Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3587/2022 19.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-800/2021 nömrəli iş üzrə 21 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 MTK tərəfindən verilmiş kassasiya şikayətinə 19 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasın da yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi; İşin halları 1. 05 avqust 2008-ci il tarixli 18 saylı müqavilə ilə Cavabdeh1 MTK ünvan 1 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, tam sahəsi 158,4 kv metr olan mənzili X3 verməyi öhdəsinə götürmüşdür.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 MTK tərəfindən ünvan 1 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, tam sahəsi 158,4 kv metr olan mənzilin X3 təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə olunması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 MTK-nin apelyasiya şikayəti təmin edilməmiş, Səbail Rayon Məhk əməsinin 22 may 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 mart 2019-cu il tarixli qərarı ilə Cavabdeh1 MTKnın kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi olunaraq yeni qətnamə çıxarılmış, X4 ilə Cavabdeh1 MTK arasında bağlanan 05 avqust 2008-ci il tarixli 18 nömrəli müqavilə etibarsız hesab edilməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin M ülki Kollegiyasının 06 dekabr 2019-cu il tarixli qərarı ilə təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK tərəfindən ünvan 1 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, tam sahəsi 158,4 kv metr olan mənzilin dəyəri olaraq X4 tərəfindən ödənilmiş 190080 manat pul və 30 manat dövlət rüsumu xərcinin Cavabdeh1 MTK-dan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçının mərhum anası X4 ilə Cavabdeh1 MTK arasında 05 avqust 2008-ci il tarixli 18 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə Cavabdeh1 MTK iddiaçının anasının payı (vəsaiti) hesabına ünvan 2 ünvanda 2-ci blok, 3-cü mərtəbədə yerləşən 3 otaqlı ümumi sahəsi 158,4 kv metr olan mənzili layihə sənədlərinə uyğun olaraq qüsursuz və dövlət tikinti komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına uyğun inşa etməlidir. Müqavilənin 3.2-ci bəndinə görə iddiaçı cavabdehə mənzilin dəyərini tam ödəniş olaraq 190080 manat pul ödəmişdir. Buna görə Cavabdeh1 MTK 05 avqust 2008-ci il tarixdə cavabdehə 0028 nömrəli kassa mədaxil qəbzini vermişdir. Qəbzdə təsdiq göstərilmişdir ki, 05 avqust 2008ci il tarixli 18 nömrəli müqavilə üçün Cavabdeh1 MTK iddiaçının anası X1 190080 manat qəbul etmişdir. İddiaçının mərhum anası Ella Abbasova dəfələrlə Cavabdeh1 MTK-dan mənzilin ona təhvil verilməsini xahiş etmişdir. Cavabdeh məktubla iddiaçının anasına bildirmişdir ki, Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, A.Abbaszadə 17 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasında 05 avqust 2008-ci il tarixli müqavilə ilə X4 adına 2-ci blok, 3-cü mərtəbədə 158,4 kv metr sahəsi olan 3 otaqlı mənzil rəsmiləşdirilmişdir, hazırda həmin müqavilə mövcuddur və qüvvədədir. Şirkətdə yaranmış maliyyə çətinliklə əlaqədar işlərin və binanın son təhvili müəyyən müddətə uzanmaqdadır. Cavabdeh müqavilə ilə müəyyən edilən öhdəliklərini icra etmədiyinə görə X4 Cavabdeh1 MTK-ya qarşı 05 avqust 2008-ci il tarixli, 18 nömrəli müqavilə ilə müəyyən edilən öhdəliyi tam icra etməklə ünvan 2 ünvanda 2-ci blok, 3-cü mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 158,4 kv metr olan mənzilin iddiaçı X 3 təhvil verilməsinə dair qətnamə çıxarılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi ilə Ella Abbasovanın iddiası təmin edilərək Cavabdeh1 MTK tərəfindən ünvan 1 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, tam sahəsi 158,4 kv metr olan mənzilin Ella Abbasovaya təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi qət edilmişdir. İddiaçının anası X4 12 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı anasının vərəsəsi kimi tanınmışdır.
5. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikasının MPM-in 53-cü maddəsinə əsasən məhkəməyə ərizə ilə müraciət edərək MARS-A” MTK tərəfindən ünvan 1 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 158,4 kv metr olan mənzilə görə ödənilmiş 190080 manat pulun, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən həmin pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə 114048 manat, MM-nin 449.1-ci və 449.2-ci maddələrinə əsasən özgənin pul vəsaitlərindən qanunsuz faydalanmağa görə 142560 manat faizlərin, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MTK-dan və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2387/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim: Aygün Həsənova) iddia tələbi qismən təmin edilmiş,, Cavabdeh1 MTK-dan 190080 (yüz doxsan min səks ən) manat pul vəsaiti, gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 15840 (on beş min səkkiz yüz qırx) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur
7. Məhkəmə iddia tələbinin Cavabdeh2 münasibətdə yönəlməsinə qiymət verərək hesab etmişdir ki, hazırkı iş üzrə tərəflər müqavilə münasibətlərində olmuşdur və tələbin əsasını müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi təşkil edir. Belə olan halda Cavabdeh2 hazırkı iş üzrə iddiaya cavab verməli olan şəxs kimi qiymətləndirilə bilməz. Odur ki, iddianın ona yönələn hissəsi əsassız olmaqla rədd edilməlidir.
8. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, iddiaçıya ipoteka ilə yüklü edilmiş mənzili satmaqla Cavabdeh 1 MTK qanunvericiliklə alğı-satqı müqaviləsinə tətbiq olunan normaları pozmuş və eyni zamanda müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmişdir. Məhkəmə çəkişmələri nəticəsində iddiaçı ona müqavilə əsasında verilmiş yaşayış sahəsindən məhrum olmuş və uzun illərdir ki, nə ödədiyi pulla, nə də ki hər hansı mənzillə təmin olunmamışdır
9. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanan müqavilə etibarsız hesab edildiyindən tərəflər əvvəlki vəziyyətə qaytarılmalıdır. Belə olan halda müqavilə üzrə ödənilmiş pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır
10. Məhkəmə mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, X4 vəfat etmişdir. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 06 yanvar 2021-ci il tarixli məktuba əsasən X2 vərəsəsi İddiaçı müəyyən olunmuşdur. Odur ki, İddiaçı hazırkı tələblə məhkəməyə iddiaçı qismində müraciət etməkdə haqlı olmuşdur.
11. Məhkəmə iddia tələbinin AR MM-nin 445.7-ci maddəsinə əsasən 114048 manat faizlərin tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.
12. İş materiallarından göründüyü kimi cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etməmişdir.
13. Məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iş üzrə sonuncu məhkəmə qərarı 06 dekabr 2019-cu il tarixdə çıxarıldığından həmin tarixdən bu günədək gecikdirilmiş müddət 1 il 8 ay təşkil etdiyindən, əsas borcun illik 5 faiz hesabı ilə həmin məbləğ 15840 manat təşkil edir.
14. Məhkəmə iddianın MM-nin 449.1-ci və 449.2-ci maddələrinə əsasən, özgənin pul vəsaitlərindən qanunsuz faydalanmağa görə 142 560 manat faizlərin tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə iddia tələblinin əsası kimi istinda olunmuş hallar sübuta yetirilmədiyinə görə iddia rədd olunmalıdır.
15. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5, 445.1, 445.2 445.7 və 449-cu maddələrinə, eləcə də Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini, iddia üzrə pul tələblərinin tam təmin edilməsini xahiş etmişdir.
17. Cavabdeh1 MTK apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair q ətnamə çıxarılmasını xahiş etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-800/2021 nömrəli iş üzrə, 21 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov və Vahid Sadıqov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanan müqavilənin etibarsız hesab edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması və belə olan halda müqavilə üzrə ödənilmiş pul vəsaitinin iddiaçıya geri qaytarılmasından ibarət rayon məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur ki, bu hal da Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə görə cavabdeh MTK artıq məhkəmə qaydasında etibarsız hesab olunmuş mənzilin alqı-satqısına dair müqavilə üzrə iddiaçıdan aldığı 190080 manat pulu iddiaçıya qaytarmalıdır.
20. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 114048 manat faizlərin tutulması hissəsinə qiymət verərək məhkmə hesab etmişdir ki, iddia tələbinin həmin hissədə qismən təmin olunmasına dair rayon məhkəməsinin mövqeyi əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etməmişdir. Bundan başqa, Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
21. Apellyasiya mə hkəməsi iddia tələbinin özgənin pul vəsaitlərindən qanunsuz faydalanmağa görə 142560 manat faizlərin tutulması hissəsini rədd edən birinci instansiya məhkəməsinin qənaətinə qiymət verərkən Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 09 iyul tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” qərarına istinad edərək hesab etmişdir ki, borclu şəxs yalnız özgənin pul vəsaitini qanunsuz saxlamaqla, qaytarmaqdan boyun qaçırmaqla, ödənilməsini digər şəkildə gecikdirməklə və başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplamaqla faydalandığı təqdirdə faiz ödəməyə borcludur. Lakin iddiaçı cavabdehin öhdəliyini gec icra etməsinin səbəbləri, yəni cavabdehin qərəzli olaraq öhdəliyi gec icra etdiyini, öhdəliyin icrasından yayı nmasını, təqsirli olaraq hərəkətə (hərəkətsizliyə) yol verməsi kimi vacib olan halları sübuta yetirə bilməmiş və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5, 354.2, 347.1, 445.7, 445.2 və 445.7-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci. Mülki Prosessual Məcəllənin 77.1, 80, 81, 88, 217.3 və 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 09 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh1 MTK (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
24. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehə qarşı mənzilin təhvil verilməsinə dair iddia tələbi üzrə son məhkəmə qərarının qəbul olunduğu 06 mart 2019-cu il tarixdən başlasa belə, iddia tələbi 22 yanvar 2021-ci il tarixdə qaldırılmaqla bir illik kəsici müddət ötürülmüşdür. Bu hallar apellyasiya şikayətində qeyd edilsə də, apellyasiya instansiyası tərəfindən həmin hissəyə düzgün hüquqi qiymət verilməmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət iddiaçı tərəfindən ötürüldüyünə iddia rədd olunmalıdır.
25. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 106-cı, eləcə də Mülki Məcəllənin 337.5 və 354.2 maddələrinə istinad olunmaqla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçının vəkili Vəkil1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlan ılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
28. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. V acib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
29. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
30. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
31. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya topla maqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndi rilmir və yenidən sübut edilmir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə oluna n nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilm əsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalar ının pozulması ilə bağlı dəlilləri apellyasiya instansiyası məhkəməsində işə baxılarkən də irəli sürülən dəlillərlə eynidir, apellyasiya məhkəməsi tərəfinjən tam, hərtərəfli, obyetkiv və qərəzsiz baxılmaqla hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
44. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh1 mənzil-tikinti kooperativi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-800/2021 nömrəli iş üzrə 21 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.