Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3587/2021 16.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “mənzilin girov yüklülüyündən azad edilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: ipotekanın yüklülükdən azad edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-384/2021 nömrəli iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən ver ilmiş kassasiya şikayəti üzrə işə 16 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh ASC ilə “Birlik” KFT arasında bağlanmış 08 oktyabr 2007-ci il tarixli 69/11-SKMF saylı kredit müqaviləsinə əsasən 35.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94, 6 saylı evin 108 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İddiaçı Cavabdeh ASC-yə qarşı “mənzilin girov yüklülüyündən azad edilməsi” tələbinə dair iddia qaldırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin S ığortalanması Fonduna qarşı «mənzilin girov yüklülüyündən azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra məhkəmə əsl olmayan cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunu əsl cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə əvəz etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə iddiaçı arasında bağlanmış 08.10.2007-ci il tarixli 69/11-SKMF saylı X1 xətti ilə «Birlik» KF ilə bağlanmış müqaviləyə əsasən verilmiş 35 000 manat pul məbləğinin qarşılığında ünvan 1 ünvanındakı mənzili girov qoyulmuşdur. Cavabdeh ASC-yə olan borc tamamilə ödənilmişdir. Lakin, buna baxmayaraq iddiaçıya məxsus mənzil girovdan azad edilməmişdir. Borcun tam ödənilməsi barədə Ba nk tərəfindən tərtib edilmiş 13.11.2017-ci il tarixli Protokol mövcuddur. Bu əsasdan ünvan 2 ünvanında yerləşən mənzilin girov yüklülüyündən azad olunması, həmin evin girovdan azad edilməsi barədə məktubun (arayışın) verilməsi, həmçinin onun həmin ev üzrə mülkiyyət hüquqlarının özündə əks etdirən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən müvafiq çıxarışın əslinin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 08.09.2018-ci il tarixli **********17 №-li Arayışından görünür ki, ünvan 1 ünvanındakı mənzil 21.11.1996-cı il tarixdən İddiaçı mülkiyyətindədir. Cavabdeh ASC ilə «Birlik» KFT arasında 13.11.2017-ci il tarixli K1 Güzəşt Protokolu imzalanm ışdır. Həmin Protokoldan müəyyən olunmuşdur ki, «Birlik» KFT-dən Bankın xeyrinə Sabunçu rayon İcra Şöbəsinin 24.09.2009-cu il tarixli icra qeydinə əsasən 30 480,7 manat əsas, 621,67 manat faiz məbləğinin tutulması əmr edilmişdir. Borclu icra qeydinə əsasən 2012-ci ilə qədər 16123,11 manat ödəniş etmişdir. İcra sənədi üzrə girovda olan daşınmaz əmlak hərraca çıxarılmış və alıcısı olmadığı üçün Banka təklif olunmuşdur. Şifahi olaraq 30.05.2012-ci il tarixində 38 250 manat məbləğində daşınmaz əmlak Bankın balansına keçirilmişdir. Lakin, qalıq borc məbləği ilə ttəklif məbləği arasında ki fərq cavabdehə qaytarılmadığından hərrac protokolunun və Bankın adına çıxarışın alınması mümkün olmamışdır. Borclu daşınmaz əmlakın Bankın balansına keçməsinə baxmayaraq ödənişlərinə davam etmiş və ödənilmiş 1 1 597,42 manat məbləğindən vəsait borclunun cari hesabında qalmışdır. Borclu qalıq borca güzəşt edilməsi ilə bağlı Banka müraciət etmişdir. Borclu 5000 manat borcun ödənilməsi müqabilində bankın sistemində hesablanmış faiz və cərimə borclarının tamamilə silinməsi və mənzilin girovluqdan azad edilməsini xahiş etmişdir. Bank tərəfindən həmin təklif nəzərə alınmış və bunun nəticəsində əmlakın şərti olaraq balansa götürülməsi ləğv edilmiş, borclunun əks müxabirləşmə verilərək borcu bərpa edilmiş, qalıq borca güzəşt tətbiq edilərək 5000 manat ödənildikdən sonra Bankın sistemində hesablanmış faiz və cərimə məbləğlərinin 100 % həcmində güzəşt edilərək Bankın sistemindən silinməsi təmin edilmiş, kreditin təminatı olaraq girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi, məhkəmə qərarı ilə qoyulmuş həbsin götürülməsi üçün məhkəməyə müraciət edilməsi və aidiyyəti üzrə icra işinə xitam verilməsinin təmin edilməsi qərara alınmışdır. Ləğv prosesində olan Cavabdeh ASC-nin Hesabdan Çıxarışından görünür ki, «Birlik» KFTnin 30.11.2017-ci il tarixə 11 597,42 manat qalıq borcu mövcuddur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Ramin Xəlilov) 2(006)-254/2020 saylı işi üzrə 30.01.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “mənzilin girov yüklülüyündən azad edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, borclu «Birlik» KFT-nin Banka olan borcu tam şəkildə ödənilməmişdir. Həmin kredit müqaviləsi üzrə Güzəşt protokoluna əsasən yalnız faiz və cərimə borcla rı silinmişdir. Mübahisə predmeti olan daşınmaz əmlak isə Bank ilə «Birlik» KFT arasında mövcud olan kredit öhdəliyinin təminatı olduğundan və həmin kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilmədiyindən əmlakın yüklülükdən azad olunması mümkün deyil. İddiaçı ona məxsus daşınmaz əmlakın girov yüklülüyündən azad edilməsi üçün hər hansı bir halın mövcudluğuna dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 324.5, 390.1-ci maddələrinə istinadən əsaslandırmışdır. İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(006)254/2020 saylı işi üzrə 30.01.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. A pelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4630/2020 saylı işi üzrə 04.06.2020-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və 17.11.2020-ci il tarixli ekspertiza rəyi ilə “Birlik” KFT tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 08 oktyabr 2007-ci il tarixli, 69/11-SKMF №-li kredit müqaviləsinin şərtləri əsas götürülməklə “Birlik” KFT-nın banka 04.06.2020-ci il tarixə (qərardadın tarixinə) 18505,74 AZN məbləğində artıq ödənişi müəyyən olunur. Həmçinin hesabdan çıxarış məlumatlarına əsasən 30.01.2013-cü il tarixdən 14.11.2017-ci il tarixədək 16597,42 AZN məbləğində ödəniş aparılmışdır. Lakin həmin ödənişlərin silinmə təyinatı göstərilmədiyindən 30.01.2013-cü il tar ixdən sonrakı ödənişlər nəzərə alınmamışdır. Ekspertiza xərci 100 manat müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-384/2021 saylı işi üzrə 01.02.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(006)-254/2020 saylı işi üzrə 30.01.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “mənzilin girov yüklülüyündən azad edilməsi” iddiası təmin edilmiş, İddiaçı - ünvan 1 ünvanında yerləşən mənzilin (08 oktyabr 2007-ci il tarixli, 69/11-SKMF 08 oktyabr 2007-ci il tarixli, 69/11SKMF №-li kredit müqaviləsinin təminatı kimi) girov yüklülüyündən azad edilməsi barədə məktubun (arayışın) verilməsi və mənzilə dair mülkiyyət hüquqla rını özündə əks etdirən Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestr çıxarışının əslinin qaytarılması - cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təmin edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və ekspert rəylərinə müvafiq, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 48; MM-nin 294, 324 331, 355-357, 385390, 399, 404, 425, 427.3, 527.1, 560, 739, 741, 743, 744; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab etmişdir ki, kredit (ipoteka) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisə üzr ə cavabdehlə «Birlik» KFT arasında 08 oktyabr 2007-ci il tarixli, 69/11-SKMF №-li kredit müqaviləsi və cavabdeh tərəfindən bu müqavilə üzrə qeyd edilən əmlakın yüklülüyün təsdiq edilməsi işin mübahisə edilməyən halı olsa da, kredit münasibətləri üzrə öhdəliyin, habelə əmlak barədə mübahisənin mövcudluğu müəyyən edilmir. Kredit müqaviləsi üzrə öhdəliyin olmaması halında ipoteka qoyanın hüquqları təmin edilməli və kredit-girov münasibətlərinə xitam verilməsinin təmin edilməsi üzrə cavabdehin məsuliyyəti və ya vəzifələrinin olmaması mübahisə edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi üçün əsaslar olmadığı halda, məhkəmə qarşılıqlı münasibətlər üzrə səhv nəticəyə gəlmişdir. Ona görə qətnamə ləğv edilməli, 08 oktyabr 2007-ci il tarixli, 69/11-SKMF №-li kredit müqaviləsinin tə minatı olaraq iddia təmin edilməklə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları onları ödəyən şəxslərə aid edilməli, həmçinin ekspertiza xərci olan 100 manat cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-384/2021 nömrəli iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsini ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiy a şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini təmin edərkən Məhkəmə Ekspertizası Mərkəzinin 17.11,2020-ci il tarixli ekspert rəyini əsas götürmüşdür. Ekspert rəyi əsassızdır və həqiqəti əks etdirmir. Məhkəmə digər sübutlara qiymət verməyərək yalnız ekspert rəyi ilə qətnamə qət edərək düzgün olmayan nəticəyə gəlmiş və bankın mənafeyinə zərər vurmuşdur. Digər tərəfdən məhkəmənin müvafiq qətnaməsi aidiyyət qaydalarının pozulması İlə qət edilmişdir. Belə ki, İddiaçı isə Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı (Nəsimi rayonu, Bülbül prospekti 40) üzrə məhkəməyə müraciət etmişdir. Qeyd etmək lazımdır ki, Cavabdeh ASC-nin hüquqi ünvanı ünvan 4spublikası MPM-nin 35.2, 25, 88, 385, 386, 390, 418-ci maddələrinə istinad olunmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlil ləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və bunun səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 294.1.1. Girovla təmin edi lmiş öhdəliyə xitam verildikdə, girova xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununu Maddə 10.1 İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 48.1.2. Əsas öhdəliyə xitam verildikdə, ipotekaya xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nə ticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayəti əsasinda apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilməyərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Məhkəmə tərəfindən işdə olan sübutlar, ekspert rəyləri qiymətləndirilməklə, müəyyən edilmişdir ki, iddiaçı kredit müqavilələri üzrə kredit borcu öhdəliyini tam həcmdə yerinə yetirmişdir. Tərəflər arasında mövcud olan kredit müqavilələri üzrə b orclunun yerinə yetirmədiyi öhdəlik qalmadığından, həmin müqavilənin təminatı üçün bağlanmış ipoteka müqaviləsi üzrə ipoteka predmetinin girovda qalma zərurəti də aradan qalxmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikası MPM-nin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspertiza rəyindən görünür ki, 08 oktyabr 2007-ci il tarixli, 69/11-SKMF Ne-li kredit müqaviləsinin şərtləri əsas götürülməklə “Birlik” KFT-nın banka 30.04.2012-ci il tarixədək 16.064,03 manat əsas, 3743,18 manat faiz borcu yaranmış, 30.05.2012-ci il tarixdə isə 38.250 manat ödəniş nəzərə alınmaqla, artıq ödəmə yaranmışdır. Lakin 13.11.2017-ci il tarixli K1 Güzəşt Protokolu adlı sənədin məzmunundan görünür ki, 30.05.2012-ci il tarixdə 38.250 manat vəsait ipoteka predmetinin bankın balansına keçirilməsi nəticəsində hesaba mədaxil edilmişdir. 13.11.2017-ci il tarixli K1 Güzəşt Protokolu adlı sənədin məzmunundan görünür ki, «Birlik» KFT-dən Bankın xeyrinə Sabunçu rayon İcra Şöbəsinin 24.09.2009-cu il tarixli icra qeydinə əsasən 30 480,7 manat əsas, 621,67 manat faiz məbləğinin tutulması əmr edilmişdir. Borclu icra qeydinə əsasən 2012-ci ilə qədər 16123,11 manat ödəniş etmişdir. İcra sənədi üzrə girovda olan daşınmaz əmlak hərraca çıxarılmış və alıcısı olmadığı üçün Banka təklif olunmuşdur. Şifahi olaraq 30.05.2012-ci il tarixində 38 250 manat məbləğində daşınmaz əmlak Bankın balansına keçirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, borcun ipotekaya yönəldilib-yönəldilməməsi, əmlakın hərracda satılması, bankın mülkiyyətinə keçib-keçmədiyi müəyyən edilmədən hazırki vəziyyətdə borclu ilə bank arasında mübahisə olmamasına istinad edilməklə, ipotekanın yüklülülükdən azad edilməsi qənaətinə gəlinməsi yanlış olmuş və həm Mülki Məcəllənin 294, həm “İpoteka haqqında” Qanunun 48-ci maddəsini n tələblərinə uyğun olmamışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, borcun tutulması və ipotekaya yönəldilməsinin nəticələri araşdırılmaqla, ipotekaya xitam verilməsi üçün qanunla müəyyən edilmiş əsasların hazırki işdə mövcudluğu yoxlanılmalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin ərazi aidiyyətinin pozulması dəlilləri ilə isə razılaşmır və qeyd edir ki, mübahisənin ərazi aidiyyəti prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq, Bakı Apellyasiya Məhkəməsinin 28.08.2019-cu il tarixli qərardadı ilə müəyyən edilmiş və iş Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Buna görə də, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respub likası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-384/2021 nömrəli iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.