Məhkəmə qərarları › İş №2(102)-3588/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3588/2022

21.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3588/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərər, əsassız varlanma) 21.06.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pulun qaytarılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2311/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 21 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin b inasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 29 oktyabr 2014-cü il tarixli beh müqaviləsinə əsasən Cavabdeh və İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2015-ci il tarixədək notariat qaydasında rəsmiləşdirməklə 14000 (on dörd min) manata satışı barədə razılaşmışlar və ilkin olaraq İddiaçı Cavabdeh 6000 (altı min) manat məbləğində pul ödəmişdir.

2. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 9 yanvar 2020-ci il tarixli, 2(105)-191/2020 nömrəli qətnaməsi ilə tərəflər arasında evin alqı-satqısı barədə ilkin razılaşma əldə olunduğu və buna görə Cavabdeh İddiaçı beh alaraq, onu İddiaçı istifadəsinə verməsi, lakin beh müqaviləsində nəzərdə tutulmuş tarixə - xx.xx.2015-ci il tarixədək İddiaçı tərəfindən ödənişlərin tam həyata keçirilmədiyi, buna görə də Cavabdeh İddiaçı evdən çıxmasını tələb etməsi halı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra – cavabdeh) 20440 (iyirmi min dörd yüz qırx) manat məbləğində əsas borcun, 10000 (on min) manat məbləğində mənəvi ziyana görə təzminatın və 30 (otuz) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 2014-cü ildə cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən evini satmaq istəmiş və 2014-cü ilin oktyabr ayında o, həmin evə baxaraq bəyənmiş və cavabdeh lə aralarında həmin evin 14000 (on dörd min) ABŞ dollarına alqısatqısı barədə razılıq əldə etmişlər. 29 dekabr 2014-cü il tarixdə onunla cavabdeh arasında beh müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə 6000 (altı min) manat məbləğində nağd qaydada pulu beh olaraq ödəmişdir. Həmin müqaviləyə əsasən cavabdeh xx.xx.2015-ci il tarixədək mənzili onun adına sənədləşdirməyi öhdəsinə götürmüşdür. Aralarında olan razılaşmaya görə qalan 8000 (səkkiz min) manat məbləğində pulu alqı-satqı müqaviləsi bağlanan vaxt cavabdehə ödəməli idi. Lakin behi alıb evə ailə üzvlərini köçürdükdən sonra cavabdeh "xxxx" ASC-yə kredit borcu olduğunu bildirmiş, həmin borcu bağladıqdan sonra bu evi onun adına keçirə biləcəyini, lakin krediti bağlamağa maddi imkanının olmadığını bildirmişdir. Ona görə də, həm in krediti qalan borc qədərində ödəməyi xahiş etmiş, borcu ödədikdən sonra evi onun adına rəsmiləşdirəcəyini bildirmişdir. O, etiraz etməmiş və 2014-2016-cı illər ərzində cavabdehin banka yaranmış borclarından, ümumilikdə, 7840 (yeddi min səkkiz yüz qırx) manat məbləğində pulu Banka köçürmüşdür. Bu ödənişlərdən sonra da cavabdeh müxtəlif bəhanələrlə onun iş yerinə gələrək, evin sənədlərinə görə dövlət rüsumları ödəmək bəhanəsi ilə ondan 120, 70, 200, 20 və s. manat məbləğində pul vəsaiti almış, nəticədə o, 14000 manata razılaşdırılmış evə görə artıqlaması ilə pul ödəmiş, lakin cavabdeh evi onun adına rəsmiləşdirməmiş, əksinə evin pulunu tam olaraq ondan almasına baxmayaraq, onun ailə üzvləri ilə birlikdə evdən çıxarılması barədə iddia qaldırmış, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il t arixli qətnaməsi ilə onun iddia tələbi təmin edilmiş, onun əqdin etibarlı hesab edilməsinə dair iddiası rədd edilmişdir. Buna görə də, o, cavabdehə qarşı iddia qaldırmışdır. Cavabdeh 6000 manat pulu ondan evi adına keçirəcəyi adı ilə beh şəklində almış, lakin evi adına sənədləşdirməmiş, aralarındakı razılaşmanın şərtlərini pozmuşdur. Buna görə də, cavabdeh behin 2 mislini, yəni 12000 manat məbləğində pulu ona qaytarmalıdır. O, cavabdehin banka olan borcuna görə 7840 (yeddi min səkkiz yüz qırx) manat məbləğində pulu Banka köçürdüyü üçün həmin pulu, həmçinin ayrı-ayrı vaxtlarda ondan aldığı 500 manat pulu, cəmi 20440 (iyirmi min dörd yüz qırx) manat məbləğində pulu da cavabdeh ona qaytarmalı, 10000 (on min) manat məbləğində mənəvi ziyanı da ona ödəməlidir.

5. Xaçmaz Rayon Məhkəməsinin (hak im İ.Xəlilov) (bundan sonra – birinci instansiya məhkəməsi) 2(067)-31/2020 nömrəli 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, beh müqaviləsi üzrə müqavilənin icra edilməməsi üçün məhz iddiaçının məsuliyyət daşıdığı, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş müddətdə ödənişlərin tam həyata keçirilmədiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən iddia tələbi 12000 manat məbləğində beh məbləğinin qaytarılmasına dair hissədə əsaslı hesab edilə bilməz.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehin banka olan borcuna görə 7840 (yeddi min səkkiz yüz qırx) manat məbləğində pulu Banka köçürməsi, həmçinin ayrı-ayrı vaxtlarda ondan 500 manat məbləğində pul alması və m ənəvi zərərə məruz qalmasına dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21, 386.1, 491, 492.2, 936.2, 1096, 1097.1-ci maddələrinə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) (bundan sonra – apellyasiya instan siyası məhkəməsi) 2(105)-564/2021 nömrəli mülki iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Belə ki, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv olunmasını qeyd etsə də bunu əsaslandıra bilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21, 386.1, 491, 492.2, 936.2, 1096, 1097.1-ci m addələrinə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

13. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Ali Məhkəmənin Mülki kollegiyasının (hakimlər Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), A.Hüseynov və İ.Xələfov) (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-3405/2021 nömrəli mülki iş üzrə 31 may 2021-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiya sı məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

15. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ödənilmiş behin qaytarılması ilə bağlı hissədə iddia tələbinin həlli üçün müqavilənin icra edilməməsi üçün məsuliyyətin kimin üzərində olması müəyyən edilməlidir. İşə apellyasiya instansiyasında baxan məhkəmə beh müqaviləsi ilə şərtləşdirilmiş vaxtda, yəni xx.xx.2015-ci il tarixədək evin alqısatqısı barədə müqavilənin bağlanmasının başa çatdırılmamasında təkcə alıcı, yəni iddiaçının hərəkətlərini (hərəkətsizliyini) tədqiq edərək onu təqsirli olması qənaətinə gəlmiş, bu məsələdə satıcı, yəni cavabdehin nə dərəcədə təqsirli olub-olmadığına hüquqi qiymət verməmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, nə m üqavilə bağlanan zaman, nədə ki alqı-satqı müqaviləsinin icrasının nəzərdə tutulduğu tarixdə mübahisəli ev cavabdehin mülkiyyətində olmamış, evin mülkiyyət hüququ əsasında öz adına dövlət qeydiyyatına alınması üçün xx.xx.2015-ci il tarixədək hər hansı hərəkət etməmişdir. Tərəflər arasında olan digər məhkəmə mübahisəsi üzrə işə əlavə edilmiş məhkəmə aktlarından mübahisəli evə cavabdehin mülkiyyət hüquqlarının dövlət reyestrində rəsmiləşdirilməsinin xx.xx.2017ci il tarixdə həyata keçirilməsi müəyyən edilir. Nə müqavilə bağlanan zaman, nədə ki mübahisəli evin alqı-satqısının nəzərdə tutulduğu tarixdə mübahisəli ev cavabdehin mülkiyyətində olmamışdır. Belə olan halda işə baxan məhkəmələr alqı-satqının icra edilməməsinin məsuliyyətinin təkcə iddiaçının üzərində olmasına dair qənaəti işdə olan s übutlara uyğun olmamış, cavabdehin həmin məsələdə təqsirli olmaması məsələsinə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmələr nəzərə almamışdır ki, cavabdehin mülkiyyət hüququ üzrə adına dövlət qeydiyyatına alınmamış yaşayış evi üzərində sərəncam vermək hüququ, müvafiq olaraq həmin evi gələcəkdə iddiaçının mülkiyyətinə vermək səlahiyyəti olmamışdır. Belə olan beh müqaviləsi ilə şərtləndirilmiş yaşayış evinin alqı-satqısı da qeyri-mümkün olmuş, işə baxan məhkəmələr verilmiş behlə bağlı mübahisənin həllinə Mülki Məcəllənin 492.1-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir.

17. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı münasibətləri təkcə Mülki Məcəllənin 492.1-ci maddəsinin tələbləri baxımından tədqiq etməklə kifayətlənməməli, cavabdehin mülkiyyətində olmayan evə görə iddiaçı ilə bağladığı beh müqaviləsinin etibarlılığına diqqət yetirməli, həmin əqdin etibarsızlığı (əhəmiyyətsizliyi) müəyyən edildiyi halda pulun avans kimi verilməsi və ya əsassız varlanma qaydalarının tətbiqi müzakirə olunmalıdır.

18. Məhkəmə kollegiyası iddiaçının iddia ərizəsində əsassız varlanma və avansla bağlı normalara istinad etməməsi ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, işə baxan məhkəmə iddia tələbinin hüquqi əsasının müəyyən edilməsi zamanı iddiaçının ərizəsində göstərilənlərlə bağlı deyildir.

19. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, işə baxan məhkəmələr tərəflər arasında olan əvvəlki məhkəmə mübahisəli üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halları hazır ki iş üzrə üstün hüquqi qüvvəyə malik hal kimi tətbiq edən zamanı MPM-in 82.3-cü maddəsinin tələblərinə düzgün riayət etməmişdir. Belə ki, qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 9 yanvar 2020-ci il tarixli, 2(105)-191/2020 nömrəli qətnaməsi ilə həmin iş üzrə cavabdeh İddiaçı əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınması barədə qarşılıqlı iddiasını məhkəmələr o əsasla rədd etmişlər ki, İddiaçı mübahisəli evin onun adına qeydə alınmasını xahiş etsə də, tərəflər arasında evə dair alqı-satqı müqaviləsi mövcud deyildir. Belə olan halda, yaşayış evinin qarşılıqlı iddia üzrə iddiaçının adına dövlət qeydiyyatına alınması üçün qanunla nəzərdə tutulan əsaslar olmadığından qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Məhkəmələr həmin tələbi tərəflər arasında alğı-satqı mü qaviləsi bağlanmaması əsası ilə rədd etmişlər. Lakin həmin iş üzrə beh müqaviləsinin şərtlərinin kim tərəfindən pozulması, müqavilə bağlanan zaman və müqavilədə şərtləşdirilmiş alqı-satqı müqaviləsinin bağlanması üçün nəzərdə tutulmuş vaxtda mübahisəli evin cavabdehin mülkiyyətində olmaması halları, ümumiyyətlə tərəflər arasında etibarlı beh müqaviləsinin olub-olmaması həmin məhkəmə baxışının predmeti olmamışdır.

20. Tələbin mübahisəli evə görə müqavilədən sonra ödənilmiş pulun qaytarılması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, işə baxan məhkəmələr bu hissədə düzgün nəticəyə gəlməmiş, iş materiallarında olan sübutları tam, hərətərəfli və obyektiv tətdiq etməyərək MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi bu hissədə iddiaçının məhkəməyə hə r hansı bir sübut təqdim etmədiyini qeyd etmişdir. Lakin məhkəmə bu nəticəyə gələrkən işə əlavə edilmiş qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 9 yanvar 2020-ci il tarixli, 2(105)-191/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş hallara düzgün qiymət verməyərək həm MPM-in 88-ci maddəsinin tələbələrini pozmuş, həm də MPM-in 82.3-cü maddəsinin tələblərinə riayət edilməmişdir. Qanuni qüvvəsini almış göstərilən qətnamədə qeyd edilmişdir ki, “...qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində Cavabdeh kredit borcuna görə "xxxx" açıq səhmdar cəmiyyətinə ödənişləri terminal vasitəsi ilə ödədiyini göstərmiş və bu barədə olan qəbzləri məhkəməyə təqdim etmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 26807 saylı, 09 dekabr 2019-cu il tarixli rəyindən görünür ki, 29 mart 2014-cü il tarixli, 166GNUM140880002 saylı kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən 7 noyabr 2018-ci il tarixədək banka 11490,51 manat ödənilmişdir, hazırda qeyd olunan müqavilələr üzrə öhdəlik yoxdur. Rəyin təsviri hissəsindən görünür ki, Cavabdeh tərəfindən "xxxx" ASC-yə ödənilmiş 9916,78 manatın 4658,06 manatı kart hesabından, 1989,72 manatı nağd şəkildə "xxxx" ASC-yə, 3269 manatı nağd şəkildə Milli Ön vasitəsi ilə ödənilmişdir.” Həmin iş üzrə məhkəmə qarşılıqlı iddia tələbini başqa əsasla (tərəflər arasında notarial qaydada alqı-satqı müqaviləsinin bağlanmaması əsası ilə) rədd etmiş, lakin İddiaçı tərəfindən ödənişlər edilməsi, həmin ödənişlərlə bağlı qəbzlər təqdim olunması, o cümlədən həmin ödənişlərlə bağlı məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi halları müəyyən edilməsinə baxmayaraq birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən həmin hallarla bağlı hər hansı bir sübutun təqdim edilməməsi barədə gəldiyi qənaət əsassız olmuşdur.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tələbin mənəvi ziyanla bağlı hissəsi tələbin digər hissələri ilə bağlıdır və qərarın əsaslandırıcı hissəsində qeyd edilən hallara apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət veriləndən sonra baxılıb hüquqi qiymət verilməlidir.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491, 491.3, 492.1, 492.2, 1091.1, 1091.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-2311/2021 nömrəli mülki iş üzrə 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməklə iddianın qismən təmin edilməsi, cavabdehdən cəmi 9269 manat pul tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi işin mübahisələndirilməyən halları olaraq göstərir ki, iddiaçı ilə cavabdeh arasında 29 oktyabr 2014-cü il tarixli beh müqaviləsi bağlanmış, müqaviləyə əsasən tərəflər cavabdehə məxsus olan mübahisəli evin xx.xx.2015-ci il tarixədək notariat qaydasında rəsmləşdirməklə 14000 manata satışı barədə razılaşmışlar və ilkin olaraq iddiaçı cavabdehə 6000 manat məbləğində pul ödəmişdir. İşin digər mübahisələndirilməyən halı olaraq göstərir ki, tərəflər arasında mübahisəli evin alqı-satıqı baş tutmamış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırki iş üzə cavabdehin iddiaçıya və digər şəxslərə qarşı mübahisəli evdən çıxarılması barədə iddia tələbi təmin edilmiş, hazırki iş üzrə iddiaçının cavabdehə qarşı isə əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınması tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. İddiaçı hazırki tələbində cavabdehdən həmin beh müqaviləsi üzrə verdiyi pulu ikiqat, həmçinin beh müqaviləsindən sonra mübahisəli evin alqı-satqısı ilə bağlı cavabdehə verdiyi və banka cavabdehin kredit borcu ilə bağlı ödədiyi digər pulları və mənəvi ziyanın ö dənilməsini tələb edir. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi beh müqaviləsi üzrə iddiaçının ödədiyi pulun qaytarılması hissədə qeyd etmişdir ki, müqavilə şərtləri iddiaçı tərəfindən pozulmuş, o evin dəyərini ödəmədiyindən alğı-satqı baş tutmamışdır. Digər hissələrdə isə məhkəmə iddiaçının tələbini sübuta yetirməməsi əsası ilə rədd etmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu qənaətini qanuni və əsaslı hesab etməyərək aşağıda qeyd edilənlərə əsasən hesab etmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Ödənilmiş behin qaytarılması ilə bağlı hissədə iddia tələbinin həlli üçün müqavilənin icra edilməməsi üçün məsuliyyətin kimin üzərində olması müəyyən edilməlidir. Tərəflər arasında bağlanmış 2 9 oktyabr 2014-cü il tarixli müqavilənin şərtlərinə əsasən tərəflər mübahisəli evin 29 noyabr 2015-ci il tarixdə alqı-satqı barədə razılığa gəlmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(105)- 191/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış evinin alqı-satqısının xx.xx.2015-ci il tarixədək başa çatdırılmamasında İddiaçı təqsirli olması, onun tərəfindən evin dəyərinin satıcıya tam ödənilməməsi, müqavilə şərtlərinin yerinə yetirilməməsində İddiaçı təqsirli olması müəyyən edilmiş, ona görə və tərəflər arasında evə dair alqı-satqı müqaviləsi mövcud olmadığından İddiaçı qarşılıqlı iddiası rədd edilmişdir. Bununla belə, işə baxan məhkəmə beh müqaviləsi ilə şərtləşdirilmiş vaxtda, yəni xx.xx.2015-ci il tarixədək evin alqısatqısı barədə müqavilənin bağlanma sının başa çatdırılmamasında təkcə alıcı İddiaçı hərəkətlərini (hərəkətsizliyini) tədqiq edərək onu təqsirli olması qənaətinə gəlmiş, bu məsələdə satıcı Cavabdeh nə dərəcədə təqsirli olub-olmadığına hüquqi qiymət verməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, nə müqavilə bağlanan zaman, nədə ki, alqı-satqı müqaviləsinin icrasının nəzərdə tutulduğu tarixdə mübahisəli ev Cavabdeh mülkiyyətində olmamış, o, evin mülkiyyət hüququ əsasında öz adına dövlət qeydiyyatına alınması üçün xx.xx.2015-ci il tarixədək hər hansı hərəkət etməmişdir. Tərəflər arasında olan digər məhkəmə mübahisəsi üzrə işə əlavə edilmiş məhkəmə aktlarından mübahisəli evə cavabdehin mülkiyyət hüquqlarının dövlət reyestrində rəsmiləşdirilməsinin xx.xx.2017-ci il tarixdə həyata keçirilməsi müəyyən edilir. Göründüyü kimi, nə müqavilə bağlanan zaman, nədə ki, mübahisəli ev alqı-satqısının nəzərdə tutulduğu tarixdə cavabdehin mülkiyyətində olmamışdır. Belə olan halda, iş materiallarından görünür ki, evin alqı-satqısının icra edilməməsinin məsuliyyəti təkcə iddiaçının üzərində deyildir, həmçinin cavabdeh də həmin məsələdə təqsirlidir. İşə baxan məhkəmə nəzərə almamışdır ki, Cavabdeh mülkiyyət hüququ üzrə adına dövlət qeydiyyatına alınmamış yaşayış evi üzərində sərəncam vermək hüququ, müvafiq olaraq həmin evi gələcəkdə iddiaçının mülkiyyətinə vermək səlahiyyəti olmamışdır. Məhz buna görə də, beh müqaviləsi ilə şərtləndirilmiş yaşayış evinin alqı-satqısı da qeyri-mümkün olmuş, işə baxan məhkəmə verilmiş behlə bağlı mübahisənin həllinə Mülki Məcəllənin 492.1-ci maddəsinin tələbləri baxımından hüq uqi qiymət verməmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, barəsində beh müqaviləsi bağlanmış yaşayış evinin daşınmaz əmlakın dövlət reyestri obyekti olması işin mübahisəsiz halıdır. Buna görə də, həmin evə dair sərəncam verilməsi, yəni barəsində bağlanmış beh müqaviləsi notarial qaydada təsdiqlənməlidir. İşdən göründüyü kimi qeyd olunan beh müqaviləsi notarial qaydada təsdiqlənməmişdir. Belə olan halda həmin əqdin etibarlılığından söhbət gedə bilməz.

28. Məhkəmə kollegiyasının qənaətinə görə, Cavabdeh hazırki mübahisəli iş üzrə əsassız varlanmış şəxsdir. Məhkəmə kollegiyası iddiaçının iddia ərizəsində əsassız varlanma və avansla bağlı normalara istinad etməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin hüquqi əsasının müəyyən edilməsi zamanı iddiaçını n ərizəsində göstərilənlərə deyil, mübahisənin faktiki hallarına istinad edilməlidir.

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə baxan məhkəmə tərəflər arasında olan əvvəlki məhkəmə mübahisələri üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halları hazırki iş üzrə üstün hüquqi qüvvəyə malik hal kimi tətbiq edən zamanı MPM-nin 82.3-cü maddəsinin tələblərinə düzgün riayət etməmişdir.

30. Belə ki, qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(105)- 191/2020 saylı qətnaməsi ilə həmin iş üzrə cavabdeh İddiaçı əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınması barədə qarşılıqlı iddiasını məhkəmələr o əsasla rədd etmişlər ki, İddiaçı mübahisəli evin onun adına qeydə alınmasını xahiş etsə də, tərəflər arasında evə dair alqı-satq ı müqaviləsi mövcud deyildir. Belə olan halda, yaşayış evinin qarşılıqlı iddia üzrə iddiaçının adına dövlət qeydiyyatına alınması üçün qanunla nəzərdə tutulan əsaslar olmadığından qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Göründüyü kimi, daha əvvəllər məhkəmə həmin tələbi tərəflər arasında alqısatqı müqaviləsi bağlanmaması əsası ilə rədd etmişlər. Lakin həmin iş üzrə beh müqaviləsinin şərtlərinin kim tərəfindən pozulması, müqavilə bağlanan zaman və müqavilədə şərtləşdirilmiş alğı-satqı müqaviləsinin bağlanması üçün nəzərdə tutulmuş vaxtda mübahisəli evin cavabdehin mülkiyyətində olmaması halları, ümumiyyətlə tərəflər arasında etibarlı beh müqaviləsinin olub-olmaması həmin məhkəmə baxışının predmeti olmamışdır.

31. Tələbin mübahisəli evə görə müqavilədən sonra ödənilmiş pulun qaytarılması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmə bu hissədə düzgün nəticəyə gəlməmiş, iş materiallarında olan sübutları tam, hərətərəfli və obyektiv tətdiq etməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən işə əlavə edilmiş qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(105)- 191/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş hallara düzgün qiymət verməyərək həm MPM-nin 88-ci maddəsinin tələbələrini pozmuş, həm də MPM-nin 82.3-cü maddəsinin tələblərinə riayət edilməmişdir. AR MPM-nin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, qan uni qüvvəsini almış göstərilən qətnamədə qeyd edilmişdir ki, “...qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində Cavabdeh kredit borcuna görə "xxxx" açıq səhmdar cəmiyyətinə ödənişləri terminal vasitəsi ilə ödədiyini göstərmiş və bu barədə olan qəbzləri məhkəməyə təqdim etmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 26807 saylı, 09 dekabr 2019-cu il tarixli rəyindən görünür ki, 29 mart 2014-cü il tarixli, 166GNUM140880002 saylı kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən 07 noyabr 2018-ci il tarixədək banka 11490,51 manat ödənilmişdir, hazırda qeyd olunan müqavilələr üzrə öhdəlik yoxdur. Rəyin təsviri hissəsindən görünür ki, Cavabdeh tərəfindən "xxxx" açıq səhmdar cəmiyyətinə ödənilmiş 9916,78 manatın 4658,06 manatı kart hesabından, 19 89,72 manatı nağd şəkildə "xxxx" açıq səhmdar cəmiyyətinə, 3269 manatı nağd şəkildə Milli Ön vasitəsi ilə ödənilmişdir.” Həmin iş üzrə məhkəmə qarşılıqlı iddia tələbini başqa əsasla (tərəflər arasında notarial qaydada alqı-satqı müqaviləsinin bağlanmaması əsası ilə) rədd etmiş, lakin İddiaçı tərəfindən ödənişlər edilməsi, həmin ödənişlərlə bağlı qəbzlər təqdim olunması, o cümlədən həmin ödənişlərlə bağlı məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi halları müəyyən edilməsinə baxmayaraq birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən həmin hallarla bağlı hər hansı bir sübutun təqdim edilməməsi barədə gəldiyi qənaət əsassız olmuşdur.

32. İş materialları ilə müəyyən edilir ki, iddiaçı mübahisəli evə görə beh müqaviləsi imzalasa da, həmin müqavilə daha öncə sadalanan səbəblərdən etibarl ı sayıla bilməz. Başqa sözlə, iddiaçının ödədiyi 6000 manat hesabına cavabdeh əsassız varlanmışdır. Digər tərəfdən iddiaçı mübahisəli evin əldə edilməsi məqsədilə qarşılqılı razılaşma əsasında cavabdehin xeyrinə kredit müqaviləsi üzrə cəmi 3269 manat ödəniş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli ev son nəticədə iddiaçının mülkiyyətinə keçirilmədiyindən, həmçinin bu əməliyyatın yerinə yetirilməsində cavabdeh də təqsirkar olduğundan (mülkiyyətində olmayan əmlaka sərəncam verdiyindən) həm əsassız əldə edilmiş 6000 manat pul, həm də cavabdehin xeyrinə banka ödənilmiş 3269 manat pul cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır.

33. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 491, 491.3, 492.1, 492.2, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə istinad edərək beh müqaviləsinin notarial qaydada təsdiqlənmədiyi qənaətinə gəlmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.2-ci maddəsində beh müqaviləsinin yazılı formada bağlanması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsində beh müqaviləsinin notarial qaydada təsdiqlənməli olması, əgər təsdiqlənməzsə etibarsız hesab edilməsi ilə bağlı heç bir norma yoxdur. Məhkəmə tərəfindən beh müqaviləsinin notarial qaydada təsdiqlənməli olması əks halda etibarlılığı ilə bağlı qeyd etdiyi hal Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.2-ci maddəsində qeyd edilmiş maddi hüquq normalarının pozuntusu hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24-cü fəsli öhdəliklərin icrasının təmin edilməsindən bəhs edilmişdir. Beh müqaviləsi öhdəliyin icrası ilə bağlı bağlanılmış müqavilədir. Onun notarial qaydada təsdiqlənməsi barədə imperativ norma yoxdur, əksinə Mülki Məcəllədə beh müqaviləsinin yazılı formada olması barədə norma vardır.

36. Kassator qeyd etmişdir ki, beh müqaviləsi Notariat Kontorundan bağlanılmış, işin təkzibedilməyən hallarındandır ki, beh müqaviləsinin şərt ləri iddiaçı tərəfindən icra edilməmişdir. Beh müqaviləsi beh verən tərəfindən icra edilməmişsə beh cavabdehdə qalması qanuni və ədalətli olmaqla Mülki Məcəllənin tələblərinə uyğundur. Məhkəmə tərəfindən beh müqaviləsinin notarial qaydada təsdiqlənməməsinə görə cavabdehi əsassız varlanmış şəxs hesab etmiş və iddiaçının müqavilə üzrə ödədiyi pulları geri qaytarılmalı olduğunu hesab etmişdir. Məhkəmənin gəldiyi bu nəticə maddi hüquq normalarının pozuntusudur. Ona görə ki, iddiaçı ilə cavabdeh arasında beh müqaviləsi 29 oktyabr 2014-cü il tarixdə Xaçmaz rayon Notariat Kontorunda bağlanmış, həmin müqavilə Mülki Məcəllənin normalarına zidd bağlanmamış, belə olan halda iddiaçı ilə aralarında müqavilə olan zaman, həmin müqavilənin Mülki Məcəllənin tələblərinə zidd olaraq bağlanması halı olmadığı halda, Mülki Məcəllənin tələblərinə uyğun formada bağlanmış müqavilə üzrə iddiaçının cavabdehə ödədiyi pula görə cavabdeh öz öhdəliklərini yerinə yetirmədiyinə görə cavabdeh əsassız varlanmış şəxs sayıla bilər. Ona görə ki, cavabdeh ilə iddiaçı arasında 29 oktyabr 2014-cü il tarixdə Xaçmaz rayon Notariat Kontorunda bağlanmış beh müqaviləsinin bağlanması zamanı beh müqaviləsinin predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, **********53-10301 reyestr nömrəli çıxarışa əsasən cavabdehin mülkiyyətində olmuşdur. Beh müqaviləsi Mülki Məcəllənin tələblərinə əsasən yazılı qaydada bağlanması belə qanunsuz olmadığı halda belə Notariat qaydasında bağlanılmış, beh müqaviləsi bağl anılan zaman fərdi yaşayış evi cavabdehin mülkiyyətində olmuşdur.

37. Həmçinin, kassator bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Hətta həmin yaşayış evi ilə bağlı Xaçmaz rayon Notariat Kontorunda verilmiş 15 aprel 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi torpaq sahəsi anası X1 vərəsəlik üzrə cavabdehə miras qalmışdır.

38. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 491.2, 492.2, 1091.1, 1091.2, 1092.1, 1255-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

40. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

41. Maddə

491. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma ya zılı formada bağlanmalıdır.

42. Maddə 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.

43. Maddə 492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır.

44. Maddə 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məs uliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.

45. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

46. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

47. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-c ü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarı 48. “...iddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yeri nə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hü quq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq olunmalı olan maddi hüquq norması tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

58. Apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki; «… İşdən göründüyü kimi qeyd olunan beh müqaviləsi notarial qaydada təsdiqlənməmişdir. Belə olan halda həmin əqdin etibarlılığından söhbət gedə bilməz.» «… mübahisəli ev son nəticədə iddiaçının mülkiyyətinə keçirilmədiyindən, həmçinin bu əməliyyatın yerinə yetirilməsində cavabdeh də təqsirkar olduğundan (mülkiyyətində olmayan əmlaka sərəncam verdiyindən) həm əsassız əldə edilmiş 6000 manat pul, həm də cavabdehin xeyrinə banka ödənilmiş 3269 manat pul cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır.» «… Birinci instansiya məhkəməsi i ş üzrə nəticəyə gələrkən işə əlavə edilmiş qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(105)191/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş hallara düzgün qiymət verməyərək həm MPM-nin 88-ci maddəsinin tələblərini pozmuş, həm də MPM-nin 82.3-cü maddəsinin tələblərinə riayət edilməmişdir.» «… Həmin iş üzrə məhkəmə qarşılıqlı iddia tələbini başqa əsasla (tərəflər arasında notarial qaydada alqı-satqı müqaviləsinin bağlanmaması əsası ilə) rədd etmiş, lakin İddiaçı tərəfindən ödənişlər edilməsi, həmin ödənişlərlə bağlı qəbzlər təqdim olunması, o cümlədən həmin ödənişlərlə bağlı məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi halları müəyyən edilməsinə baxmayaraq birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən həmin hallarla bağlı hər hansı bir sübutu n təqdim edilməməsi barədə gəldiyi qənaət əsassız olmuşdur.»

59. Birinci kassasiya icraatında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, beh müqaviləsi üzrə öhdəliyin pozulması zaman tərəflərin qarşılıqlı məsuliyyəti, beh müqaviləsi bağlanarkən, eyni zamanda alqı-satqı müqaviləsinin bağlanması şərtləşdirilmiş tarixdə mübahisəli evin daşınmaz əmlakın dövlət reyestində qeydə alınıb-alınmaması ilə bağlı məsələlər araşdırılmalı və digər mülki iş üzrə müəyyən olunmuş faktlara MPM-in 82.3-cü maddəsinə uyğun qiymət verilməlidir.

60. Kassator şikayətin dəlilləri olaraq qeyd etmişdir ki, beh müqaviləsi Notariat Kontorundan bağlanmış, cavabdeh ilə iddiaçı arasında 29 oktyabr 2014-cü il tarixdə Xaçmaz rayon Notariat Kontorunda bağlanmış beh müqaviləsinin bağlanması zamanı predmeti olan ünvan 2 ünva nında yerləşən fərdi yaşayış evi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, **********53-10301 reyestr nömrəli çıxarışa əsasən cavabdehin mülkiyyətində olmuş, qanuni qüvvədə olan məhkəmə aktı ilə beh müqaviləsi üzrə öhdəliyin icra edilməməsi beh verənin təqsirindən baş verməsi müəyyən olunur. 61. 29 oktyabr 2014-cü il tarixli beh müqaviləsinə əsasən Cavabdeh və İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2015-ci il tarixədək notariat qaydasında rəsmiləşdirməklə 14000 (on dörd min) manata satışı barədə razılaşmışlar və ilkin olaraq İddiaçı Cavabdeh 6000 (altı min) manat məbləğində pul ödəmişdir. Müqavilə məhz həmin tarixdə Xaçmaz rayon 1 saylı notariat kontorunda təsdiq edilmişdir.

62. Belə olan halda artı q müəyyən olunmuş olur ki, apellyasiya instansiyası məhkəməsinin beh müqaviləsinin notariat qaydasında təsdiqlənməməsinə dair nəticəsi düzgün olmamış, bu hissədə apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları düzgün qiymətləndirməmişdir.

63. Göstərildiyi kimi apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, beh müqaviləsi bağlanarkən mübahisəli ev cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, faktiki olaraq o, sərəncam vermək səlahiyyəti olmadan müqavilə bağlamışdır.

64. Lakin apellyasiya instansiyası məhkəməsinin göstərilən nəticəyə hansı sübutlar əsasında gəlməsini müəyyən etmək mümkün deyildir. Daşınmaz əmlakın əldə edilməsi və mülkiyyətçisi barədə məlumatlar yalnız reyestr qeydiyyatı və onun əsasında verilmiş hüquqmüəyyənedci sənədlər (qeydiyyat vəsiqəsi, çıxarışlar) əsasında müəyyən olunur. Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsi müəyyən edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

65. Əksinə kassasiya şikayətində göstərilir ki, mübahisəli ev xx.xx.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydə alınmışdır. Bundan 5 aydan artıq müddət keçdikən sonra isə beh müqaviləsi bağlanmış və həmin müqavilə ilə tərəflər üzərlərinə qarşılıqlı olaraq öhdəlik götürmüşlər.

66. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən işə əlavə edilmiş qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(105)- 191/2020 saylı qə tnaməsi ilə müəyyən edilmiş hallara düzgün qiymət verməyərək, həm MPM-nin 88-ci maddəsinin tələbələrini pozmuş, həm də MPM-nin 82.3-cü maddəsinin tələblərinə riayət etməmişdir. Qanuni qüvvəsini almış göstərilən qətnamədə qeyd edilmişdir ki, “...qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində Cavabdeh kredit borcuna görə "xxxx" açıq səhmdar cəmiyyətinə ödənişləri terminal vasitəsi ilə ödədiyini göstərmiş və bu barədə olan qəbzləri məhkəməyə təqdim etmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 26807 saylı, 09 dekabr 2019-cu il tarixli rəyindən görünür ki, 29 mart 2014cü il tarixli, 166GNUM140880002 saylı kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən 07 noyabr 2018-ci il tarixədək banka 11490,51 manat ödənilmişdir, hazırda qeyd olunan müqa vilələr üzrə öhdəlik yoxdur. Rəyin təsviri hissəsindən görünür ki, Cavabdeh tərəfindən "xxxx" açıq səhmdar cəmiyyətinə ödənilmiş 9916,78 manatın 4658,06 manatı kart hesabından, 1989,72 manatı nağd şəkildə "xxxx" açıq səhmdar cəmiyyətinə, 3269 manatı nağd şəkildə Milli Ön vasitəsi ilə ödənilmişdir.” Həmin iş üzrə məhkəmə qarşılıqlı iddia tələbini başqa əsasla (tərəflər arasında notarial qaydada alqı-satqı müqaviləsinin bağlanmaması əsası ilə) rədd etmiş, lakin İddiaçı tərəfindən ödənişlər edilməsi, həmin ödənişlərlə bağlı qəbzlər təqdim olunması, o cümlədən həmin ödənişlərlə bağlı məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi halları müəyyən edilməsinə baxmayaraq birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən həmin hallarla bağlı hər hansı bir sübutun təqdim edilməməsi barədə gəldiyi qənaət əsassız olmuşdur.

67. Lakin apellyasiya instansiyası məhkəməsi baxılan iş üzrə iddiaçının cavabdehin əvəzinə kredit müqaviləsi üzrə öhdəliyinin br hissəsini icra etməsi ilə bağlı nəticəyə gələrkən qanuni qüvvədə olan qətnamə ilə bağlı mülki iş üzrə ödəniş sənədlərinin təqdim olunmasını göstərsə də baxılan iş üzrə bu məbləğinin hansı həcmdə olmasının həmin qətnamə ilə müəyyən olunmadığını nəzərə almamışdır. Həmin mülki iş üzrə hər hansı məbləğinin mübahiəssiz olaraq məhz iddiaçı tərəfindən həyata keçirilməsi müəyyən olunmamışdır.

68. MPM-nin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

69. Öhdəliyin kimin ( iddiaçının və ya cavabdehin) tərəfindən pozulması ilə bağlı məhkəmənin gəlmiş olduğu nəticə ilə bağlı qeyd edilməlidi ki, yuxarıda istinad olunan qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, «… Qarşılıqlı iddia üzrə iddiaçı mübahisəli evin onun adına qeydə alınmasını xahiş etsə də, tərəflər arasında evə dair alqı-satqı müqaviləsi mövcud deyildir, yalnız beh müqaviləsi bağlanmış və qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən həmin müqavilənin şərtlərinə əməl edilməmişdir.»

70. Apellyasiya instansiyası məhkəməsinin bununla bağlı mövqeyi ondan ibarət olmuşdur ki, «… daha əvvəllər məhkəmə həmin tələbi tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmaması əsası ilə rədd etmişlər. Lakin həmin iş üzrə beh müqaviləsinin şərtlərinin kim tərəfindən pozulması, müqavilə bağlanan zaman və müqavilədə şərtləşdirilmiş alğı-satqı müqaviləsinin bağlanması üçün nəzərdə tutulmuş vaxtda mübahisəli evin cavabdehin mülkiyyətində olmaması halları, ümumiyyətlə tərəflər arasında etibarlı beh müqaviləsinin olub-olmaması həmin məhkəmə baxışının predmeti olmamışdır».

71. Nəzərə alınmalıdır ki, eyni tərəflər arasında eyni əsas və predmetlə bağlı iddia üzrə qanuni qüvvədə olan qətnamə olarsa bu halda eyni məzmunlu tələbə mahiyyəti üzrə baxılması yolverilən hesab edilə bilməz. Göstərilən vəziyyət iş üzrə icraata xitam verilməsinin əsası ola bilər. Göründüyü kimi MPM-in 82.3-cü maddəsi tərəflər arasında olan mübahisə ilə bağlı məcburi şərtləndirmə müəyyən edir və müəyyən olunmuş faktların hansı tələb üzrə və əsasla baxılan iş üzrə olmasını əhəmiyyətli saymır.

72. Göstərilən halda əvvəlki iş üzrə iddiaçı məhəz tərəflər arasında bağlanmış beh müqaviləsinə əsaslanaraq tələb irəli sürmüş və məhkəmə tərəfindən beh müqaviləsinin icrasının başa çatmamasının məhz İddiaçı hərəkətləri ilə bağlı olması (beh müqaviləsi bağlanmış və qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən həmin müqavilənin şərtlərinə əməl edilməmişdir) göstərilmişdir. Bu mövqeydə olan birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edən apellyasiya instansiyası məhkəməsinin əsaslandırması isə istinad etdiyi prosessual normanın tələblərinə uyğun olmamışdır.

73. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 202 1-ci il tarixli, 2(105)-2311/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar