bunun nədə ifadə olu nduğunu göstərməmişdir. Həmçinin kassasiya şikayətində borcun məbləğini müəyyən edən mühasibatlıq ekspertizasının rəyi ilə razılaşmadıqları qeyd edilsə də, həmin ekspert rəyinin düzgün olmamasını təsdiq edən heç bir sübuta, kredit müqaviləsi üzrə daha artıq ödəniş edilməsinə istinad edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, məhkəmə tərəfindən təyin edilərək alınmış ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmin rəylə razılaşmayan tərəf bunu əsaslandırmalı və rəydə göstəri lənlərin düzgün olmamasını sübut etməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218- ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlə r "xxxx" İstehsal-Kommersiya Firması, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.12.2018-ci il tarixli 2(103)-13085/2018 nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3587/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3587/2019
03.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver