Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3596/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, cavabdeh X2 vəkili Vəkil iştiarkı ilə, İddiaçı “X9 Azərbaycan” QSC-nin cavabdehlər X5 və Cavabdeh2 qarşı “vaxtında qaytarılmamış borca görə dəymiş maddi-mənəvi zərərin və əldən çıxmış faydanın qaytarılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019cu il tarixli 2(105)-875/2019 nömrəli qətnaməsindən cavabdeh X6 və vəkili Vəkil kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X9 Azərbaycan” QSC iddia ərizəsi və dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 9547,31 ABŞ dolları məbləğində pul vəsaitinin vaxtında qaytarılmamasına görə qətnamənin qəbul edildiyi tarixdən başlayaraq Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsinə uyğun olaraq ödəniləcək günə kimi hesablanan illik faiz borcunun, Banka dəymiş maddi zərər və əldən çıxmış fayda qismində 2232,88 manat zərərin, 30 manat dövlət rüsumunun cavabdehlər X5 və Cavabdeh2 tutulub banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-47/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər X5 və Cavabdeh2 müştərək qaydada 2232,88 manat maddi zərər və əldən çıxmış faydanın, 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 2262,88 manat pulun tutularaq “X9 Azərbaycan” QSC-yə ödənilməsi qət edilmişdir. (hakim İlham Kərimli) Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-875/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə cavabdeh X2 apellyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-47/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi X4 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elmar Rəhimov (sədrlik edən və məruzəçi) Gülnarə Tağızadə, Telman Quliyev) Cavabdeh X6 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-875/2019 saylı, xx.xx.2019-cu il t arixli qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilmişdir. Bank ondan ödənilmiş məbləği təkrarən tələb etmiş, məhkəmə buna əhəmiyyət verməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh X2 vəkili Vəkil kassasiya şikayətini dəlillərini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilsə də, iddiaçının nümayəndəsi və digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəs inə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-875/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Qətnamədən gprünür ki, apelyasiya instansiyası məhkəməsi cavabdehlərin kredit müqaviləsilə götürdükləri və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsilə qət edilən məbləği vaxtınd a banka qaytarmamaqla banka maddi ziyan vurmaları, bankın kredit məbləğini borclulardan vaxtında qəbul edib onu yeni kredit müqaviləsinə əsasən başqa şəxsə verərək buradan qanunla müəyyən edilmiş qaydada gəlir əldə edə bilmək imkanının olması, məbləğ qaytarılmadığı üçün bankın faydadan məhrum edilməsini müəyyən edərək, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də Mülki Məcəllənin 399.4, 449.1-ci, “Banklar haqqında” Qanunun 32-ci maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli Qərarı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyasının bu mövqeyi ilə razılaşmır. B elə ki, iddiaçı məhkəmə qətnaməsi ilə qət edilmiş məbləğin cavabdehlər tərəfindən vaxtında ödənilməməsi səbəbindən əldən çıxmış fayda qismində zərər tələb edir. Hazırki tələbin hüquqi əsasını Mülki Məcəllənin 449-cu maddəsi təşkil edir. Hətta iddiaçı özü də iddianın hüquqi əsası kimi həmin maddəyə istinad etmişdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqd a məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, pul öhdəliyinin yalnız vaxtında və ya lazımı qaydada icra edilməməsi faktı özü-özlüyündə Mülki Məcəllənin 449.1-ci maddəsinin tətbiqi üçün əsas ayıla bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009cu il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Mülki Məcəllənin 449-cu maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başq a şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərə kət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.” Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyinə görə borclu şəxsdən Mülki Məcəllənin 449-cu maddəsinə əsasən, o halda özgənin pul vəsaitindən faydalanmağa görə pul tutula bilər ki, borclu şəxs həmin puldan gəlir əldə etmiş olsun. Hazırki işdə isə iddiaçının pulundan cavabdehlərin gəlir əldə etməsi halı müəyyən edilməyib. Halbuki qeyd edilən normanının tətbiq üçün əsas şərt də həmin halın müəyyən edilməsidir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası mübahisəyə Mülki Məcəllənin 449-cu maddəsini, eləcə də həmin maddənin şərhi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli Qərarını hazırki işin müəyyən edilmiş halları baxımından düzgün tətbiq etməmişdir. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsi Abşeron Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə cavabdehlərdən ümumilikdə 9.547,31 ABŞ dolları pul tutulması, tələbin ipoteka predmeti olan avtomobilə yönəldilməsi, hazırki borcun da həmin qətnamənin icra edilməməsi səbəbindən yaranmasını müəyyən etmişdir. Lakin ipoteka ilə təmin edilmiş həmin öhdəliyin hansı səbəbdən icra edilməməsi, icra məmuru tərəfindən tələbin ipoteka predmetinə yönəlməsi prosedurunun başlanıb-başlanılmaması, hərrac keçirilib-keçirilməməsi, hərrac keçirilibsə və ya gec keçirilibsə, ipoteka predmetinə tutmanın yönəlməsinə cavabdehlərin maneə yaradıb-yaratmaması halları müəyyən edilməmişdir. «İpoteka haqqında» Qanunun 41.2-ci maddəsinin 2019-ci ilin yanvarına qədər olan redaksiyasında müəyyən edilmişdi ki, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra-hərracın təşkilatçısı) sifariş verir. “İpoteka haqqında” Qanunun 41.1 və 41.2-ci maddələrinin hazırda qüvvədə olan redaksiyasında isə göstərilir ki, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbayca n Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. İstər köhnə, istərsə də hazırda qüvvə olan redaksiyada qanunvericilik ipoteka predmetinə tutma yönəldilməsi prosedurunu müəyyən etmiş və qanunda bu prosedurun icra məmuru tərəfindən ixtisaslaşdırılmış təşkilat vasitəsilə həyata keçirilməsi təsbit olunmuşdur. Yəni ipoteka ilə təmin edilmiş öhdəlik üzrə qətnamə könüllü icra edilmirsə, qətnamənin icra sı tələbin ipoteka predmetinə yönəlməsi ilə təmin edilir. Bunun da proseduru Qanunla müəyyən edilib. Buna görə də ipoteka ilə təmin edilmiş öhdəliyin hansı səbəbdən icra edilməməsi və ya gec icra edilməsi halı müəyyən edilmədən hərracın vaxtında keçirilməməsi, başqa sözlə ipotekaya tutma yönəldilməməsi səbəbindən qətnamənin icra olunmaması və buna görə əldən çıxmış fayda qismində zərər hesablanması və zərərin ödənilməsinin hərracı keçirmək vəzifəsini daşımayan cavabdehlərin üzərinə qoyulması nəticəsinə gəlmək də mümkün deyil. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu da qətnamənin ləğvi üçün əs as verir. Çünki Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 417.1.3.-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya instansiyasının qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən bax an məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda göstərilən nöqsanları aradan qaldırmalı və bunun nəticəsi olaraq qanuni və əsaslı qərar qəbul etməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416-417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X1 şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)875/2019 nömrəli qətnaməsi ləğv edilsin, iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3596/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3596/2020
01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver