Məhkəmə qərarları › İş №2(102)-3592/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3592/2020

29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3592/2020 29.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh5 və vəkili X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, qətnaməsindən cavabdeh c oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, xnömrəli MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X3 qarşı iddia qaldıraraq, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanılmış xx xxxx 2015-ci il tari xli, 07/5387/DİK saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızından və Cavabdeh3 müştərək qaydada 30.969 ABŞ dolları 66 sent əsas, 18.919 ABŞ dolları 44 sent faiz, cəmi 49.889 ABŞ dolları 10 sent məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30,40 manat məbləğində məhkəmə xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqı məbləğinin tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tutmanın Azərbaycan Respublikası Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Seriya RX ******* saylı Çıxarışa əsasən Cavabdeh3 tam payla x üsusi mülkiyyətində olan Sumqayıt şəhər, Corat qəsəbəsi, 533D ünvanında xüsusi mülkiyyətdə olan 0,0389 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 150.1 kv.m ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra bir ay müddətinə Cavabdeh2 qızının, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X2 həmin fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (hakim A.Süleymanova) xx xxxxxxx 2019-cu il tarixli, 2(060)2893/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Sumqayıt Apellya siya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-S.Qafari (sərlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) xx xxxxxx 2020-ci il tarixli, 2(105)-826/20 nömrəli qətnaməsi ilə apelyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdiriməsi, kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızından və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 30.969 ABŞ dolları 66 sent əsas, 18.919 ABŞ dolları 44 sent faiz, cəmi 49.889 ABŞ dolları 10 sent məbləğində kredit borcunun ödəniləcək günə Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın məzənnəsi nəzərə alınmaqla manat hesabı alınaraq “xxxx” İKBASC-nin xeyrinə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh5 həmin qətna mədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bununla belə, Cavabdeh5 məhkəmə iclasında kassasiya şikayətindən imtina barədə ərizə təqdim edərək bildirmişdir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklər onun tərəfindən tam icra olunmuş, borc tam ödənilmişdir. Ona görə də, hazırkı kassasiya şikayətindən imtina edir. Mülki Prosessual Məcəllənin 261.0.2 və 410.2-ci maddələrinin tələbləri kassatora və vəkili Sərxan Poladova izah edilmişdir. Cavabdeh5 və vəkili S.Poladov kassasiya şikayətindən imtinanın qəbul edilməklə kassasiya icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxt ı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya nəzərə alır ki, kassator şikayətindən imtina etməsi barədə iradə ifadəsini yazılı formada tərtib edərək ərizə ilə məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 410-cu maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərs ə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Belə olan halda, Cavabdeh5 ərizəsi təmin olunaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası qəbul edilməli və kassasiya instansiyasında icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 410 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh5 ərizəsi təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsindən Cavabdeh5 verdiyi kassasiya şikayətindən imtinası qəbul edilsin və kassasiya instansiyasında icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar