Məhkəmə qərarları › İş №2(102)-360/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-360/2020

28.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-360/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı və vəkili Vəkil oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli, 2(103)-10331/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-605/2019 saylı, 13 may 2019cu il tarixli qətnaməsi ilə (hakim S.İ.Ədilova) İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, Bakı şəhəri Cavabdeh2nə və “xxxx” ASC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli, 2(103)-10331/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi A.N.İmanov, İ.K.Xəlilov və V.N.Sadıqov) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-605/2019 saylı, 13 may 2019-cu il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Nərimanov rayonu İcra və Probasiya Şöbəsindən ona dəymiş 120 00 ABŞ dolları zərərin tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 21.02.2019-cu il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək, cavabdehlər Bakı şəhəri Cavabdeh1ndən və Bakı şəhəri Cavabdeh2ndən müştərək qaydada ona dəymiş 12000 ABŞ dolları zərərin tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 19.03.2019-cu il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək, cavabdehlər Bakı şəhəri Cavabdeh1ndən, Bakı şəhəri Cavabdeh2ndən və Cavabdeh3 ASC-dən müştərək qaydada ona dəymiş 12.000 ABŞ dolları zərərin tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7210/2014 saylı q ətnaməsinə əsasən cavabdehlər İddiaçı və X4 müştərək qaydada iddiaçı Cavabdeh3 ASC-nin xeyrinə 17276,21 ABŞ dolları əsas borc, 1476,53 ABŞ dolları faiz borcu, 210,00 ABŞ dolları cərimə, cəmi 18962.74 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın İddiaçı məxsus olan, ipotekaya qoyulmuş «xxxx» markalı, sedan tipli, buraxılış ili 2013-cü il olan, mühərrik nömrəsi A14XER19YT3612 olan, ban nömrəsi KL1TA69F9DB102549 olan, **-FP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi və həmin avtomobilin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsilə satılması, realizə edilmiş avtomobilin dəyərindən 18962,74 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə borc və 30 manat dövlət rüsumu Cavabdeh3 ASC-yə ödənilməsi, b orc məbləği ödənildikdən sonra qalan pul vəsaitinin İddiaçı qaytarılması, 31 mart 2014-ci il tarixdə onun tərəfindən mübahisəli **-FP-*** dövlət qeydiyyat nişanlı «xxxx» markalı minik avtomobilinin Cavabdeh3 ASC-yə təhvil verilməsi qət edilmişdir. Qətnamə 2014-cü ilin sentyabr ayında qanuni qüvvəsinə minməsinə baxmayaraq, cavabdeh **-FP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili 4 il müddətində açıq havada, dayanacaqda saxladaraq hərrac təşkil etməmiş və nəticədə 2018-ci ilin oktyabr ayının axırlarında hərrac keçirilərək «xxxx» markalı, 99 -FP-529 dövlət qeydiyyat nişanlı minik avtomobili 11400 manata satılaraq onun Cavabdeh3 ASC-yə 12000 ABŞ dolları borcu yaranmışdır. Ona dəymiş ziyan bilavasitə cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində meydana gəlmişdir. İş üzrə yuxarıda göstəril ən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı İddiaçı və vəkili Vəkil oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq norma ları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkili Vəkil Babalı oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər Bakı şəhəri Cavabdeh1, Bakı şəhəri Cavabdeh2 və “xxxx” ASC-nin nümayəndələri heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbə r tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı vəkili Vəkil oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçı İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməm əsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında 23.06.2014-cü il tarixli, 2(001)-7210/2014 saylı Binəqədi Rayon Məhkəməsinin iddianı təmin etmə tədbiri barədə qərardadına əsasən İddiaçı məxsus xxxx markalı, **-FP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və Azərbaycan Respublikası DİN-in BDYPİ-nin mühafizə olunan cərimə meydançasından birinə təhvil verilməsi qərara alınmışdır. İşd ə olan 15.08.2014-cü il tarixli, 2(001)-7210/2014 saylı Binəqədi Rayon Məhkəməsinin qətnaməsinə əsasən cavabdehlər İddiaçı və X4 müştərək qaydada iddiaçı Cavabdeh3 ASC-nin xeyrinə 17276,21 ABŞ dolları əsas borc, 1476,53 ABŞ dolları faiz borcu, 210,00 ABŞ dolları cərimə, cəmi 18962.74 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın İddiaçı məxsus olan, ipotekaya qoyulmuş «xxxx» markalı, sedan tipli, buraxılış ili 2013-cü il olan, mühərrik nömrəsi A14XER19YT3612 olan, ban nömrəsi KL1TA69F9DB102549 olan, **FP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi və həmin avtomobilin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsilə satılması, realizə edilmiş avtomobilin dəyərindən 18962,74 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə borc və 30 manat dövlət rüsumu Cavabdeh3 ASC-yə ödənilməsi və borc məbləği ödənildikdən sonra qalan pul vəsaiti İddiaçı qaytarılması qət edilmişdir. İş materiallarında olan 01.07.2014-cü il tarixli, 504/14 №-li bildirişdən görünür ki, Şabran rayon İcra qrupunun rəhbəri Bəhlul Kərimli icraatında olan işlə əlaqədar Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-7210/2014 saylı, 23.06.2014-cü il tarixli icra vərəqəsi və həmin icra vərəqəsi üzrə verilmiş Binəqədi Rayon Məhkəməsinin 2(001)7210/14 saylı, 23 iyun 2014-cü il tarixli qərardadın icrasını təmin etmək məqsədilə icra edilməsi üçün – Azərbaycan Respublikası DİN BDYPİ-nə və Azərbaycan Respublikası DİN Şabran rayon Polis şöbəsinə, məlumat üçün Binəqədi Rayon Məhkəməsinə, İddiaçı və xxxx ASC-yə göndərilmişdir. İ şdə olan 29.09.2014-cü il tarixli məktubdan görünür ki, Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş iddiaçı “xxxx” (Azərbaycan) ASC-nin cavabdeh İddiaçı və X8 qarşı borcun tutulması və həmin pulun ipoteka predmetinə yönəldilməsinə dair 2(001)7210/2014 saylı mülki iş üzrə çıxarılan 15 avqust 2014-ci il tarixli qətnamə ilə əlaqədar verilən 15 avqust 2014-cü il tarixli, 2(001)-7210/2014 saylı icra vərəqəsi icra olunması üçün Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. İş materiallarında olan 16.10.2014-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Binəqədi Rayon İcra şöbəsinin icra məmuru X12 Rayon Məhkəməsinin 2(001)7210/2014 saylı, 15.08.2014-cü il tarixli icra sənədi üzrə başlamışdır. İş materiallarında olan 16.10.2014-cü il tarixli bildirişdən görünür ki, Binəqədi Rayon M əhkəməsinin 2(001)-7210/2014 saylı, 15.08.2014-cü il tarixli icra sənədinin könüllü icrası üçün tərəflərə məlumat verilmişdir. İşdə olan 29.10.2014-cü il tarixli məktubdan görünür ki, Binəqədi Rayon İcra Şöbəsinin icraatına cavabdehlər İddiaçı və X5 müştərək qaydada iddiaçı Cavabdeh3 ASCnin xeyrinə 18962,74 (on səkkiz min doqquz yüz altmış iki ABŞ dolları, yetmiş dörd sent) ABŞ dolları ödəniş gününə manatın məzənnəsi üzrə borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, tutmanın X10 məxsus olan, ipotekaya qoyulmuş “xxxx” markalı, sedan tipli, buraxılış ili 2013-cü il olan, **-FP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, avtomobilin dəyərindən 18962,74 (on səkkiz min doq quz yüz altmış iki ABŞ dolları, yetmiş dörd sent) ABŞ dolları ödəniş gününə manatın məzənnəsi üzrə borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh3 ASC-yə ödənilməsi və borc məbləği ödənildikdən sonra qalan pul vəsaitinin X10 qaytarılmasına dair Binəqədi Rayon Məhkəməsinin 2(001)-7210/2014 saylı, 29.09.2014-cü il tarixli icra sənədi daxil olmuşdur. İcra sənədinin icrası ilə bağlı olaraq icraata başlamaq haqqında qərar qəbul edilmişdir, həmin qərarın surəti ilə birlikdə tələbin könüllü icrasına dair bildiriş borclulara göndərilmişdir. Bundan başqa borclular Binəqədi rayon icra şöbəsinin inzibati binasına çağırılmışlar və onlardan icra ilə bağlı olaraq izahatları alınmışdır. X3 izahat verərək bildirmişdir ki, qeyd edilən avtomobil Cavabdeh3 ASC-yə könüllü olaraq təhvil verilmiş dir. Lakin avtomobilin banka təhvil verilməsi barədə təhvil-təslim aktı tərtib olunmamışdır. Ona görə də avtomobilin banka təhvil verilməsinə dair hər hansı sənəd təqdim edə bilmirlər. İcra sənədi üzrə borclulara verilmiş könüllü icra müddəti başa çatdığından onların barəsində məcburi icra tədbirlərinin tətbiq olunmasına zərurət yaranmışdır. Qeyd edilmiş xüsusatlar nəzərə alınaraq avtomobilin Cavabdeh3 ASC tərəfindən təhvil götürülübgötürülməməsi, əgər təhvil götürülübsə təhvil-təslim aktının surəti əlavə olunmaqla hansı tarixdə təhvil götürülməsi barədə rəsmi məlumat verməyi xahiş olunmuşdur. İş materiallarında olan 29.06.2016-cı il tarixli məktubun surətindən görünür ki, xxxx ASC Binəqədi rayon icra şöbəsinə müraciət edərək, bank qarşısında ipoteka ilə yüklü edilmiş xxxx markalı, **-FP-* ** dövlət qeydiyyat nişanlı avtomobilin bankın dayanacağına yerləşdirildiyini bildirmiş, icra sənədinin icra olunması üçün qiymətləndirmə şirkətinə qeyd olunan avtomobilə qiymət qoyulması ilə bağlı sifariş verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş 29.06.2016-cı il tarixli qiymətləndirici dəvət olunması haqqında qərardan görünür ki, borclu İddiaçı mülkiyyətində olan xxxx markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi üçün Sərraf MMC-dən nümayəndə dəvət edilməsi qərara alınmışdır. İş materiallarında olan 28.11.2016-cı il tarixli, 330 №-li məktubdan görünür ki, İddiaçı mülkiyyətində olan xxxx markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi ilə bağlı sifariş avtomobil təqdim olunmadığından icra olunmadan geri qaytarılmışd ır. İşdə olan 01.07.2014-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Şabran Rayon İcra qrupunun icra məmuru X2 Rayon Məhkəməsinin 2(001)-7210/2014 saylı, 23.06.2014-cü il tarixli icra sənədi üzrə başlamışdır. İş materiallarında olan 19.02.2018-ci il tarixli, 17/668-7103-3 saylı məktubdan görünür ki, Cavabdeh2 Binəqədi Rayon Məhkəməsinin 2(001)-7210/2014 saylı, 15.08.2014-cü il tarixli icra vərəqəsi aidiyyəti üzrə icra olunması üçün Cavabdeh1nə göndərilmişdir. İş materiallarında olan 07.05.2016-cı il tarixli məktubun surətindən görünür ki, xxxx ASC-i Binəqədi rayon icra şöbəsinə müraciət edərək, bank qarşısında ipoteka ilə yüklü edilmiş xxxx markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin bankın dayanacağına yerləşdirildiyini bildirmiş, icra sənədinin icra olunması üçün qiymətləndirmə şirkətinə qeyd olunan avtomobilə qiymət qoyulması ilə bağlı sifariş verilməsi xahiş edilmişdir. İş materiallarında olan 05.03.2018-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Cavabdeh1 icra məmuru X15 Rayon Məhkəməsinin 2(001)-7210/2014 saylı, 15.08.2014-cü il tarixli icra sənədi üzrə başlamışdır. İş materiallarında olan 05.03.2018-cü il tarixli bildirişdən görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-7210/2014 saylı, 15.08.2014-cü il tarixli icra sənədinin könüllü icrası üçün tərəflərə məlumat verilmişdir. İş materiallarında olan 30.07.2018-cü il tarixli qiymətləndirici dəvət olunması haqqında qərardan görünür ki, borclu İddiaçı mülkiyyətində olan xxxx markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi üçün Tərəqqi MMCdən nüma yəndə dəvət edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 30.08.2018-ci il tarixli, 119 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, İddiaçı mülkiyyətində olan xxxx markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti 9000 manat təşkil edir. İş materiallarında olan 13.09.2018-ci il tarixli, 11128-55529/18-15-1 saylı bildirişdən görünür ki, İddiaçı mülkiyyətində olan xxxx markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərraca çıxarılması ilə bağlı tərəflərə məlumat verilmişdir. İş materiallarında olan 21.09.2018-ci il tarixli, 01 №-li və 05.10.2018-ci il tarixli, 01/2 №-li açıq hərracın keçirilməsinə dair bildirişlərdən görünür ki, Cavabdeh1nə, xxxx ASC-nə, İddiaçı və X8 ünvanlanmış bildirişinə əsasən xxxx minik markalı, **-FP-*** dövlət qeydiyyatlı nişanlı avtomobilə tutma yönəldilməsi və hərracda satılması ilə bağlı hərracın keçirilməsi vaxtı 22.10.2018-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. İş materiallarında olan 22.10.2018-ci il tarixli, 53/01 №-li hərracın yekunları barədə protokoldan görünür ki, İddiaçı məxsus xxxx minik markalı, 99-FP529 dövlət qeydiyyatlı nişanlı avtomobil 9000 manata X1. İş materiallarında olan 22.10.2018-ci il tarixli, 01/3795 saylı məktubdan görünür ki, Külək MMC-i Cavabdeh1nə və xxxx ASC-nə İddiaçı məxsus xxxx minik markalı, **-FP-*** dövlət qeydiyyatlı nişanlı avtomobil X1. İş materiallarında olan 31.10.2018-ci il tarixli məktuba əsasən Binəqədi Rayon Məhkəməsinin 2(001)-7210/2014 saylı, 15.08.2014-cü il tarixli icra sənədi Binəqədi Rayon Məhkəməsinə geri qaytarılmışdır. İş materiallar ında olan 13.12.2018-ci il tarixli məktuba əsasən Binəqədi Rayon Məhkəməsinin 2(001)-7210/2014 saylı, 15.08.2014-cü il tarixli icra sənədinin yenidən icra edilməsi üçün icraata yönəldilməsi xahiş edilmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gə lirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kr editora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. -443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. -448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şə xs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 23.06.2014-cü il tarixli, 2(001)- 7210/2014 saylı Binəqədi Rayon Məhkəməsinin iddianı təmin etmə tədbiri barədə qərardadına əsasən İddiaçı məxsus xxxx markalı, **-FP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və Azərbaycan Respublikası DİN-in BDYPİ-nin mühafizə olunan cərimə meydançasından birinə təhvil verilməsi qərara alınmışdır. Daha sonra 15.08.2014-cü il tarixli, 2(001)-7210/2014 saylı Binəqədi Rayon Məhkəmə sinin qətnaməsinə əsasən cavabdehlər İddiaçı və X4 müştərək qaydada iddiaçı Cavabdeh3 ASC-nin xeyrinə ümumilikdə 18962.74 ABŞ dolları borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın İddiaçı məxsus olan, ipotekaya qoyulmuş «xxxx» markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi və həmin avtomobilin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsilə satılması, realizə edilmiş avtomobilin dəyərindən 18962,74 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə borc və 30 manat dövlət rüsumunun Cavabdeh3 ASC-yə ödənilməsi, borc məbləği ödənildikdən sonra qalan pul vəsaitinin İddiaçı qaytarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş iddiaçı “xxxx” (Azərbaycan) ASC-nin cavabdeh İddiaçı və X 8 qarşı borcun tutulması və həmin pulun ipoteka predmetinə yönəldilməsinə dair 2(001)-7210/2014 saylı mülki iş üzrə çıxarılan 15 avqust 2014-ci il tarixli qətnamə ilə əlaqədar verilən 15 avqust 2014-cü il tarixli, 2(001)- 7210/2014 saylı icra vərəqəsi icra olunması üçün Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. 06 noyabr 2014-cü il tarixli Xətai rayon icra şöbəsinin icraata başlama haqqında qərarına əsasən, İddiaçı məxsus xxxx minik markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasından ötrü Şabran rayon İcra qrupundan Binəqədi Rayon Məhkəməsinin 2(001)-7210/2014 saylı, 23.06.2014-cü il tarixli icra vərəqəsi və 31.10.20114-cü il tarixli müvafiq qərar Xətai rayon icra şöbəsinə göndərilmişdir. Yekunda 19.02.2018-ci il tarixli, 17/668-7103-3 saylı məktubla Cavab deh2 Binəqədi Rayon Məhkəməsinin 2(001)-7210/2014 saylı, 15.08.2014-cü il tarixli icra vərəqəsi aidiyyəti üzrə icra olunması üçün Cavabdeh1nə göndərilmişdir. Hazırda iddiaçı cavabdehlərin hərəkətsizliyi nəticəsində ona 12.000 ABŞ dolları pulun ödənilməsini tələb etsə də, yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi həmin tələbi əsassız hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli, 2(103)-10331/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar