Məhkəmə qərarları › İş №2(102)-359/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-359/2021

22.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-359/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-359/21 (Açar sözlər: alimentin artırılması) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı İddiaçı vəkili Məmmədova Mehriban Akif qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020 il tarixl i 2(103)-5123/2020 nömrəli qətnaməsindən iddiaçı İddiaçı kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdeh xx.xx.2006-cı il tarixdən rəsmi nikahda olmuş, onların bu nikahdan xx.xx.2010-cu il təvəllüdlü Yusifzadə Röya Sarvan qızı və xx.xx.2012-ci il təvəllüdlü X3 adlı iki uşaqları var.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən tərəflərin nikahları pozulmuş, uşaqlar ananın yanında saxlanılmış və sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

3. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qətnamə aliment hissəsində qismən ləğv edilmiş və hər uşağa görə hər ay 80 manat olmaqla, cəmi 160 manat al iment müəyyən edilmişdir a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək, aliment məbləğinin artırılması, yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2010-cu il təvəllüdlü Yusifzadə Röya Sarvan qızına hər ay 200 manat və xx.xx.2012ci il təvəllüdlü X2 hər ay 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin cavabdehdən öz xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılıb ki, cavabdeh tərəfindən ödənilən aliment uşaqların maddi tələbatlarını ödəmək üçün həddən artıq azdır. Uşaqların təhsili, sağlamlığı qayğısına qalması üçün xeyli vəsait tələb olunur.

6. İddiaçının təkbaşına bütün maddi tələbatları ödəməyə imkanı yoxdur.

7. İddiaçı tələ binin hüquqi əsası kimi Ailə Məcəlləsinin 75.1 və 78.1-ci maddələrinə istinad etmişdir.

8. Cavabdeh iddiaya etiraz edib göstərib ki, aliment borcu olduğundan əlavə ödəniş edir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1713/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü Yusifzadə Röya Sarvan qızının və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı Apelyasiya Məhkəməsinin 2(103)8790/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü Yusifzadə Röya Sarvan qızının və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 3 40 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin artırılmış hissədə tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılması qət edilmişdir. (hakim Günel Abbasova)

10. Məhkəmə müəyyən etmişdir ki, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır.

11. Məhkəmə uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, uşaqların saxlanılmaları üçün cavabdehdən tutulacaq alimentin hər ay hər uşağa görə 170 manat olmasını uşaqların mənafeyinə uyğun hesab etmişdir.

12. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2, 112.1, “Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddələri, “Azərbaycan Respublikasında 2020-ci il ü çün yaşayış minumumu haqqında” Qanunla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianının rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, cavabdehin daimi işi yoxdur. Qazancı heç özünü normal saxlamağa imkan vermir. Səhhətində problemlər var, bu səbəbdən hərbi xidmətə gedən 5 ay sonra tərxis olunub.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5123/2020 nömrəli, xx xxxx 2020 il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, x x.xx.2010cu il təvəllüdlü Yusifzadə Röya Sarvan qızının və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi (İş № 2(103)8790/2019) ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış və hazırki qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh hər uşağa görə 113 (yüz on üç) manat 50 (əlli) qəpik məbləğində alimentin tutularaq İddiaçı verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi) Şeyda Məhərrəmova, Rəşad Həsənov)

16. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, son vaxtlar Azərbaycan Respublikasında yaşayış minimumunun məbləği hər il ölkə üzrə, o cümlədən uşaqlar üçün artmaqda davam edir. Bununla əlaqədar, sabit pul məbləğində müəy yən edilmiş alimentin miqdarının artırılmasına dair iddiaların sayı da artır. Məhkəmələr tərəfindən uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu əsas götürülməklə bu cür iddialar demək olar ki, əksər hallarda təmin olunur. Aliment ödəyən şəxslər isə maddi vəziyyətlərinin buna imkan vermədiyini əsas gətirərək alimentin bu qaydada artırılmasına etiraz edir, həmçinin bu cür artırmalar nəticəsində məhkəmə aktlarının icrası çətinləşir, bəzi hallarda isə məhkəmə aktının icrası qeyri-mümkün olur. Ailə Məcəlləsinin 78.2-ci maddəsində sabit pul məbləğinin miqdarının müəyyən edilməsinin 4 meyarı (maddi vəziyyət, ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, əvvəlki təminatın səviyyəsi) göstərilsə də, bu meyarlar ümumi xarakterli olduğundan vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına imkan verm ir. Bununla əlaqədar, bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək üçün konkret işdə olan sübutlar həmin 4 meyarı konkretləşdirməyə imkan vermədikdə, alimentin miqdarı “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün məbləğ və uşaqların sayı əsas götürülməklə Ailə Məcəlləsinin 76-cı maddəsinə müəyyən edilmiş nisbətdə müəyyən edilməsi daha düzgün olardı. Bu qayda müəyyən edilərkən 2 meyar əsas götürülür. Yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş məbləği və Ailə Məcəlləsinin 76-cı maddəsində nəzərdə tutulmuş nisbəti.

17. Apellyasiya məhkəməsinın mövqeyinə görə işdə başqa sübutlar yoxdursa və aliment ödəyən şəxsin qazancını və digər gəlirlərini müəyyən etmək mümkün deyilsə, qeyd olunan meyar əsas götürülməklə bu təcrübədən istifadə edilə bilər. Bu qayda həm də obyektiv göstərici ola bilər. Çünki məhkəmə təcrübəsində sabit pul məbləğində aliment müəyyən edilərkən hər il “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Qanunda göstərilən (artan) minimumu uşaqların sayına vurularaq müəyyən edilir. Bu təcrübə isə çoxuşağı olan aliment ödəyicilərinin maddi vəziyyətinə təsir etdiyinə görə məhkəmə aktlarının icrasını çətinləşdirir və süni surətdə hüquqi məsuliyyətə (inzibati və cinayət məsuliyyətinə) cəlb edilən şəxslərin sayını durmadan artırır. Bu cür vəziyyət isə digər neqativ nəticələr yaratmaqla yanaşı bəzən aliment ödəyən şəxslərin haqlı narazılığına da səbəb olur.

18. Apellyasiya məhkəməsi aliment məbləğinin qeyd edilən meyarlarla təyin edilməsinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının 8.2-ci bəndinə və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarındakı formalaşdırdığı hüquqi mövqe ilə dolayı da olsa uzlaşmadığını göstərməklə yanaşı, qeyd edib k, sözügedən qərarlarda da, 2, 3 və daha artıq uşağa görə aliment müəyyən edilərkən, mütləq ki, hər uşağa görə yaşayış minimumunu adi qaydada üst-üstə toplanılmalı olması nəzərdə tutulmamışdır. Çünki 2, 3 və daha artıq uşağa görə aliment ödəyən şəxslərin aylıq qazancının və digər gəlirlərinin artım dinamikasının hər il artan yaşayış minimumunun dinamikası qədər olmasına dair aliment tələb edən şəxslər tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmur.

19. Apellyasiya məhkəməsi alimentin məbləğinin artırılmasının zəruri olması ilə yanaşı, cavabdehin işləməməsini nəzərə alaraq hər uşaq üçün alimentin artırılıb 113,5 manat olmasını məqbul hesab etmişdir.

20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2, 112-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri etirazın dəlilləri, məhkəmə icraatı

21. İddiaçı qətnamədən kassasiya şikayəti verib, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti belə əsaslandırılıb ki, cavabdehin heç yerdə işləməməsi barədə dedikləri sübut edilmi r. Cavabdehin daimi işi var, mənzillərin təmiri ilə məşğuldur. Yaşayış minimumu 2020-ci il üçün 170 manat təşkil etdiyi halda, təyin edilən məbləğ bu minimumdan azdır. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

23. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı vəkili Məmmədova Mehriban Akif qızı kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.

25. Cavabdeh vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.2. Sabit pul məbləğin in miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblə rinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyiş iklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını a raşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Kassasiya şikayətində iddiaçı qətnamənin ləğv edilib, iddianın tam təmin edilməsini xahiş etsə də, kollegiya qeyd edir ki, iddiaçı hər uşaq üçün 180 manat müəyyən edən birinci instansiya məhkəməsinin qətnaməsini mübahisəndirməmişdir. Buna görə də hazırki kassasiya baxışının predmetini aliment məbləğinin apelyasiya məhkəməsi tərəfindən azaldılm ası hissəsi təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin aliment məbləğinin müəyyən edilməsi meyarını (hazırki qərarın 16-cı bəndi) düzgün hesab etməsə də, cavabdehin işləməməsini nəzərə almaqla nəticədə alimentin məbləğini artırdığı üçün hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

30. Birinci instansiya məhkəməsi hər uşaq üçün alimentin məb ləğini 180 manat müəyyən etmişdir.

31. Apellyasiya instansiyası alimentin məbləğini 113,50 manat müəyyən edərkən cavabdeh işləməməsinə, onun maddi durumuna istinad edib.

32. Bundan əlavə apellyasiya məhkəməsi qeyd etmişdir ki, göstərilən miqdarda alimentin artırılması üçün cavabdehin aylıq qazancının və digər gəlirlərinin artım dinamikasının hər il artan yaşayış minimumunun dinamikası qədər olmasına dair aliment tələb edən şəxs tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.

33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin aliment məbləğinin müəyyən edilməsi meyarı ilə razılaşmasa da, apellyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşır.

34. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilini – yaşayış minimumu 2020-ci il üçün 170 manat təşkil et diyi halda, məhkəmənin bundan az miqdarda aliment təyin etməsi – əsassız sayır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış minimumu haqqında” Qanunla bir uşağın müəyyən edilən yaşayış minimumu alimentin məbləğinin müəyyən edilməsinin yeganə meyarı ola bilməz. 36. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında Konstitusuya Məhkəməsinin də hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının təl əbləri əsasında araşdıraraq müəyyən etməlidir.

37. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmaldır.

38. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020 il tarixli 2(103)5123/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar