Məhkəmə qərarları › İş №2(102)-3596/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3596/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3596/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, işdə iştirak edən şəxslərin faktı etiraf edən şifahi izahatları, işin mübahisəsiz halları, iddia müddətinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Məmmədli Bəhram Məmməd oğlundan oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Cavabdeh, nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7141/2020 nömrəli iş üzrə 14 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 30 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – iddiaçı və ya MMC) Cavabdehba (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 35.000 manat məbləğində borc pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qida və qeyri-qida məhsullarının satışı ilə məşğul olur. Cavabdeh, MMC-də satış və hasilat üzrə nümayəndə səlahiyyəti i lə sürücü kimi işləmişdir. Onun vəzifəsi müştərilərə satılan mallara görə yığılan pulları şirkətin xəzinəsinə ödəmək olsa da, işlədiyi müddət ərzində yığdığı pulları MMC-nin kassasına təhvil verməmiş və nəticədə 35.000 manat borcu yaranmışdır. Cavabdehin borclu olmasını 28.01.2016-cı il tarixdə onun özünün də iştirakı ilə tərtib edilmiş akt təsdiq edir. Cavabdeh, MMC-nin 14 dekabr 2015-ci il tarixli əmrinə əsasən 05.01.2016-cı il tarixdən işdən azad edilmişdir. Cavabdehin şirkətə borcu müəyyən edildikdən sonra ona dəfələrlə xəbərdarlıq edilmişdir. O, hər dəfə borcunu ödəyəcəyini bildirsə də, müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən əsassız olaraq boyun qaçırmışdır. MMC tərəfindən sonuncu dəfə 13.08.2018-ci il tarixdə cavabdehə rəsmi olaraq məktubla müraciət edilərək borcunu ödəmək üç ün müddət verilmiş və əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin cavabdeh tərəfindən rəsmi cavab verilməmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, MMC-yə borcunun olmasını qəbul edir, lakin borc 35.000 manat deyil. Məbləğ şişirdilmişdir. Cavabdeh aktdakı imzasını mübahisələndirməmiş, lakin aktın məzmununda nə yazılmasının yadında olmadığını bildirmiş və iddiaçı ilə məsələnin aydınlaşdırılması üçün vaxt verilməsini xahiş etmişdir. Həmin əsasla işə baxılması bir ay müddətinə təxirə salınsa da, tərəflər arasında razılıq əldə olunmamış və növbəti məhkəmə iclasına cavabdeh gəlməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-1269/2019 nömrəli iş üzrə 04 aprel 2019-cu il tarixli qətnaməsi ilə (haki m N.Nəbizadə) iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbində istinad etdiyi hallar mülki işin materialları ilə öz təsdiqini tapdığından və cavabdeh həmin halları təkzib edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən iddia tələbi təmin edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1091.1, 1091.2, 1092.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, 2015-ci ilin fevral ayında "xxxx" MMC-d ə sürücü kimi işə başlamışdır. İşə qəbul olunarkən onunla əmək müqaviləsi bağlanmamışdır. Ona şifahi şəkildə bildirmişlər ki, əsas vəzifəsi malları ünvanlara çatdırmaqdır. Bir müddət bu qaydada işlədikdən sonra onunla əmək müqaviləsi bağlanmadığı üçün idarə etdiyi maşını firmaya təhvil verib işdən çıxmışdır. İddia ərizəsində və qətnamədə tərəflər arasında bağlanmış əmək müqaviləsinə istinad edisə də, iş materiallarında əmək müqaviləsi mövcud deyil. İddiaçı ünvanladığı məktubda mövcud olmayan əmək müqaviləsinin 3-cü bəndinə istinad edir ki, hətta həmin bənddə belə onun pul vəsaitlərinin yığıb firmaya təhvil verməli olduğu göstərilməmişdir. Məhkəmə qətnaməsində göstərilib ki, guya borcu etiraf etmiş, amma məbləğ şişirdilib. Məhkəmədə belə bir izahat verməmişdir. Əksinə bildirmişdir ki, heç bir borcu yoxdur və heç bir aktı da imzalamamışdır. Nə işə qəbulla bağlı, nə işdən azad olunmaqla bağlı, nə də ki, borcunun olması ilə bağlı heç bir yerə imza atmamışdır. Həmin imzalar firmanın öz nümayəndələri tərəfindən onun imzasına oxşadılaraq atılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi bildirmişdir ki, cavabdeh 2015-ci ildə sürücü kimi işə götürülmüşdür. Onun iş funksiyası ancaq mal daşıyan avtomaşını idarə etmək olmuşdur. Malların pulunu yığmaq onun səlahiyyətinə aid deyil. Həmçinin tərəflər arasında ümumiyyətlə əmək münasibətləri mövcud olmamışdır. Belə ki, cavabdehlə əmək müqaviləsi bağlanmamışdır. Tərtib olunan akt saxtadır və onun heç bir əsası yoxdur. Həmin aktın əsli iş materiallarında yoxdur. İddiaçı təşkilat aktın əslinin olmadı ğını, itirildiyini bildirir. Həmin sənəd əsasında təmsil etdiyi şəxsdən pul tutulması qanunsuz və əsassızdır. İşə apellyasiya qaydasında baxan məhkəmə cavabdehin adının qarşısındakı imzanın onun tərəfindən icra edilib-edilmədiyini müəyyənləşdirmək məqsədi ilə məhkəməxəttşünaslıq ekspertizası təyin etmiş, ekspert tədqiqatı zamanı ekspert sənədin əslini tələb etmişdir. Bununla əlaqədar olaraq, cavabdehin nümayəndəsi tələb olunan aktın əsli olmasına istinad edərək aktın əslini məhkəməyə təqdim etmişdir. Lakin sonradan təqdim olunmuş aktın 28.01.2016-cı il tarixli aktın əsli olması şübhə doğurmuş və məhkəmənin qərarı ilə apellyasiya icraatı zamanı təqdim olunmuş aktın mülki iş materiallarında olan sənədin əsli olub-olmadığını müəyyən etmək məqsədi ilə eskpertiza təyin olunmuşdur. Azərbaycan Re spublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 dekabr 2019-cu il tarixli rəylə müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş mülki işin 8-ci səhifəsində olan 28.01.2016-cı il tarixli aktın kserosurəti həmin mülki işin 94cü səhifəsində olan aktın kserosurəti və 114-cü səhifəsindəki aktın əsli ilə eyni nüsxə deyil, başqa nüsxənin əslindən çıxarılmış aktın kserosurətidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 yanvar 2020-ci il tarixli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, mülki işin 114-cü vərəqəsində olan 28.01.2016-cı il tarixli aktda 2-ci sıra nömrəsində “Cavabdeh” yazıları qarşısındakı imza və mülki işin 8-ci vərəqəsində olan kserosurət aktda 2-ci sıra nömrəsində “Cavabdeh” yazıları qarşısında əks olunmuş imza cavabdeh tərəfindən icra olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-305/2020 nömrəli iş üzrə 02 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Xəlilov (sədrlik edən və məruzəçi), X.Cəmilova və İ.Kərimli) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd olunaraq, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi və ilkin olaraq məhkəməyə təqdim etdiyi aktın əsli mövcud deyil və eyni zamanda yeni, eyni məzmunlu bir aktın ortaya çıxması ilkin sübutların üzərində şübhələr yaradır. Göründüyü kimi, iddiaçının təqdim etdiyi sübut mötəbər sübut deyi ldir. İddiaçı tərəf borcun mövcudluğu ilə bağlı başqa əsaslardan (aktdan başqa) çıxış etməmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh iddiaçı şirkətdə sürücü işləmiş və malları ayrı-ayrı satış məntəqələrinə daşımışdır. Daşınan malların pulunun alınmasına cavabdehin məsuliyyət daşıması, həmin mallardan nə qədərinin alınması, nə qədərinin alınmaması, cavabdehin tələb olunan məbləği hansı satış məntəqələrindən və hansı mallara görə alaraq mənimsəməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Məhkəmə öz mövqeyini MPM-in 14.2, 77.1, 88, 89.3, 103.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan s onra – kassasiya instansiyası məhkəməsi) 2(102)-3534/2020 nömrəli iş üzrə 20 iyul 2020-ci il tarixli qərarı ilə (hakimlər – A.Abbasov (sədrlik edən və məruzəçi), E.Vəliyeva və E.Şamayev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 02 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həm aktın kserosurət nüsxəsində, həm də əslindəki imzanın cavabdeh tərəfindən icra edilməsi ekspert rəyi ilə təsdiq edilmişdir. Bu baxımdan, aktın əslinin yalnız sonradan təqdim edilməsinə əsasən iddiaçı təşkilatda cavabdehin adından istənilən sənədin tərtib edilməsi barədə gəlinən ehtimal əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd etmişdir ki, apellyasiya məhk əməsi məhkəmə-texniki ekspertizasının 24 dekabr 2019-cu il tarixli, 30359 saylı rəyini təqdim edilən aktın kserosurəti ilə əslinin fərqli olması barədə suala cavab üzrə qiymətləndirsə də, işdəki kserosurət olan aktın əslindən çıxarılması barədə sual üzrə qiymətləndirməmişdir. Halbuki işin bu halı mübahisənin düzgün həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Nəticədə apellyasiya məhkəməsi ekspert rəyini tam qiymətləndirməməklə MPM-in 88 və 103.1-ci maddələrinin tələblərini pozmuşdur. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(103)-7141/2020 nömrəli iş üzrə 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmi ş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin 05.03.2019-cu il tarixli məhkəmə iclas protokolundan göründüyü kimi, cavabdeh izahatında göstərmişdir ki, "xxxx" MMC-yə borcunun olmasını qəbul edir, lakin borc 35.000 manat deyil. Məbləğ şişirdilib. Aktdakı imzanı mübahisələndirmir, lakin aktın məzmununda nə yazılması yadında deyil (iş.v.44). Cavabdeh iş üzrə keçirilmiş məhkəmə iclas protokollarına dair qeyd verməmişdir. Belə olan halda hesab edilməlidir ki, o, məhkəmə iclas protokolunun mətninin düzgünlüyü ilə razılaşmışdır. Məhkəmə, həmçinin Ali Məhkəmənin hüquqi mövqeyindən çıxış edərək, ekspertiza rəyinə istinadən qeyd etmişdir ki, mülki işin 8-ci səhifəsində olan 28.01.2016-cı il tarixli aktın kserosurəti 94-cü səhifədə olan aktın kserosurəti və 114-cü səhifəsindəki aktın əsli ilə eyni nüsxə olmasa da, başqa nüsxənin əslindən çıxarılmış aktın kserosurətidir. Yəni mülki işin 8-ci vərəqində olan 28.01.2016-cı il tarixli akt kserosurət olsa da, əslindən çıxarılmış kserosurətdir. İşin 8-ci səhifəsində olan 28.01.2016-cı il tarixli aktın kserosurəti ilə 114-cü səhifəsindəki aktın əsli məzmunca eyni sənədlərdir. Hər ikisində olan imzanın Cavabdeh tərəfindən icra olunması da təsdiq edilmişdir. Cavabdehin imzanın ona məxsus olmaması, hər hansı aktı imzalamaması ilə bağlı qeyd etdikləri təkzib olunur. Məhkəmə qeyd etmişdir ki, işin 114-cü səhifəsindəki aktın əslinin sonradan təqdim edilməsi daha əvvəl təqdim edilmiş və ə slindən çıxarılmış kserosurət olması ekspert rəyi ilə müəyyən edilmiş işin 8-ci səhifəsində olan 28.01.2016-cı il tarixli aktın mötəbərliyini şübhə altına almağa əsas verən hal deyildir. Hər iki aktın məzmun, üslub, mətnlərdəki ara məsafəsi, nöqtə, vergül və s. işarələrin, habelə vərəqələrin üzərindəki kənar işarələrin (nöqtələrin) və vərəqələrin sağ tərəfində çap maşının buraxdığı qara izlərin birə-bir eyni olması məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, original olaraq cəmi bir akt tərtib olunmuş, sonra isə surətçıxaran maşın vasitəsilə həmin aktın surətləri çıxarılaraq, həmin surətlər ayrı-ayrılıqda imzalanmışdır. İşin 8-ci və 114-cü vərəqələrində olan aktlar da məhz bir nüsxədə çap olunmuş aktın surətləridr. Ona görə də mətnlər və s. eyni olsa da, imzaların yerləşməsi fərqlidir. Odur ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki və həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Kassator qeyd etmişdir ki, məhkəmə onun əməlində vəzifə səlahiyyətilərindən suiis tifadə edilməsi və xeyli miqdarda vəsaitin mənimsənilməsi faktını aşkar etmişdirsə, o zaman mülki işin icraatına MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verməli idi. Məhkəmə qanunsuz şəkildə səlahiyyətlərinə aid olmayan işə baxmışdır. Məhkəmə qəbul etdiyi qətnamədə iddiaçı tərəfindən təqdim olunmuş 13.08.2018-ci il tarixli məktuba istinad edərək tərəflər arasında yaranmış mübahisəni borc öhdəliyi kimi təqdim etmiş, lakin qətnamənin əsaslandırıcı hissəsində öhdəlik və onun yaranma əsasları ilə bağlı hər hansı qanuna istinad etməmiş, MPM-in 392.1.5-ci maddəsinin tələbini pozmuşdur. Bundan başqa, məhkəmə münasibətləri borc öhdəliyi kimi təqdim etsə də, Mülki Məcəllənin 740.2-ci maddəsinin pozulmuş olduğunu müəyyən etməmişdir. Şikayətdə daha sonra qeyd olunmuşdur ki, cavabdeh MMC-yə borcunun olmasını yalnız şifahi izahatında ifadə etmişdir, bu isə, faktın və ya iddianın etirafı kimi qiymətləndirilə bilməz. İddianın əsası kimi 28.01.2016-cı il tarixli akta istinad olunduğundan, həmin sübut mötəbər olmalı, şübhə yaratmamalı, məhkəməyə təqdim edilmiş həmin akt əsl nüsxə olmalıdır. Ekspert rəyindən də göründüyü kimi, tədqiqat obyekti olan akt kserosurət olmuşdur. Bu isə, sübutlara dair MPM-in 89.3-cü maddəsinin tələbinə ziddir. Məhkəmə ekspert rəyi ilə əlaqədar MPM-in 88, 101.3-cü maddələrinin tələblərini pozmuş, ekspert rəyinin hakim üçün məcburi xarakter daşıması kimi yalnış qənaətə gəlmişdir. Bundan başqa, qanunvericilikdə cavabdehin MMC-də yerinə yetirdiyi iş ekspeditor kimi qəbul edilmiş və yük daşınması müqaviləsi əsasında həyata keçirilir. Ekspeditora qarşı yaranan tələblər üzrə iddia müddəti 1 ildir. İddiaçı tərəfindən həmin müddət ötürülmüşdür (iddiaçı hüququnun pozulması barədə 28.01.2016-cı il tarixdən məlumatlı olmuşdur). Ekspeditora Mülki Məcəllənin 861.2-ci maddəsinə əsasən yazılı pretenziya da göndərilməmişdir. İddiaçı ilə cavabdeh arasında əmək və ya xidməti müqavilə bağlanmamış olsa belə, faktiki olaraq MMC işəgötürən, cavabdeh isə işçi funksiyasını yerinə yetirmişdir. Lakin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş maddi ziyan tələbinə dair 1 illik müddət də iddiaçı tərəfindən ötürülmüşdür. Kassasiya şikayətinə görə, məhkəmə Mülki Məcəllənin 385, 386.1, 443.1, 740.3, 852, 861.2-ci, MPM-in 14.2, 77.1, 88, 89.3, 103.1, 106.3, 217, 218.1, 261.0.1, 392.1.5-ci maddələrinin tələblərini pozmuş və düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı et irazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. e) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator, onun nümayəndəsi və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçının nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fakt iki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin f aktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücər rəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli Qərarı İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Mülki Məcəllənin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə, məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi il ə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Qanunverici MM-in 375.2-ci maddəsində iddia müddətinin tətbiqi ilə bağlı qaydanı müəyyən edərkən, onu müvafiq ərizənin verilməsi ilə bağlasa da, bu ərizənin verilməsinin hansı məhkəmə qərarının çıxarılmasınadək mümkünlüyünu göstərməmişdir. Məsələni aydınlaşdırmaq üçün nəzərə alınmalıdır ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddi-hüquq tələbidir. Maddi-hüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prosessual qanunvericiliyin müddəalarına görə yalnız biri nci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. Təsadüfi deyildir ki, digər ölkələrin qanunvericilik təcrübəsində (məsələn, Rusiya Federasiyasının) iddia müddətinin tətbiqi ilə bağlı ərizənin hər hansı məhkəmə qərarı çıxarılanadək deyil, məhz birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək verilə biləcəyi əks etdirilir. İddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun – iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloji əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti, bir qayda olaraq, onun hüququn müdafiəsində pros essual normanı qabaqlamasını tələb edir. Ona görə də, MPM-in 372.2-ci maddəsinə istinadla və yaxud MPM-in 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur. MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarı lanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir MPM Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88). İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (maddə 106.1). Tərəfin tələb və etirazlarının əsaslandırdığı fa ktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir (madə 265.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Hazırkı iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçı tələbin əsası kimi 28.01.2016-cı il tarixdə cavabdehin iştirakı ilə tərtib edilmiş akta istinad etmişdir. Həmin aktda cavabdehin iddiaçıya 35000 manat borcunun yarandığı qeyd olunmuş, məhkəmələr tərəfindən aktın cavabdeh tərəfindən imzalandığı müəyyən edilmişdir. Həmçinin aktın imzalandığı tarixdə tərəflər arasında əmək münasibətlərinin mövcud olmadığı işin mübahisə olunmayan halıdır. Mülki Məcəllənin 882.1-ci madddəsinə əsasən həmin akt mövcud borcun etirafı haqqında mücərrəd müqavilə tələblərinə cavab verir və Məcəllənin 882.2-ci maddəsinə görə bu müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bununla yanaşı, işə birinci instansiya məhkəməsind ə baxılması zamanı cavabdeh izahatında MMC-yə borcunun olmasını qəbul etdiyini bildirmiş, lakin borcun 35.000 manat olmadığını, məbləğin şişirdildiyini qeyd etmişdir. Nəzərə alınmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Baxılan iş üzrə cavabdehin qismən etirafı yalnız şifahi izahatda ifadə edildiyidən, bu, MPM-in 106.3 və 191-ci maddələrinə uyğun olaraq faktın və ya iddianın etirafı kimi qəbul oluna bilməz. Lakin mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri f aktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara qiymət verməlidir. İşin mübahisəsiz halları tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. Bu baxımdan məhkəmə iclasında şifahi izahat verən tərəfin işin hallarını məhkəməyə düzgün bildirmək vəzifəsi vardır və o, həmin izahatın hüquqi nəticələrindən irəli gələn riskləri daşıyır. Eyni zamanda mülki prosessual qanunvericilik tərəfləri şifahi izahatlarının təhrif olunmasından qorumaq üçün xüsusi institut – protokola dair qeydlər vermək imkanı nəzərdə tutmuşdur. Belə ki, əks olunmuş izahatı ilə razılaşmayan işdə iştirak edən şəxs MPM-in 273-cü maddəsi nə əsasən onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Qanunvericilk nəzərdə tutur ki, protokolu imzalamış hakim qeydlərlə razılaşmadıqda belə həmin qeydləri işə əlavə etməldir. Sonuncu məsələni müəyyən etməkdə qanunvericinin məqsədi işə baxan yuxarı instansiya məhkəməsinə hər bir halda qeydlər barədə məlumatlı olmaq və işdə iştirak edən şəxsin birinci instansiya məhkəməsində verdiyi şifahi izahata hüquqi qiymət vermək imkanını təqdim etməkdir. Baxılan iş üzrə cavabdeh tərəfindən məhkəmə iclas protokoluna qeydlər verilməmişdir. İddia müddətinin tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlili də əsassızdır. Belə ki, cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş və iddia müddətinin tətbiqi barədə ərizə ver məmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə və həmin maddə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən hazırkı mərhələdə iddia müddətinin tətbiqi barədə məsələnin müzakirəsi mümkün deyildir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların, o cümlədən, baxılan mülki işin predmetinə aid olmayan halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 265.4-cü maddəsinə əsasən işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayət əlamətlərini aşkara çıxardığı halda bu barədə xüsusi qərardad çıxarma q məhkəmənin vəzifəsi deyil, hüququdur. Belə əlamətlərə dair şübhələrin olması mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mübahisənin mahiyyəti üzrə həlliinə mane olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7141/2020 nömrəli iş üzrə 14 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar