Məhkəmə qərarları › İş №2(102)-3595/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3595/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3595/2021 17.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Ləğv Prosesində olan “xxxx” KB QSC-nin cavabdehlər Cavabdeh2-yə qarşı iş üzrə X3 və QƏRARİ (Açar sözlər: iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı LPO “xxxx” KB QSC-nin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı LPO “xxxx” KB QSC-nin cavabdehlər X3 və Cavabdeh2-nə qarşı kredit borcu tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2620/2021 nömrəli, 18 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı LPO “xxxx” KB QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 04 fevral 2013-cü il tarixdə Cavabdeh2 QSC “xxxx” KB-na ərizə ilə müraciət edərək ona 85000 ABŞ dolları məbləğində qarantiya verilməsini xahiş etmişdir. Bank ilə cavabdeh arasında 21 fevral 2013-cü il tarixində 19-2/058 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə illik 2.3 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 85000 ABŞ dolları məbləğində qarantiya verilmişdir. Daha sonra, 04 fevral 2014-cü il tarixli 01 saylı əlavə sazişə əsasən Qarantiya Müqaviləsinə dəyişikliklər edilərək qarantiya məbləği 121000 ABŞ dollarına artırılmış, müqavilənin müddəti isə 20 fev ral 2015-ci il tarixədək müəyyən edilmişdir. Qarantiya müqaviləsi üzrə Cavabdeh2-nin öhdəliklərini təmin etmək məqsədi ilə X3 ilə Bank arasında zaminlik müqaviləsi bağlanmış və həmin zaminlik müqaviləsinə əsasən X3 Cavabdeh2-nin Bank qarşısında öhdəliklərinin tam icra olunmasına dair cavabdehlik daşımağı öz üzərinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı LPO QSC “xxxx” KB cavabdehlər X2 və Cavabdeh2-nə qarşı “borcun tutulması” tələbi ilə məhkəməyə müraciət edərək iddiaçı ləğv prosesində olan “xxxx” KB QSC ilə Cavabdeh2 arasında bağlanmış 21 fevral 2013-cü il tarixli 19-2/058 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2-dən və X1 müştərək qaydada 24366,38 ABŞ dolları məbləğində əsas borcun, 14192,99 ABŞ dolları məbləğin də faiz borcunun, 6237,53 ABŞ dolları məbləğində dəbbə pulunun, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 3339,44 ABŞ dolları məbləğində faiz borcunun, ümumilikdə isə 48136,34 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin 31 may 2018ci il tarixinə Banka qeyd edilən borc məbləği yaranmışdır

4. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2217/2020 saylı 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim T.Məmmədov) LPO “xxxx” KB QSC-nin cavabdehlər X3 və Cavabdeh2-nə qarşı kredit borcu tələbinə dair iddiаsı təmin edilməmişdir.

5. M əhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 375, 377-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) 18 fevral 2021-ci il tarixli, 2(103)-2620/21 nömrəli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(010)-2217/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Məhkəmələr iddiaçının iddia müddətini ötürməklə məhkəməyə müraciət etməsi əsası ilə iddianı təmin etməmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçıları nın izahatları b) Kassasiya şikayətinin dəlilləri

8. İddiaçı LPO “xxxx” KB QSC apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnaməni ləğv edərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini və ya mülki işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci və apellyasiya məhkəməsi iddia müddətinin keçməsi ilə bağlı normaları düzgün tətbiq etməmişlər. Kredit müqaviləsi üzrə iddia müddətinin axımının başlanğıcı tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirilməsindən sonra başlayır. Bu səbəbdən kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün iddia müddətinin axımı başlamamışdır. c) 10. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı et iraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı LPO “xxxx” KB QSC-nin vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq.

13. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi“ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında prosessual müddətlərlə bağlı hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki i şə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir.

14. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının möhkəmlənməsinə kömək edir, ikincisi, iddia müddəti institutu m ülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 15. 372.1-ci maddə. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 16. 372.2-ci maddə. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 17. 373.2-ci maddə. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 18. 375.2-ci maddə. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. 19. 377.1-ci maddə. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasi ya baxışının hədləri

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 23. iddiaçı “xxxx” KB QSC ilə “Cavabdeh2 Ko” MMC arasında 21.02.2013-cü il tarixdə Bank qarantiyası müqaviləsi, elə həmin tarixdə də X3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Bankla cavabdeh arasındakı 04 fevral 2014-c ü il tarixli 01 saylı əlavə sazişə əsasən qarantiya müqaviləsinə dəyişiklik edilərək müqavilənin müddəti 20 fevral 2015-ci il tarixədək müəyyən edilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə edilmiş sonuncu ödəniş 21.07.2015-ci ilə təsadüf edir.

24. Mülki işin materiallarından görünür ki, tərəflər arasındakı müqavilənin müddəti, yəni öhdəliklərin icra edilməsi vaxtı 20 fevral 2015-ci il tarixədək müəyyən olunmuşdur.

25. İddiaçı müqavilənin müddəti bitəndən sonra üç illik iddia müddətini buraxmaqla 04 fevral 2019-cu il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşdə iddia müddətini kəsən hər-hansı bir hal aşkar edilməmişdir.

26. İddiaçı cavabdehin iddia müddətinin tətbiq edilməklə kredit borcunun qaytarılması tələbinin təmin edilməməsinə dair vəsatətinə qarşı əks arqument olaraq iddia müddətinin tətbiqini istisna edən məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.

27. İddia müdətinin tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirdikdən sonra başlanması barədə kassatorun dəlili açıq-aşkar əsassızdır. Əvvəla, belə yanaşma iddia müddəti instutunu heçə endirmiş olar. Bundan başqa, öhdəliklər icra edildiyi təqdirdə hər-hansı bir tələb qalmır və onda iddia irəli sürməyə də zərurət qalmır. İddia müddətinin güddüyü məqsəd məhz ondlan ibarətdir ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək müəyyən müddət çərçivəsi ilə məhdudlaşdırılsın. Əgər tələb etməyə heç nə qalmırsa, onda iddia müddətinin mahiyyəti qalmır.

28. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası m əhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı LPO “xxxx” KB QSC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2620/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar