Məhkəmə qərarları › İş №2(102)-359/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-359/2022

13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-359/2022 13.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarş iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2731/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsindən X tərəfindən verilmiş kassasiya şikayətinə dai r işə 13 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 oktyabr 2015- ci il tarixli, BK-2475/15 saylı Baş Kredit müqaviləsinə əsasən tərəflər razılaşmışlar ki, iddiaçı "xxxx" ASC Cavabdeh 60 ay müddətinə illik 22% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 300.000 manat məbləğində kredit xətti açır və ayrıca müqavilə əsasında ona kredit verir. Həmin Baş kredit müqaviləsi çərçivəsində iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2015-ci il tarixli iki kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 21,5 % dərəcəsi ilə faiz hesablamaq və 24 ay müddətinə qaytarmaq şərti ilə 40.000 manat məbləğində (bundan son ra 1-ci müqavilə) və illik 18 % dərəcəsi ilə faiz hesablamaq və 36 ay müddətinə qaytarmaq şərti ilə 85.000 ABŞ dolları məbləğində (bundan sonra 2-ci müqavilə) kredit verilmişdir. Cavabdeh hər iki müqavilə üzrə müəyyən edilmiş məbləğlərdə krediti qəbul etmiş və müqavilələrdə göstərilən müddətdə və qaydada krediti qaytarmağı, habelə əsas kredit borcuna hesablanacaq faiz məbləğlərini, ödənişlərin gecikdirilməsinə yol verdiyi təqdirdə isə hesablanacaq cərimə məbləğlərini ödəməyi barədə öhdəlik götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh məxsus olan xxx küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi 07 oktyabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2. 27.11.2019-cu il və 04.06.2020-ci il tarixli ekspert rəylərinə əsasən 19.06.2017-ci il tarixinə cavabdehin 1-ci müqavilə üzrə 28.456,09 manat məbləğində əsas, 5.608,22 manat məbləğində faiz, 2-ci müqavilə üzrə 80.637,16 ABŞ dolları məbləğində əsas, 19.100,62 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. 19.06.2017- ci il tarixdən sonra Cavabdeh tərəfindən 2.000 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Ödənilmiş 2.000 ABŞ dolları faiz borcundan silinmişdir. Kredit müddəti 1-ci müqavilə üzrə 07.10.2017-ci il tarixdə, 2-ci müqavilə üzrə isə 07.10.2018-ci il tarixdə bitmişdir. 3. "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə işi əsasında tərtib edilmiş hesabatda əsasən xxx küçəsində yerləşən ümumi sahəsi 224.2 kv.m. olan 20 nömrəli fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 160.000 m anat məbləğində müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-in xeyrinə 07.10.2015-ci il tarixli manat öhdəliyinə dair kredit müqaviləsi üzrə 28.677,88 manat əsas, 5.651,93 manat faiz, 2.050,95 manat cərimə, cəmi 36.380,76 manat məbləğində borcun, 07.10.2015-ci il tarixli dollar öhdəliyinə dair kredit müqaviləsi üzrə 80.636,65 ABŞ dolları əsas, 19.518,61 ABŞ dolları faiz, 3.802,90 ABŞ dolları cərimə, cəmi 103.958,16 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh m əxsus Axxx küçəsində yerləşən ümumi sahəsi 224.2 kv.m. olan 20 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin qeyri yaşayış sahəsinin açıq hərracdan satılması və borcun həmin qeyri yarayış sahəsinin hərracdan satışından əldə olunan vəsait hesabına cavabdeh İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus xxx küçəsində yerləşən ümumi sahəsi 224.2 kv.m. olan 20 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdə və o, satıldıqdan 1 ay sonra xxx küçəsində yerləşən ümumi sahəsi 224.2 kv.m olan, 20 nömrəli fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06 oktyabr 2015-ci il t arixli, BK-2475/15 nömrəli Baş kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən illik 22% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 60 ay müddətinə 300.000 manat məbləğində kredit limiti ayrılmışdır. Həmin baş kredit müqaviləsi əsasında bağlanmış və onun tərkib hissəsi olan 07 oktyabr 2015-ci il tarixli, 2475/15 saylı kredit müqavilələrinə əsasən Cavabdeh müvafiq olaraq illik 21,5 % dərəcəsi ilə fazi hesablamaq şərti ilə 24 ay müddətinə 40.000 manat məbləğində və illik 18 % dərəcəsi ilə faiz hesablamaq şərti ilə 36 ay müddətinə 85.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq, Cavabdeh məxsus olan xxx küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi 07 oktyabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka m üqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 06 oktyabr 2015-ci il tarixli Baş kredit müqaviləsinə və onun ayrılmaz tərkib hissəsini təşkil edən kredit müqavilələrinə görə şərtləşdirilmiş cədvəllərdə göstərilən ödənişlər aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 2.5-ci bəndinə əsasən bank ikiqat faizlə cərimə hesablayıb borcludan tələb edir. 19 iyun 2017-ci il tarixinədək Cavabdeh manat öhdəliyinə dair kredit müqaviləsi üzrə banka 28.677,88 manat əsas, 5.651,93 manat faiz, 2.050,95 manat cərimə, cəmi 36.380,76 manat borcu var. 19 iyun 2017-ci il tarixinədək Cavabdeh dollar öhdəliyinə dair kredit müqaviləsi üzrə banka 80.636,65 ABŞ dolları əsas borc, 19.518,61 ABŞ dolları faiz, 3.802,90 A BŞ dolları cərimə, ümumilikdə 103.958,16 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədi ilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun t utulmasına yönəldilməlidir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(001)44/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 07 oktyabr 2015-ci il tarixli 1-ci kredit müqaviləsi üzrə 28.456,09 (iyirmi səkkiz min dörd yüz əlli altı manat, doqquz qəpik) manat məbləğində əsas, 5.608,22 (beş min altı yüz səkkiz manat, iyirmi iki qəpik) manat məbləğində faiz, 2.000 (iki min) manat məbləğində cərimə, cəmi 36.064,31 (otuz altı min altmış dörd manat, otuz bir qəpik) manat məbləğində borc, 07 oktyabr 2015-ci il tarixli 2-ci kredit müqaviləsi üzrə 80.636,65 (səksən min altı yüz otuz altı ABŞ dolları, altmış beş sent) ABŞ dolları məbləğində əsas, 19.100,62 (on doqquz min bir yüz ABŞ dolları, altmış iki sent) ABŞ dolları məbləğində faiz, 3.000 (üç min) ABŞ dolları məbləğində cərimə, cəmi 102.737,27 (bir yüz iki min yeddi yüz otuz yeddi ABŞ dolları, iyirmi yeddi sent) ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat məbləğindəxidmət haqqının tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsini, tutmanın 06 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinin təminatı qismində Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş xxx küçəsində yerləşən ümumi sahəsi 224.2 kv.m. olan 20 nömrəli fərdi yaşayış evinə yönəldilərək həmin əmlakın açıq hərrac v asitəsilə satılması və satışdan əldəolunan vəsait hesabına borc məbləğinin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana – Cavabdeh qaytarılması, satışdan əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin Cavabdeh tutulması, hərraca çıxarılarkən ipoteka predmeti olan xxx küçəsində yerləşən ümumi sahəsi 224.2 kv.m. olan 20 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 160.000 (bir yüz altmış min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan xxx küçəsindəyerləşən ümumi sahəsi 224.2 kv.m. olan 20 nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh həmin əmlakdan çıxmazsa, məcburi qaydada çıxarılması, ekspertiz a tədqiqatının ümumi dəyərini təşkil edən 345 (üç yüz qırx beş) manat məbləğində pul vəsaitinin 300 (üç yüz) manat hissəsi Cavabdeh, 45 (qırx beş) manat hissəsi isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntu suna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir.

8. Məhkəmə hər iki müqavilə üzrə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, 2-ci kredit müqaviləsi üzrə əsas borc məbləği istisna olmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27.11.2019-cu il tarixli, 15854 nömrəli və 04.06.2020-ci il tarixli, 9/1229 nömrəli ekspert rəylərini mötəbər sübut kimi qiymətləndirib və həmin rəylər üzrə 19.07.2017-ci il tarixə müəyyən edilmiş əsas və faiz borcu məbləğlərini əsas götürüb belə qənaətə gəlmişdir ki, Cavabdeh 07.10.2015-ci il tarixli 1-ci kredit müqaviləsi üzrə 28.456,09 manat məbləğində əsas, 5.608,22 manat məbləğində faiz, 07.10.2015-ci il tarixli 2-ci müqavilə üzrə 80.636,65 ABŞ dolları məbləğində əsasvə 19.100,62 ABŞ dolları məbləğində faiz borcu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.

9. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alıb, iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği endirilməli və 07.10.2015-ci il tarixli 1-ci kredit müqaviləsi üzrə 2.000 manat və 07.10.2015-ci il tarixli 2-ci kredit müqaviləsi üzrə 3.000 ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ müqavilələrə uyğun olaraq Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.

10. Bundan başqa iddiaçı “İpoteka haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipote ka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetinin satılmasını tələb edir.

11. Məhkəmə qeyd etmişdir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə ipoteka qoyana, yəni cavabdehə qaytarılmalıdır.

12. Həmçinin ipoteka predmetinin satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədi kdə borcun qalan hissəsi Mülki Məcəllənin 319.6-cı maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh iddiaçı Ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə tutulmalıdır.

13. Məhkəmə iddia tələbinin “ipoteka predmetinə tutma yönəldikdən və əmlak satıldıqdan 1 ay sonra mənzilin boşaldılması” tələbi ilə bağlı qeyd etmişdir ki, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuş, lakin ipoteka predmetinin boşaldılması nəzərdə tutulmamışdır. Belə ki, ipoteka predmetinin boşaldılması özündə həmin əmlakda yaşayan şəxslərin bütün əşyaların çıxarılmasını özündə ehtiva edir. Qanunverici də bu vəziyyətdə “məcburi qaydada çıxarılma” ifadəsini təsbit etməklə, bu şəxslərin ipoteka predme tindən onlara məxsus əşyaları ilə birlikdə çıxarılmasını nəzərdə tutmuşdur. Belə ki, əsas məqsəd ipoteka predmeti satıldıqdan sonra onun maneəsiz şəkildə alıcı tərəfindən təhvil alınmasını təmin etməkdən ibarətdir. Bu da öz növbəsində əmlak satıldıqdan sonra həmin əmlakda ipoteka qoyana və onun ailə üzvlərinə, habelə əmlaka aidiyyəti olan digər şəxslərə məxsus olan hər hansı əşyanın olmasını istisna edir və onların ipoteka predmetindən məcburi qaydada məhz əşyalarla birlikdə çıxarılmasını şərtləndirir. Bu səbəbdən məhkəmə qanunvericilikdə təsbit edilmiş ifadəni yetərli hesab edir və belə qənaətə gəlir ki, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh ipoteka predmetindən çıxmazsa, o, məcburi qaydada çıxarılmalıdır.

14. Məhkəmə iddia tələbinin “ipoteka pred metinin iddiaçıya təhvil verilməsi” hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehə qarşı ipoteka predmetinin təhvil verilməsi predmetli iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də ipoteka predmetində yaşayan şəxslərin çıxarılması aid ola bilər. Həm Mülki Məcəllədə, həm də ki “İpoteka haqqında” Qanunda bankın cavabdehlərə qarşı ipoteka predmetinin təhvil verilməsi predmetli iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Həmin hüquq ipoteka predmetinə tutma yönəldildikdən sonra bu əmlak özgəninkiləşdiril əcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. Bu səbəbdən də, iddia tələbi bu hissədə rədd edilməlidir.

15. Məhkəmə ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti ilə bağlı belə qənaətə gəlmişdir ki, bu əmlak hərraca çıxarılan zaman onun ilkin satış qiyməti müəyyən edilərkən ipoteka müqaviləsində göstərilmiş qiymət deyil, məhkəmə tərəfindən təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizası üzrə "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə işi əsasında tərtib edilmiş hesabatda göstərilmiş qiymət əsas götürülməlidir. Bununla belə məhkəmə qeyd edilən hesabatı əsas götürüb hesab edir ki, xxx küçəsində yerləşən ümumi sahəsi 224.2 kv.m. olan 20 nömrəli fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 160.000 manat məbləğində müəyyən edilməlidir.

16. Məhkəmə öz mövqeyini Azərb aycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 269.4, 269.7, 317.1, 319.1, 319.6, 385.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 462.1, 463.1, 465.2, 467, 739.2, “İpoteka haqqında” Qanunun 33, 34.1, 36.1, 36.3, 39.3, 47.4, 59.3.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Qətnamədən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC və Cavabdeh apellyasiya şikayətləri vermişlər.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2731/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və N.Cəfərov) apellyasiya şikayətləri təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 sentyabr 2020-c i il tarixli, 2(001)44/2020 saylı qətnaməsi dədəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir.

20. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

21. X kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

25. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 41 5.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

26. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

27. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

28. Qanunun tələbinə gö rə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

30. Girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüquq udur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. (maddə 269.1)

31. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. (maddə 269.4)

32. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. (maddə 295)

33. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. (maddə 319.1)

34. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipote ka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. (maddə 319.6)

35. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1) 36. müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün m üddətində ondan cavab almadıqda irəli sürə bilər. (maddə 423.2)

37. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)

38. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)

39. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımın ca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)

40. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)

41. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)

42. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. (maddə 462.1)

43. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz su rətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. (maddə 467)

44. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)

45. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydas ında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2) “İpoteka haqqında” Qanun

46. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. (maddə 33)

47. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.1)

48. Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.2)

49. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər (maddə 41.1).

50. Yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürdükdə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər (maddə 59.3) Mülki Prossesual Məcəllə

51. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

52. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istina d etdiyi halları sübut etməlidir. (maddə 77.1)

53. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

54. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

55. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

56. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

59. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: X tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2731/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar