Məhkəmə qərarları › İş №2(102)-3590/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3590/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3590/2021 08.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” BOKT QSC-nin cavabdehlər “xxxx” MMC-yə və qeyrilərinə və iddiaçı Cavabdeh3 cavabdeh “xxxx” ASC-yə və qeyrisinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3590/21 (Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi) Bakı şəhəri, 08 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə ca vabdeh “xxxx” BOKT QSC-nin vəkili Rnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1111/2020 nömrəli iş üzrə 18 noyabr 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh3 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 08 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı «xxxx» ASC cavabdehlər «xxxx» MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X2, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13 qarşı «kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı «xxxx» ASC-nin xeyrinə cavabdeh «xxxx» MMC-dən akkreditiv üzrə ödənilməmiş 248.153 ABŞ dolları 12 sent f aiz, akkreditivin açılması üzrə ödənilməmiş 7.600 ABŞ dolları xidmət haqqı borcu, 2.890.106 ABŞ dolları 64 sent əsas borcu, 1.976.860 ABŞ dolları 85 sent faiz, 1.549.872 ABŞ dolları 05 sent dəbbə pulu olmaqla, cəmi 6.672.592 ABŞ dolları 66 sent məbləğində borcun ipoteka və digər əmlakı hesabına tutulması; Tələb üzrə tutmanın Cavabdeh2 məxsus, ipoteka predmeti olan Bakı şəhəri V nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin müəyyən edilməklə açıq hərracdan satılması; Tələb üzrə tutmanın Cavabdeh3 məxsus, ipoteka predmeti olan Bakı şəhəri E nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin müəyyən edilməklə açıq hərracdan satılması; Cavabdeh3 Bakı şəhəri E nömrəli mənzilindən istifadə hüququna xitam verilməklə həmin mənzildən çıxarılması; Cavabdehlər Cavabdeh4, Ca vabdeh5, Cavabdeh6, Cavabdeh7, X1, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13 Bakı şəhəri N nömrəli mənzilindən istifadə hüququna xitam verilməklə həmin mənzildən çıxarılmaları; ipotekaya qoyulmuş «xxxx» MMC-yə məxsus siyahısı, qeydiyyat nişanları və digər əlamətləri iddia ərizəsində göstərilmiş «Fiat-Albea Sole 1.4» markalı avtomobillərə yönəldilməsi, avtomobillərin açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunmuş vəsait hesabına «xxxx» MMC-nin «xxxx» ASC-yə olan kredit borcunun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar «xxxx» ASC ilə «xxxx» QSC arasında «problemli aktivlər üzrə tələb hüququnun «xxxx» QSC-yə güzəşt edilməs inə dair» 21.04.2017-ci il tarixli müqavilə imzalanmışdır. Qeyd olunan müqaviləyə istinad edən «xxxx» ASC məhkəməyə müvafiq ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsinə əsasən tələb güzəşt edildiyinə görə «xxxx» QSC ilə əvəz edilməsini və mülki işə iddiaçı qismində «xxxx» QSC-nin cəlb edilməsini xahiş etmişdir. Bu səbəbdən, iddiaçı «xxxx» ASC «xxxx» BOKT QSC ilə əvəz edilmişdir. Daha sonra, iddiaçı «xxxx» BOKT QSC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» MMCdən 4.427.712 manat 95 qəpik əsas borc, 2.195.960 manat 43 qəpik faiz olmaqla, cəmi 6.623.673 manat 37 qəpik məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı «xxxx» BOKT QSC-nin xeyrinə tutulması; Tələb üzrə tutmanın Cavabde h2 məxsus, ipoteka predmeti olan Bakı şəhəri V nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi; Tələb üzrə tutmanın Cavabdeh3 məxsus, ipoteka predmeti olan Bakı şəhəri E nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi; Cavabdeh3 Bakı şəhəri E nömrəli mənzilindən istifadə hüququna xitam verilməklə həmin mənzildən çıxarılması; Cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X1, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13 Bakı şəhəri N nömrəli mənzilindən istifadə hüququna xitam verilməklə həmin mənzildən çıxarılmaları; borcun ip otekaya qoyulmuş «xxxx» MMC-yə məxsus siyahısı, qeydiyyat nişanları və digər əlamətləri ərizədə göstərilmiş «Fiat-Albea Sole 1.4» markalı avtomobillərə yönəldilməsi, avtomobillərin açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunmuş vəsait hesabına «xxxx» MMC-nin kredit borcunun ödənilməsinə yönəldilməsi; Əmlakların satışından əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan məbləğinin «xxxx» MMC-yə məxsus olan daşınar və daşınmaz əmlaklara (o cümlədən nəqliyyat vasitələrinə, texnikalara) yönəldilməsi, həmin əmlaklar üzərində cavabdeh «xxxx» MMC-nin mülkiyyət hüquqlarına xitam verilməsi, «xxxx» BOKT QSC-nin həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması, müvafiq olaraq Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin, Azərbaycan Respublikası Dİ N BDYPİ-nin və digər səlahiyyətli orqanların üzərinə «xxxx» BOKT QSC-nin həmin əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh3 cavabdehlər “xxxx” ASC-yə və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Bülbül prospektində yerləşən 65c saylı evin 10 saylı mənzilinə dair 09.07.2008-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məh kəməsində icraat İddia tələbi onunla əsaslandırmışdır ki, «xxxx» ASC ilə «xxxx» MMC arasında imzalanmış 16.05.2008-ci il tarixli 195/1 saylı kredit sazişinə əsasən 3.150.000 ABŞ dolları məbləğində kredit xətti açılmış və 27.05.2009-cu il tarixli kredit müqaviləsinə əlavəyə əsasən kredit xəttinin məbləği 3.800.000 ABŞ dolları olmuşdur. Həmin müqaviləyə əsasən, borcalan hesabındakı vəsait təcrid edilmədən 08.02.2008-ci il tarixli 61 saylı müqavilənin şərtlərini yerinə yetirmək məqsədi ilə Standby Akkreditiv açılmışdır. Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən borcalan hesabında vəsait olmaması nəticəsində Standby Akkreditiv üzrə yaranan ssuda borcunu istifadə tarixindən 3 ay ərzində qaytarmağı qeyd-şərtsiz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən borcalan Standby Ak kreditivin açıldığı tarixdən etibarən Standby Akkreditivin tam ödənildiyi tarixədək Standby Akkreditivin istifadə olunmamış balansına illik 3 faiz hesabı ilə hesablanmış komissiyanı banka ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən borcalanın bank qarşısında ssuda borcu yaranandan sonra kredit üzrə faizlər kreditin istifadə edilmiş hissəsinə illik 19 %-lə hesablanır. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən kredit üzrə vaxtı keçmiş borc əmələ gəldikdə, borcalan banka vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr faiz dərəcəsindən əlavə illik 19 %-lə hesablanan cərimə faizləri ödəməlidir. Borcalanın kredit öhdəliklərinin təmin edilməsi məqsədi ilə Cavabdeh2 ilə bank arasında 09.07.2008-ci il tarixli ipoteka müqaviləsi bağl anmış və onun mülkiyyətində olan Bakı şəhəri V nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Bundan başqa, Cavabdeh3 ilə bank arasında 09.07.2008-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan Bakı şəhəri E nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Bundan başqa cavabdeh «xxxx» MMC ilə bank arasında 07.08.2008-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan 90 ədəd «Fiat-Albea Sole 1.4 Fire Active» markalı avtomobillər ipoteka ilə yüklü edilmişdir. Bundan başqa cavabdeh «xxxx» MMC ilə bank arasında 06.08.2010-cu il tarixli ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan 33 ədəd «Fiat-Albea Sole 1.4» markalı avtomobillər ipoteka ilə yüklü edilmişdir. 15.05.2014-cü il tarixə cavabdeh «xxxx» MMC-nin banka akkreditiv üzrə ödənilməmiş 248.1 53 ABŞ dolları 12 sent faiz, akkreditivin açılması üzrə ödənilməmiş 7.600 ABŞ dolları xidmət haqqı borcu, 2.890.106 ABŞ dolları 64 sent əsas borcu, 1.976.860 ABŞ dolları 85 sent faiz, 1.549.872 ABŞ dolları 05 sent dəbbə pulu olmaqla, cəmi 6.672.592 ABŞ dolları 66 sent məbləğində borcu yaranmışdır. «xxxx» ASC tərəfindən borcalana rəsmi xəbərdarlıq məktubu göndərilərək, bank qarşısında öhdəliklərinin icra edilməsi xahiş edilmişdir. Lakin qeyd edilən xəbərdarlıq məktublarının göndərilməsindən sonra da borcalan tərəfindən bank qarşısında olan öhdəliyini yerinə yetirilməmişdir. Kredit müqaviləsinin yuxarıda istinad edilən bəndlərinə, həmçinin qanunvericiliyin tələblərinə əsasən, «xxxx» ASC-nin kredit müqaviləsi üzrə borcun, ona hesablanmış faizlərin və dəbbə pulunun qaytarılmasını tələb etmək h üququ yaranmışdır. Qarşılıqlı iddia tələbini onunla əsaslandırılmışdır ki, onun əmlakını ipotekaya qoymaq fikri olmamış, ipoteka müqaviləsi onun iradə ifadəsini əks etdirmir. Belə ki, o müqaviləni bağlayarkən belə böyük maddi təminatın altına düşdüyünü düşünməmiş və əqd barədə ona bankın əməkdaşları tərəfindən, eyni zamanda notariat kontoru tərəfindən dolğun məlumat verilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 sentyabr 2017-ci il tarixli, 2(006)-6/2017 saylı qərardadı ilə (hakim Emin Mehdiyev) məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07.02.2019-cu il tarixli 11718 saylı məhkəmə-mü hasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim olunmuş hesabdan çıxarış məlumatları, 16.05.2008-ci il tarixli 195/1 saylı kredit sazişinin şərtləri nəzərə alınmaqla «xxxx» MMC-nin «xxxx» ASC-yə olan borcu aşağıda göstərildiyi kimi müəyyən olunur: Kredit xətti üzrə istifadə edilmiş 3.150.000 ABŞ dolları üzrə 30.05.2013-cü il tarixə (son ödəniş tarixinə) Əsas kredit borcu – 0 ABŞ dolları; Faiz – 248.075 ABŞ dolları 68 sent. Standby Akkreditiv üzrə 1-ci ödəniş 05.03.2012-ci il tarixə (son ödəniş tarixinə) Əsas kredit borcu – 0 ABŞ dolları; Faiz – 159.632 ABŞ dolları 82 sent. Standby Akkreditiv üzrə 2-ci ödəniş 02.03.2015-ci il tarixə Əsas kredit borcu – 199.730 ABŞ dolları 64 sent; Faiz – 322.553 ABŞ dolları 96 sent.Standby Akkreditiv ü zrə 3-cü ödəniş 02.03.2015-ci il tarixə Əsas kredit borcu – 403.036 ABŞ dolları 18 sent; Faiz – 364.803 ABŞ dolları 72 sent. Standby Akkreditiv üzrə 4-cü ödəniş 02.03.2015-ci il tarixə Əsas kredit borcu – 400.551 ABŞ dolları 56 sent; Faiz – 324.079 ABŞ dolları 59 sent. Standby Akkreditiv üzrə 5-ci ödəniş 02.03.2015-ci il tarixə Əsas kredit borcu – 387.823 ABŞ dolları 89 sent; Faiz – 277.347 ABŞ dolları 95 sent. Standby Akkreditiv üzrə 6-cı ödəniş 02.03.2015-ci il tarixə Əsas kredit borcu – 380.963 ABŞ dolları 09 sent; Faiz – 236.048 ABŞ dolları 96 sent. Standby Akkreditiv üzrə 7-ci ödəniş 02.03.2015-ci il tarixə Əsas kredit borcu – 374.691 ABŞ dolları 86 sent; Faiz – 178.374 ABŞ dolları 14 sent. Standby Akkreditiv üzrə 8-ci ödəniş 02.03.2015-ci il tarixə Əsas kredit borcu – 366.497 ABŞ d olları 86 sent; Faiz – 157.451 ABŞ dolları 55 sent. Standby Akkreditiv üzrə 9-cu ödəniş 02.03.2015-ci il tarixə Əsas kredit borcu – 358.183 ABŞ dolları 33 sent; Faiz – 119.474 ABŞ dolları 04 sent təşkil edir. Birinci instansiya məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli, 2(006)-6/2019 saylı qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia qismən təmin edilərək, cavabdeh «xxxx» MMC-dən 4.427.712 manat 95 qəpik əsas borc, 2.195.960 manat 43 qəpik faiz olmaqla, cəmi 6.623.673 manat 37 qəpik və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı «xxxx» BOKT QSC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh2 məxsus, ipoteka predmeti olan Bakı şəhəri V nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin ipoteka müqaviləsində qeyd olunan 100.000 manat həddində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, tələb üzrə tutmanın Cavabdeh3 məxsus, ipoteka predmeti olan Bakı şəhəri E nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin ipoteka müqaviləsində qeyd olunan 369.000 manat həddində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, həmin əmlaklar satıldıqdan sonra əldə edilmiş vəsaitdən tutulmalar çıxıldıqda, yerdə qalıq məbləği qalarsa mənzillərin satış qiymətləri və tutulmalar nəzərə alınmaqla mülkiyyətçilərə qaytarılması, ipoteka predmeti olan mənzillər satıldıqdan sonra 1 ay ərzində Cavabdeh3 Bakı şəhəri E nömrəli mənzilindən; cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X3, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh 13 Bakı şəhəri N nömrəli mənzilindən çıxarılması, borcun «xxxx» MMCyə məxsus ipotekaya qoyulmuş qətnamənin nəticə hissəsində siyahısı, qeydiyyat nişanları və digər əlamətləri göstərilmiş «Fiat-Albea Sole 1.4» markalı avtomobillərə yönəldilməsi, avtomobillərin açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunmuş vəsait hesabına «xxxx» MMC-nin kredit borcunun ödənilməsi, avtomobillərin satışından əldə olunan vəsaitdən tutulmalar çıxıldıqdan sonra qalıq qaldıqda, həmin məbləğin «xxxx» MMC-yə qaytarılması, ipoteka predmetləri satıldıqdan sonra əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc məbləğinin «xxxx» MMC-dən tutularaq «xxxx» BOKT QSC-yə ödənilməsi, 580 manat ekspertiza xərcinin cavabdeh «xxxx» MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddia tələbi qismən təmin edilməli, tutulmalı borc məbləği iddia tələbində göstərilmiş əmlaklara yönəldilməli, həmin əmlaklar açıq hərracdan satılmalı və əldə edilən pul vəsaiti iddiaçıya ödənilməlidir. Bundan əlavə, ipoteka qoyulmuş əmlakdan istifadə hüququnun itirilməsi, həmçinin ipotekaya tutma yönəldilərək satıldıqdan sonra qalan borc məbləğinin digər əmlaklara və vasitələrə yönəldilməsi tələbinə dair hissədə iddia əsassızdır. Cavabdehə məxsus digər əmlaklar və vasitələr ipoteka ilə yüklü edilməmişdir. Həmin əmlaklara mövcud olduqları təqdirdə tutma «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələb lərinə müvafiq şəkildə həyata keçirilə bilər. İddia tələbi cavabdehə məxsus ipoteka predmeti olan əmlakların iddiaçının adına qeydiyyata alınmasına dair hissədə də əsassızdır. Cavabdehin hazırda həmin əmlaklara tutma yönəltmək hüququ yaranmışdır. Həmin əmlakların hərracda satılana qədər cavabdeh tərəfindən borcu ödəyibödəməyəcəyi, hərrac keçiriləndən sonra əmlakların hansı hüquqi və ya fiziki şəxsə satılıbsatılmayacağı məlum deyildir və iddiaçının qeyd olunan tələblə çıxış etməyə subyektiv hüququ yoxdur. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 269.1, 269.4, 319.1, 385.1, 386.1, 442, 445, 448.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 34.1.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77. 1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh3 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 29 yanvar 2020-ci il tarixli, 2(103)-1111/2020 saylı qərardadı ilə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “X5” MMC-yə həvalə edilmişdir. “X5” MMC-nin 26.10.2020-ci il tarixli rəyi ilə Bakı şəhəri, N nömrəli mənzilin likvid qiymətinin 304.000 manat, Bakı şəhəri, E nömrəli mənzilin isə likvid qiymətinin 80.000 manat olması müəyyən edil mişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 18 noyabr 2020-ci il tarixli, 2(103)-1111/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6/2019 saylı, 10 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılması, iddiaçı «xxxx» BOKT QSC-nin cavabdehlər «xxxx» MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X3, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13 qarşı “kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” barədə ilkin iddia tələblərinin qismən təmin olunması, cavabdeh «xxxx» MMC-dən 4.427.712,95 manat əsas borc, 2.195.960,43 manat faiz olmaqla, cəmi 6.623.673,37 manat və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı «xxxx» BOKT QSC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh2 məxsus, ipoteka predmeti olan Bakı şəhəri V nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 80000 manat həddində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, tələb üzrə tutmanın Cavabdeh3 məxsus, ipoteka predmeti olan Bakı şəhəri E nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 304.000 manat həddində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, həmin əmlaklar satıldıqdan sonra əldə edilmiş vəsaitdən tutulmalar çıxıldıqda, yerdə qalıq məbləği qalarsa mənzillərin satış qiymətləri və tutulmalar nəzərə alınmaqla mülkiyyətçilərə qaytarılması, ipoteka predmeti olan mənzillər satıldıqdan sonra 1 ay ərzində Cavabdeh3 Bakı şəhəri, N nömrəli mənzilindən; cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X3, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 və Cavabdeh13 Bakı şəhəri N nömrəli mənzilindən çıxarılması, borcun «xxxx» MMC-yə məxsus ipotekaya qoyulmuş: ** TF ***, ** TF ***,** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TF ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** T G ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG ***, ** TG *** qeydiyyat nişanlı, «Fiat-Albea Sole 1.4» markalı avtomobillərə yönəldilməsi, avtomobillərin açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunmuş vəsait hesabına «xxxx» MMC-nin kredit borcunun ödənilməsi, avtomobillərin satışından əldə olunan vəsaitdən tutulmalar çıxıldıqdan sonra qalıq qaldıqda, həmin məbləğin «xxxx» MMCyə qaytarılması, birinci instansiya məhkəməsinin baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 580 manatın cavabdeh «xxxx» MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 800 manatın cavabdeh «xxxx» MMCdən tutularaq “xxxx” MMC-nin hesabına ödə nilməsi, Cavabdeh3 “xxxx” ASC-yə Bakı şəhəri 5 saylı Notariat Kontoruna, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı bankla cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində cavabdeh öhdəliklərini lazımınca icra etmədiyi üçün iddiaçının ona qarşı yönəlmiş 4.427.712,95 manat əsas borcun tutulması tələbi təmin olunmalıdır. Kollegiyanın qənaətinə görə iddia tələbi faizin tutulması hissəsində də əsaslı oluduğundan cavabdehdən 2.195.960,43 man at faiz borcu tutulmalıdır. Kollegiya onu da qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək borc məbləğlərinə dair maliyyə arayışda borc məbləğləri milli valyuta ilə qeyd edildiyindən, həmçinin iddiaçı da borcun milli valyutada tutulmasını tələb etdiyindən, borc məbləğləri Ekspert rəyinə uyğun deyil məhz iddiaçı bankın tələb etdiyi məbləğdə müəyyən edilməlidir. Kollegiya iddianın, “tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus, ipoteka predmeti olan Bakı şəhəri V nömrəli mənzilə, həmçinin Cavabdeh3 məxsus, ipoteka predmeti olan Bakı şəhəri E nömrəli mənzilə yönəldilməsi, həmin əmlaklarıın açıq hərracdan satılaraq əldə edilmiş vəsait hesabına borcun ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, «xxxx» MMC-nin bank qarşısındakı öhdə liklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 məxsus, ipoteka predmeti olan Bakı şəhəri, E nömrəli mənzilə, həmçinin Cavabdeh3 məxsus, ipoteka predmeti olan Bakı şəhəri E nömrəli mənzilə tutma yönəldilməli, həmin əmlaklar hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına «xxxx» BOKT QSC-yə ödənilməli olan pul vəsaiti ona ödənilməli, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi mülkiyyətçilərə qaytarılmalıdır. Kollegiya iddianın, “satışdan əldə ediləcək məbləğ kifayət etmədikdə qalan məbləğin ümumi qaydada tutularaq bankın hesabına ödənilməsi” hissəsi ilə bağlı isə qeyd edir ki, bu tələbin müstəqil şəkildə irəli sürülməsinə ümumiyyətlə zərurət mövcud deyildir, çünkü, yuxarıda qeyd edildiyi kimi id diaçının cavabdehdən tələb etdiyi pul məbləğinin tutulması qənaətinə gəlinmişdir (qismən) və qanunvericiliyin tələbinə görə, ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Başqa sözlə həmin tələb, “cavabdehdən borcun tutulması” tələbinin təkrarı mahiyyətini daşıyır və bununla bağlı yenidən əlavə əsaslandırma aparılmasına ehtiyac da yoxdur və bu icra qaydasında həll olunan məsələdir. Kollegiya iddianın “ipoteka ilə yüklü edilmiş evlər açıq hərracdan satıldıqdan 1 ay sonra evin boşaldılması” hissəsini də əsaslı hesab edir. Eyni zamanda kollegiya qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən q ərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə apellyasiya instansiya məhkəməsi iş üzrə qiymətləndirmə təyin etmiş və rəy ilə Bakı şəhəri, N nömrəli mənzilin likvid qiymətinin 304.000 manat, Bakı şəhəri, E nömrəli mənzilin isə likvid qiymətinin 80.000 manat olması müəyyən edilmişdir. Həmçinin, yuxarıda göstərilənlərə əsasən kollegiya qeyd edir ki, tutumanın «xxxx» MMC-yə məxsus ipotekaya qoyulmuş «Fiat-Albea Sole 1.4» markalı avtomobillərə yönəldilməsi hissəsində də iddia tələbi əsaslıdır və həmin hissə də iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin, avtomobillərin qiymətləndirilməsi ilə bağlı şikayətin dəlillərindən asılı olmadan münasibət bildirilməsi zəruri olan hal kimi qiymətləndirərək qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətinin göstərilməli olduğunun müəyyən olunmasına baxmayaraq, hazırkı halda bununla bağlı qərar qəbul edilməməsi qanunvericiliyin pozulması kimi qiymətləndirilməməlidir. Belə ki, qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Tərəflər bununla bağlı hər hansı razılaşmalarını məhkəməyə təqdim etməmişlər; belə olan halda isə avtomobillərin texniki vəziyyəti barədə məlumat olmadığından onun təxmini bazar qiymətinin müəyyənləşdirilməsi də qeyri-mümkündür. Nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinin təyinatı, tutma yönəldilmiş ipoteka predmeti olan əmlakın satışının mövcud bazar qiymətinə uyğun olaraq həyata keçirilməsini təmin etməkdən, bununla da tərəflərdən birinin əlverişsiz vəziyyətə düşməsinin qarşısını almaqdan ibarətdir. Qanun yaranmış vəziyyətdə həm ipoteka qoyanın, həm də ipoteka saxlayanın mənafeyinin eyni həcmdə müdafiə edilməsini tələb edir. Bu baxımdan, tərəflər arasında razılaşma olmadan, həmçinin əmlakın real bazar qiymətini müəyyən etmədən, yalnız qanunda nəzərdə tutulduğuna istinad edərək ehtimal əsasında, ipoteka predmeti olan əmlaka tərəflərdən birinin mənafeyinə zidd, əmlakın mövcud vəziyyətinə açıq-aşkar uyğun olmayan ilkin satış qiymətinin qoyulması qanunun məqsədlərinə riayət edilməsi kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, qətnamədə ilkin satış qiyməti müəyyən edilmədikdə, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsində nəzərdə tutulan məqsədlər bu barədə məhkəmə qətnaməsinin icra edilməsi mərhələsində təmin olunur. Belə ki, Mülki Məcəllənin 319.4-cü maddəsinə müvafiq olaraq açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydad a qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. “İcra haqqında” Qanunun 51-ci maddəsinə görə isə, borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Kollegiya iddia tələbi cavabdehə məxsus ipoteka predmeti olan əmlakların iddiaçının adına qeydiyyata alınmasına dair hissədə əsassızdır. Cavabdehin hazırda həmin əmlaklara tutma yönəltmək hüququ yaranmışdır. Həmin əmlakların hərracda satılana qədər cavabdeh tərəfindən borcu ödəyib-ödəməyəcəyi, hərrac keçiriləndən sonra əmlakların hansı hüquqi və ya fiziki şəxsə satılıb-satılmayacağı məlum deyildir və iddiaçının qey d olunan tələblə çıxış etməyə subyektiv hüququ yoxdur. Yuxarıda şərh olunan mövqeyinə uyğun olaraq kollegiya, Cavabdeh3 qarşılıqlı iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Hər hansı əqdin (o cümlədən borc müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Kollegiya qeyd edir ki, Cavabdeh3 müqavilə baglamaqda iradə azadlığı olmuş və o, öz iradə ifadəsinə uyğun olaraq ipoteka müqaviləsini imzalamışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cav abdeh3 (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının vaxtı və yeri barədə onlara məlumat verilməmişdir. Bu qətnamənin ləğv edilməsi üçün əsasdır. Bundan əlavə, ona məxsus evin ilkin satış qiyməti həddindən artıq az nəzərdə tutulmuşdur. Həmçinin kredit mçəbləği süni şəkildə şişirdilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq ilk iddia üzrə cavabdeh, qarşılıql ı iddia üzrə iddiaçı Cavabdeh3, vəkili Vəkil, ilk iddia üzrə cavabdehlər “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsi, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X3, Cavabdeh9, Cavabdeh10, X4, Cavabdeh12, Cavabdeh13, qarşılıqlı iddia üzrə cavabdehlər “xxxx” ASC-nin və AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Qarşılıqlı iddia üzrə cavabdeh ünvan 1 ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsləin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı i ddia üzrə cavabdeh “xxxx” BOKT QSC-nin vəkili R kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.4. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 417.2. Kasasiya məhkəməsi işə baxarkən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olun ubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kol egiyasının 18 noyabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh3 məxsus Bakı şəhəri N nömrəli mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qərar qəbul edilərək mənzilin ilkin satış qiyməti 369000 manat müəyyən edilməlidir. İlkin olaraq kasasiya şikayətinin cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməməsinə dair dəlili üzrə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, apelyasiya kollegiyası tərəfindən tərəflərə ünvanlandığı kimi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 da 03.11.2020-ci il tarixdə (3-cü cild, səh 190) 18.11.2020-ci il tarixinə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş, həmçinin SMS-bildiriş (3-cü cild, səh 191) ünvanlanmış, SMS-bildiri şin məzmununda SMS-in statusu kimi “çatdırıldı” qeyd edilmiş və Cavabdeh3 da məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olmaqla məhkəməyə məhkəmə iclasında səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyi, bu səbəbdən məhkəmə iclasının təxirə salınması məzmununda ərizə ünvalamışdır (3-cü cild, səh 194). Lakin o, ərizəsinə səhhətində olan narahatlıqla bağlı hər hansı sənəd əlavə etməmişdir ki, belə olan halda apelyasiya kollegiyası işə onun iştirakı olmadan baxıb yekun məhkəmə aktı qəbul etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən kasasiya şikayətinin göstərilən dəlili əsassızdır və apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin bu əsasla ləğv edilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin borc məbləğinin şişirdilməsi barədə dəlili üzrə isə qeyd edilməlidir ki, Cav abdeh3 qeyd etmiş olduğu bu halı apelyasiya şikayətində də dəlil olaraq göstərmiş, nə işə apelyasiya qaydasında mahiyyəti üzrə baxılarkən məhkəməyə dəlilini təsdiq edə biləcək hər hansı sübutu təqdim etməmiş, nə hər hansı sübuta istinad etməmiş, həmçinin kasasiya şikayətinə də bu barədə hər hansı sübut əlavə etməmiş və ya hər hansı sübuta istinad edə bilməmişdir. Cavabdeh3 apelyasiya şikayətində olduğu kimi, kasasiya şikayətində də bu dəlili formal olaraq göstərmiş, lakin hər hansı əsaslandırma edə bilməmişdir. Odur ki, kasasiya şikayətinin göstərilən dəlili də əsassızdır və apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin bu əsasla ləğv edilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin Cavabdeh3 məxsus mənzilin ilkin satış qiymətinin qətnamə ilə az nəzərdə tutulması barədə dəlili üzrə is ə qeyd edilməlidir ki, apelyasiya kollegiyası bu hissədə maddi hüquq normasının, yəni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin tələblərinin pozuntusuna yol vermişdir. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, ipoteka predmeti olan Cavabdeh3 məxsus yuxarıda göstərilmiş mənzilin ilkin satış qiyməti tərəflər arasında ipoteka müqaviləsi bağlanarkən müqavilədə 369000 manat müəyyən edilmiş, birinci instansiya məhkəməsi tərəflər arasında razılaşdırılmış məbləği ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən etmiş, ilk iddiaçı ümumilikdə birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalmayaraq apelyasiya şikayəti ilə müraciət etməmiş, lakin Cavabdeh3 ona məxsus mənzilin ilkin satış qiymətinin az müəyyən edilməsi əsası ilə apelyasiy a şikayəti ilə müraciət etmiş, məhkəmə araşdırmasını həyata keçirən apelyasiya kollegiyası apelyasiya şikayətinin bu dəlili üzrə qiymətləndirmə ekspertizası təyin etmiş, əldə etmiş olduğu rəylə ipoteka predmetinin ilkin satış qiymətinin 304000 manat müəyyən edilməsini əsas götürüb həmin rəyə istinad etməklə ipoteka predmetinin ilkin satış qiymətini qəbul etdiyi qətnamə üzrə 304000 manat müəyyən etmişdir. Bu zaman apelyasiya kollegiyası nəzərə almamışdır ki, əldə etmiş olduğu rəy üzrə ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin tələbləri üzrə müqavilə ilə müəyyən edilmiş ilkin satış qiymətindən (369000 manat) az olmaqla yanaşı, Cavabdeh3 dəlili üzrə mövqeyinə də zidd olmuş, onun hüquqlarının pozulmasına gətirib çıxarmışdı r. Belə ki, Cavabdeh3 apelyasiya şikayətində ilkin satış qiymətini az hesab etdiyi halda, təyin edilmiş məbləğdən də az məbləğin müəyyən edilib ilkin satış qiyməti kimi təyin edilməsi məhkəmə qətnaməsinin qanuniliyi ilə yanaşı ədalətliliyi prinsipini də pozmuş olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibə tdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Beləliklə kasasiya kollegiyası kasasiya şikayətinin qeyd olunan dəlili ilə (ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı) razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə Cavabdeh3 məxsus Bakı şəhəri N nömrəli mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməli v ə həmin hissədə yeni qərar qəbul edilərək mənzilin ilkin satış qiyməti 369000 manat müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 418-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1111/2020 nömrəli iş üzrə 18 noyabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh3 məxsus Bakı şəhəri N nömrəli mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qərar qəbul edilərək mənzilin ilkin satış qiyməti 369000 manat müəyyən edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1111/2020 nömrəli iş üzrə 18 noyabr 2020-ci il tarixli qətna məsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar