Məhkəmə qərarları › İş №2(102)-3589/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3589/2020

28.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3589/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ziyanın ödənilməsi, sübutetmə yükü) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), X3 və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, vəkili X1, Cavabdeh və vəkili X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə pul tələbi ilə bağlıdır. Bel ə ki, İddiaçı və Cavabdeh arasında olan razılaşma ilə tərəflər birgə fəaliyyət əsasında avtomobil ticarəti ilə məşğul olmuşlar. Onların razılaşmsına görə avtomobillərin alınması üçün zəruri olan pul vəsaiti İddiaçı tərəfindən ABŞ-da olan Cavabdeh göndərilməli, sonuncu tərəfindən həmin ölkədə (o cümlədən hərrac vasitəsilə) satılan avtomobillər müvafiq şirkətlər vasitəsilə alınaraq Azərbaycana göndərilməli idi. Göndərilmiş avtomobillərin qəbul edilməsi, rəsmiləşdirilməsi və satışının təşkil edilməsi İddiaçı tərəfindən həyata keçirilmişdir. İddiaçı, birgə fəaliyyət üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulduğunu iddia edərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a ) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cə mi 733.589 ABŞ dolları məbləğində ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, ilkin dövrdə 36.000 ABŞ dolları pulu Cavabdeh, 121.800 ABŞ dollarını isə özü qoymuşdur. Onlar ABŞ-dan hərraclardan iki cür avtomaşınlar gətirmişlər. Bunun bir hissəsi təzə avtomaşınlar və digər hissəsi isə yüngül təmirə ehtiyacı olan avtomaşınlar olmuş ki, onu burda təmir edib realizə edirdilər. Vətəndaşların sifarişinə əsasən gətirilən avtomaşınlardan komissiyon haqqı alırdılar. 2012-ci ildə cavabdehə cəmi 1.293.912 ABŞ dolları göndərilmişdir ki, bundan 1.082.286 ABŞ dolları müştərilərə məxsus pul vəsaiti olmuşdur. Qalan 211.626 ABŞ dolları isə onun vəsaiti olmuşdur. Həmin pula ABŞdan 60 ədəd müxtəlif avtomaşın gətirilmişdir. Həmin avtomaşınlara cavabdehin sənədi olmayan məlumatına əsasən 1.137.484 ABŞ dolları xərclənmişdir. Beləliklə, cavabdehə göndərilən 1.293.912 ABŞ dolları ümumi məbləğdən digər zəruri xərcləri çıxdıqdan sonra cavabdehdə 2012-ci ilin sonuna 111.771 ABŞ dolları pul vəsaiti qalmışdır ki, həmin vəsait barədə bu günə kimi heç bir açıqlama vermir və dəfələrlə deyilməsinə baxmayaraq, bundan boyun qaçırır. Onlar 2013-cü ildə də eyni qaydada ABŞ-dan 49 ədəd avtomaşın gətirmişlər. Həmin avtomaşınlar üçün cavabdehə 844.681 ABŞ dolları göndərilmiş və bundan 702.718 ABŞ dolları müştərilərdən yığılan vəsaitdir. Avtomaşınlara isə cavabdeh tərəfindən 693.849 ABŞ dolları pul xərclənmişdir. Digər zəruri xərcləri çıxdıqdan sonra 2013-cü ilin yekununa cava bdehdə 135.832 qalıq vəsait qalmışdır ki, həmin vəsait haqqında da cavabdeh heç bir məlumat vermir və dəfələrlə deyilməsinə baxmayaraq, bundan boyun qaçırır. Ümumilikdə götürdükdə cavabdeh tərəfindən 247.603 ABŞ dolları ziyan vurulmuşdur ki, həmin ziyanı ödəməkdən imtina edir. Bundan əlavə cavabdehin işdə avtomaşınların alınması üçün işə qoşduğu Gürcüstan Respublikasının vətəndaşı “xxxx” Şirkətinin sahibi Kakhaber Tsakadze adlı gürcü milliyyətli şəxsin adına bütün avtomaşınlar ABŞ-da alınmışdır. Həmin avtomaşınlar isə ABŞ-dan “xxxx” Şirkətinin daşıyıcı şirkətlə bağladığı müqaviləyə əsasən daşınırdı. 2013-cü ilin aprel ayında o, avtomaşınları götürməyə Gürcüstana gedən zaman ona demişlər ki, “xxxx” Şirkətinin daşıyıcı şirkətə borcu olduğundan avtomaşınlar ona verilməyəcəkdir. O, Asifə zəng edib belə bir hadisə baş verdiyini bildirmiş və bunun nə məsələ olduğunu soruşmuşdur. Cavabdeh də ona “xxxx” Şirkəti ilə daşıyıcı şirkət arasında belə birməsələyə görəonların cavabdehlik daşımadıqlarını vəbuməsələləri onunözünün danışmalı olduğunu bildirmişdir. Cavabdeh ona 75.000 ABŞ dolları aparıb verməsini və onun həmin pulu onlardan alacağını bildirmişdir. O, həmin 75.000 ABŞ dollarını bank vasitəsilə Asifə göndərmişdir. Avtomaşınlardan 4 ədədini götürmüş və qalan avtomaşınlar yenidən verilməmişdir. O, yenidən Asifə zəng etmiş və bildirmişdir ki, avtomaşınları yenidən vermirlər. Ona bildirmişlər ki, gedib Gürcüstanda aidiyyəti orqanlara müraciət etsin. Bundan sonra Gürcüstanda aidiyyəti orqanlara və ordakı səfirliyə müraciət etsə də, ona bu məsələ ABŞ-da baş verdiyindən oraya müraciət etməli olduqları bildirilmişdir. Asif yenidən ona gedib həmin pulu tapıb verməsini bildirmiş, gəlib vəkil tutaraq pulları alacağını bildirmişdir. Eyni zamanda daşıyıcı tərəfdən Asifə məktub gəlmişdir ki, alınan avomaşınların cəmi dəyərinin 25 faizi məbləğində cərimə verilməli və ondan sonra avtomaşınlar onlara veriləcəkdir. Onlar həmin pulu tapıb verənə kimi avtomaşınların da gəmidə qalma xərci cəmi 120.000 ABŞ dolları məbləğində olmuşdur ki, həmin pulu o, daşıyıcı Şirkət “X5”-a 120.000 ABŞ dollar ABŞ-a köçürdükdən sonra avtomaşınları götürmüşdür. Sonradan Asif gəlib Gürcüstanda vəkil tutub guya işlə məşğul olmaq bəhanəsi ilə müəyyən işlər aparsa da, sonradan vəkilə işi dayandırmağı tapşırmışdır. Bütün bunlardan belə nəticəyə gəlmişlər ki, bu zərərlərin hamısı Asifin düşünülmüş hərəkətlə ridir. Bunu belə bir fakt da təsdiq edir ki, dəfələrlə tələb edilsə də, cavabdeh tərəfindən indiyə kimi alınan avtomobillərin alış qiymətinə dair sənədlər təqdim edilmir. Eyni zamanda cavabdeh tərəfindən 6 ədəd dəyəri 130.000 ABŞ dolları dəyərində avtomaşınlar mənimsənilib və həmin avtomaşınlar haqqında da məlumat verilmir. Artıq 4 ildir ki, onun pulunun faydasını cavabdeh görür və onun pulunu özündə saxlamaqla, onun əldə edəcəyi faydadan onu məhrum etmişdir ki, bu da ilə 5 faiz dərəcəsi ilə 114.520.6 ABŞ dolları 06 sent edir. Bundan əlavə onun ziyan əvəzinə ödədiyi 195.000 (yüz doxsan beş min) ABŞ dollarını o, bankdan kredit götürmüşdür ki, həmin kreditə görə 46.466 ABŞ dolları artıq faiz ödəmiş ki, həmin pulun ödənilməsində də cavabdehin heç bir rolu yoxdur.

4. Cavabdeh isə iddiaya etira z edərək bildirmişdir ki, birgə fəaliyyət üzrə hər hansı öhdəlik onun tərəfindən pozulmamışdır. Əksinə, sifariş verilmiş avtomobillərin alınması üçün lazım olan pul vəsaitini iddiaçı göndərmədiyi üçün əlavə cərimə məbləğləri ödənilməli olmuşdur. Onun iddiaçıya heç bir borcu yoxdur, əksinə özünün iddiaçıdan alacağı vardır.

5. Sumqayıt Şəhər Məhkəməsinin (hakim İ.Məmmədov) xx xxxxx 2018-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

6. Məhkəmə Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı öz tələbinin əsasını təsdiq edən hallarla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, zərərin cavabdeh tərəfindən vurulmasını yalnız ehtimallara əsaslanır. b ) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

7. Sumqa yıt Apellyasiya Məhkəməsinin (hakimlər-Ş.Abasov (sədrlik edən və məruzəçi), A.Abbasov və T.Məmmədov) xx xxxxxxxx 2018-ci il tarixli, X nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c ) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər Ə.Mirzəliyev (sədrlik edən və məruzəçi), T.Qoldman və G.Quliyev) X nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına göndərilmişdir.

10. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında şifahi müqaviləyə əsasən iş birliyi olmasını işin mübahisəsiz halı olmasını qəbul edən məhkəmə, gəlir və ziyanın hansı nisbətdə olacağı barədə tərəfləri dindirməmiş, birgə iş fəaliyyəti barəsindəki müqavilənin şərtlərini ətraflı araşdırmamışdır. Bundan başqa, mübahisənin həlli üzrə xüsusi zərurət olmasına baxmayaraq, məhkəmə tərəflərə birgə fəaliyyət üçün iddiaçının bank hesabına hansı məbləğdə pul köçürülməsi, həmin pullara hansı qaydada sərəncam verilməsi, göndərilmiş pullara alınmış avtomaşınların dəyəri arasında fərq olub-olmaması barədə sübutlar təqdim etməsini təklif etməmiş, bununla da MPM-nin 14.1-ci maddəsi pozulmuşdur. d) Apelyasiya instansiyası m əhkəməsindəki ikinci icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.

12. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixdə 17842 saylı ekspertiza rəyinə əsasən, 2012 və 2013-cü illərdəki fəaliyyət nəticəsində nə qədər dövriyyənin olmasını, həmin illərdə ayrı-ayrılıqda nə qədər avtomobil nəqliyyat vasitəsinin gətirilməsini, 2013- cü ildə vurulan ümumilikdə zərərin nə qədər olmasını, 2012-ci ildə göndərilmiş 1.293.912 ABŞ dolları vəsaitinə hansı məbləğdə və hansı sayda avtomobil göndərilməsini, 2013-cü ildə göndərilmiş 844681,0 ABŞ dolları vəsaitinə hansı məbləğdə və hansı sayda avtomobil göndərilməsini, ekspertizaya təqdim edilmiş sənədlərlə iddiaçı ilə cavabdehin bu işə (biznesə) qoyduqları sərmayənin (məbləğin) nisbətini, nəqliyyat vasitəsinin alınması xərci ilə onların Azərbaycan Respublikasının Gömrük orqanlarında rəsmiləşdirilməsi qiymətləri arasındakı fərqin müəyyən edilməsini müəyyən etmək üçün vəsatətdə qeyd olunan sənədlər iş materiallarında mövcud deyildir. Lakin iş materiallarında elektron yazışmalar, (iş vərəqə 52, 53, 71, 72 və s.), invoys (iş vərəqə 248) öz əksini tapmışdır ki, həmin elektron yazışmalar və invoysda göstərilənlər nəzərə alındıqda iddia ərizəsində göstərilən 75000,0 və 120000,0 ABŞ dolları məbləğində cəmi 195000,0 ABŞ dolları məbləğində cərimənin iddiaçı Etibar Şəmilov tərəfindən ödənilməsi müəyyən olunur. Qeyd edilir ki, təqdim edilmiş iş materiallarında Etibar Şəmilov tərəfindən ödənilmiş həmin cərimə məbləğinin ona qaytarılması ilə ba ğlı hər hansı bir sənəd öz əksini tapmamışdır. Bundan başqa qeyd edilir ki, iş materiallarında 2012 və 2013-cü illərdə Etibar Şəmilova “xxxx” ASC tərəfindən kreditin verilməsi ilə bağlı sənədlər (kredit müqaviləsi, ödəniş cədvəli və s.) öz əksini tapmışdır. Verilmiş kreditin təyinatı dövriyyə vəsaitinin artırılması göstərilmişdir. İş materiallarında kredit vəsaiti üzrə hansı dövriyyə vəsaitinin artırılması ilə bağlı sənədlər mövcud deyildir. İş materiallarında yalnız avtonəqliyyat vasitələrinin gətirilməsi ilə bağlı məlumatlar mövcuddur. Həmin kredit vəsaitinə görə iddiaçı tərəfindən iş materiallarında olan ödəniş cədvəllərinə (bax iş vərəqə 15 və 17) əsasən 38628,0 avro məbləğində faiz ödənilmişdir. Beləliklə, bütün yuxarıda göstərilənlər nəzərə alındıqda İddiaçı tərəfindən əlavə olaraq 1 95000,00 ABŞ dolları və 38628,0 avro ödənilməsi müəyyən olunur.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər-S.Qafari (sədrlik edən və məruzəçi), L.Məmmədova və F.Məmmədov) xx xxxxxx 2020-ci il tarixli, 2(105)-135/20 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2018-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu, 195.000 (yüz doxsan beş min) ABŞ dolları və 38628 (otuz səkkiz min altı yüz iyirmi səkkiz) avro ödəniş gününün manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manatın alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

14. Apelyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh müqavilə üzrə öz vəzifələrini icra edərkən öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməmiş, nəticədə iddiaçı avtomobilləri götürmək üçün əlavə olaraq 195000 ABŞ dolları ödəmək məcburiyyətində qalmışdır. Eyni zamanda banka 38628,0 avro ödəmişdir. Bu baxımdan məhkəmə kollegiyası iddia tələbini həmin hissədə əsaslı hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a ) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasın ı xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının günahı ucbatından gecikdirilən ödəmələrdə heç bir günahı yoxdur. Bu iddiaçının problemi olmuşdur. Onun göndərdiyi avtomobillərin Gürcüstan limanında ilişib qalmasının günahkarı iddiaçıdır. Belə ki, iddiaçı, ödənişləri gecikdirdiyi üçün avtomobillər limanda qalmış, borc və cərimələr yığılmışdır. İddiaçı ilə bank arasında bağlanmış müqavilə üzrə iddiaçının üzərinə götürdüyü öhdəliyi hansı səbəbə cavabdeh kimi o icra etməlidir. Cavabdeh iddiaçının bank qarşısında götürdüyü öhdəliyə görə hər hansı pul məbləğini qaytarmağa borclu deyil. Göründüyü kimi məhkəməyə heç bir sübuta istinad etmədən səhv mövqeyə gəlmişdir. İddiaçı öz dövriyyəsini artırmaq məqsədilə bankdan hər hansı məbləğdə kredit götürmüşdürsə, o zaman sual yaranır ki, iddiaçının üzərinə götürdüyü öhdəliyə görə cavabdeh hansı səbəbə cavab verməlidir? O hansı səbəbə iddiaçının yerinə faiz ödəməlidir. İddiaçı həmin krediti Biləcəri qəsəbəsində işlətdiyi “Ford 505 Avtoservis”i işətmək, onun dövriyyəsini artırmaq üçün götürmüşdür. İddiaçı Türkiyədən, o cümlədən İtaliyadan avtomaşın ehtiyat hissələri, o cümlədən Yaponiyadan avtomaşın yağları idxal etməklə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Kredit müqaviləsində məbləğin avro ilə verilməsi də məhz İtaliya ilə olan ticarətlə əlaqədardır. Qəbul edilmiş məhkəmə qətnaməsi ilə cavabdeh qətiyyən razı deyil, çünki onun iddiaçıya heç bir borcu yoxdur. Əksinə iddiaçı ona 120.000 ABŞ dolları məbləğində pul borcludur. Lakin əgər məhkəmə onların şərik olduqlarını qəbul edirdisə, o zaman hansı səbəbə i ddiaçı tərəfindən guya ödənilmiş 195.000 ABŞ dolları və 38.628 avro məbləğində pulun hamısının cavabdehdən iddiaçının xeyinə tutulması barədə qərar çıxarır? Əgər onlar şərik kimi fəaliyyət göstərirlərsə, xeyirə şərik oldquları kimi, ziyana da şərik olmalı idilər. O zaman, ən azından həmin pul məbləğinin yarısı cavabdehdən tutula bilərdi. Əgər cavabdeh iddia tələbini qismən qəbul etmiş olsaydı, o zaman qeyd olunan məbləğin hamısı ondan tutula bilməzdi. Bununla yanaşı təkrar qeyd edir ki, cavabdeh ümumiyyətlə iddianı qəbul etmir, sadəcə olaraq məhkəmənin belə qətnamə çıxarmaqla sanki ona qarşı qərəzli münasibətinin olmasını bildirmək istəyir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c ) Məhkəmə icraatı iştirakçılarının izahatlar ı

18. Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

19. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinə etiraz, iddia tələblərinin əsaslarına istinad edərək şikayətin rədd olunmasını xahiş etdilər. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

21. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, ö hdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

22. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

23. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kredit ora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

25. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

26. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ö dəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.

27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Maddə 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessu al hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

30. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlər ə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

35. Hazırkı işdə iddiaçının tələbləri qismən təmin edilmişdir. Kassasiya şikayətini isə cavabdeh vermişdir. Belə olan halda, məhkəmə kollegiyası qətnaməni cavabdehin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır.

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olun muş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Yuxarıda qeyd edildiyi kimi hazırkı kassasiya baxışının predmetini cavabdehdən pul məbləğlərinin tutulması hissəsində maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyi təşkil edir. Tərəflərin izahatından görünür ki, cavabdehdən tutulmuş pul məbləğləri müvafiq dövrdə göndərilmiş avtomobillərin daşıyıcı şirkətdən vaxtında təhvil alınmamasına görə iddiaçının ödədiyi 195.000 ABŞ dolları və bu ödənişin həyata keçirilməsi üçün bankdan götürülmüş kreditə görə ödənilmiş 38.628 avro faiz borcudur. 195.000 ABŞ dollarının qeyd edilən səbəbə görə məhz cərimə kimi ödənilməsini tərəflər mübahisə etmirlər. Mübahisə, həmin məbləğdə pul vəsaitinin tərəflərdən hansının təqsiri ucbatından ödənilməsi ilə bağlıdır.

38. İddiaçı bildirir ki, cərimənin ödənilməsinə səbəb olmuş avtomobil partiyasının alınması və göndərilməsi üçün lazım olan vəsaiti tam olaraq cavabdehə göndərmişdir. Buna baxmayaraq, cavabdeh özü və ya xidmətlərindən istifadə etdiyi üçüncü şəxslərin təqsirinə görə avtomobilləri daşıyıcı şirkətdən təhvil almaq mümkün olmamış və cərimə yaranmışdır.

39. Cavabdeh isə bildirir ki, cərimənin yaranmasına səbəb sözügedən avtomobil partiyasının alınması və göndərilməsi üçün lazım olan vəsaitin məhz iddiaçı tərəfindən ödənilməməsi olmuşdur. Başqa sözlə, iddiaçı öz üzərinə düşən öhdəliyini pozaraq, cərimə ödənilmiş avtomobillərin pulunu tam ola raq ona göndərməmişdir. Avtomobillərin dəyəri vaxtında və tam həcmdə ödənilmədiyi üçün həmin cərimə məbləği meydana gəlmiş və ödənilməli olmuşdur.

40. Göründüyü kimi, tərəflərin razılaşmasına görə avtomobillər üçün lazım olan pul vəsaitini təmin etmək iddiaçının, maşınların alınması və göndərilməsini təşkil etmək isə cavabdehin vəzifəsi olmuşdur. Belə olan halda, ödənilmiş mübahisəli cərimənin yaranma səbəbinin müəyyən edilməsi üçün əvvəlcə təhvil alınması gecikmiş avtomobillərin pulunun iddiaçı tərəfindən ödənildiyi sübuta yetirilməlidir. Bu hal sübut edildiyi təqdirdə isə gecikmədə özünün və ya xidmətlərindən yararlandığı şəxslərin təqsirsizliyini (öhdəliklərini tam və qüsursuz icra etdiklərini) sübut etmək yükü cavabdehin üzərinə düşür.

41. Belə ki, hər bir tərəf öz tələblərinin və et irazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM, maddə 77.1).

42. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər.

43. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

44. Hazırkı işdə isə mübahisəli cərimə məbləğinin hansı dövr üzrə, hansı avtomobillərə görə yarandığına, bu avtomobillərin alınması və göndərilməsi üçün hansı məbləğdə vəsaitin tələb olunmasına, həmin vəsaitin tam olaraq cavabdehə göndərildiyinə dair mötəbər və kifayətedici sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir.

45. Belə ki, iş materiallarında tərəflərin birgə fəaliyyətinə və hesablaşmalarına dair xeyli həcmdə məlumat olsa da, mübahisənin bu hissəsinin düzgün həlli üçün zəruri olan yuxarıdakı hallar dəqiqliklə müəyyən edilməmişdir. Halbuki, əvvəlki kassasiya baxışında apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərkən xüsusi olaraq vurğulanmışdı ki, birgə fəaliyyət üçün iddiaçının bank hesabına hansı məbləğdə pul köçürülməsi, həmin pullara hansı qaydada sərəncam verilməsi, göndərilmiş pullara alınmış avtomaşınların dəyəri arasında fərq olubolmaması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər h allar araşdırılmalıdır.

46. Apelyasiya instansiyası məhkəməsi bu məsələlərə dair bir sıra sualların xüsusi biliyə malik olan şəxs tərəfindən cavablandırılması üçün mühasibatlıq ekspertizası təyin etmişdir. Lakin mübahisəli cərimə məbləğinin hansı dövr üzrə, hansı avtomobillərə görə yaranması, bu avtomobillərin alınması və göndərilməsi üçün hansı məbləğdə vəsaitin tələb olunması, həmin vəsaitin iddiaçı tərəfindən cavabdehə göndərilib-göndərilmədiyi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallar ekspertiza ilə müəyyən edilməmişdir. Ekspert, yalnız iddiaçı tərəfindən cərimə və kredit borcuna görə faiz məbləğlərinin ödənildiyini göstərmişdir.

47. Apelyasiya məhkəməsi isə bu nəticə ilə kifayətlənərək həmin məbləğlərin cavabdehdən tutulması haqqında əsassız nəticəyə gəlmişdir. Halbuk i, həmin xüsusatlar həm iş materiallarındakı məlumatlar əsasında, zəruri olduqda isə ekspertin vəsatəti ilə əlavə məlumatlar və ya mütəxəssis rəyləri əldə edilməklə müəyyənləşdirilə bilər.

48. Buna baxmayaraq apelyasiya məhkəməsi qeyd edilən xüsusatları mümkün prosessual imkanlarla aydınlaşdırmamış, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına riayət etməmişdir (§29-30,33).

49. Odur ki, sübutetmə yükü nəzərə alınmaqla tərəflərin sübuta yetirməli olduğu, yuxarıda göstərilən, eyni zamanda mübahisənin bu hissəsinin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallar yoxlanılmalı, ödənilmiş cərimənin tərəflərdən asılı olmay an səbəblərə görə, yoxsa onlardan hansınınsa (habelə xidmətlərindən istifadə etdikləri üçüncü şəxlərin) öz öhdəliyini vaxtında və lazımi qaydada yerinə yetirməməsinə görə yaranması müəyyən olunmalı, bunun nəticəsindən asılı olaraq ödənilmiş pul məbləğlərinin tərəflərdən hansına və nə qədər həcmdə aid olmasına hüquqi qiymət verilməklə mübahisə həll edilməlidir.

50. Qeyd edilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, qətnamə iddianın təmin olunmuş hissəsində ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir.

51. Göstərilənlərə əsasən və MPM-nin 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2020ci il tarixli qə tnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apelyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar