Məhkəmə qərarları › İş №2(102)-3597/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3597/2021

07.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3597/2021 07.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mülki hüquq pozuntusu (delikt) nəticəsində dəymiş ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1794/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsindən Ca vabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “Hyundai İX-35” minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir. “AUDİ A8” minik markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İnzibati tənbeh vermə haqqında 05.08.2019-cu il tarixli, TP ******* saylı qərara əsasən Cavabdeh2 02.08.2019-cu il tarixdli İXP ******* nömrəli protokola əsasən yük daşıma qaydalarının pozulmasına görə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi v ə iddia təələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “İsuzu” markalı **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 MMC və müvəqqəti idarə edən Cavabdeh2 yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə dəymiş ziyana görə 9300 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 02 avqust 2019- cu il tarixində mülkiyyət hüququ ilə “Cavabdeh1" MMC-yə mənsub idarə etdiyi “İsuzu” markalı **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Baki Şəhəri Heydər X4 Limanı istiqamətində yük aparan zaman hərəkətdə olan mülkiyyət hüququ ilə ona mənsub olan və oğlu X2 tərəfindən idarə olunan “AUDİ A8” MİNİK markalı **-FA-*** dövlət qeydiyy at nişanlı avtomobilə maddi ziyan vurmuş və avtomobilinin alt hissəsi tamamilə zədələnmişdir. Polis Kapitanı tərəfindən tərtib edilmiş AYP N041506 nömrəli Nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışda avtomobilə dəymiş ziyan göstərilmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomobilin alt hissəsi böyük deformasiyaya uğrayaraq sıradan çıxmışdır. “European Cars” LTD-nin (Audi Mərkəzi) mütəxəsisləri tərəfindən avtomobilə texniki baxış keçirilmiş və dəymiş ziyanın miqdarı müəyyən edilmişdir. 03 avqust 2019-cu il tarixində “European Cars” LTD-nin mütəxəsisləri tərəfindən Qüsur Aktı tərtib etdilmiş və Qüsur Aktında dəymiş ziyanın ümumi məbləğinin 9300 manat olduğu qeyd edilmişdir. Cavabdehlər dəymiş ziyanın ödənilməsi üçün məsuliyyət daşıyır və bu ödəməni könüllü şəkildə icra etməkdən boyun qaçırdıqları üçün məhkəməyə müraciət etməyə məcburdur. Birinci instansiya məhkəməsi təqdim olunmuş icarəyə verən Cavabdeh1 MMC və icarəyə götürən Cavabdeh2 arasında bağlanmış 09.07.2019-cu il tarixli müqaviləyə əsasən icarəyə verən icarəçiyə istifadəsində olan “İsuzu” markalı, “İs**-JR-*** dövlət qeydiyyat nişanlı evakuator tipli nəqliyyat vasitəsini icarəyə verir. Müqavilə 09.09.2019-cu il tarixdə qüvvəyə minir və 31.12.2019-cu il tarixinədək qüvvədədir. Təqdim olunmuş Nəqliyyat vasitəsinin zədələnməsi barədə AYP seriyalı № 041506 saylı arayışda qeyd edilmişdir ki, 02.08.2019-cu il tarixdə saat 17:00-da Bakı şəhəri, Heydər Əliyev prospektinin Hava Limanı istiqamətində nəqliyyat hadisəsində **-FA-*** dövlət qeydiyyat nişanlı “AUDİ A8” minik markalı avtomobilin zədələnm əsi qeydə alınmışdır. Təqdim olunmuş 03.08.2019-cu il tarixli, “XXXXC” qüsur aktına əsasən **-FA-*** dövlət qeydiyyat nişanlı “AUDİ A8” minik markalı avtomobilə 9300 manat məbləğində ziyan dəymişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 10.02.2020-ci il tarixli, 32243 saylı rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan “xxxx» MMC-nin 03.08.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “AUDİ A8” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8500,00 manat müəyyən edilir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Solmaz Ədilova) 2(005)482/2020 nömrəli iş üzrə 07 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunma sı, Cavabdeh2 dəymiş maddi zərərə görə 8500 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən təl əb təmin olunmalıdır. İş materiallarına əsasən maddi zərərin mövcudluğu, həmin zərərin Cavabdeh2 hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulduğu, zərərlə nəticə arasında səbəbli əlaqənin olduğu sübuta yetir. İddia tələbi Cavabdeh2 münasibətdə qismən təmin edilərək qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni iş üzrə mötəbər sübut hesab edilən Məhkəmə Ekspertiza Mərkəzinin 10.02.2020-ci il tarixli, 32243 saylı rəyi ilə müəyyən edilən 8500 manat məbləğində pul cavabdehsən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə digər Cavabdeh1 MMC-yə münasibətdə iddia tələbini Mülki Məcəllənin 1108-ci maddəsinin tələbləri baxımından əsassız hesab edərək qeyd etmişdir ki, iş materialları ilə sübuta yetirilmişdir ki, Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 “İsuzu” markalı **-JR-*** dövlət qeydiyyat nişan lı avtomobil icarə müqaviləsi əsasında istifadəyə verilmişdir. Həmin müqavilə qeyd olunan hadisə baş verən vaxt qüvvədə olmuşdur. Göründüyü kimi, Cavabdeh1 MMC həmin avtomobili qanuni əsaslarla Cavabdeh2 vermiş, beləliklə də yüksək təhlükə mənbəyi onun sahibliyindən hüquqa zidd götürülməmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o Cavabdeh1 MMC-nin işçisi olmuş və avtomobili icarə müqavilə əsasında idarə etməmişdir. Yol nəqliyyat hadisəsi baş verdikdən 5-6 gün sonra şirkətin rəhbərliyi onu çağıraraq bundan sonra icarə müqaviləsi əsasında işləyəcəklərini bildirmiş və o oxumad an icarə müqaviləsini imzalamışdır. İcarə müqaviləsində tarix qeyd edilməmiş, sonradan müqaviləyə köhnə tarix qeyd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin icarə müqaviləsinin olmaması arqumenti ilə bağlı qeyd etmişdir ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxl anılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, irəli sürdüyü mülahizənin mümkün vasitələrlə yoxlanılması üçün təşəbbüs göstərməmişdir. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC arasında heç bir icarə muqavilasi bağlanılmamışdır. Belə ki, həmin təşkilatda işçi kimi işə götürülmüşdür. Məhkəməyə təqdim olunan icarə müqaviləsi yol-nəqliyyat hadisəsi baş verəndən təqribən 5-6 keçdikdən sonra o, Cavabdeh1 MMC-nin rəhbərliyi tərəfindən cəmiyyətin ofisinə dəvət olunmuş, orada ona bundan sonra icarə müaviləsi əsasında işləyəcəyi bildirilmişdir. Hüquqi savadı olmadığı üçün həmin müqaviləyə imza etmişdir. İddiaçı imza edərkən müqavilədə tarix qoyulmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh1 MMC kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin Cavabdeh1 MMC ilə icarə müqaviləsini müqavilədə tarix olmadan və hadisədən aylar sonra bağlanılması əsası tamamilə absurddur. Belə ki, işə əlavə edilmiş materiallardan və cavabdehin özünün də izahatından aydın olur ki, icarə müqaviləsi həqiqətən onun tərəfindən imzalanmış və 09.07.2019-cu il tarixindən etibarən qüvvəyə minmişdir. Cavabde h2 ilə münasibətlər məhz bu icarə müqaviləsi əsasında yaranmış və davam etmişdir. Müqavilənin etibarlılığı məhkəmə tərəfindən də təsdiq edilmişdir. Cavabdeh heç bir zaman MMC ilə əmək münasibətlərində olmamış və buna dair heç bir təsdiqedici sənəd də yoxdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 MMC-nin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdeh gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləs inin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitə lərindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, hə min mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidi r. Hazırki işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız Cavabdeh2 apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissədə yoxlamışdır. Kassasiya şikayətində qətnamə iş üzrə həmin cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının po zulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları təl əb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yukundən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-nin 14.2 və 77.1-ci maddələri). İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallar sübut edə bilməmiş, qeyd etdiyi hallarla bağlı nə birinci instansiya məhkəməsinə, nədəki apellyasiya instansiyası məhkəməsinə hər hansı bir sübut tə qdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1794/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar