Məhkəmə qərarları › İş №2(102)-3588/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3588/2019

03.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3588/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2018-ci il tarixli 2(103)1651/2018 saylı qətnaməsindən cavabdeh ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 noyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim N.A.Bağırov, iş № 2(009)-5460/2016) iddiaçılar “xxxx” MMC və İddiaç ı1 cavabdeh QSC Cavabdeh Kommersiya bankına qarşı borcun olmaması barədə arayışın və torpaq sahələrinin yüklülükdən azad edilməsi barədə məktubun verilməsi tələbinə dair iddiası təmin edilərək kreditor qismində bankın “Elm” filialı ilə borc alan qismində “xxxx” MMCnin nizamnaməsi əsasında fəaliyyət göstərən direktoru İddiaçı1 arasında imzalanmış 10 iyun 2011-ci il tarixli kredit müqaviləsi və 30 aprel 2013-cü il tarixli 2 saylı Əlavə Saziş üzrə borcun olmaması barədə arayışın verilməsi vəzifəsinin cavabdeh QSC Cavabdeh KB-yə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamə ilə eyni zamanda kredit müqaviləsi və Əlavə Saziş üzrə borcun təminatı qismində çıxış edən 10 iyun 2011-ci il tarixli ipoteka müqaviləsinə və Əlavə Sazişə əsasən cavabdehin xeyrinə yüklü edilmiş İddiaçı1 məxsus Sumqayıt şəh əri, BakıQuba yolunun 28-ci kilometrində yerləşən 0.1514 ha ölçüdə 3 №-li torpaq sahəsi, həmin ünvanda yerləşən 0.4019 ha ölçüdə 3 “A” №-li torpaq sahəsi, həmin ünvanda yerləşən 1.9325 ha ölçüdə 3 “B” №-li torpaq sahəsi, həmin ünvanda yerləşən 0.1562 ha ölçüdə 3 “C” №-li torpaq sahəsi, həmin ünvanda yerləşən 0.2487 ha ölçüdə 3 “E” №-li torpaq sahəsi və həmin ünvanda yerləşən 0.040578 ha ölçüdə 3 “F” №-li torpaq sahəsinin yüklülükdən azad edilməsi barədə bankın üzərinə vəzifə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 fevral 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.M.Həsənov, X.B.Məhərrəmova və İ.Ş.Vəliyev, iş № 2(103)699/2017) bankın ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 noy abr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2017-ci il tarixli qərarı ilə (hakimlər: V.Ə.İbayev, Ə.A.Əhmədov və M.T.Əhmədova, iş № 2(102)4382/17) bankın ləğvedicisinin kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 fevral 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2018ci il tarixli qətnaməsi ilə (hakimlər: E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) bankın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 noyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 10 iyun 2011-ci il tarixdə bankla “xxxx” MMC-nin direktoru İddiaçı1 arasında illik istifadə dərəcəsi 19 faiz olmaqla 24 ay müddətinə 600.000 manat məbləğində kreditin verilməsi barədə kredit xətti müqaviləsi bağlanmış və 09 sentyabr 2011-ci il tarixli 1 saylı Əlavə sazişlə kredit xəttinin məbləği 1.000.000 manata kimi artırılmışdır. 30 aprel 2013-cü il tarixli 2 saylı əlavə sazişlə kreditin ödənilməsinin son tarixi 30 aprel 2016-cı il müəyyənləşdirilmişdir. 10 iyun 2011-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi İddiaçı1 məxsus Sumqayıt şəhəri, Bakı-Quba yolunun 28-ci kilometrində yerləşən torpaq sahələri ipoteka ilə yüklü edilmişdir. 2016-cı ilin oktyabr ayında “xxxx” MMC və İddiaçı1 banka qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqaviləsi və 2 saylı Əlavə Saziş əsasında aldığı kreditin müqabilində banka ümumilikdə 1.529.693 manat ödəniş etməklə öhdəliyini tam icra etməsinə baxmayaraq bank tərəfindən onlara ipoteka predmeti olan torpaq sahələrinin yüklülükdən azad edilməsi barədə məktub verilməməklə hüquqlarının pozulmasını əsas göstərərək bankın üzərinə kredit borcunun olmaması barədə arayışın və ipoteka predmetlərinin yüklülükdən azad edilməsi barədə məktubun verilməsinə dair vəzifə qoyulmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdehin ləğvedicisi kassasiya şikayəti verərək iddiaçı ilə 18 mart 2008ci il və 30 aprel 2013-cü il tarixli kredit müqavilələri üzrə də məhkəmə mübahisəsinin olmasını, iddiaçının ödədiyi pul məbləğlərinin həmin kr editlərin hansına aid olması barədə məhkəməyə sübut təqdim etməməsini, 10 iyun 2011-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçının indiyə kimi ödənilməmiş borcunun qalmasını və bu barədə apellyasiya instansiyası məhkəməsinə müvafiq arayışın təqdim olunmasına baxmayaraq məhkəmə kollegiyası tərəfindən yalnız ekspert rəyinə istinad olunmaqla həmin dəlilin araşdırılmamasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, İddiaçı1 və vəkili isə kassasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq digər id diaçı “xxxx” MMC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunmasını əsaslı sayarkən 10 iyun 2011-ci il tarixli kredit müqaviləsi üzrə borcun tam öd ənilməsinə dair 14 noyabr 2018ci il tarixli ekspert rəyinə əsaslanmışdır. Ekspertin həmin rəyinə görə 10 iyun 2011-ci il tarixli 170/03/979/11 saylı kredit müqaviləsinin bitmə tarixi olan 30 aprel 2016-cı il tarixə kimi iddiaçı tərəfindən (MMC tərəfindən) banka olan borc tam ödənilmiş və üstəlik 64.587,86 manat artıq ödənilmişdir. Rəydə həmçinin göstərilmişdir ki, 23 may 2013-cü il tarixdən başlayaraq MMC tərəfindən banka cəmi 1.529.693.60 manat ödəniş edilməklə bunun 590.210,70 manatı 10 iyun 2011-ci il tarixli 170/03/979/11 saylı kredit müqaviləsinə, 349.247,74 manatı 30 aprel 2013-cü il tarixli 170/03/2742/13 saylı kredit müqaviləsinə və 590.234,07 manatı 18 mart 2008-ci il tarixli ********* saylı kredit müqaviləsinə silinmişdir. Rəyə görə iş materiallarında öz əksini tapmış MKR-dən çıx arışda ********* saylı kredit müqaviləsi üzrə borcun 01 may 2013-cü il tarixdə tam bağlanması göstərilmiş və bu səbəbdən ********* saylı kredit müqaviləsi üzrə 590.234,07 manat məbləğində ödəniş 170/03/979/11 saylı kredit müqaviləsinə yönəldilməklə aparılmışdır. İş materiallarından görünür ki, iddiaçı ilə bank arasında üç kredit müqaviləsi bağlanmışdır. 18 mart 2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə bank tərəfindən MMC-yə 12 ay müddətinə 1.000.000 manat məbləğində kredit xətti açılmış, 30 aprel 2013cü il tarixli 05 saylı Əlavə Sazişlə MMC-yə həmin kredit xətti əsasında 1.021.000,00 manat məbləğində kredit verilmişdir. 30 aprel 2013-cü il tarixli 170/03/2742/13 saylı kredit müqaviləsi üzrə iddiaçıya 36 ay müddətinə 445.600 maant məbləğində kredit verilmişdir. İddiaçı tər əfindən banka ödənilmiş pul məbləğlərinə dair çoxsaylı ödəniş qəbzləri təqdim olunsa da, onların hansı kredit müqaviləsi üzrə ödənilməsi qəbzlərdən görünmür. İşdən görünür ki, 10 iyun 2011-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya son nəticədə 1.000.000 manat məbləğində kredit xətti açılmışdır. MMC və İddiaçı1 iddia edirlər ki, onlar tərəfindən banka 30 aprel 2016-cı il tarixə kimi cəmi 1.529.693 manat məbləğində ödəniş edilmişdir. Ekspert rəyinə görə isə iddiaçılar tərəfindən banka həmin müqavilə üzrə 64.587,86 manat məbləğində artıq ödəniş edilmişdir. Bankın iddia etməsinə görə isə cavabdehlərin 10 iyun 2011-ci il tarixli kredit müqaviləsi üzrə banka borcu vardır. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi tərəflərin mövqelərindəki bu ziddiyyəti aradan qaldırmaq üçün onların irəli sürdükləri dəlillərin tam və hərtərəfli yoxlanılmasını təmin etmədən yalnız ekspert rəyi əsasında nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspert rəyində 10 iyun 2011-ci il tarixli kredit müqaviləsi üzrə 64.587,86 manat məbləğində artıq ödənişin edilməsi, ********* saylı kredit müqaviləsi üzrə edilmiş ödənişin 170/03/979/11 saylı kredit müqaviləsinə yönəldilməsinin səbəbləri tam və aydın şəkildə, konkret maliyyə və hesabat sənədlərinə istinad olunmaqla əsaslandırılmadığından, kollegiya hesab edir ki, həmin rəy mötəbər və mübahisəsiz sübut kimi qəbul edilə bilməz. Təqdim olunmuş məhkəmə qərarlarından g örünür ki, həqiqətən də, iddiaçılar ********* saylı və 170/03/2742/13 saylı kredit müqavilələri üzrə də ipoteka predmetlərinin yüklülükdən azad olunması barədə məhkəməyə müraciət etmiş və həmin işlərə də məhkəmə instansiyalarında baxılır. Həmin qərarlardan görünür ki, iddiaçılar ********** saylı kredit müqaviləsi üzrə onlara kredit verilməsini inkar etmişlər. Belə olduqda hazırkı iş üzrə olan ekspert rəyində göstərilən 590.234.07 manat məbləğində ödənişin hansı səbəbdən ********* saylı kredit müqaviləsi üzrə həyata keçirilməsi və hansı səbəbdən həmin ödənişin 170/03/979/11 saylı kredit müqaviləsinə yönəldilməsi aydın deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 1-ci bəndinə görə məhkəmə qətnaməsi mül ki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 10 iyun 2011-ci il tarixli kredit müqaviləsi üzrə aparılmış ödənişlərlə bağlı müəyyənliyin yaranması təmin olunmadığından, həmin kredit müqaviləsi üzrə borcun olubolmaması tam və hərtərəfli araşdırılmadığından kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelly asiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 24 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar