Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-36/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Alimentin miqdarının artırılması 28.01.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1052/2020 nömrəli iş üzrə 07 may 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 28 yanvar 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ağdaş Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24 iyul 2015-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X3 06.07.2015-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
2. Ağdaş RİHB-nin Nehrəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Kotanarx kəndi tərəfindən verilmiş 30 oktyabr 2013-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X6 29.10.2013-cü il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçı Əlibala qızıdır. 3. 24 avqust 2018-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 arasındakı nikahın pozulması aktı 29 mart 2018-ci il tarixli 37 № ilə qeyd edilmişdir.
4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağda ş Rayon Şöbəsi tərəfindən verilmiş 27 dekabr 2019-cu il tarixli arayışından məlum olur ki, Nehrəxəlil kəndində yaşayan Cavabdeh 2-ci qrup əlil olduğuna görə pensiyaçıdır, 801076 saylı pensiya işinə əsasən hər ay dövlətdən 130.0 manat pensiya alır.
5. Ağdaş Rayon Məhkəməsi tərəfindən verilmiş 25 may 2018-ci il tarixli 2(014)1171/2018 saylı qətnamədən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli 2(014)-2721/2017 saylı qətnaməsi ilə Cavabdeh X2 xeyrinə iki uşağın saxlanılması üçün tutulan alimentin miqdarı artırılmış, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 10 oktyabr 2013-cü il tarixdə anadan olmuş X6 və 06 iyul 2015-ci il tarixdə anadan olmuş X1 18 yaşına çatana qədər onların saxlanılması üçün X2 xeyrinə hər ay hər uşaq üçün 90 manat cəmi 180 (bir yü z səksən) manat alimentin tutulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Ağdaş Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Ağdaş rayonu Nehrəhəlil kəndində yaşayan Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) birgə nikahlarından doğulmuş iki övladlarının saxlanılması üçün kəsilən alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 03 avqust 2012-ci il tarixdə Ağdaş rayonu Nehrəxəlil kəndində yaşayan Cavabdeh ilə birgə nikaha girərək ailə həyatı qurmuşlar. Birgə nikahlarından 10 oktyabr 2013-cü il tarixdə X, 06 iyul 2015-ci il tarixdə X adl ı iki övladları anadan olmuşdur. Demək olar ki, ailə həyatı qurduqları gündən onun acınacaqlı, tufanlı həyatı başlamışdır. Heç bir əsası olmadan həyat yoldaşının ona, övladlarına laqeyd yanaşması, onunla kobud rəftarı, onu təhqir etməsi ailə həyatlarını çıxılmaz vəziyyətə salmış və sonunda bütün ona etdikləri azmış kimi 2018-ci il tarixdə Ağdaş rayon məhkəməsində aralarında qeyd edilmiş nikahın pozulmasına dair iddia qaldırmış və ondan boşanmışdır. Bu səbəblə o azyaşlı övladları ilə birlikdə valideynlərinin yanına sığınmışdır. Hazırda ata-anasının himayəsində yaşayır. Övladlarının saxlanılması üçün hər ay aldığı 180 manat aliment uşaqlarının ehtiyaclarına kifayət etmir. Özü xəstədir və heç bir yerdə işləmir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. Ağdaş Ray on Məhkəməsinin 2(014)-165/2020 saylı 13 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.Əliyev) iddia qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli 2(104)-1171/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh 10 oktyabr 2013-cü ildə andan olmuş X4 və 06 iyul 2015-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 110 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 20 manat dövlət rüsumunun alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 5, 8, 19-cu, Ailə Məcəlləsinin 75.1, 75.4, 112.1-ci və Mü lki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişlər.
11. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1052/2020 nömrəli iş üzrə 07 may 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Abbasov (sədrlik edən və məruzəçi), E.Hüseynov və M.Hüseynov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 2(014)-165/2020 saylı 13 yanvar 2020-ci il tarixli qətnaməsi alimentin məbləğinə aid hissədə dəyişdirilmiş, Cavabdeh 10 oktyabr 2013-cü ildə andan olmuş X4 və 06 iyul 2015ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan al imentin miqdarı azaldılaraq, hər ay sabit pul məbləğində hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat miqdarında müəyyən edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanımışdır.
12. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdehdən tutulan alimentin miqdarı axırıncı dəfə 25 may 2018-ci ildə artıtılmışdır və həmin vaxtdan keçən müddət ərzində onun maddi vəziyyətində müsbət dəyişiklik (artım) olması işin halları ilə müəyyən edilmir. İddiaçı da belə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, müəyyən olunmuşdur ki, cavabdeh 2-ci qrup əlildir və işləmir. 2-ci qrup əlil olduğuna görə hər ay dövlət tərəfindən verilən 130 mant pensiyadan əlavə qazancı yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştira kçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
17. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
18. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
19. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlə ndirilməməlidir.
20. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu
21. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının tə min edilməsinə yönəldilir. (maddə 3)
22. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. (maddə 5)
23. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mə nəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. (maddə 8)
24. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. (maddə 19) Ailə Məcəlləsi
25. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. (maddə 75.1)
26. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. (maddə 75.4)
27. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alim entin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. (maddə 112.1) “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu 28. 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilsin. (maddə 1) Mülki Prossesual Məcəllə
29. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
30. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
31. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
32. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır. (maddə 416)
34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal ə saslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1052/2020 nömrəli iş üzrə 07 may 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.